24 Dekabr 2024, Çərşənbə axşamı

Naxçıvan Dövlət Universitetində magistrantların VI regional elmi konfransı keçirilib. Konfrans Universitet televiziyasının hazırladığı “Elmin zirvəsinə doğru” sənədli filmin nümayişi ilə başlayıb. Universitetin rektoru, professor Saleh Məhərrəmov giriş sözü ilə çıxış edərək universitetdə magistratura təhsil pilləsi üzrə təhsilin səviyyəsindən və qarşıda duran vəzifələrdən danışıb. Konfransda universitetin elmi işlər üzrə prorektoru, dosent Mübariz Nuriyev, magistratura üzrə dekan, biologiya elmləri doktoru Etibar Məmmədov, mətbuat tarixi ixtisaslaşmasının I kurs magistrantı Kifayət Heydərova çıxış edib. Çıxışlarda magistrantların təhsil almaları üçün yaradılan şəraitdən, onların elmdə və təhsildə qazandıqları nailiyyətlərdən bəhs olunub. Qeyd edilib ki, Naxçıvan Dövlət Universitetində yaradılmış Azərbaycanşünaslıq Mərkəzi, Tələbə Turizm Assosiasiyası, kitabxana, Kompüter Mərkəzi magistrantların elmi-nəzəri biliklərə yiyələnmələrinə xidmət edir. 1997-ci ildən fəaliyyət göstərən magistraturada hazırda 268 nəfər magistrant təhsil alır ki, onlardan 41 nəfəri xarici ölkə vətəndaşıdır.
Plenar iclasda elmi-ictimai fəallığına görə “İlin magistrantı” seçilən mətbuat tarixi ixtisaslaşmasının I kurs magistrantı Kifayət Heydər­ovaya xüsusi diplom təqdim olunub. Sonra elmi konfrans müxtəlif ixtisaslar üzrə 23 bölmə iclasında öz işini davam etdirib.
Azərbaycanın müxtəlif ali məktəblərində təhsil alan magistrantların da təmsil olunduğu elmi konfransda 110 məruzə dinlənilib, onlardan ən yaxşılarının müəllifləri diplomlarla təltif olunublar.

Mehriban SULTAN

Dünən Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində Naxçıvan Özəl Universiteti tələbələrinin məzun günü münasibətilə tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə ali təhsil ocağının rektoru, professor İsmayıl Əliyev açaraq bütün məzunları təbrik etmiş, onlara gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov çıxış etmişdir. Qeyd olunmuşdur ki, gənclərin formalaşması, lazımi bilik alması, müasir dünyanı dərk etməsi baxımından tələbəlik dövrü mühüm əhəmiyyət daşıyır. Təhsil, eləcə də ali təhsil hər bir cəmiyyətin həyatında mühüm əhəmiyyətə malikdir. Xalqımızın təhsillənməsi, gənc kadrların hazırlanması sahəsində görülən işləri yüksək dəyərləndirən, milli tərəqqidə, müstəqil dövlət quruculuğunda təhsilin əvəzsiz rolunu xüsusi vurğulayan ümummilli liderimiz Heydər Əliyev deyirdi: “Təhsil sisteminin nə qədər dəyərli olduğunu ondan görmək olar ki, Azərbaycanda yüksək savada, biliyə, ixtisasa, yüksək elmə malik insanlar var və onlar cəmiyyətin çox hissəsini təşkil edirlər. Əgər bunlar olmasaydı, Azərbaycan iqtisadiyyatı belə güclü inkişaf edə bilməzdi. Bunlar olmasaydı, biz indi Azərbaycanı müstəqil dövlət kimi idarə edə bilməzdik”.

Ardını oxu...

Dünən 15 İyun – Milli Qurtuluş Günü münasibətilə Naxçıvan Gənclər Mərkəzinin oyun zalında Naxçıvan Dövlət Texniki Kolleci və Naxçıvan Musiqi Kollecinin tələbələri arasında bilik yarışı keçirilmişdir.
Yarış başlamazdan əvvəl Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun icraçı direktoru Məmməd Babayev və Naxçıvan Dövlət Texniki Kollecinin direktoru Məhəmməd Qəribov çıxış edərək muxtar respublikada gənclərə göstərilən diqqət və qayğıdan danışmış, onlara uğurlar arzulamışlar.
Sonra bilik yarışına start verilmişdir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyatı, siyasi fəaliyyətinə həsr olunmuş sualları gənclər böyük fəallıqla cavablandırmışlar.
Bilik yarışının nəticələrinə görə, Naxçıvan Musiqi Kollecinin “Assent” komandası birinci, Naxçıvan Dövlət Texniki Kollecinin “Gənc texniklər” və “Kollec-90” komandaları ikinci və üçüncü olmuşlar.
Qaliblərə diplom və hədiyyələr verilmişdir.

Xəbərlər şöbəsi

Naxçıvanın görkəmli maarifpərvər ziyalıları müəllim əməyinə yüksək qiymət vermiş və böyüyən nəslin təlim-tərbiyəsində müəllimin rolunu yüksək dəyərləndirmişlər. Müəllim zəhmətinə yüksək qiymət verən Məhəmməd Tağı Sidqi yazırdı ki‚ “Məktəb bir cismə bənzər ki‚ onun ruhu müəllimdir”. M.T. Sidqinin fikrincə‚ müəllim təlim-tərbiyə işində böyük qüvvədir‚ müəllim uşaqlara bilik verir‚ ona görə də savadlı olmalıdır. Savadsız müəllimdən uşaqların təlim və tərbiyəsini gözləmək dəmirçidən saatsazlıq tələb etmək kimidir. 

XX əsrin əvvəllərində görkəmli Naxçıvan ziyalıları müəllim kadrlarının hazırlanması ilə bağlı mətbuatda tez-tez çıxış edirdilər. Onlar öz yazılarında ana dilində dərs deyə bilən müəllimlərin hazırlanmasını dövrün əsas tələbi kimi qarşıya qoymuşlar. Bu sahədə Eynəli bəy Sultanov, Əliməmməd Xəlilov, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Süleymanov, Məhəmməd ağa Şahtaxtlı, Sadıq Xəlilov, Məmmədqulu bəy Kəngərli, Əbülqasım Sultanov, Qurbanəli Şərifov, Əliqulu Qəmküsar, Mirzə Cəlil Şürbi və başqaları xüsusilə fərqlənirdilər.
XX əsrin əvvəllərində Naxçıvanda maarifin inkişafını ləngidən əsas məsələlərdən biri bölgələrdə müəllim kadrların çatışmazlığı idi.

Ardını oxu...

AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunda “Muxtariyyət illərində Naxçıvan Muxtar Respublikası təbiətinin öyrənilməsi vəziyyəti” mövzusunda keçirilən elmi konfransı giriş sözü ilə açan AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Tariyel Talıbov qeyd edib ki, 5 iyun bütün dünyada “Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü” kimi qeyd edilir. Bu barədə qərar 16 dekabr 1972-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 27-ci sessiyasında qəbul edilib. Həmçinin Baş Assambleyanın bu sessiyasında BMT sistemində yeni təşkilat – BMT Ətraf Mühit Pro­qramı yaradılıb. Hər il bu təşki­lat tərəfindən Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü keçiri­­lir. Belə bir günün keçirilməsinə 11 may 1971-ci ildə dünyanın 23 ölkəsinin 2200 elm və mədəniy­yət xadiminin imzası ilə BMT-nin Baş katibinə ünvanlanan müraciət səbəb olub. Onlar “ya biz çirklənməni qurtarırıq, ya da çirklənmə bizi qurtarar” adlı müraciətləri ilə bəşəriyyətə ətraf mühitin çirklənməsi barədə xəbərdar­lıq etmişdilər.

Ardını oxu...

Mayın 30-da Bakı şəhərindəki “Monolit Plaza” mehmanxanasında “Bizim sahibkarlıq fəaliyyətimiz” (Enactus) beynəlxalq pro­qramı üzrə IX milli yarış keçirilmişdir. Milli yarışı Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu və “Gənclər azad sahibkar­lıq fəaliyyətində” İctimai Birliyi birgə təşkil etmişdir.
Yarışın məqsədi gəncləri sahibkar­lıq fəaliyyətinə təşviq etmək, tələbələrə azad sahibkarlıq ideyasını aşılamaq, onların təşkilatçılıq, idarəçilik və komandada işləmək bacarıqlarını inkişaf etdirməkdən ibarətdir. “Enactus” proqramı çərçivəsində Azərbaycanın təhsil müəssisələrindən 10 komandanın biznes layihələrinin təqdimatı keçirilmişdir. Münsiflər heyəti layihələri “Enactus” meyarları əsasında seçmişlər.
Məlumat üçün qeyd edək ki, Naxçıvan Özəl Universitetinin “Enactus” komandası yarışda “səsli kitab”, “ikili istehsal”, “yenilənən bərəkət” layihələri ilə çıxış etmişdir. Naxçıvan Özəl Universitetinin komandası yarışda II yerin sahibi olmuşdur.
Bundan başqa, Naxçıvan Özəl Universitetinin “Enactus” komandasının təqdim etdiyi “səsli kitab” layihəsi yarışda iştirak edən Azərbaycan ali təhsil müəssisə­ləri içərisində “ən yaxşı biznes və sahibkarlıq yarışması tətbiq olu­nan layihə” nominasiyası ilə təltif olunmuşdur.

Xəbərlər şöbəsi

Xəbər verdiyimiz kimi, Naxçıvan Dövlət Universiteti (NDU) “Bizim sahibkarlıq fəaliyyətimiz” (Enactus) beynəlxalq proqramı üzrə IX milli yarışın qalibi olmuş və bu il ok­tyabrın 22-dən 24-dək Çinin paytaxtı Pekində keçiriləcək dünya kuboku yarışlarında ölkəmizi təmsil etmək hüququnu qazanmışdır.
İyunun 3-də Naxçıvan Dövlət Universitetində yarışın qalibi olmuş universitet komandasının mükafatlandırılması mərasimi keçirilmişdir.
Tədbiri açan universitetin rektoru, professor Saleh Məhərrəmov bu uğurun muxtar respublikada elm və təhsilin inkişafına, istedadlı gənc­lərə göstərilən dövlət qayğısı sayəsində qazanıldığını bildirmişdir.
Universitetin “Enactus” komandasının rəhbəri, İqtisad fakültəsinin dekan müavini Müslüm Cabbarzadə beynəlxalq proqram üzrə IX milli yarışın finalında gərgin mübarizə getdiyindən söz açmışdır. Diqqətə çatdırmışdır ki, Naxçıvan Dövlət Universitetinin komandası yüksək peşəkarlıq nümayiş etdirmiş, onun bir-birindən maraqlı biznes layihələri münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilmişdir.
Naxçıvan Dövlət Universitetinin rektoru, professor Saleh Məhərrəmov “Enactus”un rəhbəri Müslüm Cabbarzadəyə, komandanın kapitanına və komanda üzvlərinə kubok, diplom və mükafatları təqdim edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.

Xəbərlər şöbəsi

Bu gün dünya sürətlə inkişaf edir, dəyişir və qloballaşır. Bu qloballaşma artıq sosial həyatın bütün sahələrinə, eləcə də təhsil sahəsinə dərindən nüfuz edib. Təbii ki, qloballaşma şəraitində təlimin məzmun və keyfiyyətində də dəyişikliklər aparılmalıdır. Müəllim bu gün tədris materiallarının müasir tələblər səviyyəsində mənimsədilməsi üçün yeni pedaqoji texnologiyalardan və metodlardan səmərəli istifadə etməlidir. 

Hər bir inkişaf etmiş ölkədə olduğu kimi, Azərbaycanda, o cümlədən Naxçıvan Muxtar Respublikasında da elm və təhsil prioritet sahə hesab olunur. Respublikamızda elm və təhsilə, xüsusilə xarici dillərin öyrənilməsinə böyük diqqət və qayğı göstərilir. Naxçıvan Dövlət Universitetində də xarici dillərin tədrisinə xüsusi diqqət və qayğı ilə yanaşılır. Beynəlxalq münasibətlər və xarici dillər fakültəsi müasir texnoloji avadanlıqlarla təchiz olunub, burada müasir tələblərə cavab verən linqafon kabinələri yaradılıb. Bir sözlə, dərsin yüksəkkeyfiyyətli, müasir üslubda keçilə bilməsi üçün bütün şərait yaradılıb. Bunlardan əlavə, müəllimlərimiz beynəlxalq səviyyəli layihələrdə, proqramlarda, treninq­lərdə iştirak edirlər.

Ardını oxu...

Naxçıvan Dövlət Universitetinin Kimya kafedrasının müdiri, 3 ixtiranın, 100-dən artıq elmi məqalənin müəllifi olan kimya elmləri doktoru, professor Tofiq Əliyev Türkiyədə neft və təbii qazın çıxarılması, ilkin emalı və nəqlinə uyğun sistemlərdə polad avadanlıqların korroziyadan qorunması ilə bağlı tədqiqatlar aparır. Mövlana Mübadilə Proqramı çərçivəsində Ağrı vilayətindəki İbrahim Çeçen Universitetinin nəzdində fəaliyyət göstərən elmi-tədqiqat laboratoriyasında aparılan tədqiqatlar hər iki ölkə­nin elmi ictimaiyyəti tərəfindən maraqla qarşılanır.

Ardını oxu...

Konqresdə Naxçıvan Dövlət Universiteti ilə Türkiyənin bir sıra ali məktəbləri arasında əməkdaşlıq protokolu imzalanmışdır

Ankarada “Qafqazın gələcəyində enerjinin rolu: Region ölkə­lərinin həmrəyliyi” mövzusun­da Qafqaz Universitetləri Birliyi­nin (QUB) ənənəvi IV konqresi keçiril­mişdir.Tədbir Türk Əməkdaş­­lıq və Koordinasiya Agentliyi (TİKA), Xəzər Forumu, Ankara Siyasi və İqtisadi Araşdırmalar Mərkəzi, Türkiyə İş Bankı və Ərdahan Universiteti tərəfindən təşkil olunmuşdur.
Konqresdə Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldız, bölgə ölkələrinin energetika nazirləri, Türkiyə Prezidenti Administrasiyasının rəhbəri, professor Mustafa İsen, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdullayev, Qafqaz Universitetləri Birliyinin sədri – Ərdahan Universitetinin rektoru, professor Ramazan Qorxmaz, ümumilikdə, 67 universitetin rektorları iştirak etmişdir. Konqresdə Naxçıvan Dövlət Universitetinin rektoru, professor Saleh Məhərrəmov da iştirak etmişdir.

Ardını oxu...

Mayın 31-də Naxçıvan şəhərindəki 3 nömrəli tam orta məktəbdə VII-VIII sinif şagirdləri arasında rus dili və ədəbiyyatı üzrə ümumrespublika olimpiadası keçirilmişdir. Olimpiadanın açılış mərasimində Rusiya Federasiyasının Azərbaycandakı səfiri Vladimir Doroxin, “Rossotrudniçestvo” Agentliyinin Azərbaycandakı rəhbəri Valentin Denisov, Azərbaycanın Rusdilli Təhsil Müəssisələri Müəllimləri Assosiasiyasının sədri Lyubov Yakunina, Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin əməkdaşları Aleksandra Ponomaryova və Dmitri Ponomaryov iştirak etmişlər.

Məktəbin direktoru Ülkər Möhsümova qonaqları rusdilli məktəbdə görmələrindən məmnun olduqlarını bildirmişdir.
Məktəbin dərs hissə müdiri Lyudmila Dünyamalıyeva təhsil ocağının tarixi və keçdiyi inkişaf yolu barədə ətraflı məlumat vermişdir.
Rusiya Federasiyasının Azərbaycandakı səfiri Vladimir Doroxin Naxçıvanda olmasından məmnunluğunu bildirmişdir. Səfir diqqətə çatdırmışdır ki, artıq Azərbaycanın ayrı-ayrı bölgələrində 12 belə olimpiada keçirilmişdir. Naxçıvan şəhərində keçirilən olimpiada isə sonuncudur.

Ardını oxu...

Mayın 30-31-də “Monolit Plaza” otelində beynəlxalq “Enactus” (Entrepreneurial Action Us – Bizim sahibkarlıq fəaliyyəti) proqramı üzrə IX milli yarışlar keçirilmişdir. Azərbaycan Gənclər və İdman Nazirliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun və “Gənclər azad sahibkarlıq fəaliyyətində” (Enactus Azerbaijan) İctimai Birliyinin təşkilati dəstəyi ilə keçirilən yarışlarda ölkə­mizin müxtəlif ali məktəblərinin tələbələrindən ibarət 10 komanda iştirak etmişdir.
Mayın 31-də IX milli “Enactus” yarışları başa çatmışdır. Münsiflər arasında səsvermənin nəticələrinə əsasən, Naxçıvan Dövlət Universitetinin komandası bu yarışların qalibi sayılmışdır. Bu komanda Pekində keçiriləcək “Enactus” Dünya Kuboku yarışlarında Azərbaycanı təmsil edəcəkdir.
“Enactus” proqramı çərçivəsində yarışlar keçirilməsinin məqsədi gənc­ləri sahibkarlıq fəaliyyəti sahəsinə cəlb etmək, azad sahibkarlıq ideyalarını tələbələr arasında təbliğ etmək, habelə tələbələrin təşkilati vərdişlərini, idarəçilik və komanda şəklində işləmək bacarıqlarını inkişaf etdirməkdir.
Azərbaycan 2005-ci ildən “Enactus” proqramına qoşulmuş və 2006-cı ildən dünya kuboku uğrunda mübarizədə iştirak etmək hüququ qazanmışdır.

Xəbərlər şöbəsi

İyun ayının 1-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olunmaq istəyən abituriyentlər üçün 2014-cü ilin sonuncu sınaq imtahanını keçirmişdir.
Muxtar respublikada Naxçıvan şəhərində və rayon mərkəzlərində keçirilən imtahana TQDK-nın Naxçıvan Muxtar Respublikası üzrə Regional Bölməsinin bazasından 24 imtahan rəhbəri və 138 nəzarətçi cəlb olunmuşdu. İmtahanda iştirak etmək üçün yazılış internet vasitəsilə aparılmış və muxtar respublika üzrə 2466 abituriyent qeydiyyatdan keçmişdir.
İmtahan başlanmazdan əvvəl bir neçə gənclə həmsöhbət oldum. Vilayət Seyidova yaxınlaşıram. Naxçıvan şəhər 7 nömrəli tam orta məktəbin məzunudur. O dedi:

Ardını oxu...

Mayın 30-da Dünya Gənc Alimlərinin Beynəlxalq Bakı Forumunun iştirakçıları Naxçıvan Muxtar Respublikasında səfərdə olmuşlar.
Forum çərçivəsində keçirilmiş səkkiz paralel sessiyadan biri olan “Texniki elmlər” sessiyasının 80 nəfərədək iştirakçısının Naxçıvana səfəri Batabat Astrofizika Rəsədxanasından başlanmışdır.
Rəsədxanada qonaqlara bildirilmişdir ki, dəniz səviyyəsindən 2050 metr yüksəklikdə yerləşən rəsədxana binasının günbəzində “SEYYS-600” tipli teleskop quraşdırılmışdır. Almaniya istehsalı olan teleskopun qurulması prosesində yerli mütəxəssislərlə yanaşı, Moskva Dövlət Universiteti Astronomiya İnstitutunun fənn laboratoriyasının əməkdaşları da iştirak etmişlər. Muxtar respublika ərazisinin astronomik şəraiti normal, səması təmiz və şəffaf olduğundan digər rəsədxanalardan fərqli olaraq, bu stansiyada Günəşdən başqa, bütün göy cisimlərini – planetləri, kometaları, asteroidləri, ulduzları və yaxın qalaktikaları müşahidə və tədqiq etmək mümkündür. Alimlər Batabat Astrofizika Rəsədxanasında səma cisimlərinin dinamikası və fizikasının öyrənilməsi istiqamətində aparılan araşdırmalar barədə verilən ətraflı məlumatları maraqla dinləmişlər.

Ardını oxu...

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilmiş inşa yazı müsabiqəsi və məktəblilərin fənn olimpiadası qaliblərinin dünən Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində mükafatlandırılması mərasimi olub.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının təhsil naziri Piri Nağıyev bildirib ki, belə tədbirlər Azərbaycan dövlətinin qurucusu və memarı ulu öndər Heydər Əliyevin bu gün hər bir gənc üçün örnək olan həyatı və siyasi fəaliyyətinin öyrənilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. “Görkəmli dövlət xadimi Heydər Əliyev ölkə­mizdə təhsilin müasir standartlar səviyyəsinə qaldırılması üçün cahanşümul tədbirlər həyata keçirib”, – deyən təhsil naziri ulu öndərin “hər bir xalqın gələcəyi xeyli dərəcədə onun təhsilinin hansı səviyyədə olmasından asılıdır” kəlamını xatırladaraq gənclərin doğma Vətənə bağlı ruhda böyüməsi, zəngin biliklərə yiyələnməsi üçün məqsədyönlü tədbirlərin həyata keçirilməsinin vacibliyini bildirib.

Ardını oxu...

Bu günlərdə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun Zooloji tədqiqatlar şöbəsi əməkdaşlarının müəllifi olduqları “Naxçıvan Muxtar Respublikasının onurğasızlar faunasının taksonomik spektri” adlı monoqrafiya işıq üzü görmüşdür. Naxçıvan Muxtar Respublikasının 90 illiyinə həsr olunmuş bu kitab institutun direktoru, biologiya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Tariyel Talıbovun elmi redaktorluğu ilə ərsəyə gəlmişdir.

Kitabda qədim diyarın faunasının müasir vəziyyətini düzgün qiymətləndirmək üçün onun formalaşması prosesi olduqca sadə və anlaşıqlı dildə izah edilmişdir. “Ön söz”ündə professor Tariyel Talıbov haqlı olaraq qeyd edir ki, Naxçıvan Muxtar Respublikasının ərazisi Qafqazın bir hissəsini təşkil etdiyindən onunla birlikdə eyni geoloji dəyişikliklərə məruz qalmış, başqa sözlə, eyni geoloji tarixi yaşamışdır.
Kitabın birinci və ikinci fəsillərində ardıcıl olaraq birhüceyrəli və çoxhüceyrəli orqanizm növlərinin nəfis şəkildə işlənilmiş taksonomik spektri verilmişdir. Həmin fəsillərdə həmçinin onurğasızların təbiət komplekslərində oynadığı rol, bir hissəsinin vəhşi, kənd təsərrüfatı heyvanlarında, o cümlədən insanlarda ağır gedişli parazitar xəstəliklər və helmintozlar törətməsi, faunanın öyrənilmə dərəcəsi və tədqiqatçılar haqqında yığcam məlumatlar verilmişdir.

Ardını oxu...

“Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində Naxçıvan şəhərindəki 2 nömrəli tam məktəbin şagirdləri üçün açıq dərs keçilmişdir. Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyi münasibətilə keçilən açıq dərsdə məktəbin direktoru Sevil Salayeva muxtar respublikanın keçdiyi inkişaf yolundan bəhs etmişdir.
Sonra məktəbin tarix müəllimi Sevda İsmayılova “Naxçıvanın qədim tarixi” mövzusunda danışmışdır. Qeyd edilmişdir ki, Naxçıvan Muxtar Respublikasının ərazisi dünyanın ən qədim insan məskənlərindən biridir. Bunu bu ərazidə tarixin bütün dövrlərinə aid zəngin mədəniyyət və memarlıq nümunələri də sübut edir.

Ardını oxu...

Dünən Naxçıvan Qarnizonu tam orta məktəbində şagird elmi cəmiyyətinin elmi konfransı keçirilmişdir. Konfransı giriş sözü ilə məktəbin direktoru Natiq Əhmədov açaraq məruzə ilə çıxış etmişdir.
Qeyd olunmuşdur ki, ölkəmizdə həyata keçirilən təhsil islahatları və müvafiq dövlət proqramları bu sahənin inkişafına hərtərəfli şərait yaratmışdır. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, muxtar respublikamızda təhsilin səviyyəsi ildən-ilə yüksəlir, istedadlı şagirdlərin sayı getdikcə artır.
“Məktəbdə yaranmış ənənələrdən biri də dərs ilinin sonunda məktəbin şagird elmi cəmiyyətinin konfransını keçirməkdir”, – deyən məktəb direktoru qeyd etmişdir ki, bu il məktəbin 14 şagirdi elmi iş üzərində işlərini yekunlaşdıraraq müzakirəyə təqdim etmişdir.

Ardını oxu...

Naxçıvan Özəl Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə və Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illik yubileyinə həsr olunmuş Tələbə Elmi Cəmiyyətinin xətti ilə yerinə yetirilən tələbə elmi-tədqiqat işlərinin yekunları ilə bağlı konfrans keçirilmişdir.
Konfransı giriş sözü ilə universitetin tədris və elmi işlər üzrə prorektoru, tarix üzrə fəlsəfə doktoru, dosent İbrahim Kazımbəyli açaraq bildirmişdir ki, Tələbə Elmi Cəmiyyəti sabahın gənc tədqiqatçılarının həqiqi axtarış və yaradıcılıq məktəbi olub, istedadlı və bacarıqlı tələbələrin üzə çıxarılmasında mühüm rol oynayır.
Plenar iclasda universitetin tarix müəllimliyi ixtisasının IV kurs tələbəsi Nurlan Quliyevin “Ulu öndər Heydər Əliyev və müasir Azərbaycanın xarici siyasəti”, xarici dil müəllimliyi ixtisasının II kurs tələbəsi Şəlalə Cəfərlinin “İngilis dilində qarışıq salınan sözlər”, mühasibat uçotu ixtisasının II kurs tələbəsi Gülnarə Seyidovanın “Yeni standartlar əsasında tərtib edilən mühasibat balansı və onun bölmələri” mövzularında hazırladıqları elmi-tədqiqat işləri konfrans iştirakçıları tərəfindən maraqla qarşılanmışdır.
Konfrans öz işini “Pedaqogika və psixologiya” ,”Azərbaycan dili və ədəbiyyat”, “Humanitar elmlər”, “İqtisadiyyat”, “Xarici dillər”, “Təbiət elmləri” olmaqla, 6 bölmədə davam etdirmişdir.

Nuray ƏSGƏROVA

Mayın 25-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Bakı, Gəncə və Naxçıvan şəhərlərində 2014-2015-ci tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinin magistratura təhsil pilləsinə qəbul imtahanının ikinci mərhələsini keçirmişdir.
Naxçıvan Muxtar Respublikasında Naxçıvan Dövlət Universitetində keçirilən imtahana hamısı muxtar respublikadan olmaqla, 22 nəzarətçi və 2 imtahan rəhbəri cəlb edilmişdi. 249 bakalavriatın iştirak etdiyi imtahan 1300-də başlamışdır.
İmtahan başlamazdan əvvəl imtahan keçiriləcək obyektin önündə bakalavriatlarla, onların valideynləri ilə görüşüb həmsöhbət olduq. Turanə Səfərli Naxçıvan Dövlət Universitetində tarix ixtisası üzrə təhsil alıb. O dedi:

Ardını oxu...

May ayının 25-də muxtar respublikanın ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri arasında test-sınaq imtahanı keçirilib. Ənənəvi olaraq təşkil edilən belə imtahanlarda məqsəd şagirdlərin biliyinin yoxlanılması və elmlərə marağının artırılması, ali və orta ixtisas məktəblərinə qəbul imtahanlarına hazırlıqdır.
İmtahanlar səhər saat 1000-da başlayıb və üç saat davam edib. Sual kitabçasında şagirdlərə hər qrup üzrə 5 fənnə aid 125 sual təqdim olunub. Şagirdlərə öz bilik və bacarıqlarını nümayiş etdirmək üçün hərtərəfli şərait yaradılıb.
İmtahanın nəticələri bu həftə elan ediləcəkdir.

Xəbərlər şöbəsi

Naxçıvan Dövlət Universitetində “Baytarlıq təbabəti və ərzaq təhlükəsizliyi: problemlər və perspektivlər” mövzusuna həsr olunmuş beynəlxalq konfrans keçirilib.
Naxçıvan Dövlət Universitetinin rektoru, professor Saleh Məhərrəmov konfransı açaraq aqrar sahədə əldə olunan nailiyyətlərdən, torpaq mülkiyyətçilərinə verilən güzəştli yardımların miqyasının artmasından, dövlətin bu sahəyə göstərdiyi diqqət və qayğıdan danışıb. Baytarlıq təbabəti və ərzaq təhlükəsizliyinin problemləri və perspektivlərindən də danışan professor Saleh Məhərrəmovun “Parazitofaunanın formalaşmasına təsir edən amillər” mövzusunda məruzəsi dinlənilib.

Ardını oxu...

Naxçıvan Dövlət Universitetinin Fənlərin tədrisi metodikası kafedrasının müdiri, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, pedaqoji elmlər doktoru Elbəyi Maqsudovun “Poetik türkəçarələr” kitabındakı şeirləri bitkilərin hansı xəstəliyə dərman olduğunu uşaqların yaş səviyyələrinə uyğun şəkildə anladır. Bu kitab həm də bitkiləri uşaqlara tanıtmağın başqa bir üsulu kimi də diqqəti çəkir.

Elbəyi Maqsudovun təkrar çapdan çıxmış, təkmilləşdirilmiş “Poetik-praktik Azərbaycan dili” kitabı isə Azərbaycan dilinin öyrədilməsi, onun tədrisi haqqında pedaqoji poemadır. Azərbaycan dilini sevərək tədris etməyi öz yaradıcılıq amalına çevirmiş Elbəyi Maqsudovun bu poeması tədris tariximizdə iz qoyacaq bir əsərdir. Dilçilikdə işlənən terminlərin hərəsinə bir şeir qoşub onu uşaqların anlaya bildiyi səviyyədə təqdim etmək özü də bir elmi-pedaqoji, poetik bacarıqdır.

Ardını oxu...

Naxçıvan Müəllimlər İnstitutunda Abbasqulu ağa Bakıxanovun 220 illik yubileyi ilə əlaqədar elmi-praktik konfrans keçirilmişdir.
Konfransı giriş sözü ilə açan institutun rektoru, professor Oruc Həsənli qeyd etmişdir ki, Abbasqulu ağa Bakıxanov XIX əsrin birinci yarısında təşəkkül tapan Azərbaycan maarifçiliyinin əsas nümayəndəsi sayılmaqla Azərbaycan ədəbiyyatı tarixinə ensiklopedik biliyə malik görkəmli tarixçi, coğrafiyaşünas, astronom, şair və nasir kimi daxil olmuşdur.
A.Bakıxanov elmi yaradıcılığa 1828-ci ildə qələmə aldığı “Qanuni-Qüdsi” adlı elmi əsəri ilə başlamışdır. O, müəllim və şagirdlər üçün məktəblərdə dərsliklərin azlığını nəzərə alaraq bu əsəri yazmış, şagirdlərin dil qanunlarını daha yaxşı yadda saxlaması üçün gətirdiyi misalların çoxunu şeir parçaları ilə təqdim etmişdir.

Ardını oxu...

Ali təhsildə təhsilin keyfiyyətinin yüksəldilməsi, müasir tələblərə uyğun kadr hazırlığının təmin edilməsi və ali təhsil sistemində yeni mühitin yaradılması məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin qərarı ilə ali təhsil müəssisələrində növbəti tədris ilindən başlayaraq savadlı, bacarıqlı və hazırlıqlı (SABAH) tələbələrdən ibarət qruplar yaradılacaq.
Digər ali təhsil müəssisələrində olduğu kimi, Naxçıvan Dövlət Universitetində də “SABAH” qrupları ilə bağlı təqdimat keçirilib. Tədbirdə universitetin rektoru, professor Saleh Məhərrəmov çıxış edərək ölkəmizdə təhsilə göstərilən yüksək qayğıdan danışıb, “SABAH” qruplarının yaradılmasının əhəmiyyətini açıqlayıb.

Ardını oxu...

Mayın 15-16-da ABŞ-ın İllinoys ştatının Çikaqo şəhərində IX Beynəlxalq İpək Yolu Konfransı keçirilib. Çikaqoda yerləşən Mərkəzi Asiya Məhsuldarlıq Mərkəzi və Şimali İllinoys Universitetinin birgə təşkilatçılığı ilə keçirilən konfransda ABŞ Dövlət Departamenti və Müdafiə Nazirliyinin nümayəndələri, ABŞ-ın müxtəlif ştatlarından olan iş adamları, universitet professorları, konsaltinq şirkətlərin, akademik dairələrin nümayəndələri və bir sıra ölkələrin ABŞ-dakı diplomatik korpuslarının təmsilçiləri iştirak ediblər.
IX Beynəlxalq İpək Yolu Konfransında Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Pakistan, Əfqanıstan və Tacikistanın nümayəndə heyətləri ölkə təqdimatları ilə çıxış ediblər.
Beynəlxalq konfransda Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Elbrus İsayev “Böyük İpək Yolu” haqqında məruzə ilə çıxış edib. İpək Yolunun inkişafında Azərbaycanın mühüm rol oynadığını qeyd edən Elbrus İsayev hal-hazırda ölkəmizdə həyata keçirilən irimiqyaslı infrastruktur layihələr barədə iştirakçılara ətraflı məlumat verib, İpək Yolunun bərpası istiqamətində ilk təşəbbüskar dövlət kimi Azərbaycanın mövqeyini vurğulayıb, bu layihələrin region üçün əhəmiyyətindən danışıb.

Ardını oxu...

Mayın 18-də 2014-2015-ci tədris ili üçün ali təhsil müəssisələrinə və orta ixtisas təhsili müəssisələrinə qəbul olunmaq istəyən əvvəlki illərin məzunları üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib. Muxtar respublikada Naxçıvan şəhər 7 və 14 nömrəli tam orta məktəblərdə keçirilən imtahanlarda 1156 abituriyent iştirak edib. İmtahana 114 nəzarətçi-müəllim, 10 imtahan rəhbəri cəlb olunub.
İmtahan başlanmazdan əvvəl imtahan keçiriləcək məktəblərin önündə həyəcanlı görünən abituriyentlər, onların valideynləri ilə görüşüb həmsöhbət olduq. Babək rayonundan olan valideyn Vaqif Əliyev dedi:
– Bu gün qızım Firəngiz imtahan verir. Əvvəlki illərdə uğur qazana bilməyib. Ancaq ali məktəbə qəbul olmağı qarşısına məqsəd qoyub.
Naxçıvan şəhərindən olan Elman Nəcəfli isə oğluna dəstək üçün imtahana gəlib. Deyir ki, oğlum Qərib imtahana yaxşı hazırlaşıb. İnanıram ki, qəbul imtahanında uğur qazanacaq. Valideyn ərazidə insanların rahatlığı üçün iaşə xidmətinin təşkilindən də razılıqla danışdı.

Ardını oxu...

Naxçıvan Dövlət Universitetində Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illik yubileyinə həsr olunmuş Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu və Naxçıvan Dövlət Universitetinin Tələbə-Gənclər Təşkilatının təşkilatçılığı ilə keçirilən “Mən Naxçıvanı tanıyıram” intellektual bilik olimpiadasının bağlanış mərasimi olub.
Mərasimdə universitetin rektoru, professor Saleh Məhərrəmov ölkədə aparılan gənclər siyasətinin uğurlarından bəhs edərək gənclərə göstərilən dövlət qayğısından danışıb. Rektor “Mən Naxçıvanı tanıyıram” bilik olimpiadasının tələbə-gənclərin intellektual potensialının üzə çıxarılması, onların Naxçıvan haqqında biliklərinin daha da artırılması, vətənpərvərlik ruhunda tərbiyəsi baxımından əhəmiyyətli olduğunu bildirib.

Ardını oxu...

Gənc nəslin dolğun təlim-tərbiyəsi həmişə bütün cəmiyyətləri düşündürən məsələlərdən olub. İnkişafın yaratdığı tələbləri ödəyə biləcək hərtərəfli insan resursları potensialının yaradılması isə məhz ilk təhsil illərindən başlanır. Hələ lap birinci gündən uşaqlara təlqin edilməyə başlanılan, sonrakı illərdə yaddaşlara hopdurulan Vətənə məhəbbət, əməksevərlik və halal zəhmətlə ucalmaq hissləri daha sonrakı illərdə onların həyatına işıq tutaraq inamını sonsuza qədər artırır, onları xalqına, dövlətinə layiq vətəndaşlara çevirir. Bu çətin vəzifəni yerinə yetirmək, bütün həyatını xalqına xidmətə həsr etmiş ulu öndər Heydər Əliyevin ideyalarına sədaqətli vətəndaşlar, müstəqil Azərbaycanın gələcək qurucularını yetişdirmək təhsilimizin qarşısında duran ali məqsəddir. Dahi rəhbərin adını daşıyan məktəbdə təhsil alıb buradan məzun olmaq isə hər bir Azərbaycan gənci üçün qürur mənbəyidir.

Ardını oxu...

May ayının 11-i 2014/2015-ci tədris ili üçün ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olunmaq istəyən əvvəlki illərin məzunlarının II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib. Muxtar respublikada Naxçıvan şəhər 7 və 14 nömrəli tam orta məktəblərdə keçirilən imtahanlarda 896 abituriyent iştirak edib. İmtahana 87 nəzarətçi-müəllim, 9 imtahan rəhbəri cəlb olunub.
İmtahan başlanmazdan əvvəl imtahan keçiriləcək məktəblərin önündə həyəcanlı görünən abituriyentlər, onların valideynləri ilə görüşüb həmsöhbət olduq. Şərur rayon Danyeri kənd tam orta məktəbinin məzunu olmuş Gülsadə Məmmədova dedi:
– Ötən il qəbul imtahanında iştirak etdim. 400-ə yaxın bal topladım. Topladığım bal bir çox ixtisaslara uyğun gəlirdi. Ancaq mənim arzum jurnalist olmaqdır. Buna görə də istəmədiyim ixtisasda təhsil almaq istəmədim. Bu il yenidən hazır­laşdım. İnanıram ki, öz arzuma çatacağam.

Ardını oxu...

“Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində Naxçıvan şəhərindəki 15 nömrəli tam orta məktəbin şagirdlərinin iştirakı ilə açıq dərs keçilmişdir. “Muxtariyyət ili” ilə əlaqədar keçilən açıq dərsdə məktəbin tarix müəllimi Süsən Cabbarova ümummilli liderimiz Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövrü haqda danışaraq bildirmişdir ki, ulu öndər Heydər Əliyev müstəqillik dövründə Azərbaycan xalqına ilk böyük xidmətini məhz Naxçıvanı qorumaqla göstərmişdir. 1990-cı ilin iyul ayında – Naxçıvanın çətin günlərində xalqımızın böyük oğlu Heydər Əliyevin muxtar respublikaya gəlişi bu qədim torpağı xilas etmişdir. 1990-cı il noyabrın 17-də muxtar respublika Ali Məclisinin birinci sessiyası keçirilmişdir. Görkəmli dövlət xadimi Heydər Əliyevin sədrliyi ilə keçirilən həmin sessiyanın tariximizdə mühüm əhəmiyyət kəsb etməsi Azərbaycan dövlətçiliyinin dirçəlişi prosesinin həyata keçirilməsi ilə bağlı bir çox məsələlərin müzakirə olunması, Azərbaycanın müstəqil, demokratik və dünyəvi dövlət kimi fəaliyyət göstərməsi üçün mühüm siyasi və ideoloji amilə çevrilən tarixi qərarların qəbul edilməsi ilə bağlıdır.

Ardını oxu...

Naxçıvan Müəllimlər İnstitutunda bu mövzuda konfrans keçirilib

Naxçıvan Müəllimlər İnstitutunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş “Müasir təlim metodları və yeni pedaqoji texnologiyaların təlim-tərbiyə prosesində tətbiqi” mövzusunda konfrans keçirilib. Konfransı giriş sözü ilə institutun rektoru, professor Oruc Həsənli açaraq tədbirin əhəmiyyətindən danışıb. Qeyd olunub ki, ümummilli liderimiz Heydər Əliyev ölkəmizə rəhbərliyi dövründə elm və təhsil sahəsinin müasir standartlar səviyyəsində fəaliyyətini diqqət mərkəzində saxlayıb, istər orta, orta ixtisas, istərsə də ali təhsil sistemində bir sıra islahatların həyata keçirilməsini təmin etmək məqsədilə mühüm sərəncamlar imzalayıb. Ulu öndər deyirdi: “XX əsrdə Azərbaycan xalqının ən böyük nailiyyətlərindən biri ölkəmizdə elmin, təhsilin sürətlə inkişaf etməsi­dir... İndi bizim təhsilimizin məqsədi gənc nəslə, uşaqlara təhsil verib onları gələcəyə hazırlamaqdır”. Bu baxımdan bu gün keçirilən konfransın mühüm əhəmiyyət daşıdığını tədbir iştirakçılarının diqqətinə çatdıran rektor konfransın işinə uğurlar arzulayıb.

Ardını oxu...

Naxçıvan şəhərindəki Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyi və ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə keçirilən “Naxçıvan – doğma diyar” mövzusunda inşa yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Naxçıvan Muxtar Respublikasının təhsil naziri Piri Nağıyev, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənc­lər Fondunun icraçı direktoru Məmməd Babayev mərasimdə çıxış edərək muxtar respublikada təhsilə, eləcə də  böyüməkdə olan nəslin hərtərəfli inkişafına göstərilən dövlət qayğısından danışıb, inşa yazı müsabiqəsinin qaliblərini təbrik ediblər.  Qeyd olunub ki, inşa yazı müsabiqələri şagirdlərin istedadlarının üzə çıxarılması və onların özünüifadə qabiliyyətlərinin artırılmasında böyük əhəmiyyət kəsb edir. Bu müsabiqə vasitəsilə şagirdlər doğma diyarımızın tərənnümü baxımından istedadlarını ortaya qoyublar. Sevindirici haldır ki, belə müsabiqələr ənənəyə çevrilib.  
Sonra qaliblərə qiymətli hədiyyələr və diplomlar təqdim edilib.

Ardını oxu...

“Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində Naxçıvan Qızlar Liseyi şagirdlərinin iştirakı ilə açıq dərs keçilmişdir.
Açıq dərsdə liseyin tarix müəllimi Səkinə Allahverdiyeva “Nuh yurdu – Naxçıvan” mövzusunda danışmışdır. Bildirilmişdir ki, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan qədim tarixə malik bir diyardır. Bu diyar zəngin mədəniyyətə malik olmaqla bərabər, həm də bəşəriyyətin ikinci atası sayılan Nuh Peyğəmbərin də vətənidir. Qədim dövrlərdə və orta əsrlərdə Naxçıvanın tarixindən bəhs edən tədqiqatçılar, alim və səyyahlar Nuh Peyğəmbərin Naxçıvanla bağlılığı haqqında məlumat versələr də, sovetlər  dövründə bu yazılı mənbələrdən istifadəyə icazə verilməmişdir. Yalnız ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra milli tariximizin qədim səhifələrinin öyrənilməsinə başlanılmış, Naxçıvanın Nuh Peyğəmbərlə bağlılığı elmi mənbələr əsasında sübut edilmişdir. Qeyd olunmuşdur ki, rus tədqiqatçısı Smirnov Nuhun qəbrinin Naxçıvanda olduğunu söyləmiş, onun dəqiq yerini göstərmişdir. Görkəmli rəssam Bəhruz Kəngərli ötən əsrin 20-ci illərində Nuh Peyğəmbərin Naxçıvandakı türbəsinin rəsmini 6 dəfə naturadan kətan üzərinə köçürmüşdür.
Vurğulanmışdır ki, bütün bu tutarlı mənbələr hesabına Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Nuh Peyğəmbərin Naxçıvan şəhərindəki məzarüstü türbəsinin bərpa edilməsi haqqında” 28 iyun 2006-cı il tarixli Sərəncamı ilə Nuh Peyğəmbərin məzarüstü türbəsi bərpa edilmişdir.
Sonra şagirdlər komplekslə yaxından tanış olmuşlar.

Xəbərlər şöbəsi

Naxçıvan Dövlət Universitetində Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə və Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və Naxçıvanın muxtariyyəti” mövzusunda ingilis dilində IV ümumuniversitet bilik yarışı keçirilmişdir.
Yarış başlanmazdan əvvəl universitetin rektoru, professor Saleh Məhərrəmov çıxış edərək ölkədə aparılan təhsil və gənclər siyasətinin uğurlarından danışmışdır. Vurğulanmışdır ki, dahi rəhbər Heydər Əliyevin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri vardır. Azərbaycançılıq ideologiyasının yaradıcısı ümummilli lider Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olmuşdur. Rektor həmçinin ingilis dilində tələbələr arasında belə yarışların keçirilməsinin məqsədəuyğun olduğunu demişdir.

Ardını oxu...

“Uzunmüddətli tarixi, arxeoloji, etnoqrafik tədqiqatların nəticəsi olaraq meydana çıxan “Qədim Ordubad” (“The Ancient Ordubad”) kitabının Azərbaycan və ingilis dillərində işıq üzü görməsi xüsusi əhəmiyyət daşıyır”.
Bu fikirlər dünən AMEA Naxçıvan Bölməsində keçirilən “Qədim Ordubad” kitabının təqdimat mərasimində səsləndirilib. AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev son illər ərzində elm adamları tərəfindən yazılmış çoxsaylı kitabların bilavasitə muxtar respublika rəhbərinin qayğısı ilə yüksək poliqrafik keyfiyyətlə çap edilməsinin elm adamlarına diqqətin bariz nümunəsi olduğunu deyib. Bölmənin sədri elm adamlarının adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını ifadə edib.

Ardını oxu...

AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun Nəbatat bağında Naxçıvan Dövlət Universitetinin tələbələri üçün növbəti açıq dərs keçilib. Açıq dərsdə universitetin Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin biologiya müəllimliyi ixtisası üzrə II kurs tələbələri iştirak ediblər. “Bitki sistematikası” fənni üzrə keçilən açıq dərsdə AMEA-nın müxbir üzvü, professor Tariyel Talıbov tələbələrə Nəbatat bağında yeni istifadəyə verilmiş istixanada yetişdirilən bitkilər, onların sistematik qrupları haqqında geniş məlumat verib. Tələbələri maraqlandıran suallar cavablandırılıb. Daha sonra tələbələr Nəbatat bağının zəngin bitki kolleksiyası, nadir bitkilər bölümü, Qafqaz və Avropa florasına mənsub olan bitki nümunələri ilə tanış olublar.    

Xəbərlər şöbəsi

Naxçıvan Dövlət Universitetində “Tədris proqramının təkmilləşdirilməsində informasiya-kommunikasiya texnologiyaları imkanlarından istifadənin rolu” mövzusunda elmi konfrans keçirilmişdir. Universitetin rektoru, professor Saleh Məhərrəmov konfransı giriş sözü ilə açaraq Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının inkişafına xidmət edən dövlət siyasətindən, müasir texnologiyaların elmdə və tədrisdə tətbiqinin əhəmiyyətindən danışmışdır. Rektor həmçinin universitetdə ənənəvi “Elektron Naxçıvan” və “Elektron universitet” layihələrinin həyata keçirilməsindən, müasir elektron kitabxananın yaradılmasından, distant təhsilə keçiddən, virtual əməkdaşlığın inkişafından, onlayn dərslərin təşkilindən, Cənubi Koreyanın KOİCA şirkəti ilə birgə “Naxçıvan Dövlət Universiteti üçün elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia infrastrukturunun yaradılması” layihəsinin tətbiqindən bəhs etmişdir.

Ardını oxu...

Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatı Qadınlar Şurası Naxçıvan Qızlar Liseyi müəssisədənkənar ərazi ilk təşkilatı ilə birgə Naxçıvan Qızlar Liseyində “Təhsil müəssisələrində Azərbaycan xanımını necə yetişdiririk?” mövzusunda diskussiya keçirmişdir. Diskussiyada qeyd olunmuşdur ki, Naxçıvan tarixin bütün dövrlərində həm tarix və mədəniyyət baxımından, həm də geocoğrafi baxımdan həmişə maraq doğurmuşdur. Bu qədim diyar işğal xarakteri daşıyan hücumlara məruz qalsa da, bütün çətinliklərə sinə gərərək öz varlığını qoruyub saxlaya bilmişdir.
Tariximizə müraciət etsək, görərik ki, istər ölkəmizin, istərsə də muxtar respublikamızın ictimai-siyasi həyatında qadınlarımızın danılmaz rolu olmuşdur.
Ümummilli liderimiz Heydər Əliyev nəinki Azərbaycan qadınının əməyini, fəaliyyətini yüksək qiymətləndirmişdir, eyni zamanda onun fəaliyyəti üçün münbit şərait yaratmışdır.
Muxtar respublikamızda da zəhmətkeş, xalqı üçün çalışıb mübarizə aparan qadınlar olmuşdur. Bu gün dövlətimiz qadın əməyinə yüksək qiymət verir. Qadınlarımızın yüksək vəzifələr tutması, onların parlamentdə təmsil olunması Azərbaycan dövlətinin qadınlara göstərdiyi etimadın və onların əməyinə verdiyi qiymətin bariz nümunəsidir.
Naxçıvan Qızlar Liseyinin direktoru Aidə Allahverdiyeva diskussiyada bildirmişdir ki, liseydə ancaq qızlar təhsil alırlar. Biz çalışırıq ki, intellektual səviyyəli, yüksək savadlı, milli dəyərlərimizə sahib çıxa bilən, milli adət-ənənələrimizi yaşadıb gələcək nəsillərə çatdıracaq və eyni zamanda sağlam ailə təməlini qoyacaq xanım qızlar yetişdirək. 

Xəbərlər şöbəsi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin16 iyun 2013-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında elmi işçilərin attestasiyasının keçirilməsi Qaydaları”na uyğun olaraq, AMEA Naxçıvan Bölməsində 47 elmi işçinin attestasiyası keçirilib. Bu barədə AMEA Naxçıvan Bölməsinin Rəyasət Heyəti 4 mart 2014-cü il tarixdə qərar verib. Qərara əsasən, AMEA-nın müxbir üzvü, biologiya elmləri doktoru Tariyel Talıbovun sədrliyi ilə komissiya yaradılıb. Sədr, katib və 11 üzvdən ibarət olan komissiya attestasiyadan keçəcək işçilərin rəy, xasiyyətnamə və digər sənədləri ilə tanış olub.
Aprelin 28-də bölmə tərkibində fəaliyyət göstərən iki elmi-tədqiqat institutunun – Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun və İncəsənət,  Dil və Ədəbiyyat İnstitutunun elmi işçiləri attestasiyadan keçirilib. Təbii Ehtiyatlar və Bioresurslar institutlarının işçilərinin attestasiyası aprelin 29-da, Batabat Astrofizika Rəsədxanası və Əlyazmalar Fondunun elmi işçilərinin attestasiyası isə aprelin 30-da keçiriləcək.

Xəbərlər şöbəsi

Aprelin 14-dən Naxçıvan Müəllimlər İnstitutunda muxtar respublikamızda fəaliyyət göstərən bəzi ümumtəhsil məktəblərində çalışan psixoloqlar üçün ixtisasartırma kurslarına start verilmişdi. Kurslar 10 gün müddətində davam edib və orta ümumtəhsil məktəblərində çalışan psixoloqlara bu müddətdə Naxçıvan Müəllimlər İnstitutunun psixoloq-müəllimləri tərəfindən dərslər keçilib. İxtisasartırma kurslarında 20-yə yaxın dinləyici iştirak edib. Dünən isə Naxçıvan Müəllimlər İnstitutunda ixtisasartırma kurslarını uğurla başa vuran müəllimlərə sertifikatların təqdimetmə mərasimi keçirilib. Mərasimdə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Piri Nağıyev və Naxçıvan Müəllimlər İnstitutunun  rektoru, professor Oruc Həsənli çıxış ediblər.  

Xəbərlər şöbəsi

Dünyada çox az şəhərlər var ki, siz ora gedərkən özünüzü keçmişin sehri, aurası içində hesab edə bilərsiniz. Azərbaycanda paytaxt Bakıdakı İçəri şəhəri, Şəki şəhərini, İsmayıllı rayonundakı Lahıcı da nəzərə alsaq, 4 bu cür məkan var ki, bunların sırasında Ordubad xüsusi yer tutur. Burada küçələrlə addımlayarkən, həyətlərə daxil olarkən, dağlara qalxarkən, düzlərə enərkən atdığın hər addımda özünü keçmişə səyahət edirmiş kimi hiss edirsən. Bu mənada dağıyla, daşıyla, evlərinin tikiliş üslubu ilə, küçələri ilə, tarixi məhəllələri ilə, çinarları ilə bir tarixdir Ordubad.
Qədim sivilizasiyanın əsas mərkəzlərindən biri hesab edilən, müasir inkişaf mənzərəsi ilə seçilən Ordubadın adı çəkiləndə, təbii ki, əvvəlcə Gəmiqaya yada düşür. Ordubadın tarixi Gəmiqayadan baş­landığı kimi, Ordubadın tarixinin əsaslı tədqiqi də Gəmiqayadan, daha dəqiq desək, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun “Ordubad rayonundakı Gəmiqaya abidəsinin tədqiq edilməsi haqqında” Sərəncamından başlayır.

Ardını oxu...

İstedad Allahın bir vergisidir. Ancaq bu istedadın üzə çıxarılması və istiqamətləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Sevindirici haldır ki, bu gün muxtar respublikamızda istedadlı gənclərin üzə çıxarılması istiqamətində çox mühüm tədbirlər həyata keçirilir, onların istedadının dəstəklənməsi, bilik və bacarıqlarının inkişaf etdirilməsi hər zaman diqqət mərkəzində saxlanılır. Həyata keçirilən tədbirləri sadalayarkən Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında gənc istedadlara dövlət qayğısının artırılması haqqında” 2012-ci il 31 yanvar tarixli Fərmanını xüsusilə qeyd etməliyik. Fərmana əsasən, Naxçıvan Muxtar Respublikası gənc istedadlarının “Qızıl kitabı” təsis olunmuş, “Qızıl kitab”a adları yazılmış gənc istedadlar üçün təqaüdün verilməsi qaydaları təsdiq edilmişdir. Gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 25 sen­tyabr tarixli Sərəncamına əsasən, incəsənət və idman sahələrində fərqlənən üç nəfər gəncin adı “Qızıl kitab”a salınaraq onlara müəyyən edilmiş miqdarda aylıq təqaüdün verilməsi təmin olunmuşdur. Öz növbəsində, yaradıcı gəncliyimiz də bu diqqət və qayğı müqabilində yeni-yeni uğurlara imza atır, ölkəmizin mədəniyyətini, incəsənətini, idmanını müxtəlif tədbirlərdə layiqincə təmsil edirlər. Dövlətin xüsusi diqqəti gənclərin cəmiyyətdə uğur qazanmasına, nailiyyətlərinin davamlı olmasına stimul verir, onları daha da ruhlandırır.

Ardını oxu...

“Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbin şagirdlərinin iştirakı ilə açıq dərs keçilib.
“Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi tarixin yadigarıdır” mövzusunda keçilən açıq dərsdə  məktəbin direktoru Sevinc Səfərova, tarix müəllimi Vəsilə Abbasova ölkəmizdə, eləcə də Naxçıvan Muxtar Respublikasında  tarixi abidələrimizin bərpasına göstərilən dövlət qayğısından danışıblar. Qeyd olunub ki, tarixi abidələr Azərbaycanın uzaq keçmişinin zənginliyini təsdiq etməklə yanaşı, eyni zamanda xalqımızın milli pasportu hesab edilə bilər. Bu abidələr Azərbaycan xalqının minilliklər tarixini özündə yaşadan zəngin informasiya mənbəyi olmaqla bərabər, xalqımızın bu torpaqların köklü sakinləri olduğunu danılmaz faktlarla sübuta yetirir. Bu abidələrdən biri olan Naxçıvanqalanın bərpası, qalanın əvvəlki görkəminin özünə qaytarılması, burada “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinin yaradılması, ümumilikdə, Naxçıvanın tarixinin öyrənilməsi, tədqiqi və təbliği baxımından mühüm və tarixi addımdır. Naxçıvan şəhərinin, indiyə qədər qorunub saxlanılmış Naxçıvanqalanın tarixinin öyrənilməsi, maddi mədəniyyətimizin şah əsərlərindən biri olan bu qalanın qorunması və təbliği xüsusi əhəmiyyət kəsb edir. Bu mənada Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinin yaradılması haqqında” 5 iyun 2013-cü il tarixli Sərəncamı təkcə tariximizin qorunması və təbliğinə deyil, həm də gələcəkdə milli kimliyimizin, bir millət kimi bu torpaqların əzəli və əbədi sakinləri olduğumuzun elmi dəlillərlə sübutuna xidmət edən mühüm dövlət sənədidir.
Sonra şagirdlər komplekslə yaxından tanış olublar.

Xəbərlər şöbəsi

Aprelin 21-dən etibarən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənc­lər Fondu və Naxçıvan Dövlət Universiteti Tələbə Elmi Cəmiyyətinin birgə təşkilatçılığı ilə “Naxçıvanı kəşf et” layihəsinə start verilib.
Layihənin iştirakçıları iki mərhələli seçim turu əsasında müəyyənləşdirilib. Birinci mərhələdə layihədə iştirak etmək istəyən tələbələr elektron ərizə formasını doldurublar, ikinci mərhələdə isə müraciət edənlərlə müsahibə keçirilib. Beləliklə, layihədə iştirak etmək üçün muxtar respublikamızın ali və orta ixtisas məktəblərinin I və II kurslarında təhsil alan 50 nəfər tələbə seçilib. Naxçıvanın tanıdılması, gənclərimizə tariximizin, coğrafiyamızın əyani müşahidə vasitəsilə öyrədilməsi məqsədi daşıyan layihənin  açılış tədbirində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun icraçı direktoru Məmməd Babayev və Naxçıvan Dövlət Universitetinin prorektoru Məmməd Rzayev çıxış edərək layihənin məqsədi barədə məlumat veriblər və gənclərə uğurlar arzulayıblar. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun icraçı direktoru Məmməd Babayevin verdiyi məlumata görə, layihə 7 gün davam edəcək və hər gün Naxçıvan Muxtar Respublikasının 1 rayonuna gənclərin səfəri təşkil olunacaqdır.
Aprelin 21-də layihə iştirakçıları Babək rayonu ərazisində yerləşən Kültəpə abidəsində, 22-də isə Şərur rayonu ərazisindəki Oğlanqala abidəsində olublar. Aprelin 23-də Kəngərli rayonundakı Qarabağlar türbəsi ilə, 24-də Şahbuz Dövlət Təbiət Qoruğu və Batabatla, 25-də Culfa rayonu ərazisindəki Əlincəqala və Xanəgahla, 28-də Sədərək, 29-da isə Ordubad rayonlarındakı tarixi abidələrlə tanışlıq nəzərdə tutulub.

Xəbərlər şöbəsi

Naxçıvan Özəl Universitetində Mövlana mübadilə proqramının tanıdılması münasibətilə tədbir keçirilmişdir. Tədbirdə universitetin Beynəlxalq əlaqələr şöbəsinin Mövlana proqramı üzrə koordinatoru Gülnar Məmmədova çıxış edərək bildirmişdir ki, Mövlana mübadilə proqramı Türkiyənin ali təhsil müəssisələri ilə xarici ölkə ali təhsil müəssisələri arasında tələbə və müəllim mübadiləsini həyata keçirən bir proqramdır.
O da vurğulanmışdır ki, Naxçıvan Özəl Universiteti ilə İstanbul Aydın, Atatürk, Ankara, İstanbul, eləcə də Ardahan universitetləri arasındakı Mövlana mübadilə proqramına əsasən müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən, hazırda Naxçıvan Özəl Universitetinin 3 tələbəsi ayrı-ayrı ixtisaslar üzrə İstanbul Aydın Universitetində təhsil alır.
Mövlana mübadilə proqramı əsasında təhsil almaq istəyən tələbələr universitet daxilində müəyyən fənlər əsasında imtahandan keçərək tanınmış universitetlərdə 1 və ya 2 semestr təhsil almaq hüququ qazanacaqlar.
Sonda imtahanda iştirak etmək istəyən tələbələrə ərizə formaları paylanılmışdır.

Nuray ƏSGƏROVA

Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyində Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90-cı ildönümü münasibətilə keçilmiş açıq dərsdə Babək rayonunun Kərimbəyli və Yarımca kənd tam orta məktəblərinin şagirdləri iştirak etmişlər.
Açıq dərsdə Kərimbəyli kənd tam orta məktəbinin tarix müəllimi Gülnar Quliyeva “Tariximizi öyrənirik” mövzusunda danışaraq bildirmişdir ki, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan qədim Naxçıvan diyarı milli tariximizdə istər tarixi, istərsə də zəngin mədəniyyəti baxımından mühüm yer tutur. Muxtar respublikanın mühüm geostrateji mövqedə yerləşməsi, Şərqlə Qərb arasında müxtəlif sahələrin inkişafında körpü rolu oynaması onun tarixi əhəmiyyətini daha da artırmışdır. Bu qədim diyara tarixin müxtəlif dövrlərində mənfur qonşularımız olan ermənilər tərəfindən əsassız ərazi iddiaları irəli sürülmüş, ötən əsrin həm əvvəllərində, həm də sonunda Naxçıvan düşmən hücumlarına məruz qalmışdır. İşğal xarakteri daşıyan bu hücumlara Naxçıvan mərdliklə sinə gərmişdir.

Ardını oxu...

Aprelin 18-də Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublikası Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin və Naxçıvan Muxtar Respublikası “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı ilə gənclər arasında “Nuh yurdu” intellektual oyununun Naxçıvan Muxtar Respublikası üzrə zona birinci­liyi keçirilmişdir.  
Tədbirdə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin şöbə müdiri, Naxçıvan Muxtar Respublikası “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyinin sədri Canməmməd Canməmmədov çıxış etmişdir. Qeyd olunmuşdur ki, gənclər arasında “Nuh yurdu” intellektual oyunu Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyi ilə əlaqədar təsdiq olunmuş Tədbirlər Planına əsasən keçirilir.

Ardını oxu...

Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublikası Ədəbiyyat Muzeyində “Molla Nəsrəddin” jurnalının nəşrinin 108-ci ildönümünə həsr olunmuş tədbir  keçirilib.
Tədbirdə Naxçıvan Dövlət Universitetində filologiya istiqaməti üzrə təhsil alan tələbələr iştirak ediblər.
Ədəbiyyat Muzeyinin direktoru Aləmzər İbrahim­ova “Molla Nəsrəddin” jurnalını Azərbaycan ədəbiyyatı və mətbuatı tarixinin şərəfli səhifəsi kimi dəyərləndirərək jurnalın Azərbaycan ictimai-siyasi fikir tarixində, milli şüurun və siyasi təfəkkürün formalaşmasında, milli ədəbiyyatın inkişafındakı rolundan danışıb.
Universitetin Tarix-filologiya fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent İman Cəfərli  “Molla Nəsrəddin” jurnalının nəşri tarixi barədə məruzə edərək Şərqdə ilk satirik mətbu orqan olan bu jurnalın əsas yaradıcı heyəti, qayəsi, janr və mövzu rəngarəngliyi, əsas tənqid hədəfləri, mollanəsrəddinçi ədəbi məktəb yaratmaqla mətbuat və ədəbiyyat tariximizdə əvəz­olunmaz yer tutması ilə bağlı məlumat verib.

Ardını oxu...

Naxçıvan Dövlət Universitetində “Ulu öndər Heydər Əliyev və Naxçıvan Muxtar Respublikasında idmanın inkişafı” mövzusunda konfrans keçirilmişdir. Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr edilmiş konfransı giriş sözü ilə universitetin rektoru, professor Saleh Məhərrəmov açaraq Azərbaycanda, o cümlədən muxtar respublikada idmanın inkişafına göstərilən diqqət və qayğıdan bəhs etmişdir.
Universitetin Tələbə-İdman Klubunun sədri, Fiziki tərbiyə və idman oyunları kafedrasının baş müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Məmmədəli Rəhimov “Universitet idmançıları respublika birinciliklərində və beynəlxalq arenada” mövzusunda məruzə edərək bildirmişdir ki, universitetin futbol, voleybol, badminton, şahmat komandaları, cüdo, sərbəst güləş üzrə idmançılarımız muxtar respublika birinci­liyində, Azərbaycan çempionatında və beynəlxalq yarışlarda dəfələrlə uğurlar əldə etmişdir.
Universitetin Tələbə-İdman Şurasının sədri, bədən tərbiyəsi ixtisasının II kurs tələbəsi Nicat Allahverdiyev çıxış edərək tələbə-idmançılar adından universitetdə idmanın müxtəlif növlərinin inkişafı üçün yaradılan şəraitdən danışmışdır.
Sonra tələbələr arasında şahmat birinciliyinə start verilmişdir. Qeyd edək ki, bütün fakültələrin təmsil olunduğu bu yarışda 40 şahmatçı qələbə uğrunda mübarizə aparacaq.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR