22 Dekabr 2024, Bazar

AMEA Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikası Təhsil Nazir­liyinin birlikdə reallaşdırdığı “Sabahın tədqiqatçıları” layihəsinin əsas məqsədi şagirdlərdə elmə marağın artırılması və onlarda ilkin tədqiqat aparmaq bacarığının formalaşdırılmasından ibarətdir. Bu qayə uğrunda səylə çalışan layihə iştirakçıları müxtəlifməzmunlu beynəlxalq müsabiqələrdə ölkəmizi uğurla təmsil edir, medallara, diplom və sertifikatlara layiq görülür, elmi məqalələr dərc etdirirlər.

Ardını oxu...

Naxçıvan Dövlət Universitetində iqtisad üzrə fəlsəfə doktoru, dosent Əli Cabbarovun “Turizm “Şərq qapısı” qəzetinin səhifələrində” və “Bura Naxçıvandır” adlı kitablarının təqdimatı keçirilib. Təqdimatı giriş sözü ilə açan universitetin rektoru, dosent Elbrus İsayev yeni nəşrləri Naxçıvan turizm və jurnalistika məktəbinə mühüm töhfə olaraq dəyərləndirib. Qeyd edilib ki, nəşr həm də ötən il 100 illik yubileyi dövlət səviyyəsində qeyd olunan “Şərq qapısı” qəzetinin turizm sahəsindəki yığcam hesabatı da sayıla bilər. Rektor müəllifin ali təhsil ocağında müəllim kimi fəaliyyətini də yüksək qiymətləndirərək kitabları Turizm və Jurnalistika ixtisaslarında təhsil alan tələbələr üçün qiymətli mənbə olduğunu qeyd edib. Rektor “Turizm “Şərq qapısı” qəzetinin səhifələrində” kitabının bu əhəmiyyətinin nəzərə alınaraq universitet Elmi Şurasının 28 oktyabr 2021-ci il tarixli qərarı ilə dərs vəsaiti kimi təsdiq olunduğunu diqqətə çatdırıb.

Ardını oxu...

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Hüseyn Cavidin ev-muzeyi tərəfindən böyük şair və dramaturq Hüseyn Cavidin həyat və yaradıcılığını əks etdirən növbəti təqvim nəşr olunub.

Bu barədə AMEA-dan məlumat verilib. Bildirilib ki, 2022-ci il üçün əlamətdar günlərin də əksini tapdığı bu təqvimdə Cavidlər ailəsinin həyatında baş verən tarixi məqamlar və onların izahı yer alıb.

Təqvimin ikinci səhifəsində Hüseyn Cavidin həyat və yaradıcılığı barədə ətraflı məlumat verilib, digər səhifələrində isə ədibin ailəsinin hər bir üzvünün fotoları və əsərlərindən parçalar yer alıb.

 

 

 

Dövlət İmtahan Mərkəzi (DİM) yanvarın 10-dan etibarən builki imtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə və təlimlərə başlayıb.

DİM-dən bildirilib ki, müsahibələr 895 namizəd üçün respublikanın bütün şəhər və rayonlarında keçiriləcək. Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonundan olan namizədlər üçün müsahibələr DİM-in inzibati binasında (Həsən Əliyev küçəsi, 299) təşkil olunacaq.

Ardını oxu...

Təhsil millətin gələcəyidir

Elmi-tarixi inkişafın bütün mərhələlərində olduğu kimi, muxtar respublikamızın müasir dövrdə də öz uğurları ilə seçilən təhsil şəraiti dinamik inkişaf yolundadır. Böyük fəxrlə deyə bilərik ki,  doğma diyarımızda elm-təhsil sahəsində qazanılan uğurlar ölkəmizin ən qabaqcıl, prestijli və bir-birindən zəngin yenilikçi ideyaların ünvanı olan Naxçıvan Dövlət Universitetində də mövcuddur. Bu mənada, ölkə Prezidenti cənab İlham Əliyevin “Naxçıvan Dövlət Universiteti zəngin maarifçilik ənənələrinə malik Naxçıvan diyarında yüksəkixtisaslı kadrların yetişdirilməsinə, elmi mühitin formalaşdırılmasına və bütövlükdə, regionun tərəqqisinə öz müsbət təsirini göstərmişdir. Onun məzunları bu gün Azərbaycanda milli dövlət quruculuğunun ən müxtəlif sahələrində yaxından iştirak edir, ölkəmizin iqtisadi, elmi və mədəni potensialının gücləndirilməsinə layiqli töhfələr verirlər” yüksək fikirləri bir daha dediklərimizi təsdiq edir. 

Ardını oxu...

2021-ci ilin sonuncu ayında da Dövlət İmtahan Mərkəzi tərəfindən yeni müsabiqələrin elan edilməsi, dövlət qulluğuna dair qanunvericiliyin tətbiqinə nəzarət, işə qəbul və attestasiya imtahanlarının keçirilməsi aidiyyəti üzrə davam etdirilib.

Ardını oxu...

Folklor milli-mənəvi dəyərdir, xalqın qədimlərdən günümüzə doğru gələn yaddaşıdır, tarixidir. Elə bir yaddaş ki onda tarix qədər əhəmiyyətli nüanslar da görmək mümkün olur. Folkloru – milli yaddaşı qorunan xalq zirvədə olar. Onu bu zirvədən salmaq mümkün deyil; o zamanadək ki, o öz milli yaddaşını unuda, ona dönük çıxa. Milli yaddaşını qoruyan, onu gələcəyə ötürməyin vacib missiya olduğunu anlayıb, bu yolda fədakarlıqla çalışanlar xalqa, sözün əsl mənasında, xidmətkardırlar. Bəli, Azərbaycan xalqının milli yaddaşı da zəngindir, tarixidir. Bu zənginliyi zaman-zaman müxtəlif mütəxəssislər aşkara çıxarıb xalqa təqdim edib, gələcəyə ötürüb. Onların bəziləri peşəkar olsa da, bəziləri həvəskarlıqla bu müqəddəs işi həyata keçirib. Lakin hər iki hal xalqın taleyi ilə bağlı müqəddəs iş kimi böyük əhəmiyyət daşıyır. 

Ardını oxu...

Kamil insan olmağın, öz zehnini, təfəkkürünü üstün səviyyəyə gətirməyin, müasir cəmiyyətdə qüsursuz formalaşmanın mükəmməl yolu yalnız mütaliədir. Kitablar həmişə olduğu kimi, bilikli və mədəni insanın həyatının ayrılmaz hissəsinə – ən yaxın dostuna, etibarlı sirdaşına çevrilib. Əsrlərboyu insanlar bir-birindən zahiri gözəlliklərinə görə deyil, qazandıqları bilik bacarıqlarına, yüksək mənəviyyatlarına görə dəyərləndiriliblər. Fiziki keyfiyyət anadangəlmə olsa da, insanlar daxili zənginliyi, elmi-mədəni dəyərləri normal biliyin əsas xəzinəsi olan kitablardan qazanıblar.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə muxtar respublika məktəbliləri arasında “Xətt izləyən robot” yarışı keçirilib.

Ardını oxu...

Dövlət İmtahan Mərkəzinin (DİM) yaratdığı işçi qrupu informatika fənni üzrə kurikulumun təlim nəticələrinin tələblərinə uyğun qəbul proqramı hazırlayıb.

DİM-dən verilən məlumata görə, proqrama ümumtəhsil müəssisələrinin V-XI sinif dərsliklərində məzmun standartlarının reallaşdırılması üçün verilən mövzular daxil edilib.

2023-cü ildə informatika fənni üzrə imtahan vermək istəyən abituriyentlər bu proqram əsasında imtahana hazırlaşa bilərlər.

 

 

 

Təhsil millətin gələcəyidir


Bu gün ölkəmizdə həyata keçirilən Dövlət proqramları və islahatlar çərçivəsində təhsilin inkişafı öndə dayanıb. Təhsildə idarəetmə, müəllim hazırlığı və digər sahələrin inkişafına xüsusi diqqət yetirilməsi də bunun ifadəsidir. Muxtar respublikada da təhsilə qayğı prioritet vəzifəyə çevrilib. Müstəqillik qazandığımız illərdə bu sahədə əldə etdiyimiz uğurları isə təhsilin bütün pillələrində görmək olar. Belə təhsil ocaqlarından biri də Naxçıvan Dövlət Texniki Kollecidir. Kollec haqqında ətraflı məlumat almaq üçün yollandıq elə həmin ünvana. Kollecin direktoru Asəf Ruşanovla həmsöhbət olduq.

Ardını oxu...

Naxçıvan Dövlət Universitetinin təşkilatçılığı ilə “Naxçıvan beynəlxalq ticarət və logistika mərkəzi kimi” mövzusunda beynəlxalq onlayn elmi konfrans keçirilib. Tədbirdə çıxış edən ali təhsil ocağının rektoru, dosent Elbrus İsayev qeyd edib ki, konfrans universitetdə yeni açılan və gələcək perspektivləri yüksək olan Beynəlxalq ticarət və logistika ixtisasının əsas məqsədi qloballaşan dünyada olan beynəlxalq bazarları, ticarəti və xüsusilə də beynəlxalq yükdaşımanı öyrənmək və nəzəri biliklərini biznesin müxtəlif sahələrində praktik olaraq tətbiq etmək bacarığı olan kadrlar yetişdirməkdən ibarətdir. Rektor qitələrarası inteqrasiyanın təmin edilməsində İpək Yolunun əhəmiyyətini diqqətə çəkərək beynəlxalq İpək Yolunun üzərində yerləşən türkdilli dövlətlərin təşəbbüsü ilə reallaşan enerji, nəqliyyat və infrastruktur layihələrinin önəmindən bəhs edib.

Ardını oxu...

 

 

Azərbaycanda ali təhsilin keyfiyyətinin yaxşılaşdırılması və Avropa təhsil sisteminə inteqrasiyası məqsədilə universitet rektorlarının fəaliyyətinin əlaqələndirilməsi istiqamətində işlər davam etdirilir. Bu istiqamətdə görülən işlərdən biri də Avropa Komissiyasının “Erasmus+” proqramı çərçivəsində Ali Təhsildə Potensialın gücləndirilməsi profili üzrə qrant müsabiqəsidir. Bakı Biznes Universitetinin koordinatoru olduğu “Azərbaycanda rektorlar konfransı” layihəsi müsabiqənin qalibi adına layiq görülüb. “Naxçıvan” Universitetində bununla bağlı əldə olunan nəzəri nəticələrin müzakirəsi, qiymətləndirilməsi və gələcək fəaliyyətinə həsr olunmuş tədbir keçirilib.

Ardını oxu...

Naxçıvan Dövlət Universitetində ilk dəfə tədrisi həyata keçirilən Hərbi tibb ixtisasının təqdimatı olub.

Ardını oxu...

  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2021-ci il dahi Azərbaycan şairi və mütəfəkkiri  "Nizami Gəncəvi ili” elan edilib. Təsdiq olunmuş tədbirlər planına əsasən “Naxçıvan”  Universitetində Nizami Gəncəvinin zəngin irsinin öyrənilməsi və tələbə gənclər arasında geniş təşviq edilməsi istiqamətində silsilə tədbirlər keçirilir.

       Bu gün “Azərbaycan dili və ədəbiyyat” kafedrasının dosenti Arifə Zeynalovanın təşkilatçılığı ilə universitetin  konfrans zalında Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş ədəbi-bədii kompozisiya keçirilib.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2021-ci il dahi Azərbaycan şairi və mütəfəkkiri  "Nizami Gəncəvi ili” elan edilib. Təsdiq olunmuş tədbirlər planına əsasən “Naxçıvan”  Universitetində Nizami Gəncəvinin zəngin irsinin öyrənilməsi və tələbə gənclər arasında geniş təşviq edilməsi istiqamətində silsilə tədbirlər keçirilir.

Ardını oxu...

Jurnalistin qeydləri

Əslində, onlarla tanışlığım təsadüfən olmuşdu. Əvvəlcədən planlaşdırılmış səfərin bir hissəsində bu yerlərin insanlarına xas qonaqpərvərliklə bizi evlərində, yaşıl bağçalarında qonaq etmişdilər. Bu ilk tanışlıqdan sonra yenidən bir neçə dəfə onlarla görüşmək imkanım oldu. Hər görüşümüzdə isə bu ailənin özünəməxsus bir tərəfini – zəhmətkeşliyini, torpağa bağlılığını, vətənsevərliyini, elm-bilik yolunda fədakarlıqlarını kəşf etdim. Təəssüratlarımı qələmə almaq üçün xeyli – təxminən, bir ildən çox müddətdə geciksəm də, düşünürəm ki, qeydlərim oxucular üçün kifayət qədər maraqlı olacaq. Bu barədə daha ətraflı bir qədər sonra...

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun dəstəyi, Naxçıvan Dövlət Universitetinin Tələbə-Gənclər Təşkilatının təşkilatçılığı ilə onlayn keçirilən açılış tədbirində universitetin rektoru, dosent Elbrus İsayev çıxış edərək qeyd edib ki, tələbə təşkilatlarının fəaliyyəti nəticəsində tələbələr respublikada keçirilən intellektual oyunlar, müxtəlif istiqamətli müsabiqələr, beynəlxalq əhəmiyyətli yarışlarda muxtar respublikanı layiqincə təmsil edir və nailiyyət əldə edirlər.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən “İqtisadi inkişafda gömrük xidmətinin rolu və yeni startap layihələri” mövzusunda praktik məşğələ keçirilib.

Ardını oxu...

“Naxçıvan” Universitetində Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinə hamiliyə verilmiş Biznesin idarə edilməsi ixtisasında təhsil alan tələbələrlə keçirilən görüşü giriş sözü ilə açan universitetin rektoru, dosent Nurlana Əliyeva Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair sərəncamların icrası ilə bağlı tələbələrlə keçirilən görüşlərin əhəmiyyətindən danışıb, müvafiq Sərəncamın icrası istiqamətində universitetdə keçirilən tədbirlərin ənənə halı aldığını vurğulayıb. Diqqətə çatdırılıb ki, innovasiyaya və dayanıqlı inkişafa əsaslanan yaradıcı düşüncəni və elmi-texniki tərəqqini əks etdirən yeni layihələrin hazırlanması hamiliyə verilən təhsil müəssisələri və hami təşkilatlar qarşısında əsas vəzifə kimi müəyyənləşdirilib.

Ardını oxu...

Naxçıvan Dövlət Universiteti İKT və ET şöbəsi tərəfindən hazırlanan “E-cədvəl” mobil tətbiqi Elm, Təhsil və İnnovasiyalar tətbiqlər və utilitlər nominasiyası üzrə “NETTY 2021” Azərbaycanın milli internet mükafatına layiq görülüb. 200-dən çox layihənin iştirak etdiyi müsabiqədə Virtual Münsiflər Heyəti və Ekspert Şurasının səsverməsi nəticəsinə görə mükafatın nominantı olmuş saytlar, səhifələr və proqramlar seçilib. Daxili səsvermə əsasında akademiyanın nümayəndələri mövcud nominasiyalardan hər birində bir qalib müəyyən ediblər.
Qeyd edək ki, tələbə “E-cədvəl” mobil tətbiq sayəsində dərs, kollokvium, imtahan cədvəllərinin, imtahan suallarının və nəticələrinin vahid platformada birləşdiyi istənilən elektron materialı buradan əldə edə bilər.
Məlumat üçün onu da bildirək ki, Azərbaycanın İnternet Mükafatı olan NETTY 2004-cü ildə təsis olunub. NETTY Qlobal İnternet Şəbəkəsi və ümumilikdə, İT bazarının milli seqmentdə inkişafının təşviqi üçün informasiya texnologiyaları sahəsində ölkəmizdə yaradılmış ilk peşəkar mükafatdır. NETTY hər il informasiya texnologiyaları sahəsində Azərbaycanın əhəmiyyətli internet resurslarını, tətbiqlərini, sosial platforma resurslarını, aktual informasiya texnologiyaları layihələri və aparıcı fiqurları müəyyən edir və mükafatlandırır.

Naxçıvan Dövlət Universitetinin Televiziya,
mətbuat və ictimaiyyətlə əlaqələr bölməsi

 

 

 

“Ali və orta ixtisas təhsilinin 2021/2022-ci illər üzrə inkişafı” qrant müsabiqəsiçərçivəsində dəstəklənən 9 layihənin icrasına başlanılıb.  

Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyindəki universitetlərdən, paytaxt Bakı ilə yanaşı Lənkəran, Mingəçevir və Naxçıvandan, təyin olunmuş prioritet üç istiqamətlər üzrə; 1. Ali təhsil müəssisələrinin professor-müəllim heyətinin beynəlxalq akademik mobilliyinin (xaricdən Azərbaycana və əksinə) təmin edilməsi; 2. Təhsil müəssisələrinin elmi potensialının artırılması və elmi tədqiqat platformalarının istifadəsinin təmin edilməsi; 3. İxtisaslar üzrə yeni və müasir tədris məzmununun hazırlanması və tətbiqi; kateqoriyası üzrə 9 layihə həyata keçirilir.   

Ardını oxu...

Sədərək rayonunda 2020-2021-ci tədris ilində ali və orta ixtisas təhsili müəssisələrinə qəbulun nəticələrinin müzakirəsi keçirilmişdir.

Ardını oxu...

Dekabrın 16-da Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsində Naxçıvan Dövlət Universiteti Yeni Azərbaycan Partiyası ərazi ilk partiya təşkilatının təşəbbüsü ilə keçirilən “Müstəqillik illərində inkişafın Naxçıvan modeli” adlı tələbələrarası yaradıcılıq müsabiqəsinin yekun tədbirindən əvvəlcə müsabiqə iştirakçılarının rəsm əsərlərindən ibarət olan sərgiyə baxış keçirilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Ardını oxu...

Culfa rayonunda 2020-2021-ci tədris ilində ali və orta ixtisas təhsili müəssisələrinə qəbulun nəticələrinin müzakirəsi keçirilmişdir.

Ardını oxu...

Naxçıvan Dövlət Texniki Kollecinin rəsmi internet saytının təqdimatı keçirilib.

Ardını oxu...

Müəllimlərin dövlət ümumi təhsil müəssisələrinə işə qəbulu üçün Dövlət İmtahan Mərkəzi tərəfindən elan edilmiş növbəti müsabiqənin test imtahanlarına start verilib.

Bu il də ənənəvi qaydada ikincisi keçirilən müsabiqəyə ən çox Şərur (56), Ordubad (35) və Şahbuz (19) rayonlarından olmaqla, ümumilikdə, 160 vakant vəzifə çıxarılıb. Budəfəki müsabiqədə daha çox müraciət Şərur (146), Ordubad (91) və Sədərək (47) rayonları üzrə olub. 449 namizədin bilik mübarizəsi aparacağı imtahanda ən sıx müsabiqə vəziyyəti ingilis dili (91), ibtidai sinif (72) və riyaziyyat (59) müəllimliyi üzrə qeydə alınıb. Ən çox vakant vəzifə çıxarılan ixtisaslar isə coğrafiya (25), kimya (21) və fizika (18) fənləridir.
İmtahanda müəssisələrdə tədris olunan ixtisaslar üzrə fənn proqramına aid 40, tədris metodikası və təlim strategiyasına aid 20 test tapşırığı olmaqla hər bir namizədə, ümumilikdə, 60 test tapşırığı təqdim edilir. Test tapşırıqlarının yerinə yetirilməsi üçün ayrılan 90 dəqiqədə keçid balını toplamaqla ən yüksək nəticə göstərən namizədlər müvafiq vəzifəyə təyin olunacaqlar. İmtahan nəticələri ilə mərkəzin internet portalında tanış olmaq olar.
Test imtahanları dekabrın 17-nə qədər davam edəcək.

Naxçıvan Muxtar Respublikası
Dövlət İmtahan Mərkəzinin mətbuat xidməti

 

 

 

Kitab təqdimatı Kəngərli Rayon Mədəniyyət Sarayında reallaşıb. Gənclər və idman nazirinin müavini Məcid Seyidov və Kəngərli Rayon İcra Hakimiyyəti başçısının müavini Səriyyə Qurbanova tədbirin məqsəd və əhəmiyyəti barədə danışıblar. Bildirilib ki, gənclərin iştirakı ilə mütəmadi olaraq kitab təqdimatları, oxunması zəruri olan kitabların müzakirələri keçirilir. Bugünkü kitab təqdimatının məqsədi gənclərdə mütaliə mədəniyyətinin yüksəldilməsi, onların 1995-2019-cu illərdə muxtar respublikada gedən inkişaf prosesləri ilə müfəssəl formada məlumatlandırılmasından ibarətdir. Qeyd olunub ki, həmin kitab Naxçıvanın sosial-iqtisadi və mədəni həyatının bütün sahələrini əhatə edən fundamental tədqiqat əsəridir.

Ardını oxu...


Azərbaycanda ilk dəfə olaraq Naxçıvan Dövlət Universitetində “Tələbə təşkilatları” mobil tətbiqi yaradılıb.

Ardını oxu...

Naxçıvan Dövlət Universitetinin tərəfdaş olduğu LMQS layihəsinin növbəti təlimi Erasmus+ KA2 proqramı çərçivəsində həyata keçirilir. “Rusiya Federasiyası, Qazaxıstan və Azərbaycanda səhiyyədə strateji keyfiyyət menecmenti və risklərin idarəolunması üzrə açıq və distant təhsil formatında peşə bakalavrı və magistr hazırlığı” layihəsi çərçivəsində təlimlər layihənin koordinatoru olan Qərbi Attika Universitetinin təşkilatçılığı ilə Yunanıstanın Afina şəhərində keçirilir. Naxçıvan Dövlət Universitetinin Beynəlxalq əlaqələr bölməsinin müdiri İlahə Hüseynova, Roman-german dilləri kafedrasının baş müəllimi Əzizə Əliyeva təlimlərdə iştirak edirlər.
Səfər çərçivəsində Azərbaycanda səhiyyə xidmətlərində keyfiyyətin idarəolunması ixtisaslaşması üzrə yeni peşə bakalavrı və peşə magistr proqramının yaradılması ilə bağlı Avropa təcrübəsi öyrənilir. Eyni zamanda bu sahədə müasir təcrübənin ölkəmizdə tətbiqi üçün Avropa məkanında səhiyyə xidmətinin keyfiyyətinə nəzarət, onun qiymətləndirilməsi, sertifikatlaşdırılması və səmərəliliyinin müəyyən edilməsi metodlarının öyrənilməsi, Tuninq metodologiyası və onun tədris prosesində tətbiqi istiqamətində müzakirələr aparılır.

Naxçıvan Dövlət Universitetinin
Televiziya, mətbuat və ictimaiyyətlə
əlaqələr bölməsi

 

 

 

“Naxçıvan” Universitetində dekabrın 6-dan start götürən “Beynəlxalq həftə” layihəsinə bu gün yekun vurulub. Layihənin sonuncu günündə “Almaniya Günü” keçirilib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamının icrası istiqamətində görülən tədbirlər çərçivəsində pedaqoji profilli ixtisasları bitirən 52 gənc ümumtəhsil müəssisələrində müxtəlif vəzifələrə təyin olunmuş, onlarla görüş keçirilmişdir.

Ardını oxu...

Naxçıvan Dövlət Universitetində Gənclər və İdman Nazirliyinin hamiliyinə verilmiş ixtisaslar üzrə təhsil alan tələbələrlə görüş keçirilib. Pedaqoji fakültədə keçirilən tədbirdə fakültənin dekanı Vəli Əliyev çıxış edərək universitetdə idman sahəsində ixtisaslı kadr hazırlığının səmərəli təşkilindən danışıb.
Nazirliyin şöbə müdiri Taleh İbrahimov bildirib ki, tələbələrin xizəksürmə təlimi, “Hədəf” atış təlimi və “Vətən naminə” hərbi-idman oyununda, futbol və futzal hakimliyi ilə bağlı seminar və kurslarda iştirakı təmin edilib, ixtisas hazırlığının, nümunəvi tədrisin təşkilinə dəstək olmaq məqsədilə Naxçıvan Dövlət Universitetinə yeni idman avadanlıqları təqdim olunub. Tələbələrlə mütəmadi görüşlər keçirilir, öz uğurları ilə fərqlənənlər mükafatlandırılır. Bununla yanaşı, müxtəlif idman növləri üzrə peşəkar karyera quran tələbə idmançıların beynəlxalq arenaya çıxışı təmin olunur, bu da onların təcrübə qazanmasına səbəb olur.
Sonra tədbir diskussiya şəklində davam etdirilib.

Naxçıvan Muxtar Respublikası Gənclər və
İdman Nazirliyinin mətbuat xidməti

 

 

 

  Dövlət İmtahan Mərkəzində (DİM) kimya, fizika və rus dili (tədris dili) fənlərindən işçi qruplarının iclasları keçirilib.

DİM-dən bildirilib ki, iclasda fənlər üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları modelinə uyğun tapşırıq nümunələri müzakirə olunub.

Müzakirələrdə tapşırıqların hər birinin fənn kurikulumuna görə hansı alt standartların tələblərinə uyğun bilik və bacarıqları yoxlamağa və qiymətləndirməyə imkan verməsi dəqiqləşdirilib. Kimya və fizika fənləri üzrə tapşırıqların rus dilinə tərcümə olunmuş variantları yoxlanılıb.

Ardını oxu...

2007-ci ildə “Dünya Xalqları Sənəti” Beynəlxalq Assosiasiyası tərəfindən 8 dekabr - Beynəlxalq Rəssamlar Günü kimi təsis edilib. Beynəlxalq Rəssamlar Günü tarixdə iz qoyan rəssamları xatırlatmaq üçün başqa bir səbəbdir: onların gözləri ilə tarixə nəzər salırıq, dünyamızın nə qədər gözəl olduğunu başa düşürük.

Beynəlxalq Rəssamlar Günü təkcə peşəkarlar və sənət həvəskarları üçün xüsusi gün deyil. Həmçinin yaradıcılıq insana dünyadan zövq almağı və onu sevməyi bəxş edir. Buna görə də bugünkü bayram, həmçinin bütün gözəllik, rəngarənglik, təbiətsevənlər üçün xüsusidir.

Ardını oxu...

Təhsil millətin gələcəyidir


Hər il Naxçıvan şəhərindən başlayaraq ən ucqar dağ kəndlərimizdə yeni məktəb binalarının tikintisi və ya yenidən qurulması, tədris müəssisələrinin maddi-texniki bazalarının müasir təhsil avadanlıqları ilə təchizatı günün reallığıdır. Bunu bütün naxçıvanlılar, diyarımıza gələn qonaqlar da görür, blokada şəraitində yaşayan bir məmləkətdə 30 ilə yaxın bir zaman kəsiyində böyük həcmdə belə tədbirlərin həyata keçirilməsindən təəccüblərini gizlədə bilmirlər. 

Ardını oxu...

Naxçıvan Dövlət Universitetində orta məktəb müəllimləri üçün Texnologiya müəllimliyi ixtisası üzrə ixtisasartırma kursları təşkil olunub. Bu münasibətlə keçirilən tədbirdə giriş sözü ilə çıxış edən universitetin Tədris və tərbiyə işləri üzrə prorektoru Rafiq Rəhimov tədris üçün yaradılan yüksək şəraitdən, elmdə və təhsildə qazanılan uğurlardan söhbət açıb. Qeyd olunub ki, ali və orta ümumtəhsil məktəbləri ilə birgə belə tədbirlərin keçirilməsi, bilik və təcrübə mübadiləsi, gələcək pedaqoji fəaliyyət prinsipləri baxımından mühüm əhəmiyyət kəsb edir.
Kursun koordinatoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Mətanət Quliyeva çıxış edərək vurğulayıb ki, kursun keçirilməsində əsas məqsəd orta məktəb müəllimləri ilə universitet arasında əlaqələri genişləndirməkdir. Bildirilib ki, muxtar respublikada bu formada kursların təşkil edilməsi müəllimlərin peşə bacarıqlarının möhkəmlənməsində xüsusi rol oynayır.
Sonra müəllimlər Tikiş texnologiyası, Xalçaçılıq, Toxuculuq, Ağac və metal məmulatlarının hazırlanması texnologiyaları, Kulinariya kabinələri ilə tanış olublar. Beş gün davam edəcək kurslar həmin ixtisasları əhatə edən kabinə və mərkəzlərdə hər gün 2 saat olmaqla müəyyənləşdirilib. Kurslarda 15 müəllim iştirak edir.

Naxçıvan Dövlət Universitetinin
Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsi

 

 

 

Babək rayonunda 2020-2021-ci tədris ilində ali və orta ixtisas təhsili müəssisələrinə qəbulun nəticələrinin müzakirəsi keçirilib.

Ardını oxu...

Müasir dövrdə bədən tərbiyəsi və idmanın inkişafı hər bir dövlətdə insanların sağlamlığı və mənəvi yüksəlişi ilə yanaşı, milli potensialın maksimum səmərəli reallaşdırılması, cəmiyyətin saflaşması və yetkinləşməsi, genofondun qorunub saxlanması baxımından son dərəcə mühüm vasitə sayılır. İstənilən dövlətdə idmanın inkişafının yüksəlişini bu sahənin inkişafı üçün atılan davamlı, məqsədyönlü addımlar, idmanın müxtəlif sahələri üzrə maddi bazanın genişləndirilməsi, təkmilləşdirilməsi, öz bacarığı ilə idmanın inkişafına təkan verə biləcək peşəkar mütəxəssislərin yetişdirilməsi şərtləndirir. İdman tarixçilərinin bu istiqamətdəki hər bir addımı təqdirəlayiqdir. Bu baxımdan muxtar respublika hüdudlarından kənarda da yaxşı tanınan idmançı-müəllim Valeh Əlixanovun bu yaxınlarda işıq üzü görən “Naxçıvan boks məktəbinin yetirmələri” adlı kitabı əhəmiyyətliliyi ilə seçilir.

Ardını oxu...

Muxtar respublika fənn olimpiadasının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Ardını oxu...

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi, Qarabağ Azadlıq Təşkilatı və Beynəlxalq Qarabağ Forumunun təşkilatçılığı ilə “Arsak: tarix və müasirlik” mövzusunda elmi-praktik konfrans keçirilib.

Ardını oxu...

Naxçıvan Dövlət Universitetinin müəllimi Səadət Əliyeva yazıçı, ədəbiyyatşünas, ictimai xadim, filologiya elmləri doktoru, professor, 1946-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olan Əzizə Cəfərzadənin 100 illik yubileyinə həsr edilmiş onlayn XX Beynəlxalq Elmi Simpoziumda iştirak edib.
Ali təhsil ocağının müəllimi konfransda “Vətəndaş jurnalistikası ənənəvi jurnalistikanın xüsusiyyətlərini daşıya bilirmi?” adlı məqalə ilə çıxış edərək sertifikat əldə edib. Məqalədə jurnalistikamıza yeni xüsusiyyətlər gətirən vətəndaş jurnalistikasının özünəməxsus xüsusiyyətləri araşdırılıb. Müəllif məqalədə özünəməxsus nəzəriyyə qaydaları və etik prinsipləri olan jurnalistikanın bu qolunun daha sərbəst fəaliyyətindən söhbət açaraq qeyd edir ki, vətəndaş jurnalistikasının özünütənzimləmə mexanizmi yoxdur, peşəkarlıq baxımından zəiflik hiss olunur, yarımçıq, birtərəfli və subyektiv işıqlandırılan bəzi hadisələrdə heç bir mənbəyə əsaslanmayan məlumatlar olur.

Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və
ictimaiyyətlə əlaqələr bölməsi

 

 

 

Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzində keçirilən tədbiri giriş sözü ilə mərkəzin sədri İsmayıl Qəribli açaraq bildirib ki, Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzinin fəaliyyətinin təkmilləşdirilməsi üçün mütəmadi tədbirlər həyata keçirilir. Cari ildə Ali Məclis Sədrinin diqqət və qayğısı ilə mərkəzin maddi-texniki bazası gücləndirilib, vətəndaşlara daha yaxşı xidmət imkanının yaradılması üçün müvafiq tədbirlər davam etdirilib, 2 yeni server avadanlığı və 37 yeni kompüterin quraşdırılması ilə Test mərkəzində eyni anda 51 namizədin imtahan verməsi üçün şərait yaradılıb.

Ardını oxu...

Naxçıvan Dövlət Universiteti Elmi Kitabxanasında “Pedaqoji fikir tarixindən” kitabının müəllifi, tanınmış publisist Reyhan Mirzəzadə ilə onlayn görüş keçirilib.

Ardını oxu...

“Naxçıvan” Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rəcəb Cəfərli Avropa Komissiyasının maliyyələşdirdiyi ECARErasmus+ layihəsi çərçivəsində 22-26 noyabr 2021-ci il tarixlərdə layihə tərəfdaşlarının nümayəndələrindən ibarət heyət ilə Fransada səfərdə olub. Layihə çərçivəsində təşkil edilmiş səfərdə Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Bakı Biznes Universitetinin rektoru və digər tərəfdaş universitetlərin prorektor və rəhbər heyətindən ibarət 30 nəfərlik nümayəndəsi iştirak edib. İşgüzar görüşlər Fransa Rektorlar Konfransı (CPU) və Fransa Beynəlxalq Təhsil Mərkəzinin (FEI) təşkilatçılığı ilə həyata keçirilib. Görüşlər çərçivəsində CPU-nun Beynəlxalq əlaqələr üzrə koordinatoru , Rouen Universitetinin keçmiş rektoru Jean Luc Nahel Fransa təhsil sistemi və CPU-nun ali təhsildə rolu barədə ətraflı məlumat verib. Görüşün üçüncü günündə Fransa Ali Təhsil, Tədqiqat və İnnovasiya Nazirliyinin nümayəndəsi Manuel Bouard Azərbaycan Təhsil Nazirliyinin nümayəndəsi Nicat Məmmədli ilə birlikdə Fransa Təhsil Nazirliyi və CPU arasında əməkdaşlıq və koordinasiya məsələləri barədə iştirakçılarla geniş müzakirələr aparıb.
Sonra CPU-da üzvlük, strateji planlama, qərar qəbul etmə prosesləri, maliyyələşmə mexanizmləri və sair kimi məsələlər haqqında fikir mübadiləsi həyata keçirilib.
Tədbirin son günündə Fransanın ən qədim universitetlərindən biri olan Sorbon Universitetinə səfər təşkil edilib. Səfərdə iştirak edən Bakı Biznes Universitetinin rektoru İbad Abbasov CPU-nun medalı ilə təltif olunub.
Səfər çərçivəsində Azərbaycan universitetlərindən olan heyət Azərbaycanın görkəmli siyasi və dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri olan Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin sədri Əlimərdan bəy Topçubaşov və Ceyhun Hacıbəylinin məzarını ziyarət edib. Bundan başqa, nümayəndə heyəti Azərbaycan-Fransa Mədəniyyət Evində təşkil edilən tədbirdə iştirak edib.

“Naxçıvan” Universitetinin mətbuat xidməti

 

 

 

AMEA Naxçıvan Bölməsində Rəyasət Heyətinin növbəti iclası keçirilib. Bölmənin sədri, akademik İsmayıl Hacıyev iştirakçıları iclasın gündəliyinə çıxarılan məsələlərlə tanış edib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamının icrası istiqamətində növbəti tədbirlər keçirilmişdir.

Ardını oxu...

AMEA Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birlikdə reallaşdırdığı “Sabahın tədqiqatçıları” layihəsi artıq üçüncü ildir ki, uğurla davam edir. Layihə çərçivəsində 2021-2022-ci tədris ilində bölmənin 29 elmi əməkdaşı və muxtar respublikanın ümumtəhsil məktəblərindən 50 şagirdin iştirakı ilə 36 layihənin həyata keçirilməsi nəzərdə tutulub. Layihələrin icrası zamanı şagirdlərə elmi-tədqiqat aparmaq, nəzəri biliklərin tətbiqi, sistemləşdirilməsi kimi bacarıqlar aşılanır. Beynəlxalq səviyyəli müsabiqə və olimpiadalarda iştirak edən Naxçıvan məktəbliləri parlaq zəka nümayiş etdirirlər.

Ardını oxu...

Dünən Naxçıvan Qızlar Liseyində Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanası publik hüquqi şəxsin həkimləri tərəfindən “İlkin tibbi yardımın əsasları” barədə maarifləndirici seminar təşkil edilib.
Seminarda iştirak edən altı həkim tərəfindən IX, X, XI sinif şagirdlərinə zəhərlənmələr, bayılma, asfiksiya, hipertermiya, yanıqlar və sair mövzularda informasiyalar verilib.
Qeyd edək ki, bu tədbirlər mütəmadi olaraq digər orta təhsil müəssisələrində də həyata keçirilir.

Xəbərlər şöbəsi

 

 

 

Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri Üzrə Dövlət Xidmətinin əməkdaşlarının Naxçıvan Dövlət Universitetində xidmətin hamiliyinə verilmiş ixtisaslarda təhsil alan tələbələrlə görüşü keçirilib.

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR