24 Dekabr 2024, Çərşənbə axşamı

“Uzunmüddətli tarixi, arxeoloji, etnoqrafik tədqiqatların nəticəsi olaraq meydana çıxan “Qədim Ordubad” (“The Ancient Ordubad”) kitabının Azərbaycan və ingilis dillərində işıq üzü görməsi xüsusi əhəmiyyət daşıyır”.
Bu fikirlər dünən AMEA Naxçıvan Bölməsində keçirilən “Qədim Ordubad” kitabının təqdimat mərasimində səsləndirilib. AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev son illər ərzində elm adamları tərəfindən yazılmış çoxsaylı kitabların bilavasitə muxtar respublika rəhbərinin qayğısı ilə yüksək poliqrafik keyfiyyətlə çap edilməsinin elm adamlarına diqqətin bariz nümunəsi olduğunu deyib. Bölmənin sədri elm adamlarının adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını ifadə edib.

AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Zeynəb Quliyeva “Qədim Ordubad” kitabı haqqında söz” adlı məruzəsində kitabın elmi məziyyətlərindən danışıb, kitabda yer alan bölmələr haqqında ətraflı məlumat verib. Vurğulanıb ki, tarixçilərimizin Naxçıvanın 90 illik yubileyinə hədiyyəsi olan kitabın müəllifləri – AMEA-nın müxbir üzvləri Vəli Baxşəliyev, Hacı Qadir Qədirzadə, tarix elmləri doktoru Abbas Seyidov və tarix üzrə fəlsəfə doktoru Bəhlul İbrahimli bu tədqiqat əsərini Naxçıvanın tarixinə və etnoqrafiyasına dair ciddi faktlar əsasında yazıblar.
AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Toğrul Xəlilov, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru Rafiq Babayev, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi işçisi Elnur Kəlbizadə çıxış edərək müəllifləri bu dəyərli tədqiqat əsərinin çapdan çıxması münasibətilə təbrik ediblər. Qeyd edilib ki, bu sanballı tədqiqat əsəri həm də gələcəkdə aparılacaq elmi araşdırmalar üçün gənc tədqiqatçılara istiqamətverici rol oynayacaq.
Kitabın müəlliflərindən AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev, tarix elmləri doktoru Abbas Seyidov və tarix üzrə fəlsəfə doktoru Bəhlul İbrahimli çıxış edərək Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birbaşa qayğısı ilə kitabın çap edilməsinin gələcək tədqiqatlara da stimul verdiyini bildirib və bununla əlaqədar minnətdarlıqlarını ifadə ediblər.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR