Ötən gün ümummilli liderimiz Heydər Əliyevin anım günü münasibətilə Naxçıvan şəhər ümumtəhsil məktəblərinin şagirdləri arasında inşa-yazı müsabiqəsi keçirilib. Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi ilə Təhsil Şöbəsinin birgə təşkil etdiyi müsabiqəyə 17 tam orta məktəbdən 34 inşa-yazı təqdim olunub. Ulu öndər Heydər Əliyevin xalqımız qarşısındakı tarixi xidmətlərindən bəhs edən inşa-yazılar münsiflər heyəti tərəfindən yoxlanılıb və 2 nömrəli tam orta məktəbin X sinif şagirdi Elnur Nəsirov yazdığı inşa-yazısına görə müsabiqənin qalibi olub. 3 nömrəli tam orta məktəbin IX sinif şagirdi Mehtab Şahverdiyevanın inşa-yazısı ikinci, 9 nömrəli tam orta məktəbin XI sinif şagirdi Sevinc Fərəcovanın inşa-yazısı isə üçüncü yerlə mükafatlandırılıb.
Qaliblərə təşkilatçıların diplomları təqdim olunub.
Xəbərlər şöbəsi