24 Dekabr 2024, Çərşənbə axşamı

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Təhsil Nazirliyi ilə birgə hazırlanmış tədbirlər planına uyğun olaraq, ümumtəhsil məktəblərində və məktəbdənkənar tərbiyə müəssisələrində Naxçıvanın təbiətinin öyrənilməsi, təbiətə qayğı ilə yanaşılması və ekoloji məsələlərə düzgün münasibətin formalaşdırılması məqsədilə tədbirlər keçirir. Tədbirlər planı çərçivəsində Naxçıvan şəhərindəki Heydər Əliyev adına tam orta məktəbdə məktəblilərin ekoloji biliklərinin artırılması və maarifləndirilməsi məqsədilə sərgi-seminar keçirilib. Seminarda məktəbin direktoru Namiq Məmmədov bildirib ki, təbiəti qorumaq və ekoloji məsələlərə məktəblilərin diqqətini artırmaq üçün, ilk növbədə, onlara təbiət elmlərini yaxşı öyrətmək və sevdirmək lazımdır. Təbiəti qorumaq hamının vətəndaşlıq borcu olduğu üçün elə bu bilikləri şagirdlərə onları vətəndaş kimi formalaşdırdığımız məktəbdə öyrətməliyik.
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Elçin Kazımov vurğulayıb ki, bu gün ölkəmizdə və muxtar respublikamızda təbiətin qorunması və əlverişli ekoloji mühitin yaradılması, ən əsası isə vətəndaşlarımızın ekoloji təhlükəsiz yaşamasının təmin edilməsi üçün lazımi tədbirlər görülür. Bu sahədə görülən işlər haqqında məlumatlandırılan şagirdlər sonra Naxçıvanın bitki və heyvanat aləminə dair hazırlanmış videofilmə və sərgiyə baxıblar.
Sonra məktəb şagirdləri təbiətə aid şeirlər söyləyiblər.

 Ceyhun MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR