24 Dekabr 2024, Çərşənbə axşamı

AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunda “Muxtariyyət illərində Naxçıvan Muxtar Respublikası təbiətinin öyrənilməsi vəziyyəti” mövzusunda keçirilən elmi konfransı giriş sözü ilə açan AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Tariyel Talıbov qeyd edib ki, 5 iyun bütün dünyada “Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü” kimi qeyd edilir. Bu barədə qərar 16 dekabr 1972-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 27-ci sessiyasında qəbul edilib. Həmçinin Baş Assambleyanın bu sessiyasında BMT sistemində yeni təşkilat – BMT Ətraf Mühit Pro­qramı yaradılıb. Hər il bu təşki­lat tərəfindən Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü keçiri­­lir. Belə bir günün keçirilməsinə 11 may 1971-ci ildə dünyanın 23 ölkəsinin 2200 elm və mədəniy­yət xadiminin imzası ilə BMT-nin Baş katibinə ünvanlanan müraciət səbəb olub. Onlar “ya biz çirklənməni qurtarırıq, ya da çirklənmə bizi qurtarar” adlı müraciətləri ilə bəşəriyyətə ətraf mühitin çirklənməsi barədə xəbərdar­lıq etmişdilər.

Vurğulanıb ki, Baş Assambleya bu günün qeyd edilməsi ilə bağlı qətnaməsində BMT-yə daxil olan ölkə və təşkilatları hər il həmin gün ərəfəsində ətraf mühitin qorunması və yaxşılaşdırılmasına xidmət edən tədbirlər həyata keçirməyə çağırır.
Ölkəmizdə, o cümlədən muxtar respublikamızda ətraf mühitin mühafizəsi, ekologiya sahəsində görülən işlər, həyata keçirilən dövlət və milli proqramların uğurlu nəticəsi barədə danışan AMEA-nın müxbir üzvü Tariyel Talıbov “Muxtariyyət illərində Naxçıvan Muxtar Respublikası biomüxtəlifliyinin tədqiqi vəziyyəti” mövzusunda məruzə edib.
Elmi konfransda Bioresurslar İnstitutunun Bitki sistematikası şöbəsinin müdiri, biologiya elmləri doktoru, professor Əliyar İbrahim­ov “Naxçıvan Muxtar Respublikası florasının muxtariyyət illərində öyrənilməsi və istifadəsi”, Zooloji tədqiqatlar şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Akif Bayramov “Naxçıvan faunasının muxtariyyət illərində öyrənilməsi nəticələri”, Zooloji tədqiqatlar şöbəsinin böyük elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, dosent Arzu Məmmədov “Muxtariyyət illərində orintoloji tədqiqatlar” mövzularında elmi məruzələr ediblər.
Sonda konfrans iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR