24 Dekabr 2024, Çərşənbə axşamı

“Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində Naxçıvan şəhərindəki 15 nömrəli tam orta məktəbin şagirdlərinin iştirakı ilə açıq dərs keçilmişdir. “Muxtariyyət ili” ilə əlaqədar keçilən açıq dərsdə məktəbin tarix müəllimi Süsən Cabbarova ümummilli liderimiz Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövrü haqda danışaraq bildirmişdir ki, ulu öndər Heydər Əliyev müstəqillik dövründə Azərbaycan xalqına ilk böyük xidmətini məhz Naxçıvanı qorumaqla göstərmişdir. 1990-cı ilin iyul ayında – Naxçıvanın çətin günlərində xalqımızın böyük oğlu Heydər Əliyevin muxtar respublikaya gəlişi bu qədim torpağı xilas etmişdir. 1990-cı il noyabrın 17-də muxtar respublika Ali Məclisinin birinci sessiyası keçirilmişdir. Görkəmli dövlət xadimi Heydər Əliyevin sədrliyi ilə keçirilən həmin sessiyanın tariximizdə mühüm əhəmiyyət kəsb etməsi Azərbaycan dövlətçiliyinin dirçəlişi prosesinin həyata keçirilməsi ilə bağlı bir çox məsələlərin müzakirə olunması, Azərbaycanın müstəqil, demokratik və dünyəvi dövlət kimi fəaliyyət göstərməsi üçün mühüm siyasi və ideoloji amilə çevrilən tarixi qərarların qəbul edilməsi ilə bağlıdır.

Bildirilmişdir ki, görkəmli dövlət xadimi Heydər Əliyev 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində çalışarkən blokada şəraitində olan Naxçıvanı erməni hücumlarından, işğaldan qorumuş, muxtar respublikada sosial-iqtisadi və mədəni qurucu­luq sahəsində geniş, çoxşaxəli tədbirlər həyata keçirmişdir. Ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə Azərbaycan rəhbərliyinə qayıtdıqdan sonra muxtar respublika yeni yüksəliş yoluna qədəm qoymuşdur. Blokadanın çətinliklərinə baxmayaraq, son 18 ildə muxtar respublikada böyük quruculuq proqramı gerçəkləşdirilmiş, bütün sahələrdə mühüm nailiyyətlər əldə olunmuşdur. Bu gün Naxçıvan özünün əsl intibah dövrünü yaşayır.
Sonra şagirdlər komplekslə yaxından tanış olmuşlar.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR