24 Dekabr 2024, Çərşənbə axşamı

Naxçıvan Müəllimlər İnstitutunda bu mövzuda konfrans keçirilib

Naxçıvan Müəllimlər İnstitutunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş “Müasir təlim metodları və yeni pedaqoji texnologiyaların təlim-tərbiyə prosesində tətbiqi” mövzusunda konfrans keçirilib. Konfransı giriş sözü ilə institutun rektoru, professor Oruc Həsənli açaraq tədbirin əhəmiyyətindən danışıb. Qeyd olunub ki, ümummilli liderimiz Heydər Əliyev ölkəmizə rəhbərliyi dövründə elm və təhsil sahəsinin müasir standartlar səviyyəsində fəaliyyətini diqqət mərkəzində saxlayıb, istər orta, orta ixtisas, istərsə də ali təhsil sistemində bir sıra islahatların həyata keçirilməsini təmin etmək məqsədilə mühüm sərəncamlar imzalayıb. Ulu öndər deyirdi: “XX əsrdə Azərbaycan xalqının ən böyük nailiyyətlərindən biri ölkəmizdə elmin, təhsilin sürətlə inkişaf etməsi­dir... İndi bizim təhsilimizin məqsədi gənc nəslə, uşaqlara təhsil verib onları gələcəyə hazırlamaqdır”. Bu baxımdan bu gün keçirilən konfransın mühüm əhəmiyyət daşıdığını tədbir iştirakçılarının diqqətinə çatdıran rektor konfransın işinə uğurlar arzulayıb.

Tədbirin plenar iclasında bir neçə məruzə dinlənilib. Tarix üzrə fəlsəfə doktoru Ələkbər Cabbarlı “Heydər Əliyev və Naxçıvanda müasir təhsil” adlı məruzəsində ulu öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətdə olduğu hər iki dövrdə elm və təhsilə olan qayğısından danışıb. Bildirilib ki, dahi rəhbər ölkənin gələcək perspektivləri naminə təhsilin keyfiyyətinin yüksəldilməsi məqsədilə təhsil ocaqlarında məqsədyönlü tədbirlər həyata keçirilməsinə nail olub.
Konfransda dosent Kamal Camalovun “Mövhumat əleyhinə mübarizədə mollanəsrəddinçilərin rolu” mövzusunda məruzəsi də maraqla qarşılanıb. Qeyd olunub ki, mollanəsrəddinçilərin fəaliyyətini yüksək qiymətləndirən ulu öndər Heydər Əliyevin dahi şəxsiyyətlərə verdiyi yüksək qiymət bu gün də öz dəyərini saxlamaqdadır. Çünki Cəlil Məmmədquluzadənin, onun müasirlərinin və ardıcıllarının ədəbi-pedaqoji irsi bütün zamanlar üçün aktualdır.
“İnformasiya-kommunikasiya texnologiyalarının tədrisi təcrübəsindən” mövzusunda məruzə ilə çıxış edən dosent Rövşən Vəliyev bildirib ki, tədris prosesində əyaniliyi təmin edən vasitələr çoxdur. Bu sırada kompüter, elektron lövhələrin xüsusi rolu var. Bu vasitələrdən səmərəli istifadə edən müəllim təhsildə yüksək nailiyyətlər qazanmış olar.
Konfrans öz işini günün ikinci yarısında “Heydər Əliyev və müasir təhsil”, “Yeni pedaqoji texnologiyalarda pedaqogika və psixologiyanın rolu”, “Təhsilin müasir tələbləri və tərbiyə məsələləri” və “Fənlərin tədrisi texnologiyaları” adlı bölmə iclaslarında davam etdirib. Bölmə iclaslarında ölkənin ali təhsil müəssisələrinin, həmçinin muxtar respublikanın orta ixtisas və tam orta məktəblərinin qabaqcıl müəllimlərinin müasir təlim metodları və yeni pedaqoji texnologiyaların təlim-tərbiyə prosesində tətbiqi ilə bağlı məruzələri dinlənilib.

Muxtar MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR