24 Dekabr 2024, Çərşənbə axşamı

Ali təhsildə təhsilin keyfiyyətinin yüksəldilməsi, müasir tələblərə uyğun kadr hazırlığının təmin edilməsi və ali təhsil sistemində yeni mühitin yaradılması məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin qərarı ilə ali təhsil müəssisələrində növbəti tədris ilindən başlayaraq savadlı, bacarıqlı və hazırlıqlı (SABAH) tələbələrdən ibarət qruplar yaradılacaq.
Digər ali təhsil müəssisələrində olduğu kimi, Naxçıvan Dövlət Universitetində də “SABAH” qrupları ilə bağlı təqdimat keçirilib. Tədbirdə universitetin rektoru, professor Saleh Məhərrəmov çıxış edərək ölkəmizdə təhsilə göstərilən yüksək qayğıdan danışıb, “SABAH” qruplarının yaradılmasının əhəmiyyətini açıqlayıb.

Qeyd olunub ki, bu qrupların yaradılmasında əsas məqsəd azərbaycanlı tələbələrin xarici ali məktəblərdəki tələbələrlə əməkdaşlığına nail olmaqdan və tədris proqramlarının təkmilləşdirilməsindən ibarətdir. “Sabah” qrupuna il ərzində qiymətlərinin orta göstəricisi 61-dən aşağı olmayan I kursu başa vurmuş tələbələr seçiləcəklər. “SABAH”a qəbul olmaq istəyən tələbə bunun üçün 3 mərhələdən keçməlidir: www.sabah.edu.az saytında elektron qeydiyyata düşmək, 25-i xarici dildən olmaqla, 50 sualdan ibarət “SABAH” imtahanı vermək və sonda müsahibə mərhələsi. Bu mərhələləri daha yüksək nəticə ilə keçənlər “SABAH” qrupunun tələbələri olacaqlar və ikinci kursdan etibarən ixtisas­la­rı­na uyğun ali təhsil müəssisələrin­də təhsillərini davam etdirəcəklər. “SABAH” qrupları seçilmiş ixtisasın ən yaxşı tələbələrinin və bu ixtisası ən keyfiyyətli tədris edən müəllimlərin görüşdüyü məkan olacaq. Qrupun məzunu öz ixtisasını ana dili ilə yanaşı, ingilis dilində də mükəmməl biləcək. Qrupun fərqlənən tələbələri xarici ölkələrə təcrübəyə göndəriləcəklər.
Sonda tələbələrin qrupun fəaliyyəti ilə bağlı sualları cavablandırılıb.

Mina QASIMOVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR