24 Dekabr 2024, Çərşənbə axşamı

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilmiş inşa yazı müsabiqəsi və məktəblilərin fənn olimpiadası qaliblərinin dünən Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində mükafatlandırılması mərasimi olub.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının təhsil naziri Piri Nağıyev bildirib ki, belə tədbirlər Azərbaycan dövlətinin qurucusu və memarı ulu öndər Heydər Əliyevin bu gün hər bir gənc üçün örnək olan həyatı və siyasi fəaliyyətinin öyrənilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. “Görkəmli dövlət xadimi Heydər Əliyev ölkə­mizdə təhsilin müasir standartlar səviyyəsinə qaldırılması üçün cahanşümul tədbirlər həyata keçirib”, – deyən təhsil naziri ulu öndərin “hər bir xalqın gələcəyi xeyli dərəcədə onun təhsilinin hansı səviyyədə olmasından asılıdır” kəlamını xatırladaraq gənclərin doğma Vətənə bağlı ruhda böyüməsi, zəngin biliklərə yiyələnməsi üçün məqsədyönlü tədbirlərin həyata keçirilməsinin vacibliyini bildirib.

Piri Nağıyev vurğulayıb ki, dahi rəhbərin bu istiqamətdə müəyyənləşdirdiyi siyasət bu gün ölkəmizdə və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında uğurla davam etdirilir. Hər il diyarımızda yeni məktəb binaları inşa olunur, təhsil ocaqlarının maddi-texniki bazası gücləndirilir, tədrisin yüksək səviyyədə qurulması üçün məqsədyönlü tədbirlər həyata keçirilir.
Valideyn Həsən Həsənov çıxış edərək belə müsabiqə və olimpiadaların şagirdlərin fəal həyat mövqeyinin düzgün formalaşdırılmasında əhəmiyyətli rol oynadığını qeyd edib.
Sonra inşa yazı müsabiqəsində və fənn olimpiadasında yer tutan şagirdlərə fəxri fərmanlar, diplomlar və hədiyyələr təqdim olunub.

Sona MİRZƏYEVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR