Aprelin 14-dən Naxçıvan Müəllimlər İnstitutunda muxtar respublikamızda fəaliyyət göstərən bəzi ümumtəhsil məktəblərində çalışan psixoloqlar üçün ixtisasartırma kurslarına start verilmişdi. Kurslar 10 gün müddətində davam edib və orta ümumtəhsil məktəblərində çalışan psixoloqlara bu müddətdə Naxçıvan Müəllimlər İnstitutunun psixoloq-müəllimləri tərəfindən dərslər keçilib. İxtisasartırma kurslarında 20-yə yaxın dinləyici iştirak edib. Dünən isə Naxçıvan Müəllimlər İnstitutunda ixtisasartırma kurslarını uğurla başa vuran müəllimlərə sertifikatların təqdimetmə mərasimi keçirilib. Mərasimdə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Piri Nağıyev və Naxçıvan Müəllimlər İnstitutunun rektoru, professor Oruc Həsənli çıxış ediblər.
Xəbərlər şöbəsi