21 Dekabr 2024, Şənbə

Ulu öndər Heydər Əliyev hər bir insanda ən yüksək mənəvi keyfiyyət sayılan milli vətənpərvərlik haqqında belə demişdir: “Milli vətənpərvərlik prinsipi gərək körpəlikdən başlayaraq hər bir vətəndaşın həyat prinsipi, həyat qanunu, nizamnaməsi olsun”.

Vətənpərvərlik hər kəsin doğulub boya-başa çatdığı el-obaya, torpağa, vətəndaşı olduğu ölkəyə məhəbbətdən başlayır. Lakin vətənpərvərlik təkcə Vətəni sevmək deyil, həm də Vətən naminə çalışmaq, onu qorumağa hər an hazır olmaq, onun yolunda hünər, qəhrəmanlıq, fədakarlıq göstərmək, Vətənin, xalqın hər bir nailiyyətinə sevinməkdir. Bu hiss insanda anadangəlmə olsa da, onu düzgün formalaşdırmaq, möhkəmləndirmək, inkişaf etdirmək lazımdır. Bu, insanda bir çox mənəvi keyfiyyətlər – qəhrəmanlıq, fədakarlıq, cəsurluq, mətinlik, dözümlülük hisslərini gücləndirir.

Ardını oxu...

AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun elmi işlər üzrə direktor müavini, kimya elmləri doktoru, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Bayram Rzayevin anadan olmasının 80 illiyi münasibətilə tədbir keçirilib.
Tədbirdə çıxış edən AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev qocaman alimin yüksək insani məziyyətlərindən və işgüzar elmi fəaliyyətindən bəhs edib. Qeyd olunub ki, Bayram Rzayev ömrünü elmə, elmi tədqiqatlara həsr etmiş, onun səmərəli fəaliyyəti 40-ı kitab və monoqrafiya olmaqla, 400-dən artıq elmi əsərdə öz əksini tapmışdır. Alim analitik kimya sahəsində yenilikçi tədqiqatları ilə nəzəri bilikləri pratikaya uğurla tətbiq etmiş, nəticədə, 20 müəlliflik şəhadətnaməsi və patent almışdır. Bayram Rzayevin yarıməsrlik elmi fəaliyyəti, kimya elminə qazandırdığı töhfələr bu sahə tədqiqatçıları üçün əsl nümunədir.

Ardını oxu...

Təlimlərin yüksək səviyyədə təşkilini təmin etmək məqsədilə Heydər Əliyev adına tam orta məktəbdə STEAM Tədris Mərkəzi yaradılıb. Dünən mərkəzin təqdimatı olub.
Təqdimatda Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov çıxış edərək bildirib ki, diyarımızda təhsilin inkişafına yaradılan şərait yeni təlim metodlarının tətbiqinə geniş imkanlar açmışdır. Buna görə də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə 2020-2021-ci tədris ilindən muxtar respublikada STEAM layihəsinin tətbiqinə başlanılıb. Ümumtəhsil müəssisələrində STEAM kabinələri yaradılır, kabinələr lazımi avadanlıqlarla təchiz olunur. Həmçinin təlimə aid metodik vəsaitlər, eləcə də VI və VII sinif dərslik və proqramları çap olunaraq istifadəyə verilib. Bildirilib ki, ötən müddət ərzində Şərur rayon Qarabürc və Şəhriyar, Ordubad şəhər 1 nömrəli və Nüsnüs, Naxçıvan Qarnizonu, Naxçıvan şəhər 5, 11, 12 və 14 nömrəli tam orta məktəblərdə, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində, Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseydə, Culfa Rayon Texniki Yaradıcılıq Mərkəzində və Heydər Əliyev adına Hərbi Liseydə STEAM kabinələri yaradılmışdır. Bundan başqa 38 məktəbdə STEAM kabinələrinin yaradılmasına başlanılıb.

Ardını oxu...

Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsində muxtar respublikada elmin inkişaf istiqamətləri və perspektivlərinə həsr olunmuş tədbir keçirilib.
Tədbiri giriş sözü ilə bölmənin sədri, akademik İsmayıl Hacıyev açıb. Qeyd olunub ki, ölkə başçısı cənab İlham Əliyevin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə Azərbaycanda “Elm günü”nün təsis edilməsi, bütövlükdə, Azərbaycan elminə, elmi ictimaiyyətinə göstərilən diqqət və qayğının göstəricisidir. O bildirib ki, Vətən müharibəsində ölkəmizin qazandığı tarixi qələbə qəhrəman oğullarımızın mərdliyi, şücaəti ilə yanaşı, həm də elmi yeniliklərin tətbiqi ilə əlamətdardır.

Ardını oxu...

Hər hansı bir dövlətin bütün istiqamətlərdə yüksək səviyyədə inkişafı onun təhsilinin inkişafından birbaşa asılıdır. Təhsilin inkişafı isə yaradılan tədris şəraiti, qəbul edilən qərarlardan və həyata keçirilən təhsil islahatları ilə bağlıdır. Muxtar respublikada təhsil quruculuğu sahəsində işlər uğurla aparılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə muxtar respublikanın şəhər və rayon məktəbləri ilə yanaşı, ən ucqar sərhəd kəndlərində belə, müasirtipli məktəb binaları inşa edilir, əsaslı təmir olunur və ya yenidən qurularaq şagirdlərin istifadəsinə verilir. Bu isə muxtar respublikada təhsilin keyfiyyətinin yüksəlməsinə, müəllimlərin səmərəli fəaliyyətinə geniş imkanlar açır.

Ardını oxu...

 Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə martın 27-si Azərbaycan Respublikasında “Elm günü” kimi təsis edilmişdir. 

Ardını oxu...

Mart ayının 25-də  AMEA NB Təbii Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, kimya elmləri doktoru, professor, “Tərəqqi” medallı Tofiq Abbasəli oğlu Əliyevin  anadan olmasının  70 ili tamam olur. Onu 1968-ci ildən(BDU-nun Kimya fakültəsində eyni qrupda tələbəliyə başladığımız vaxtlardan-M.Babanlı və H.İbrahimov) və Naxçıvan Dövlət Pedaqoji İnstitutunda (indi NDU) çalışmağa başladığım vaxtdan (1977-ci ildən- Q.Hüseynov) tanıdığımızdan və elminə, savadına, müəllimlik qabiliyyətinə və insani keyfiyyətlərinə yaxından bələd olduğumuzdan bu xoş günlərində onu ürəkdən təbrik edib, geniş ictimaiyyətə yaxından tanıtmağı özümüzə borc bilirik.

Ardını oxu...

Naxçıvan şəhər ümumtəhsil məktəblərində pedaqoji ixtisaslar üzrə təhsil alan təcrübəçi tələbələrin öyrəndikləri nəzəri biliklərin tətbiqi yolu ilə ixtisaslarını dərindən mənimsəmələri və peşəkar müəllim kimi inkişaf etmələrinə şərait yaratmaq məqsədilə “Sabahın müəllimi” layihəsi davam edir. Növbəti görüş martın 18-də Naxçıvan şəhər 14 nömrəli tam orta məktəbdə Naxçıvan Müəllimlər İnstitutunun Riyaziyyat-informatika və İbtidai sinif müəllimliyi ixtisasları üzrə təcrübədə olan tələbələrlə baş tutub.

Ardını oxu...

Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsində AMEA-nın müxbir üzvü, kimya elmləri doktoru, professor Tofiq Əliyevin 70 illik yubileyi münasibətilə tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan bölmənin sədri, akademik İsmayıl ­Hacıyev əvvəlcə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun yubilyara ünvanladığı təbrik məktubunu oxuyub.
Akademik muxtar respublikada elm xadimlərinə göstərilən diqqət və qayğıdan danışaraq professorun elmi fəaliyyətinə qısa nəzər salıb. Vurğulayıb ki, Tofiq Əliyev Azərbaycan kimya elminin inkişafına dəyərli töhfələr verən, yeni nəsil kimyaçıların formalaşmasında xüsusi xidmətləri olan alimlərdəndir.

Ardını oxu...

Naxçıvan Dövlət Universitetində Azərbaycan Tibb Universitetinin professoru, tibb elmləri doktoru Cabbar Hacıyevin “Ümumi cərrahlıq”  iki cildlik dərsliyinin təqdimatı keçirilib. Təqdimatı giriş sözüylə açan universitetin rektoru Elbrus İsayev qonağı salamlayıb və unversitetdə görməkdən məmnunluğunu bildirib. Qeyd edilib ki, rəhbərlik etdiyi ali təhsil ocağının Tibb təhsilində Azərbaycan Tibb Universiteti təcrübəsinin böyük rolu və dəstəyi olub. Rektor fakültənin təcrübi dərslərin keçirilməsində müstəsna əhəmiyyətə malik olan maddi-texniki bazadan danışıb. Əlverişli tədir üsulları, müasir avadanlıqlarla zəngin laboratoriyaların mövcudluğunun tibb təhsili üçün əhəmiyyət daşıdığını qeyd edən rektor vurğulayıb ki, məhz bu xüsusiyyətlər nəzərə alınmaqla ali təhsil ocağını seçən əcnəbi tələbələrin çoxu da məhz bu fakültədə təhsil alır. Professorun 1000 nüsxə olmaqla universitetə hədiyyə etdiyi dərslikləri yüksək qiymətləndirən rektor  bugünə qədər ali təhsil ocağına bu sayda təqdim edilən ilk kitab hədiyyəsi kimi dəyərləndirib.

Ardını oxu...

AMEA Naxçıvan Bölməsində muxtar respublika məktəbliləri üçün “Milli-mənəvi dəyər daşıyıcısı – Novruz” mövzusunda interaktiv dərs keçilib.
Bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Aytən Cəfərova əvvəlcə məktəblilərə zaman, fəsil və bayram kimi anlayışların yaranması, bu məfhumların xalq təfəkküründəki rolundan danışıb. Qeyd olunub ki, bolluq və firavan həyat arzularını bayram anlayışında birləşdirən əcdadlarımız həmin bayramları zaman keçdikcə oyun, nəğmə, yallı, ənənə və mərasimlərlə bəzəyərək tarixə hədiyyə etmişlər. Hər il qeyd olunan Novruz bayramı da məhz qədim türk millətinin ulu bayramlarından biridir. Milli birlik və bərabərliyi özündə ehtiva edən Novruzun hər məqamında türklüyü simvolizə edən adət və ənənələr günümüzə qədər gəlib çatmışdır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzində Naxçıvan Dövlət Universiteti Tarix-filologiya fakültəsinin tələbələrinin iştirakı ilə “Moskva müqaviləsinin tarixi əhəmiyyəti” mövzusunda onlayn açıq dərs keçilmişdir.

Ardını oxu...

AMEA Naxçıvan Bölməsində “Qars müqaviləsi və Naxçıvan” mövzusunda elmi konfrans keçirilib.
Konfransı giriş sözü ilə açan Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev “Beynəlxalq Qars müqaviləsi və Naxçıvanın muxtariyyət məsələsi” mövzusunda məruzə edib. Beynəlxalq əhəmiyyətə malik Qars müqaviləsinin Naxçıvanın muxtariyyətindəki əhəmiyyətindən danışan akademik Moskva və Qars müqavilələrində Naxçıvanın ərazi taleyi ilə bağlı əksini tapan məsələlərə toxunub, hər iki tarixi sənədin Naxçıvanın Azərbaycanın ərazisi kimi tanınmasında, Naxçıvana muxtariyyət statusunun verilməsindəki rolunu vurğulayıb.

Ardını oxu...

Cəmiyyətdə səmərəli vətəndaşlığa hazırlaşmaq şagirdlərdən mühüm idrak qabiliyyəti tələb edir, onlar öz fikrini formalaşdırmağı, təcrübə və düşüncədən məna çıxarmağı, məntiqi arqumentlər tapmağı, fikirlərini aydın və inamla ifadə etməyi bacarmalıdırlar. Amma onların cəmiyyətə yararlı vətəndaş kimi formalaşmaları üçün təkcə bu qabiliyyətlər kifayət etmir. Onların bilik və bacarıqlarının üzə çıxarılması üçün günümüzün tələbi olan müasir təlim metodlarından istifadə olunur.

Bəs müasir təlim metodu nədir?

Ardını oxu...

“Naxçıvan” Universiteti, Azərbaycan Milli Erasmus+ ofisi ilə birgə “Erasmus+” proqramı “TAM” (Texniki Dəstək Missiyası) layihəsi çərçivəsində “Azərbaycan ali təhsil müəssisələrində elektron təhsilin tətbiqi” adlı onlayn təlim təşkil edib.
İki gün keçirilən təlimi giriş sözü ilə universitetin rektoru, dosent Nurlana Əliyeva açıb. O, müasir innovasiyaların təhsildə tətbiqinin önəmindən danışıb. Bildirib ki, xüsusən indiki pandemiya dövründə bu prosesin əhəmiyyətini daha aydın görürük. Buna görə də “Naxçıvan” Universiteti təhsildə innovasiyaların tətbiqi üçün mühüm addımlar atır. Təlimin keçirilməsini də bu addımlardan biri kimi dəyərləndirmək olar.

Ardını oxu...

Naxçıvan Dövlət Universiteti və İqdır Universitetinin qoşulduğu “Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlığı” mövzusunda onlayn seminar siyasət, ticarət, mədəniyyət və turizm istiqamətlərində keçirilib.

Ardını oxu...

“Naxçıvan” Universitetində “Naxçıvanbank” və “Naxçıvansığorta” Açıq Səhmdar cəmiyyətlərinin təşkilatçılığı ilə “Bankçılıqda ilk addım və sığortanın mahiyyəti” mövzusunda tədbir keçirilib.
“Naxçıvan” Universitetinin rektoru, dosent Nurlana Əliyeva çıxış edərək bildirib ki, muxtar respublikamızda rəqəmsal ödəniş infrastrukturunun inkişaf etdirilməsi, yeni xidmətlərin tətbiqi, rəqəmsal ödənişlər üzrə maarifləndirmə və təbliğatın gücləndirilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilir. Bu tədbirin keçirilməsində isə əsas məqsəd savadlı, peşəkar iqtisadyönümlü mütəxəssislərinin hazırlanmasına dəstəkdir.

Ardını oxu...

Muxtar respublikanın təhsil müəssisələrində yaradılan idman klublarına yeni idman avadanlıqları alınıb, onların təqdimatı keçirilib.
Tədbirdə çıxış edən Təhsil naziri Rəhman Məmmədov muxtar respublikada təhsil və idmannın inkişafına göstərilən diqqət və qayğıdan danışıb. Bildirilib ki, ötən müddət ərzində ümumtəhsil məktəblərində 33 futbol, 16 mini­futbol idman meydançası, 196 idman zalı və açıq idman qurğuları şagird və müəllimlərin ixtiyarına ­verilib.

Ardını oxu...

Naxçıvan Dövlət Universitetində “Bankçılıqda ilk addım və sığortanın mahiyyəti” adlı tədbir keçirilib. “Naxçıvanbank” və “Naxçıvansığorta” Açıq Səhmdar cəmiyyətlərinin təşkilatçılığı ilə keçirilən tədbiri giriş sözü ilə açan universitetin rektoru, dosent Elbrus İsayev təlimin əhəmiyyətini önə çəkib. Qeyd edilib ki, tələbələrin bu təlimlərdə iştirak etməsi onların nəzəri biliklərinin təcrübədə formalaşması üçün mühüm əhəmiyyətə malikdir. Rektor birgə əməkdaşlığın perspektivliyinə toxunub və təlimin işinə uğurlar arzulayıb.

Ardını oxu...

Muxtar respublikamızda gələcəyimiz olan uşaqların məktəbə hazırlığının yüksək səviyyədə təşkili diqqətdə saxlanılır. Bu tədbirlərin davamı olaraq dünən muxtar respublikada fəaliyyət göstərən uşaq bağçalarına məntiqi-riyazi-həndəsi bacarıqları inkişaf etdirən lövhə və “Azərbaycan əlifbasını öyrənirəm” stolüstü aşırma kartları təqdim edilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Təhsil nazirinin müavini Heyran Əhmədova çıxış edərək təhsilə göstərilən dövlət qayğısından danışıb. Bildirib ki, son illər təhsil siyasətində məktəbəhazırlıq prioritet istiqamətlərdən birini təşkil etmiş, ilk dəfə olaraq 2017-2018-ci tədris ilindən etibarən ümumtəhsil müəssisələrində dövlət büdcəsi hesabına məktəbəhazırlıq qrupları təşkil olunmuş, 5 yaşlı uşaqların təhsilə cəlb edilməsi səviyyəsi ildən-ilə artmışdır.

Ardını oxu...

 Azərbaycan qadınının bütün dövrlərdə gözəl örnəkləri olub. Tariximizdə qadınlar müdrikliyi, işgüzarlığı ilə parlaq səhifələr yazıblar. Seçki hüququnu dünyanın bir çox ölkələrinin qadınlarından əvvəl əldə etməsi, elm, mədəniyyət və digər sahələrdə qazandığı uğurlar Azərbaycan qadınının mədəni və intellektual potensialından xəbər verir. Qadınların ictimai-siyasi həyatdakı fəallığı ilbəil güclənir. Azərbaycan qadını ölkəmizi bütün dünyada ləyaqətlə təmsil edir, mötəbər kürsülərdən çıxış edir.

Ardını oxu...

Konfransı giriş sözü ilə universitetin rektoru, dosent Nurlana Əliyeva açıb. O bildirib ki, dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyinin tamam olması münasibətilə dövlət başçısı İlham Əliyevin 2021-ci il 5 yanvar tarixli Sərəncamı ilə bu il ölkəmizdə “Nizami Gəncəvi ili” elan edilib. Rektor Nizami Gəncəvi yaradıcılığı, onun zəngin irsi haqqında qısa məlumat verərək muxtar respublikada da böyük Azərbaycan klassikinin 880 illiyinin silsilə tədbirlərlə qeyd olunacağını diqqətə çatdırıb. Azərbaycan dili və ədəbiyyatı kafedrasının professoru Sədaqət Həsənova bildirib ki, Nizami Gəncəvi yaradıcılığı yalnız Azərbaycan ədəbiyyatı üçün yox, həm də dünya ədəbiyyatı üçün olduqca böyük əhəmiyyətə malikdir.
Konfransda dosent Əli Həşimlinin “Nizami Gəncəvinin ədəbi irsinin öyrənilməsi” mövzusunda çıxışı dinlənilib. Qeyd edək ki, konfrans öz işini 5 mart tarixədək davam etdirəcək.

“Naxçıvan Universiteti”nin
mətbuat xidməti

Naxçıvan Muxtar Respublikası Gənclər Fondu və Naxçıvan Dövlət Universitetinin birgə əməkdaşlığı ilə universitetdə “Vikipediya könüllüləri” layihəsi çərçivəsində görüş keçirilib.
Tədbiri giriş sözü ilə açan universitetin elmi katibi, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Məftun İsmayılov qeyd edib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilməkdədir. Vurğulanıb ki, muxtar respublikamızda da yaradıcılıq axtarışlarının stimullaşdırılmasına, milli ruhda tərbiyəsinə, onların sosial müdafiəsinin və məşğulluğunun təmin edilməsinə ciddi önəm verilir.

Ardını oxu...

Naxçıvan Dövlət Universitetində Tələbə­-Gənclər Təşkilatının böyük şairimiz Nizami Gəncəvinin həyat və yaradıcılığından bəhs edən slaydların təqdimatına həsr olunmuş “Söz sənətinin dahisi – Nizami” adlı tədbir keçirilib. Tədbirdə çıxış edən universitetin rektoru, dosent Elbrus İsayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2021-ci ilin “Nizami Gəncəvi ili” elan edilməsi haqqında Sərəncamının əhəmiyyətindən danışıb. Vurğulanıb ki, ulu öndərin təşəbbüsü və iştirakı ilə 1981-ci ildə ölməz sənətkarın 840 illik yubiley mərasimləri ölkənin mədəni həyatında əlamətdar hadisəyə çevrilib. 2011-ci ildə Nizami Gəncəvinin 870 illiyi dövlət səviyyəsində silsilə tədbirlərlə geniş şəkildə qeyd edilib. Nizami dühası hər zaman dünya şərqşünaslığının diqqət mərkəzində olub, şairin əsərlərinin nizamişünaslıqda yüksək qiymətləndirilən elmi-tənqidi mətni hazırlanıb, kitabları nəfis tərtibatda və kütləvi tirajla nəşr edilib.

Ardını oxu...

Ölkəmizin müstəqilliyi uğrunda mübarizədə canlarını qurban vermiş Vətən övladlarının xatirəsini yad etmək, məktəblilərə XX əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımı haqqında məlumat vermək, məktəblilərdə düşmənə qarşı barışmazlıq hissi, Vətənə, toprağa sədaqət və məhəbbət duyğularını gücləndirmək məqsədilə fevralın 26-da muxtar respublikanın ümumtəhsil məktəbləri ilə Naxçıvan şəhərindəki Xatirə Muzeyi arasında “Xocalı faciəsi insanlığa qarşı cinayətdir” mövzusunda interaktiv dərs keçilib.

Ardını oxu...

Azərbaycan və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvanın zəngin hərb tarixi vardır. Ona görə də mən həmişə boş vaxtlarımda Naxçıvan şəhərində olan muzeylərimizə gedir, hərb tariximizlə bağlı məlumatlar əldə etməyə çalışıram. Çox maraqlandığım məsələlərdən biri doğma Naxçıvanımızın 1918-1920-ci illərdə erməni daşnaklarından necə müdafiə edilməsidir.
Qəzetlərdə də bu haqda olan məqalələri həvəslə oxuyuram. Televiziya verlişlərinə baxıram. Çünki bizim babalarımız qəhrəmanlıq və cəsurluqla doğma Naxçıvanı yağılardan – quldur erməni daşnaklarından qoruyublar.

Ardını oxu...

Naxçıvan diyarı hər zaman tarixin bütün sınaqlarından üzüağ çıxmağı bacarmış, naxçıvanlılar azərbaycan xalqının nümayəndələri kimi öz cəsarətləri, mərdlikləri sayəsində bütün çətinliklərə sinə gərmişlər. Təsadüfi deyil ki, müstəqil Azərbaycan Respublikasının dövlətçilik atributlarının əksəriyyəti də məhz Naxçıvanla bağlıdır.

Ardını oxu...

STEAM tədris metodu şagirdlərin problemlərə fənlərarası və vahid təhsil metodu ilə bilik və bacarıqlara yiyələnməsini təmin etmək məqsədi daşıyır. Bu metod məktəbəqədər təhsildən ali təhsilə qədər olan bütün təhsil müddətini əhatə edən fənlərarası bir yanaşmadır. Maraq, müvəffəqiyyət və motivasiya, zehni prosesin inkişafı, təşəbbüskar­lıq və məhsul inkişaf etdirmə bacarıqları STEAM ilə artırıla bilər. Nəticədə, vahid bir şəkildə müxtəlif sahələr üzrə karyera quran tələbə sayının artmasına şərait yaranır.

Əslində, elmi bacarıqların əsasını elə cəhd, ixtira və istehsal təşkil edir. Sahibkarlıq insanların təşəbbüs göstərməsi və xəyallarını reallaşdırmaq üçün hərəkətə keçməsi kimi anlayışları özündə ehtiva edir. Bu fəaliyyət ilə məşğul olmaq istəyən hər bir kəs risk almaq və cəhd göstərməklə istehsal bacarıqlarını artıra bilər.

Təhsil sistemimizdə STEAM tədris metodunun tətbiqi ölkəmizdə bu sahədə həyata keçirilən islahatların bir hissəsidir. Bu təhsilin məqsədi  şagirdlərin potensial və maraqlarını cəmiyyətə xidmət edəcək şəkildə yönəltmək, onları öyrənməyə təşviq etməkdir. Digər bir məqsəd isə fənlər arasındakı fərqi aradan qaldırmaq və bu təhsil yanaşması ilə araşdırma, istehsal və ixtiraçı nəsil yetişdirməkdir. Bundan əlavə, STEAM təhsili məktəblərdə aktiv, sualvermə bacarığı olan şagirdləri müəyyənləşdirməklə onları elm, texnologiya, mühəndislik, riyaziyyat üzrə istiqamətləndirmək və təşviq etmək məqsədi daşıyır. Daha anlaşılacaq şəkildə desək, uşaqlar bu metod vasitəsilə real həyat problemləri ilə qarşılaşanda “nə edim?”, “necə edim?” deməyəcək, onun rahatlıqla ən uyğun həlli yollarını tapmağa çalışacaq və yaradıcı yanaşmalarını nümayiş etdirəcəklər.

Ardını oxu...

Naxçıvan Dövlət Universitetinin Pedaqoji fakültəsində təhsil alan Avropa çempionları ilə fakültə tələbələrinin görüşü olub.
Universitetin rektoru, dosent Elbrus İsayev tədbirdə çıxış edərək bildirib ki, Naxçıvanda idmanın kütləviliyinin artırılması istiqamətində görülən tədbirlər çərçivəsində ali təhsil ocağının idman bazası təmir edilərək yenidən qurulub, minifutbol meydançasının süni örtüyü yenisi ilə əvəzlənib. Rektor qeyd edib ki, hər il ali təhsil ocağında 70-80 nəfər ixtisaslı kadr hazırlanır, müxtəlif növlər üzrə hakimlərinin hazırlanması, seminarların təşkili də diqqət mərkəzindədir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi aidiyyəti orqanlarla əməkdaşlıq fəaliyyətini davam etdirir. Bu məqsədlə mərkəzin ekspertləri tərəfindən Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbinin kursantları üçün “İnsan izlərinin tədqiqi” mövzusunda mühazirə təşkil olunub.
Mühazirədə kursantlara Məhkəmə Ekspertizası Mərkəzində aparılan ekspertizalar, onların növləri haqqında, hadisə yerinin mühafizəsi, hadisə yerində maddi sübutların tamlığının pozulmaması, mərkəzdə keçirilən insan izlərinin tədqiqi ekspertizası və daktiloskopik ekspertizalar barədə məlumat verilib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin akt zalında gənclər arasında ingilis dilində “Xəmsə” milli intellektual oyunu keçirilmişdir.
Əvvəlcə Gənclər və İdman Nazirliyinin şöbə müdiri İlahə Haqverdiyeva çıxış edərək bildirmişdir ki, bu gün muxtar respublikada gənclərin asudə vaxtının səmərəli təşkil olunması məqsədilə bir sıra tədbirlər reallaşdırılır. İntellektual oyunların keçirilməsi də məhz gənclərin asudə vaxtının səmərəli təşkil olunması ilə yanaşı, onların dünyagörüşünü formalaşdırır, intellektual səviyyələrini yüksəldir. Bu gün də keçirilən oyunun məqsədi gənclərin xarici dil öyrənməyə marağının artırılması, intellektual fəaliyyətə cəlb edilməsi, müxtəlif xarici dillərdə intellektual oyunların kütləviliyinin təmin edilməsi olduğunu bildirmiş, iştirakçılara uğurlar arzulamışdır.

Ardını oxu...

Bu gün müasir texnologiyalar bütün dünyada inkişafı, uğuru təmin edən əsas vasitələrdən biridir. Texnoloji mübarizə əsri kimi tanınan XXI əsr bütün sahələrdə inkişafı təmin edə biləcək kadr potensialı, hansı ki müasir texnologiyaların dilini bilən, yeni elmi yanaşmaları mənimsəyən, ixtiralar edən, əmək bazarında özünü doğruldan şəxslər axtarışındadır. Bu da müasir təhsil metodlarının tətbiqini ön plana çıxarır. Dünya təhsil sistemində özünə yer alan belə metodlardan biri də STEAM-dır. Qısa zamanda aktuallıq qazanan bu təhsil metodu peşəkar səriştələrə malik mütəxəssis hazırlığında mühüm istiqamət kəsb etməkdədir. Elmin və texnologiyaların öyrədilməsində ənənəvi yanaşmadan fərqli olaraq STEAM təhsili praktik məşğələlər vasitəsilə elmi, texniki biliklərin gündəlik həyatda tətbiqini, bir sözlə XXI əsr bacarıqlarından istifadə olunmaqla yaradıcı öyrənməni təmin edir.

Ardını oxu...

18 fevral 2021-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə muxtar respublika məktəbliləri arasında Memarlıq-dizayn müsabiqəsi təşkil olunub.  Müsabiqənin keçirilməsində məqsəd mühəndislik bacarığına və kreativ düşüncəyə malik  şagirdlərin ən son proqram təminatlarından istifadə etməklə müxtəlif layihə və ideyaları hazırlamalarına şərait yaratmaq və bu sahədə onların istedadını üzə çıxarmaqdan ibarət olub.

Ardını oxu...

AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunda Naxçıvan Dövlət Universitetinin hamiliyə götürülmüş Biologiya ixtisası tələbələrinin iştirakı ilə “Nəbatat bağında yerləşən istilikxananın bitkiliyi” mövzusunda elmi-praktik seminar keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 3 aprel 2019-cu il tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Sərəncamına uyğun olaraq keçirilən seminarda institutun Nəbatat şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Teyyub Paşayev tələbələrə nəbatat məfhumu, Nəbatat bağlarının elmi əhəmiyyəti, məqsəd və vəzifələri, burada becərilən bitkilərin xüsusiyyətləri, becərilmə texnikası haqqında məlumat verib.

“Naxçıvan Muxtar Respublikasının iqlim şəraitinə uyğun olmayan ekvatorial, subekvatorial, tropik bitki nümunələri istilikxanada toplanaraq onlar üzərində elmi tədqiqat işlər aparılır”,- deyə bildirən T.Paşayev istilikxanadakı bitkilər, onların artırılması üsulları və başqa xüsusiyyətlərindən ətraflı bəhs edib. Bildirilib ki, aparılan elmi tədqiqat işlərinin əsas məqsədi başqa iqlim qurşaqlarına məxsus bitkilərin muxtar respublikanın iqlim şəraitinə uyğunlaşdırılması və yaşıllaşdırmada istifadə imkanlarının öyrənilməsindən ibarətdir.

Qeyd etmək lazımdır ki, burada olan bitkilərin bəziləri gənclərin böyük marağına səbəb olmuş, sonda tələbələrin istilikxananın iş prinsipi, becərilən bəzi bitki növləri, aparılan tədqiqatların nəticələri ilə bağlı çoxsaylı sualları cavablandırılmışdır.

AMEA Naxçıvan Bölməsinin mətbuat xidməti

 

 

 

AMEA Naxçıvan Bölməsi Təbii Ehtiyatlar İnstitutunun Hidrogeologiya və mineral sular laboratoriyasının rəhbəri, kimya üzrə fəlsəfə doktoru, dosent Fizzə Məmmədova beynəlxalq jurnallarda nəşr olunan məqalələrinin elmi əhəmiyyəti və əsərlərinə olunan istinadların çoxluğu nəzərə alınmaqla “Beynəlxalq İntellektual Əməkdaşlıq Komitəsi İntellektual Liqası”nın həqiqi üzvü seçilib.

Məlumat üçün qeyd edək ki, komitə 1922-ci ildə alimlər, tədqiqatçılar, müəllimlər və başqa sahələrin ziyalıları arasında beynəlxalq mədəni və intellektual əməkdaşlığı təmin etmək məqsədilə Millətlər Liqası nəzdində məsləhətçi orqan kimi təsis edilib. Anri Berqson, Albert Eynşteyn, Mariya Küri, Robert Milliken, Bela Bartok, Tomas Mann, Salvador de Madariaqa və Pol Valeri kimi tanınmış elm və incəsənət adamları adıçəkilən komitənin tanınmış simaları olmuşlar. Qurum 1946-cı ildən YUNESKO tərəfindən maliyyələşdirilir. Komitənin sistematik, mütəşəkkil, inteqrasiya olunmuş iş və yaradıcılıq üslubu, onun üzvlərinin elm, təhsil və mədəni sahələrin durmadan yaxşılaşdırılmasına yönəlmiş fəaliyyətini təmin edir.

Müxtəlif tipli layihələrin birgə planlaşdırılması, ekspertizası, həyata keçirilməsi və nəşri sahələrində  səmərəli olan “İntellektual Liqa” çoxsəviyyəli əməkdaşlıq şəbəkəsidir. Liqanın  həqiqi üzvlərinin siyahısı ilə link vasitəsilə tanış ola bilərsiniz: liga.rae.ru

AMEA Naxçıvan Bölməsinin mətbuat xidməti

 

 

 

 

Naxçıvan Şahmat Mərkəzində “Yarımaçıq debütlər haqqında məlumat” və “Məsələ həlli” mövzularında növbəti interaktiv dərs keçilib. Dərsi beynəlxalq dərəcəli hakim Emin Hacıyev aparıb.

Ardını oxu...

Naxçıvan şəhər ümumtəhsil məktəblərinin IX-XI siniflərində təhsil alan şagirdlərin elmi axtarışlara sövq edilməsi, еlmi pоtеnsiаlının аrtırılmаsı, tədqiqatçılıq bacarıqlarının inkişaf etdirilməsi məqsədilə “Sabahın tədqiqatçıları” layihəsi davam etdirilir.
Layihə çərçivəsində iştirakçıların müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili, əldə еtdikləri еlmi yеniliklərlə müxtəlif beynəlxalq səviyyəli müsabiqə, konfrans və olimpiadalarda iştirakı təmin edilir.

Ardını oxu...

AMEA Naxçıvan Bölməsində böyük Azərbaycan alimi və mütəfəkkiri Məhəmməd Nəsirəddin Tusinin həyat və fəaliyyətinə həsr olunmuş elmi konfrans keçirilib.

Bölmənin sədri, akademik İsmayıl Hacıyev konfransı giriş sözü ilə açaraq Nəsirəddin Tusi yaradıcılığına nəzər salıb. Alim bildirib ki, elmin 20-dən artıq sahəsində olduqca zəngin və fundamental tədqiqatların müəllifi olan Məhəmməd Nəsirəddin Tusi 200-dən artıq elmi əsərin müəllifidir. Qeyd olunub ki, alimin tərtib etdiyi astronomik cədvəllər, yeni bir qitənin mövcudluğu ilə bağlı bildirdiyi proqnoz və 256 şəhərin coğrafi koordinatlarını verməsi xüsusi əhəmiyyətə malikdir. Böyük alimin tarix, hüquq, fəlsəfə, əxlaq normaları, tibb, riyaziyyat, astronomiya, fizika və digər sahələrdə ərsəyə gətirdiyi əsərlər əhatə etdiyi mövzular və tədqiqatların genişliyi ilə seçilir.

Ardını oxu...

Naxçıvan Müəllimlər İnstitutunda Riyaziyyat və informatika müəllimliyi, İbtidai sinif müəllimliyi və Məktəbəqədər təlim və tərbiyə ixtisaslarının sonuncu kurs tələbələrinin pedaqoji təcrübəsinin başlanğıc konfransı keçirilib.
İnstitutun rektoru Azad Novruzov konfransı açaraq qeyd edib ki, ixtisaslar üzrə tədris planına uyğun olaraq İbtidai sinif müəllimliyi, Məktəbəqədər təlim və tərbiyə ixtisaslarında təhsil alan tələbələr IV tədris ilinin VIII semestrində, Riyaziyyat və informatika müəllimliyi ixtisasında təhsil alan tələbələr V tədris ilinin X semestrində 14 həftəlik pedaqoji təcrübə keçəcəklər. Bu ixtisaslar üzrə 204 tələbə Naxçıvan şəhər məktəbləri və məktəbəqədər təhsil müəssisələrində olacaqlar.

Ardını oxu...

AMEA Naxçıvan Bölməsinin müasir dizaynda yaradılmış rəsmi internet saytının (ameanb.az) təqdimatı keçirilib.
Tədbirdə çıxış edən bölmənin sədri, akademik İsmayıl Hacıyev qeyd edib ki, texnologiyanın yüksək inkişaf etdiyi dövrdə internet resurslarının istifadə imkanlarının artırılması və təkmilləşdirilməsi qarşıya qoyulmuş mühüm vəzifələrdən biridir. Saytların informasiya təminatı baxımından əhəmiyyətinə diqqətçəkən akademik bildirib ki, yeni təqdim olunan sayt bölmənin uğurlarını daha geniş səpkidə ifadəetmə imkanına malikdir.

Ardını oxu...

Şəxsin psixofizioloji keyfiyyətlərinin əlyazma mətninə görə müəyyən edilməsi qrafologiya adlanır. Qrafologiya istənilən şəxsin yazısını analiz edərək onun xarakteri və xarici görünüşü haqqında məlumat verən psixodiaqnostik tədqiqat sahəsidir. Qrafologiya dəqiq elm deyil, empirik biliklərə və xüsusi eksperimentlərə söykənərək formalaşmışdır. Qrafologiya sözü iki yunan sözünün: “gropho”- yazıram və “logos”- öyrənirəm sözlərinin birləşməsindən əmələ gəlmişdir. Qrafologiya sözünə ΧΙΧ əsrdə yaşamış fransız Jan-İppolit Mişonun əsərlərində rast gəlinsə də tarixə məlum olan xəttin tədqiqatı üzrə ilk “Trattato come da una lettera missiva si conoscano la natura e gualita dello scrittore” (“Yazanın xasiyyət və xüsusiyyətlərini yazısı üzrə necə öyrənmək haqqında”) adlı elmi əsərin müəllifi 1622-ci ildə Boloniyada yaşayan italiyalı Kamillo Baldoya məxsusdur.

Şəxsin şəxsi-fərdi xüsusiyyətlərinin xəttinə görə müəyyən olunmasına hələ yazının yaranması dövründən cəhd göstərilmişdir: Qrafologiyanın mənbəyinə cənubi Hindistanda və Çində rast gəlmək olar. Belə ki, məşhur çinli filosof Konfusiy qeyd edirdi ki, xətt dəqiq göstərə bilər ki, yazının sahibi alicənabdır və ya bayağı, vulqar insandır. Hətta bu ibarənin də ona məxsus olduğunu qeyd edirlər: “Xətti külək əsdirən qamışın hərəkətini xatırladan insandan qorxun”. Digər bir çinli filosof Co Xo da təsdiq edirdi ki, xəttin vasitəsilə onu icra edənin alicənab və ya aşağı təbəqə əslindən olmasını təyin etmək olar.

Ardını oxu...

Naxçıvan Müəllimlər İnstitutunda ali təhsil ocağının professor-müəllim heyəti, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi əməkdaşlarının və ümumtəhsil məktəblərinin psixoloqlarının iştirakı ilə “Məktəbdə psixoloji xidmətin müasir tələblər baxımından təşkili” adlı elmi-praktik konfrans keçirilib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasının yaradılmasının 97-ci ildönümü ilə əlaqədar fevralın 9-da muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri arasında “Ulu yurdum – Naxçıvanım” mövzusunda inşa yazı müsabiqəsi keçirilib.

Ardını oxu...

Dövlət İmtahan Mərkəzi (DİM) xarici dillərdən qəbul imtahanı verəcək namizədlərin, fəlsəfə doktoru imtahanı verəcək iddiaçıların və Azərbaycan dilindən fəlsəfə doktoru imtahanı verəcək əcnəbilərə müraciət edib.

Mərkəzdən bildirilib ki, fevralın 14-də doktoranturaya xarici dil üzrə qəbul və fəlsəfə doktoru, fevralın 15-də isə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanları keçiriləcək.

Xatırladırıq ki, doktoranturaya və dissertanturaya qəbul imtahanı ilə bağlı DİM‑in internet saytında dəfələrlə geniş məlumatlar verilmişdir. Doktoranturaya qəbul olunmaq istəyən namizədlər və fəlsəfə doktoru iddiaçıları üçün xarici dil üzrə imtahanın məzmununu və məqsədini müəyyənləşdirən imtahanı proqramları, həmçinin xarici dillər üzrə imtahanın strukturu və məzmunu haqqında məlumatlar, həmçinin tövsiyələr və qiymətləndirmə meyarları DİM-in internet saytında yerləşdirilərək namizədlərə və iddiaçılara təqdim edilmişdir.

Ardını oxu...

Muxtar respublikada ilk dəfə olaraq məktəblilər arasında keçirilən “Mental Aritmetika” müsabiqəsinə yekun vurulub. Ümumilikdə, 2 mərhələdə keçirilən müsabiqə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində təşkil edilib. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən keçirilən müsabiqənin əsas məqsədi şagirdlərdə yaddaş, qavrama, xəyal gücünü, məntiqi düşünmə bacarığını, riyazi hesablamaların zehində sürətli aparılmasını və zehni aritmetika əməliyyatlarını doğru şəkildə icra etmələrini inkişaf etdirməkdən ibarət olub.    

Ardını oxu...

Prezident İlham Əliyev “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 18 dekabr tarixli 218-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 mart tarixli 203 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Dəyişikliklə təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini (doktorantura istisna olmaqla) bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan müvafiq təhsil haqqında dövlət sənədi veriləcək.

Ardını oxu...

Türkiyə Böyük Millət Məclisinin Xaricdəki Türklər və Əqrəba İcmaları İdarəsinin koordinatorları Engin Vural və Sevilay Yıldırım Naxçıvan Muxtar Respublikasına səfər çərçivəsində “Naxçıvan” Universitetində də olublar.

Ardını oxu...

    “İnsan üçün ən qiymətli şey həyatdır. Həyat insana bir dəfə verilir, o həyatı elə yaşamalısan ki, səmərəsiz keçən günlər üçün sonra əzab çəkib heyifsilənməyəsən, keçən günlərin rəzaləti və alçaqlığı üçün utanmayasan. İnsan elə yaşamalıdır ki, ölərkən: mən bütün həyatımı, bütün qüvvəmi dünyada ən gözəl bir şeyə – bəşəriyyətin azadlığı uğrunda mübarizəyə sərf etdim deyə bilsin. Yaşamağa tələsmək lazımdır”. Nikolay Ostrovskinin “Polad necə bərkidi” romanından Pavel Korçaginin qardaşlıq qəbiristanlığında gəzərkən həyat haqqında dediyi bu qiymətli fikirlərlə yazıya başlayıram.

       Bu dövrlə tanışlığım Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə təsdiq olunmuş “Oxunması zəruri olan kitabların Siyahısı”nda adıçəkilən romanı oxumaqla başladı. Sərəncamda Azərbaycan yazıçıları ilə yanaşı, dünya klassiklərinin əsərlərinin də adları var. Gənclərimizin gələcəkdə özlərini dərk etməsi, gələcək inkişafı üçün atılmış bu addım, təbii ki, mütaliəyə olan marağı artırıb. Nəticədə, gənc nəslin kitab mütaliəsinə həvəsində bir dəyişiklik hiss olunmaqdadır. Aparılan çoxsaylı sorğular nəticəsində müəyyən oldu ki, adları çəkilən dünya klassiklərinin kitabları içərisində ən çox oxunanlar Qurban Səidin “Əli və Nino” romanı, Cek Londonun “Həyat eşqi”, Gi de Mopassanın “Gombul”, Moris Meterlinkin “Arıların həyatı”, Nikolay   Ostrovskinin “Polad necə bərkidi” romanlarıdır. Xüsusi seçilən bu əsərlərin hər biri ayrılıqda bir məktəb, vətənpərvərlik ideyalarının carçısıdır.

Ardını oxu...

Türkiyə Böyük Millət Məclisinin Xaricdəki Türklər və Əqrəba İcmaları İdarəsinin koordinatorları Engin Vural və Sevilay Yıldırım Naxçıvan Muxtar Respublikasına səfər çərçivəsində Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində də olublar.

Ardını oxu...

AMEA Naxçıvan Bölməsində dünyanın tanınmış irfan alimlərindən olan Nemətullah Naxçıvaninin “Əl-Fəvatih-ül-İlahiyyə-vəl-Məfatih-ül-Qeybiyyə” (“Quranın kəlmə və hikmətlərini açıqlayan Qeybin açarı və ilahi fəthi”) adlı üçcildlik təfsirinin təqdimatı olub.

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR