24 Dekabr 2024, Çərşənbə axşamı

Naxçıvan Dövlət Universitetində Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə və Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və Naxçıvanın muxtariyyəti” mövzusunda ingilis dilində IV ümumuniversitet bilik yarışı keçirilmişdir.
Yarış başlanmazdan əvvəl universitetin rektoru, professor Saleh Məhərrəmov çıxış edərək ölkədə aparılan təhsil və gənclər siyasətinin uğurlarından danışmışdır. Vurğulanmışdır ki, dahi rəhbər Heydər Əliyevin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri vardır. Azərbaycançılıq ideologiyasının yaradıcısı ümummilli lider Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olmuşdur. Rektor həmçinin ingilis dilində tələbələr arasında belə yarışların keçirilməsinin məqsədəuyğun olduğunu demişdir.

Beynəlxalq münasibətlər və xarici dillər fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent Qurban Qurbanlı bilik yarışı haqqında iştirakçılara məlumat vermişdir.
Fakültə komandaları arasında püşkatmadan sonra informasiya texnologiyalarının tətbiqi ilə bilik yarışına start verilmişdir. Qeyd edək ki, universitetdə təhsil alan xarici tələbələr də viktorinada iştirak etmişlər.
On iki komandanın iştirakı ilə keçirilən yarışda 72 tələbə iştirak etmişdir. Viktorinanın qalibi Sosial idarəetmə və hüquq fakültəsinin komandası olmuşdur. Beynəlxalq münasibətlər və xarici dillər fakültəsinin iki komandası II və III yerləri bölüşmüşlər. İki mərhələdə keçirilən bilik yarışının qalib komandaları və fəal iştirakçıları diplom və hədiyyələrlə mükafatlandırılmışlar.

Mina QASIMOVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR