21 Dekabr 2024, Şənbə

İşə qəbul prosesinin şəffaflığı müəllim peşəsinin nüfuzunun artması ilə nəticələnir

Ölkəmizdə, eləcə də muxtar respublikamızda təhsilin müasir tələblər səviyyəsində inkişafı prioritet istiqamət təşkil edir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı nəticəsində müasir təhsil infrastrukturu yaradılıb. Son 20 ildən artıq bir dövrdə muxtar respublikamızda aparılan quruculuq tədbirləri içərisində 200-dən çox təhsil müəssisəsi üçün binalar tikilərək və ya əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilib. Bu gün muxtar diyarımızda təhsil sahəsində qazanılmış uğurlu nailiyyətlər, müəllim əməyinə verilən yüksək dəyər, təhsil müəssisələrində yaradılan müasir şərait müəllim əməyinin bəhrələrini daha da artırır. 

Ardını oxu...

Türkiyə Böyük Millət Məclisinin Xaricdəki Türklər və Əqrəba İcmaları İdarəsinin koordinatorları Engin Vural və Sevilay Yıldırım Naxçıvan Dövlət Universitetində olublar.
Universitetin maddi-texniki bazası, mövcud fakültələri haqda məlumatlandırılan qonaqlar ali təhsil ocağının Memarlıq və mühəndislik fakültəsində Dəmir yolu nəqliyyatının avtomatlaşdırılması laboratoriyasında olub, konservatoriyada onlar üçün təşkil edilən konsert proqramını izləyiblər. Tibb fakültəsində olan qonaqlara məlumat verilib ki, 2019-cu ildə yenidən qurularaq istifadəyə verilən fakültə yüksək maddi-texniki baza ilə zənginləşdirilib. Tələbələrə bu ixtisas üzrə həm nəzəri, həm də təcrübi dərslərin keçirməsi üçün burada hər cür şərait mövcuddur. Bunun nəticəsidir ki, ötən il fakültəyə qəbul olan 336 xarici tələbədən 260-ı Türkiyə Respublikasındandır.

Ardını oxu...

Ümid edək ki, COVID-19-la bağlı ölkə ərazisindəki vəziyyət getdikcə yaxşılaşacaq və bütün siniflər üzrə şagirdlər, həmçinin tələbələr yenidən sinfə, auditoriyaya qayıda biləcəklər.

Bunu Təhsil naziri Emin Əmrullayev özünün sosial şəbəkədəki səhifəsində yazıb.

Nazir qeyd edib ki, bu gün uzun zaman sonra məktəbin yenidən canlandığı gündür:

"Yəqin ki, bu gün hər yerdə sinif yoldaşlarını, müəllimini görmək üçün məktəbə tələsən şagirdlərə rastlamısınız".

 

 

 

2020-2021-ci il payız semestrində Naxçıvan Dövlət Universitetində imtahanlar gün ərzində 100 qrup olmaqla, 1600 tələbənin iştirakı ilə keçirilib.
Tələbələr elektron qaydada təşkil edilən imtahanlarla yanaşı, ənənəvi-yazılı və şifahi qaydada da imtahan veriblər. Semestr ərzində cəmi 24000 tələbənin iştirakı ilə 1489 sayda nəzərdə tutulan imtahanların 604-ü yazılı, 630-u elektron, 255-i isə şifahi qaydada keçirilib. Elektron imtahanlar bu semestr 13 elektron və 25 yazılı olmaqla, kamera ilə təchiz edilmiş otaqlarda aparılıb.

Ardını oxu...

Dövlət İmtahan Mərkəzi qəbul imtahanlarının keçirilmə tarixlərini açıqlayıb.

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi brifinqdə deyib ki, magistratura səviyyəsinə qəbul imtahanı

(1-ci şans) fevralın 28-də keçiriləcək.

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları, əvvəlki illərin məzunlarının ali məktəblərə qəbul imtahanı (1-ci mərhələ), dövlət qulluğuna qəbul imtahanının test mərhələsi aprel ayı ərzində keçiriləcək.

Ali təhsil müəssisələrinə qəbul imtahanı (1-ci şans), tədrisi Azərbaycan dilindən fərqli dildə aparılan ümumtəhsil məktəblərinin şagirdləri üçün Azərbaycan dili (dövlət dili) imtahanı (1-ci şans), dövlət qulluğuna qəbul imtahanının test mərhələsi, rezidenturaya qəbul imtahanı (1-ci şans) may ayı ərzində keçiriləcək.

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı, əvvəlki illərin məzunların üçün ümumi (9) illik təhsil səviyyəsindən kolleclərə qəbul imtahanı, magistratura səviyyəsinə qəbul imtahanı (2-ci şans), tədrisi Azərbaycan dilindən fərqli dildə aparılan ümumtəhsil məktəblərinin şagirdləri üçün Azərbaycan dili (dövlət dili) imtahanı (2-ci şans), dövlət qulluğuna qəbul imtahanının test mərhələsi iyun ayın ərzində olacaq.

M. Abbaszadə əlavə edib ki, ali məktəblərə qəbul imtahanı (2-ci şans) iyul ayı ərzində olacaq.

Rezidenturaya qəbul imtahanı (1-ci mərhələ 2-ci şans) avqust ayı ərzində olacaq. Sentyabr ayı ərzində buraxılış imtahanı (payız təkrar), dövlət qulluğuna qəbul imtahanının test mərhələsi, rezidenturaya qəbul imtahanı (2-ci mərhələsi) keçiriləcək.

 

 

 

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində “Xətt izləyən robot” müsabiqəsi keçirilib. 

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində “Xətt izləyən robot” müsabiqəsi keçirilib. 

Ardını oxu...

 

 

 

Ömrünü Azərbaycan elminə, tarixinə, mədəniyyətinə xidmətə həsr etmiş ziyalılarımızdan biri də tarix elmləri doktoru, professor, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, “Şöhrət” ordenli Sara Aşurbəylidir.

Yanvarın 27-si görkəmli tarixçi alim Sara Aşurbəylinin doğum günüdür.

1906-cı ildə Bakıda neft sənayeçisi ailəsində dünyaya göz açan Sara Aşurbəyli orta əsrlər Azərbaycan şəhərləri tarixinin ilk araşdırıcılarından olub. O, ilk və yeganə tarixçidir ki, öz həyatını Bakının (İçərişəhər) və Şirvanşahlar dövlətinin tarixinin tədqiqinə həsr edib. Bu əsərlərdə Qədim Bakının yaranma tarixi, orta əsrlər Bakısının siyasi tarixi, mədəniyyəti, sosial münasibətləri əks olunub. Minillik tarixə malik, İçərişəhər memarlığının formalaşmasına böyük təsir göstərmiş qüdrətli Şirvanşahlar dövlətinin sosial-siyasi, iqtisadi, mədəni həyatı VI əsrdən XVI əsrə kimi zəngin mənbələr əsasında araşdırılıb, Şirvanşahlar sülaləsinin tarixi, şəhərlərin iqtisadi vəziyyəti və inkişafı, əhalinin tərkibi, feodal cəmiyyətinin quruluşu kimi məsələlər geniş tədqiq olunub. Alim bu tədqiqatları əsasında Sankt-Peterburqda namizədlik, Tbilisidə isə 1966-cı ildə doktorluq dissertasiyalarını müdafiə edib. Azərbaycan tarixində bu gün də önəmli rol oynayan dəyərli tarix kitablarının, monoqrafiyaların, yüzlərlə məqalənin müəllifi olan Sara xanım tarix elmləri doktoru, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı kimi yüksək adlara, 1996-cı ildə 90 illik yubileyi ərəfəsində Azərbaycanın ali mükafatına - “Şöhrət” ordeninə layiq görülüb. O, orta əsrlər Abşeronunun fundamental araşdırıcısı olaraq dünyada tanınır. “Bakının tarixinə dair oçerklər”, “Orta əsrlərdə Azərbaycan və Hindistanın iqtisadi və mədəni əlaqələri”, “Şirvanşahlar dövlətinin tarixi” kitablarının müəllifidir.

Ardını oxu...

Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birgə reallaşdırdığı “Sabahın tədqiqatçıları” layihəsinin iştirakçıları yeni uğura imza atıb.

Ardını oxu...

AMEA Naxçıvan Bölməsi ilə muxtar respublikanın ümumtəhsil məktəbləri arasında görkəmli alim, akademik İsmayıl Hacıyevin 70 illik yubileyi münasibətilə “Akademik İsmayıl Hacıyev – 70” mövzusunda açıq dərs keçilib.

Ardını oxu...

Naxçıvan Şahmat Mərkəzində “Naxçıvan şahmatçılarının oyunlarının təhlili” və “Məsələ həlli” mövzularında növbəti interaktiv dərs keçilib. Dərsi beynəlxalq dərəcəli hakim Emin Hacıyev aparıb.
Emin Hacıyev elektron şahmat proqramları, “Siciliya müdafiəsi” və “Etüdlərin həlli” haqqında ətraflı məlumat verib.

Ardını oxu...

Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında Mühasibat uçotu və maliyyə kafedrasının professoru, iqtisad elmləri doktoru Nazim Əhmədovun “Sürətlə inkişaf edən və modernləşən Naxçıvan iqtisadiyyatı” və “Azərbaycanda turizmin inkişafı və onun regional problemləri” adlı monoqrafiyalarının təqdimat mərasimi keçirilib.
Təqdimatı giriş sözü ilə universitetin elmi katibi, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Məftun İsmayılov açaraq hər iki monoqrafiyanı yüksək qiymətləndirib. Bildirilib ki, hər iki elmi əsər ali məktəb tələbələri, müəllimlər və bu sahələrlə maraqlanan hər kəs üçün qiymətli mənbə ola bilər. Monoqrafiyalarının işıq üzü görməsi münasibətilə müəllifi təbrik edən Məftun İsmayılov professora elmi fəaliyyətində uğurlar arzulayıb.

Ardını oxu...

Koronavirus pandemiyası ilə bağlı artıq ikinci tədris ilidir ki, ölkə üzrə təhsil onlayn formada aparılır. Lakin onlayn təhsilin müəyyən obyektiv və subyektiv problemləri, texniki problemlər, o cümlədən şagirdlərin təhsildən yayınması kimi problemlər ortaya çıxdı.

Artıq ölkəmizdə koronavirus pandemiyası ilə bağlı vəziyyət müsbətə doğru dəyişməkdədir, yoluxmaların sayında xeyli azalma baş verib, yoluxanlarla sağalanlar arasında faiz nisbəti uğurlu nəticələrin göstəricisidir. Bu baxımdan ölkədə sərt karantin rejiminin yumşadılması həyata keçirilib, mərhələli şəkildə bir sıra sahələrdə fəaliyyətin bərpasına icazə verilib. Bu gün cəmiyyəti ən çox maraqlandıran suallardan biri də ənənəvi təhsilin bərpa olunub-olunmayacağı ilə bağlıdır. Yaxın günlərdə Təhsil Nazirliyinin bununla bağlı cəmiyyətə ətraflı məlumat verəcəyi bildirilir.

Ardını oxu...

Naxçıvan Dövlət və Qars Qafqaz universitetləri arasında onlayn görüş keçirilib. Tədbirdə Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev çıxış edərək iki qardaş ölkə arasında bütün sahələrdə əlaqələrin yüksək səviyyədə olduğunu diqqətə çatdırıb. Rektor tarixi ədalətin bərpa olunmasında Türkiyənin Azərbaycana verdiyi mənəvi, siyasi dəstəyi xüsusi olaraq qeyd edib. Çıxışda Türkiyə universitetləri ilə Naxçıvan Dövlət Universiteti arasında qarşılıqlı və faydalı əməkdaşlığın genişləndirilməsi istiqamətində yeni layihələrin həyata keçirilməsinin vacibliyi vurğulanıb.

Ardını oxu...

AMEA Naxçıvan Bölməsində Azərbaycan elminin görkəmli nümayəndəsi, AMEA-nın həqiqi üzvü, tarix elmləri doktoru, professor, Əməkdar elm xadimi İsmayıl Hacıyevin 70 illik yubileyi münasibətilə “İsmayıl Hacıyev alim və ictimai xadim kimi” mövzusunda tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan AMEA-nın müxbir üzvü, professor Fəxrəddin Səfərli akademik İsmayıl Hacıyevin həyat yolu və zəngin elmi fəaliyyətindən bəhs edib. Bildirib ki, İsmayıl Hacıyev 1951-ci il yanvarın 21-də Culfa rayonunun Xanəgah kəndində müəllim ailəsində dünyaya göz açmışdır. Orta təhsilini uğurla başa vurmuş, 1974-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. O, 1974-1977-ci illərdə Xanağa və Xoşkeşin kənd məktəblərində müəllim, 1978-ci ildən indiki Naxçıvan Dövlət Universitetində fəaliyyət göstərmişdir. Burada müəllim, baş müəllim, dosent, dekan müavini, dekan, elmi işlər üzrə prorektor və tədris işləri üzrə prorektor vəzifələrini uğurla icra etmişdir. 1992-ci ildə namizədlik, 1999-cu ildə isə doktorluq dissertasiyalarını uğurla müdafiə etmişdir.
Tədbirdə Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədri, tarix üzrə fəlsəfə doktoru Elman Cəfərli “Akademik İsmayıl Hacıyevin ictimai fəaliyyəti” mövzusunda məruzə edib. Vurğulanıb ki, tanınmış ziyalı, təcrübəli tədqiqatçı alim İsmayıl Hacıyev ölkə və muxtar respublika mühitində ictimai-siyasi baxımdan fəallığı ilə seçilən şəxsiyyətdir. O, aydın siyasi mövqeyi olan, qətiyyətli, dönməz əqidəli ictimai xadimdir. Dövlətimizin elm siyasətində özünə­məxsus yer tutan alim AMEA-nın Naxçıvan Bölməsinə rəhbərlik etdiyi 18 il ərzində həm nümunəvi elmi-təşkilati bacarıq nümayiş etdirmiş, həm də Azərbaycan elmi-ictimai mühitinin tanınmış siması kimi bu siyasətin həyata keçirilməsinə özünün real və sanballı töhfəsini vermişdir. Yüksək əxlaqi keyfiyyətləri, sadəliyi, təvazökarlığı, məsuliyyətliliyi, əsl vətənpərvər mövqeyi ilə seçilən bu Azərbaycan ziyalısı ömrünü Azərbaycan dövlətçiliyinin, Naxçıvanşünaslığın tədqiqinə həsr etmiş və bu gün də bu ali missiyanı uğurla davam etdirməkdədir.
Daha sonra Naxçıvan Dövlət Universitetinin əməkdaşı, tarix elmləri doktoru Sevinc Abbasovanın, AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Musa Quliyevin və həmin institutun Qafqaz tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Emin Şıxəliyevin məruzələri dinlənilib.
Bildirilib ki, İsmayıl Hacıyev Naxçıvanşünaslığın tədqiqi sahəsində xüsusi yer tutan alimlərdəndir. Ulu öndər Heydər Əliyevin siyasi və dövlətçilik fəaliyyəti, Heydər Əliyev siyasəti və Azərbaycan tarixi məsələləri, Azərbaycanın milli dövlətçilik tarixində Naxçıvanın yeri və digər məsələlər alimin elmi fəaliyyətinin əsas istiqamətlərini təşkil edir.
Sonda yubilyar çıxış edərək əməyinə verilən yüksək qiymətə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib.

AMEA Naxçıvan Bölməsinin
mətbuat xidməti

Buna təhsilə göstərilən qayğı sayəsində nail olunub


Ölkəmizdə təhsilin inkişafına böyük diqqət göstərilir. Azərbaycan müstəqillik qazandıqdan sonra digər sahələrlə yanaşı, təhsil də sürətlə inkişaf etməyə başladı, bu sahədə yeni uğurlar qazanıldı. Söz yox ki, bu uğurlar ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ölkəmizdə ikinci dəfə hakimiyyətə qayıdan dahi şəxsiyyət yeni təhsil islahatının əsasını qoydu. Ümummilli liderimiz Heydər Əliyev demişdir: “Təhsil sahəsi həyatımızın ən gərəkli, ən mühüm sahəsidir. O, milli məqsədlər, mənafelər əsasında qurulmalıdır”. Ötən əsrin 90-cı illərində Azərbaycan təhsili ulu öndərin bu müddəalarına əsaslanan islahatlar nəticəsində əsl inkişaf mərhələsinə qədəm qoydu. Ulu öndərin yolunu uğurla davam etdirən ölkə başçısı cənab İlham Əliyev də təhsilin inkişafına böyük qayğı ilə yanaşır, yeni məktəb binalarının tikilməsi, yeni tədris korpuslarının istifadəyə verilməsi gələcəyimiz olan gənclərin daha yüksək səviyyədə təhsil almalarına zəmin yaradır.

Ardını oxu...

Naxçıvan Dövlət Universitetində Smart tələbə kartlarının təqdimat mərasimi keçirilib.
Tədbiri giriş sözü ilə açan universitetin rektoru Elbrus İsayev vurğulayıb ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 sentyabr tarixli Sərəncamı ilə təsdiqlənən “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın icrası çərçivəsində həyata keçirilən smart tələbə kartları layihəsinin ilk mərhələsi Naxçıvan Dövlət Universitetində uğurla reallaşdırılıb. Bu layihə müasir ödəniş mədəniyyətinə malik yeni nəslin yetişməsində, ölkədə rəqəmsal ödəniş ekosisteminin inkişafına mühüm dəstək olacaq.

Ardını oxu...

STEAM təlimlərini uğurla başa vuran müəllimlərə sertifikatların, 2019-2020-ci tədris ilində keçirilən respublika fənn olimpiadasının qaliblərinə isə medal və diplomların təqdim olunması ilə bağlı tədbir keçirilib.

Ardını oxu...

Elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyatın birgə və inteqrasiya olunmuş şəkildə tədrisi ideyası üzərində qurulan STEAM təlim metodu dünyada, eləcə də Azərbaycan təhsil sistemində mütəxəssis hazırlığının mühüm istiqaməti kimi götürülür. 2020-2021-ci tədris ilindən başlayaraq pilot layihə olaraq muxtar respublikanın 13 məktəbində STEAM təlim metodunun tətbiqi ilə bağlı kabinələrin, Heydər Əliyev adına tam orta məktəbdə isə STEAM Tədris Mərkəzinin yaradılması işinə başlanılıb.

Görülən işlərin davamı olaraq Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən STEAM təlim metodları ilə bağlı xarici ədəbiyyatlar Azərbaycan dilinə tərcümə olunub, müvafiq tədris proqramları və müəllimlər üçün metodik vəsaitlər hazırlanıb. Həmçinin muxtar respublikanın 13 məktəbində tətbiq olunacaq STEAM təlim metodunun yüksək səviyyədə tədrisi üçün Təhsil Nazirliyi tərəfindən bir ay müddətində müəllimlər üçün təlimlər təşkil olunub.

Ardını oxu...


AMEA Naxçıvan Bölməsində akademik İsmayıl Hacıyevin “Нахчыван в истории государственности Азербайджана” (Naxçıvan Azərbaycanın dövlətçilik tarixində) adlı monoqrafiyasının təqdimatı keçirilib.

Tədbiri giriş sözü ilə açan Bölmənin “Elm və təhsil” şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Orxan Bağırov bildirib ki, Naxçıvan Bölməsində Naxçıvanşünaslıq elminin bütün sahələri, eləcə də Naxçıvan tarixinin tədqiqi istiqamətində tədqiqatlar aparılır, əldə olunan elmi nəticələr müxtəlif kitab və monoqrafiyalarda, yüksək nüfuzlu jurnallarda öz dərc olunur. Azərbaycanın dövlətçilik tarixində Naxçıvanın rolunun və yerinin araşdırılması aktuallıq kəsb edən məsələlərdəndir. Akademik İsmayıl Hacıyevin uzun illər ərzində apardığı tədqiqatlarının nəticələri məhz təqdimatı keçirilən kitabda əksini tapmışdır.

Ardını oxu...

“Naxçıvan” Universitetində  2020-ci il 30 dekabr tarixdə keçirilmiş altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin dördüncü sessiyasından irəli gələn vəzifələr, 2020-ci ilin yekunları və qarşıda duran vəzifələr müzakirə olunub.
İclası giriş sözü ilə ali təhsil ocağının rektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Nurlana Əliyeva açaraq altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin dördüncü sessiyasından irəli gələn vəzifələr və 2020-ci ildə görülmüş işlərlə bağlı çıxış edib. Bildirib ki, dövlətimizin hərtərəfli diqqət və qayğısı ilə maddi-texniki bazanın müasirləşdirilərək daha da möhkəmləndirilməsi, tədris prosesinin günün tələbləri səviyyəsində qurulması istiqamətində tədbirlər bu il də davam etdirilib. Diqqətə çatdırılıb ki, universitetin fakültələrinin hər birində tədris və təlimin  keyfiyyətinin yüksəkdilməsinə, əyaniliyin möhkəmlənməsinə müsbət təsir göstərən texnologiyalardan istifadəyə geniş şərait yaradılıb.

Ardını oxu...

Yanvarın 12-si Naxçıvan Dövlət Texniki Kollecində “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələri (xəritələr)” kitabının təqdimatı keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov diyarımızda təhsilə göstərilən dövlət qayğısından danışaraq bildirib ki, hazırda muxtar respublikada 3 ali, 4 orta ixtisas, 212 orta, 5 peşə, 20 məktəbdənkənar təhsil müəssisələri, 8 Uşaq-Gənclər Şahmat, 8 Uşaq-Gənclər İdman, 26 uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbləri, 22 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Ötən müddət ərzində muxtar respublikanın şəhər, rayon və kəndlərində 200-dən çox təhsil müəssisəsi, o cümlədən məktəbəqədər və məktəbdənkənar təhsil, peşə təhsili, musiqi məktəbləri, Heydər Əliyev adına Hərbi Lisey, ali və orta ixtisas təhsili müəssisələri üçün yeni tədris korpusları tikilib istifadəyə verilib.

Ardını oxu...

Naxçıvan Dövlət Universiteti Kimya kafedrasının müəllimi Pərvin Quliyev “Sb2Se3 nazik yarımkeçirici təbəqələrinin alınması üçün elektrolit” adlı ixtirasına görə patent alıb.

Ardını oxu...

Azərbaycan təhsilinin və elminin qarşısında duran əsas vəzifələrdən biri cəmiyyətin bugünkü inkişaf səviyyəsinə adekvat olan yüksəkixtisaslı kadrların hazırlanmasından ibarətdir. Həmin kadrların müasir təfəkkürlü və kreativ düşüncəli, səriştəyə çevrilə bilən bilik və bacarıqlara malik olması, praktik vərdişlərlə müşayiət edilən nəzəri biliklər qazanması olduqca vacibdir. Bütün bunları nəzərə alaraq Azərbaycan Respublikasının iqtisadi inkişaf strategiyası xammala əsaslanan iqtisadiyyatdan yüksək texnologiyalara, innovasiyalara əsaslanan iqtisadiyyata keçidi nəzərdə tutur. Enerji resurslarının ixracından əldə edilən vəsaitlər qeyri-neft sektorunun formalaşmasına, insan kapitalının inkişafına yönəlir. Ölkəmizdə reallaşan “qara qızılı insan kapitalına çevirmək” siyasəti dünyanın müasir inkişaf meyillərinə uyğundur, çünki bu gün hər hansı ölkənin zənginliyi onun insanlarının təhsil səviyyəsi ilə ölçülür. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi: “İnsan kapitalı inkişaf etmiş ölkələrin indiki durumunu müəyyən edən amildir. Həmin ölkələr təbii resurslar hesabına yox, intellektual potensiala, yeni texnologiyaların icad olması tətbiqinə görə inkişaf edirlər. Biz də bu yolu seçməliyik”. 

Ardını oxu...

Azərbaycan təhsilinin və elminin qarşısında duran əsas vəzifələrdən biri cəmiyyətin bugünkü inkişaf səviyyəsinə adekvat olan yüksək ixtisaslı kadrların hazırlanmasından ibarətdir. Həmin kadrların müasir təfəkkürlü və kreativ düşüncəli olması, səriştəyə çevrilə bilən bilik və bacarıqlara malik olması, praktiki vərdişlərlə müşayiət olunan nəzəri biliklər qazanması olduqca vacibdir. Bütün bunları nəzərə alaraq Azərbaycan Respublikasının iqtisadi inkişaf strategiyası xammala əsaslanan iqtisadiyyatdan yüksək texnologiyalara, innovasiyalara əsaslanan iqtisadiyyata keçidi nəzərdə tutur. Enerji resurslarının ixracından əldə edilən vəsaitlər qeyri-neft sektorunun formalaşmasına, insan kapitalının inkişafına yönəlir. Ölkəmizdə reallaşan “qara qızılı insan kapitalına çevirmək” siyasəti dünyanın müasir inkişaf meyillərinə uyğundur, çünki bu gün hər hansı ölkənin zənginliyi onun insanlarının təhsil səviyyəsi ilə ölçülür. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi: “İnsan kapitalı inkişaf etmiş ölkələrin indiki durumunu müəyyən edən amildir. Həmin ölkələr təbii resurslar hesabına yox, intellektual potensiala, yeni texnologiyaların icad olması, tətbiqinə görə inkişaf edirlər. Biz də bu yolu seçməliyik”.           

Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”, “Azərbaycan Respublikasında innovativ inkişaf sahəsində koordinasiyanın təmin edilməsi haqqında”2019-cu il 10 yanvar tarixliSərəncamı məhz bu starteji hədəflər üçün ciddi dövlət sənədi kimi yüksək əhəmiyyətə malikdir.   

Ardını oxu...

“Naxçıvan” Universiteti Hindistanın Şri Venkateşvara Universiteti ilə birgə “Ali təhsil müəssisələrində informasiya texnologiyalarından istifadə edərək onlayn və distant təhsilin həyata keçirilməsi” adlı iki günlük onlayn təlim təşkil edib.
Tədbiri “Naxçıvan” Universitetinin  Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rəcəb Cəfərli  açaraq iki universitet arasındakı əməkdaşlıqdan danışıb. Qeyd edib ki, 2020-ci ildə imzalanan əməkdaşlıq memorandumuna əsasən ilk olaraq birgə təlim təşkil edilib.

Ardını oxu...

AMEA Naxçıvan Bölməsinin Rəyasət Heyətinin 2021-ci ildə ilk iclası keçirilib.

İclası giriş sözü ilə açan Bölmənin sədri, akademik İsmayıl Hacıyev iştirakçılarıgündəlikdəki məsələlərlətanış edib.Sonra Naxçıvan Bölməsinin 2021-ci il üçün İş planı oxunaraq, müzakirələrdən sonra təsdiq edilib.

Ardını oxu...

“Naxçıvan” Universitetində  iqtisadçı alimlər Cavadxan Qasımovun, Sədaqət Əhmədovanın, Flora Ələsgərovanın və Sevinc Zamanovanın həmmüəllifi olduqları "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi perspektivləri: reallıqlar və nəticələr" adlı dərs vəsaitinin təqdimatı keçirilib.

Ardını oxu...

AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevin “Naxçıvan Azərbaycanın dövlətçilik tarixində” adlı monoqrafiyası Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində rus dilində işıq üzü görüb.

Ardını oxu...

Naxçıvan Dövlət Universitetinin Bələdiyyə və turizm kafedrasının müəllimi, təhsilin idarəolunması, təftişi, planlaması və iqtisadiyyatı üzrə fəlsəfə doktoru Rza Məmmədovun Anadolu Universiteti Pedaqogika fakültəsinin, Pedaqogika elmləri kafedrasının professoru Ahmet Aypayla birgə həmmüəllif olduğu “Türkiyədəki tədqiqat universitetlərinin effektivlik analizi” (“Efficiency analysis of research universities in Turkey”) adlı elmi məqaləsi Böyük Britaniyanın Oksford mərkəzli “International Journal of Educational Development” adlı nüfuzlu jurnalda nəşr olunub. Məqalədə Türkiyənin 15 tədqiqat universitetinin beynəlxalq elmi-tədqiqat göstəricilərinin mövcud vəziyyəti və gələcək perspektivləri araşdırılıb. Bu vəziyyətə uyğun olaraq universitetlərin tədqiqat universiteti olmaq üçün elmi tədqiqatlara əsaslanan gəlirlər və digər beynəlxalq standartlar əsasında təklifləri məqalədə əsas tədqiq olunan məsələlər sırasındadır.
Qeyd edək ki, məqalə ilə jurnalın https://www.journals.elsevier.com/international-journal-of-educational-development veb saytında tanış olmaq mümkündür.

Naxçıvan Dövlət Universitetinin
Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsi

Naxçıvanda yeni ilin ilk doğumu saat 00:48-də Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzində qeydə alınıb. Naxçıvan şəhər sakini Təhməz Ağasoyun ailəsində dünyaya gələn oğlan uşağının çəkisi 3,5 kiloqramdır. Ana və körpənin vəziyyəti normaldır.

Ardını oxu...

Türkiyə Qars Qafqaz Universitetinin Xarici əlaqələr bölməsinin müdiri, Qeyri-üzvi kimya kafedrasının müəllimi Hacalı Nəcəfoğlu Naxçıvan Dövlət Universitetinin Kimya və Fizika ixtisaslarının müəllim və tələbələri üçün“Kristalloqrafik naxışlar” mövzusunda vebinar keçib.
Tədbiri giriş sözü ilə açan universitetin elmi katibi, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Məftun İsmayılov Azərbaycanda kristallоqrafiya еlminin zəngin və uğurlu inkişaf tariхindən danışıb.

Ardını oxu...

AMEA Naxçıvan Bölməsində “31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü” mövzusunda elmi konfrans keçirilib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən müəllimlərin işə qəbulu üçün 17 noyabr 2020-ci il tarixdə elan edilmiş müsabiqənin test imtahanlarına start verilib. 156 vakant vəzifə çıxarılan müsabiqəyə ən çox Şərur rayonu (41), Ordubad rayonu (39) və Şahbuz rayonu (26) üzrə vakant vəzifə təqdim olunub.

Ardını oxu...

Naxçıvan Dövlət Universitetində “Naxçıvan Muxtar Respublikası müstəqillik yollarında” elmi konfransı universitetin rektoru, dosent Elbrus İsayev açaraq qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun rəhbərliyi ilə muxtar respublika 20 ildən artıq bir dövrdə hərtərəfli inkişafa nail olub, diyarımız əsl intibah səviyyəsinə yüksəlib. Həyatın bütün sahələrində əsaslı dəyişikliklər baş verib və bu işlər bu gün də sürətlə və ardıcıl olaraq davam etdirilir.

Ardını oxu...

Dünən muxtar respublika ümumtəhsil məktəblərinin IX-XI siniflərində təhsil alan şagirdlər üçün sınaq imtahanı keçirilib. Sınaq imtahanı buraxılış imtahanı formatında təşkil edilib.
İmtahanda IX siniflər üçün Azərbaycan dili fənni üzrə 2 mətn – hər mətndən 5 qapalı, 5 açıq test tapşırıqları, xarici dil üzrə 1 dinləmə mətni və 1 yazılı mətn olmaqla, 15 test tapşırığı, riyaziyyat fənni üzrə isə 10 açıq test tapşırığı verilib.

Ardını oxu...

“Naxçıvan” Universitetində “Sərhəd hərəkatı – dünya azərbaycanlılarının həmrəyliyinə gedən yol” mövzusunda elmi konfrans keçirilib.
Əvvəlcə Vətən müharibəsində qəhrəmanlıqla canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində Naxçıvan Dövlət Universitetinin Memarlıq və mühəndislik fakültəsinin Ekologiya mühəndisliyi ixtisası üzrə IV kurs tələbələri ilə görüş olub.
Tədbiri giriş sözü ilə Ekologiya və Təbii Sərvətlər naziri Mayis Əliyev açaraq bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin hamiliklə bağlı imzaladığı müvafiq sərəncama uyğun olaraq ötən dövr ərzində “Naxçıvan Muxtar Respublikasının təbii sərvətlərinin öyrənilməsi, qiymətləndirilməsi, istifadə olunması və bu sahədə kadr hazır­lığı”, “İdeyadan başlanğıca” devizi altında startap layihələrinin hazırlanması məsələləri ilə bağlı Naxçıvan Dövlət Universiteti ilə birlikdə seminar-müşavirələr keçirilib. Ali təhsil ocağının Memarlıq və mühəndislik fakültəsinin Ekologiya mühəndisliyi və Geologiya mühəndisliyi ixtisasları üzrə təhsil alan tələbələrinin praktik bilik və təcrübələrinin artırılması məqsədilə tədbirlər reallaşdırılıb.

Ardını oxu...

 

AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunda akademik Yusif Məmmədəliyevin 115illik yubileyinə həsr olunmuş elmi konfrans keçirilib.

Konfransı giriş sözü ilə açan Bölmənin Təbii Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Tofiq Əliyev görkəmli aliminhəyat və fəaliyyətinə qısa nəzər salıb. Bildirib ki, alim öz uzaqgörənliyi ilə dövrümüzdə tədqiqinə başlanan bir çox məsələlər haqqındaəvvəlcədən elmi mülahizələr və hipotezlər verib, bu istiqamətlərin gələcək perspektivlərini illər öncə müəyyənləşdirə bilib. Azərbaycan elminin təşkili, dünya elminə inteqrasiyası sahəsində əvəzsiz xidmətləri olmuş Yusif Məmmədəliyevinözündən sonra qoyduğu zəngin irs və ideyalar onu daim yaşadacaqdır.

Ardını oxu...

Naxçıvan Dövlət Universitetində “Kitabi-Dədə Qorqudun 1320 illik yubileyi ilə əlaqədar kitab müzakirəsi keçirilib.
Müzakirəni giriş sözü ilə açan Elmi Kitabxananın direktoru Fariz Əhmədov qeyd edib ki, “Kitabi-Dədə Qorqud” Azərbaycanın ana kitabı, ümumtürk mədəniyyət abidəsi, dünya mədəniyyət xəzinəsinin nadir incilərindəndir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Oxunması zəruri olan kitablar haqqında” 2017-ci il 28 avqust tarixli Sərəncamına əsasən oxunması tövsiyə edilən ən qiymətli əsərlərdəndir.

Ardını oxu...

Naxçıvan Dövlət Universitetinin Memarlıq, Geodeziya və xəritəçəkmə mühəndisliyi ixtisaslarında təhsil alan tələbələr üçün Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin bazasında noyabrın 16-dan təşkil olunan istehsalat təcrübəsi başa çatıb.

Ardını oxu...

Muxtar respublika fənn olimpiadasının və “Ürəklərdə yaşayan dahi” mövzusunda inşa yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov çıxış edərək bildirib ki, olimpiadaların keçirilməsi xüsusi istedadlı uşaqların üzə çıxarılmasında, şagirdlərdə fənlərə olan marağın artırılmasında, onların sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrində və peşə seçiminə hazır¬lanmasında mühüm rol oynayır.

Ardını oxu...

Naxçıvan şəhər ümumtəhsil məktəblərinin IX-XI siniflərində təhsil alan şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların еlmi pоtеnsiаlının аrtırılmаsı, tədqiqatçılıq bacarıqlarının inkişaf etdirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və AMEA Naxçıvan Bölməsinin birgə təşkilatçılığı ilə “Sabahın tədqiqatçıları” layihəsi davam etdirilir.
2020-ci ilin noyabr ayından yenidən başlanan layihə artıq ilk uğurlarını qazanıb. AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun əməkdaşı, kimya üzrə fəlsəfə doktoru Fizzə Məmmədovanın rəhbərliyi ilə iki layihə beynəlxalq müsabiqədə yer tutub.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasının Turizm Departamentində Naxçıvan Dövlət və “Naxçıvan” universitetlərinin Turizm və otelçilik ixtisası üzrə təhsil alan tələbələri üçün “Turist marşrutlarına tələblər və marşrutun hazırlanma qaydaları” mövzusunda seminar keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin sektor müdiri Həsən Kərimov çıxış edərək bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamına uyğun olaraq tələbələrin peşə hazırlığının yüksəldilməsi məqsədilə departament tərəfindən mütəmadi olaraq müxtəlif formatlı tədbirlər keçirilir.

Ardını oxu...

Naxçıvan Dövlət Universitetinin təşkilatçılığı ilə “Elektron kitabxanaların təşkili və formalaşması problemləri” adlı onlayn respublika elmi konfransı keçirilib. Konfransı giriş sözü ilə açan universitetin rektoru, dosent Elbrus İsayev qeyd edib ki, elektron kitabxanalarda informasiya texnologiyalarının tətbiq edilməsi istifadəçilərə dünya informasiya məkanına daxil olmaq baxımından daha geniş imkanlar yaradır. Rektor kitabxana fəaliyyətinin təkmilləşdirilməsi və yeni texnologiyaların tətbiqinin təmin edilməsi istiqamətində aparılan dövlət siyasətindən bəhs edib.

Ardını oxu...

“Naxçıvan” Universitetinin və Ərzincan Binəli Yıldırım Universitetinin birgə təşkilatçılığı ilə “Türkiyə-Azərbaycan əlaqələri: müasir tarix və perspektivlər” mövzusunda onlayn beynəlxalq konfrans keçirilib.
Konfransı giriş sözü ilə ali təhsil ocağının rektoru, dosent Nurlana Əliyeva açaraq bildirib ki, Azərbaycan ilə Türkiyə arasında əlaqələrin böyük tarixi var. Ortaq kök, dil, din birliyi, oxşar mədəniyyət, adət və ənənələr bu əlaqələri şərtləndirən amillər sırasında yer alır. Türkiyə və Azərbaycan öz tarixinin ən mürəkkəb dövrlərində bir-birinə dəstək olduqlarını nümayiş etdiriblər. Vətən müharibəsi zamanı türkiyəli qardaşlarımızın bizə dəstəyi unudulmaz tarixdir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasının dövlət orqanlarında mətbuat xidmətlərinin fəaliyyətlərinin təşkili və qarşıda duran vəzifələrlə bağlı 19 may 2018-ci il tarixdə keçirilən müşavirədə qarşıya qoyulmuş tapşırıqların icrasının təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən dövlət orqanlarında mətbuat və ictimaiyyətlə əlaqələr üzrə vakant vəzifələrin tutulması üçün esse imtahanı keçirilib.

Ardını oxu...

Dünən Gözdən Əlil Uşaqlar üçün Xüsusi İbtidai Məktəbdə metodik vəsait və dərsliklərin məktəbə təqdim olunması, eyni zamanda məktəbdə təhsil alan şagirdlərə Yeni il sovqatının verilməsi ilə bağlı tədbir keçirilib.

Ardını oxu...

Naxçıvan Müəllimlər İnstitutunda “Müasir təlim metodları və süni intellektin təhsildə rolu” mövzusunda elmi-praktik konfrans keçirilib.
Tədbiri giriş sözü ilə institutun rektoru Azad Novruzov açaraq konfransın əhəmiyyətini və mövzunun aktuallığını vurğulayıb, çıxışlar dinlənilib.

Ardını oxu...

Naxçıvan Dövlət Universitetində Hüquq fənləri kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Şükür Məmmədovun “Dövlət və hüquqi təlimlər” adlı dərs vəsaitinin təqdimatı keçirilib.
Təqdimatı giriş sözü ilə açan universitetin rektoru, dosent Elbrus İsayev yeni nəşrin əhəmiyyətindən danışaraq qeyd edib ki, “Dövlət və hüquqi təlimlər” həm də tədris fənni və elm sahəsi olub nəzəri və tarixi təmayüllüdür, hüquq nəzəriyyəsi, hüquq və dövlət tarixi kimi elmlərlə əlaqəlidir. Böyük tədqiqat işi və tarixi faktlarla zəngin bir mövzunu əhatə etdiyinə görə rektor müəllifi təbrik edib və gələcək elmi fəaliyyətində uğurlar arzulayıb.

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR