07 Dekabr 2024, Şənbə

Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri Üzrə Dövlət Xidmətinin əməkdaşlarının Naxçıvan Dövlət Universitetində xidmətin hamiliyinə verilmiş ixtisaslarda təhsil alan tələbələrlə görüşü keçirilib.


Universitetin Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsində keçirilən tədbirdə giriş sözü ilə çıxış edən ali təhsil ocağının rektoru, dosent Elbrus İsayev xidmətin hamiliyinə verilmiş Torpaqşünaslıq və aqrokimya ixtisası üzrə 51, Yerquruluşu və daşınmaz əmlakın kadastr ixtisası üzrə 9, Geodeziya və xəritəçilik mühəndisliyi üzrə isə 9 tələbənin təhsil aldığını diqqətə çatdırıb. Qeyd edilib ki, hamilik tədbirlərinin nəticəsidir ki, tələbələr dərslərdə qazandığı nəzəri bilikləri təcrübədə tətbiq etmək imkanına malik olur və gələcəkdə iş imkanı əldə edirlər.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin rəisi Müslüm Cabbarzadə “Muxtar respublikada dövlət idarəçiliyi sahəsində keçilmiş yol və qarşıda duran vəzifələr” mövzusunda çıxış edib. Xidmətin rəisi ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi ilə bağlı müvafiq sərəncamlarla müəyyənləşdirilmiş vəzifələrin icrası istiqamətində görülən işlərdən danışıb. Qeyd olunub ki, xidmətdə hər tədris ilinin əvvəlindən başlayaraq tələbələrlə intensiv görüşlər keçirilib. Xidmətin bazasında tələbələrin praktik məşğələlər keçmələri təmin edilib, geodeziya-ölçü avadanlıqlarından ilkin istifadə vərdişləri öyrədilib, həmçinin çöl şəraitində tələbələrin sınaq geodeziya ölçmələrində iştirakı təmin olunub.
Universitetin məzunu və hazırda xidmətin əməkdaşı kimi fəaliyyət göstərən İbrahim İbrahimli gənc mütəxəssislərə dövlət qayğısından danışıb.
Sonda təcrübədə fəal iştirak edən tələbələr xidmətin rəisi tərəfindən təşəkkürnamə ilə təltif edilib, “Torpaq müqəddəs sərvətimizdir” adlı filmin nümayişi olub.

Naxçıvan Dövlət Universitetinin Televiziya,mətbuat və ictimaiyyətlə

əlaqələr bölməsi

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR