21 Dekabr 2024, Şənbə

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 3 aprel tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Sərəncamından irəli gələn vəzifələrin icrası məqsədilə Naxçıvan Dövlət Universitetinin hamiliyə verilmiş Dövlət və bələdiyyə idarəetməsi ixtisasının tələbələri ilə görüş təşkil olunub.

Ardını oxu...

AMEA-nın Naxçıvan Bölməsinin Elmi Kitabxanasında “Qarabağ Azərbaycandır!” adlı sərgi açılıb.

Bölmənin mətbuat xidmətindən  Naxçıvan bürosuna bildirilib ki, sərgidə “Qarabağ düyünü”, “Ermənilərin Azərbaycana qarşı ərazi iddiaları və qanlı cinayətləri”, “Azərbaycanın Qarabağ bölgəsinin tarixi”, ”Azərbaycan Respublikasının xarici siyasətində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi”, “Qondarma erməni soyqırımı və tarixi həqiqətlər”, “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq müstəvisində”, “Qarabağnamələr”, “Dağlıq Qarabağın tarixindən sənədlər”, “Qarabağ dosyası” və digər bu qəbildən olan kitabların elektron versiyaları yer alıb.

AMEA-nın Naxçıvan Bölməsinin kollektivi Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bu gün cəbhədə tarix yazan Azərbaycan Ordusunun əzəli və əbədi Azərbaycan torpağı olan Qarabağ uğrunda döyüşlərdə əldə etdikləri böyük uğurlara sevinir, fəxarət hissi keçirir. Bütün xalqımız kimi, naxçıvanlı alimlərimiz də dövlətimizin başçısının apardığı qətiyyətli siyasəti dəstəkləyir, dövlətimizin, ordumuzun və xalqımızın “Qarabağ Azərbaycandır!” şüarı ətrafında nümayiş etdirdiyi sarsılmaz birliyə açılan virtual sərgidə dəstəklərini ifadə edirlər.

Qeyd edək ki, ziyarətçilər virtual sərgi ilə buradan tanış ola bilərlər.

 

 

 

Bu gün muxtar respublikada təhsil sahəsində aparılan uğurlu islahatlar, təhsilin xüsusi diqqət və qayğı ilə əhatə olunması bu sahənin günü-gündən daha da inkişafına və gələcəyimiz olan yeniyetmələrin istedadlı və bilikli, vətənpərvər kimi yetişmələrinə layiqli töhfəsini verməkdədir. Diyarımızda istedadı və yaradıcı təfəkkürü ilə seçilən şagirdləri aşkar etmək, onların bilik və bacarıqlarını möhkəmlətmək üçün bu istiqamətdə müxtəlif tədbirlər həyata keçirilir.
Yeniyetmələri intellektual fəaliyyətə cəlb etmək, onların bu sahədə bilik və bacarıqlarını artırmaq, dünyagörüşünü və asudə vaxtlarını səmərəli təşkil etmək məqsədilə muxtar respublika fənn olimpiadasının şəhər və rayon mərhələsi keçirilib.

Ardını oxu...

Naxçıvan Dövlət Universitetinin rəsmi internet saytı (ndu.edu.az) müasir proqram təminatı və tərtib olunmuş alqoritm əsasında yenidən hazırlanaraq istifadəyə verilib.
Təqdimat mərasimində çıxış edən universitetin rektoru, dosent Elbrus İsayev qeyd edib ki, yenilənmiş saytın əsas məqsədi müasir iş prinsiplərinin və innovativ yeniliklərin tətbiqi, rabitə və internet xidmətləri sahəsində fəaliyyəti gücləndirmək, kütləvi informasiya vasitələri ilə əlaqələrin daha dinamik və operativ şəkildə qurulmasını təmin etməkdir. Bildirilib ki, həm funksionallıq, həm də dizayn baxımından müasir tələblərə uyğunlaşdırılan saytda elektron xidmətlərin həcmi genişləndirilib, funksionallığı artırılıb və yeni modullar əlavə edilib. Həmçinin saytın mobil versiyası da hazırlanıb, saytın gələcəkdə rus və ingilis dili versiyalarının da yenilənməsi üzərində iş aparılır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin hamiliyinə verilmiş Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat ixtisasında təhsil alan tələbələrin Gəmiqaya Mebel Fabrikində istehsal prosesi ilə əyani şəkildə tanışlığı təşkil olunub.

Ardını oxu...

  “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 3 aprel tarixli Sərəncamının icrasının təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən keçirilən tədbirlər davam etdirilir. 

Ardını oxu...

Sentyabr ayının 27-dən etibarən Azərbaycan Ordusunun mənfur, işğalçı düşmənin növbəti təxribatlarının qarşısını almaq üçün Vətən müharibəsinə başladığı, işğal olunmuş torpaqlarımızı azad etməklə parlaq qələbələr qazandığı bir dövrdə ziyalılar və tələbələr, bütün vətəndaşlarımız düşmənin dezinformasiyasının qarşısının alınması, haqq səsimizin dünyaya çatdırılması üçün informasiya mübarizəsi cəbhəsində də səfərbər olmalıdır.

Ardını oxu...

Naxçıvan Dövlət Universitetinin Memarlıq və mühəndislik fakültəsində elektron jurnalın təqdimat mərasimi keçirilib.
Universitetin rektoru, dosent Elbrus İsayev təqdimatı keçirilən və universitetdə ilk dəfə Memarlıq və mühəndislik fakültəsində istifadəyə verilən elektron jurnalın əhəmiyyətindən danışıb.

Ardını oxu...

Dünən Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin İmtahan Mərkəzinin təqdimatı keçirilib.
Təqdimatda Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov muxtar respublikada təhsilə göstərilən dövlət qayğısından danışaraq bildirib ki, muxtar respublikada şagird nailiyyətlərinin qiymətləndirilməsi, istedad və bacarıqlarının aşkarlanması istiqamətində müxtəlif tədbirlər keçirilir. Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyə, Naxçıvan Qızlar Liseyinə şagird qəbulu imtahanla aparılır. Bu ildən isə Naxçıvan Şəhər Kimya-Biologiya Təmayüllü Liseyə də qəbul imtahanı keçiriləcəkdir. Bununla yanaşı, Təhsil Nazirliyi hər il muxtar respublika və respublika fənn olimpiadaları, eləcə də muxtar respublika üzrə 40 mindən çox şagirdin müxtəlif fənlərlə bağlı öyrəndikləri mövzuların mənimsənilməsi səviyyəsinin qiymətləndirilməsi üçün sınaq imtahanları keçirir. Buna görə də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində İmtahan Mərkəzinin yaradılmasına böyük ehtiyac var idi.

Ardını oxu...

“Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 3 aprel tarixli Sərəncamının icrasının təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən hamiliyə götürülən Naxçıvan Dövlət Universitetinin Dövlət və bələdiyyə idarəetməsi ixtisasının tələbələri üçün keçirilən tədbirlər davam etdirilir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 17 sentyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “Əqil Mehdiyevin 100 illik yubileyinin keçirilməsi ilə əlaqədar Tədbirlər Planı”na əsasən AMEA Naxçıvan Bölməsində “Əqil Mehdiyev: tanınmış həkim və ictimai xadim” mövzusunda konfrans keçirilib.
AMEA Naxçıvan Bölməsi, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi və Naxçıvan Dövlət Universitetinin birgə iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə bölmənin sədri, akademik İsmayıl Hacıyev açıb. Akademik tanınmış həkimin mənalı həyat yolundan və ictimai fəaliyyətindən danışaraq bildirib ki, Əqil Mehdiyev ömrünün 50 ildən artıq bir dövrünü ölkə səhiyyəsinin inkişafına həsr edib. Müəllim, sonralar isə həkim kimi fəaliyyət göstərən Əqil Mehdiyev müxtəlif illərdə Nehrəmdə müəllim və məktəb direktoru, Qahab və Nehrəm kənd xəstəxanalarında baş həkim, Naxçıvan Muxtar Respublika Xəstəxanasının baş həkimi, Səhiyyə naziri vəzifələrində çalışıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisinə deputat seçilib, Naxçıvan Muxtar Respublikası Ağsaqqallar Şurasının sədri təyin olunub.

Ardını oxu...

Naxçıvan şəhərindəki açıq səma altında Naxçıvan Döyüş Şöhrəti Muzeyində ümumtəhsil məktəblərinin şagirdlərinə növbəti açıq dərs keçilib.
Açıq dərsdə Naxçıvan şəhər 6 nömrəli tam orta məktəbin hərbi rəhbəri Mirqafar Seyidov bildirib ki, bu gün biz şanlı ordumuzun mənfur və işğalçı düşmənə qarşı yürütdüyü əks-hücum əməliyyatları nəticəsində torpaqlarımızın işğaldan azadolma sevincini yaşayırıq.

Ardını oxu...

Naxçıvan Dövlət Universiteti Elmi Kitabxanasında Beynəlxalq münasibətlər kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Şamxal Məmmədovun “Sürünən erməni ekspansiyası, Rusiyanın Cənubi Qafqaz siyasəti və köçlər” adlı monoqrafiyasının təqdimat mərasimi keçirilib.
Universitetin rektoru, dosent Elbrus İsayev yeni nəşrin tarixi faktların ortaya çıxarılması, ictimaiyyətə çatdırılması baxımından elmi dəyər ilə yanaşı, ictimai əhəmiyyət də kəsb etdiyini vurğulayıb. Tədqiqat Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində erməni məkrinə ən layiqli dəyərli bir nümunə olaraq qiymətləndirilib.

Ardını oxu...

Naxçıvan Dövlət Universitetinin Pedaqoji fakültəsində “Müasir dövrdə gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi” mövzusunda tədbir keçirilib. Əvvəlcə sıra təliminə baxış olub. Sonra tədbir fakültənin akt zalında davam edib.
Tədbiri giriş sözü ilə açan universitetin rektoru, dosent Elbrus İsayev vurğulayıb ki, 30 ildir, müharibə şəraitində yaşayırıq. Son günlərdə mühüm strateji əhəmiyyətli ərazilərin qaytarılması Azərbaycan Ordusunun nə qədər güclü olduğunu bir daha bütün dünyaya nümayiş etdirdi. Xalqımızda yaranana qələbə əzmi və böyük ruh yüksəkliyi ordumuzun güclü olmasında motivasiya rolunu oynayır.

Ardını oxu...

AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətindən  verilən məlumata görə, Bölmədə  Naxçıvan Yazıçılar Birliyinin sədri, Əməkdar mədəniyyət işçisi Asim Yadigarın “Xaqani” dastanı”, “O mənim ürəyim deyil”, “Yollarında qaldı gözüm” və Günay Şirəliyevanın “Asim Yadigarın yaradıclıq yolu” adlı kitablarının müzakirəsi keçirilib.

Tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev şair Asim Yadigarın zəngin ədəbi-bədii yaradıcılıq nümunələrinə nəzər salıb. Bildirib ki, yaradıcılığına şeir ilə başlayan və bu gün daha çox poema və dram əsərləri ilə tanınan Asim Yadigar 40 ilə yaxındır ki, ədəbi yaradıcılıqla məşğul olur.

Ardını oxu...

Sentyabrın 27-dən etibarən Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində 37 məktəb dağılıb.

Təhsil Nazirliyindən  bildirilib ki, Tərtərdə 12, Ağdamda 11, Gəncədə 5, Füzulidə 4, Goranboyda 3, Bərdə və Ağcabədidə isə bir məktəb dağıntılara məruz qalıb.

Xatırladaq ki, mülki əhalinin atəşə tutulması nəticəsində 3 məktəbli həlak olub. Naftalan şəhərində həlak olan 2007-ci il təvəllüdlü Şəhriyar Qurbanov Z.Rüstəmov adına Qaşaltı Qaraqoyunlu kənd tam orta məktəbinin 7-ci və onun əmisi qızı, 2006-cı il təvəllüdlü Fidan Qurbanova isə həmin məktəbin 9-cu sinif şagirdidir. Ağcabədi rayonunun R.Quliyev adına Taynaq kənd tam orta məktəbinin 9-cu sinif şagirdi Fərid İsgəndərov da düşmən təxribatının qurbanı olub.

 

 

 

Əsas və əlavə yerləşdirmə nəticəsində ali təhsil müəssisələrinə, tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə və ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul olan abituriyentlərin qeydiyyat müddəti oktyabrın 14-dək uzadılıb.

Dövlət İmtahan Mərkəzindən bildirilib ki, abituriyentlər oktyabrın 14-ü saat 17:00-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Qeydiyyat onlayn qaydada həyata keçirilir.

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri təhsil müəssisəsinə göndərilməyəcək.

 

 

 

Dünən “Naxçıvan” Universitetində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə “Oxunması zəruri olan kitablar Siyahısı”na daxil edilən  amerikalı yazıçı Cek Londonun “Həyat eşqi” əsərinin müzakirəsi keçirilib. Müzakirə “Naxçıvan”  Universiteti, Naxçıvan Müəllimlər İnstitutu, Naxçıvan Dövlət Texniki Kolleci və Naxçıvan Musiqi Kollecindən, ümumilikdə, 16 tələbənin iştirakı ilə baş tutub.  Kitab haqqında geniş müzakirə aparılıb, tələbələrin bir-birindən maraqlı fikir və mülahizələri dinlənilib.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 2020-ci il 28 sentyabr tarixli “Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” Sərəncamına uyğun olaraq hərbi vəzifəlilərin hərbi xidmətə çağırılması həyata keçirilir.

Dövlət İmtahan Mərkəzindən (DİM)  bildirilib ki, hərbi xidmətə çağırılanlar arasında dövlət qulluğu vəzifələrinin tutulması məqsədilə elan edilmiş müsahibələrdə iştirak etmək üçün qeydiyyatdan keçmiş vətəndaşlar da var. DİM tərəfindən mövcud vəziyyət nəzərə alınaraq həmin vətəndaşlarla müsahibələrin keçirilməsi hərbi xidmətə çağırılmaları səbəbindən müvəqqəti olaraq təxirə salınır.

DİM müsahibələri təxirə salınmış namizədlərin nəzərinə çatdırır ki, onlar üçün yenidən müsahibələr təşkil ediləcək və həmin şəxslərin müsahibələrdə iştirak hüququ tam təmin ediləcək.

 

 

 

 

“Abituriyent” jurnalının 9 və 10-cu nömrələrinin elektron versiyaları Dövlət İmtahan Mərkəzinin (DİM) saytına yerləşdirilib.

DİM-dən bildirilib ki, jurnalın 9-cu nömrəsində 2020/2021-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin boş qalan yerlərinə qəbul olmuş abituriyentlərin siyahısı, müsabiqə nəticəsində ixtisasların həm ödənişli əsaslarla olan yerləri, həm də dövlət sifarişli yerləri üzrə formalaşmış keçid balları Azərbaycan və rus dillərində təqdim olunub.

Ardını oxu...

Bölmənin mətbuat xidmətindən bildirilib ki, muzey ziyarəti zamanı əməkdaşlar Azərbaycan rəssamlıq sənətində öz dəsti-xətti olan rəssamın nəsil foto-albomu, istifadə etdiyi şəxsi və məişət əşyaları, o cümlədən müxtəlif illərdə işıq üzü görən rəssam haqqında yazılan  kitab və monoqrafiyalar, albom-kataloq və digər eksponatlarla yaxından tanış olublar.

Bildirilib ki, hazırda muzeydə  mühafizə olunan 1300 eksponatdan  61-i orijinal əsərlərdir. 

Ardını oxu...

Azərbaycan Memarlıq və İnşaat Universitetini (AzMİU) müxtəlif illərdə bitirmiş əcnəbi məzunlar işğal altında olan torpaqlarımızı azad etmək uğrunda başldığımız haqq yolunda bizə dəstək olduqlarını bildiriblər.

AzMİU-dan  bildirilib ki, Azərbaycan Prezidentinin, hərbçilərimizin və xalqımızın yanında olduqlarını ifadə edən məzunlar qüdrətli Ordumuzun cəbhədə Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarının qarşısını müvəffəqiyyətlə alması, əks-hücum əməliyyatı nəticəsində düşmənə ağır zərbələr endirməsi, torpaqlarımızın işğaldan azad olunması xəbərlərini böyük sevinclə qarşıladıqlarını bildiriblər.

Ardını oxu...

Abituriyentlərin qəbul olunduqları təhsil müəssisələrində qeydiyyat müddəti oktyabrın 12-dək uzadılıb.

Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, abituriyentlər oktyabrın 12-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Abituriyentlərin qəbul olunduqları təhsil müəssisələrində qeydiyyatı ali təhsil müəssisələri tərəfindən onlayn qaydada həyata keçirilir.

Abituriyentlər ali təhsil müəssisələrinin internet saytlarının müvafiq bölmələrinə daxil olmaqla, qeydiyyat üçün tələb edilən sənədlər və onlayn qeydiyyat forması ilə tanış ola bilərlər. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.

 

 

 

Bu gün Azərbaycan Ordusu ərazi bütövlüyümüzün bərpası uğrunda uğurlu hərbi əməliyyatlar həyata keçirir. Bu əməliyyatlar nəticəsində Cəbrayıl şəhəri və rayonun bir sıra kəndləri də işğaldan azad olunub.

 Təhsil Nazirliyi Cəbrayıl rayonunun təhsil statistikasını təqdim edir.

1992-1993-cü tədris ilində Cəbrayıl rayonunda 72 məktəb fəaliyyət göstərib. Bu məktəblərdə 11 min 20 şagird təhsil alıb, 1582 müəllim dərs deyib.

2020-2021-ci tədris ilində isə rayonda 41 məktəb fəaliyyət göstərir, 9 min 45 şagird var, 1055 müəllim işləyir.

 

 

 

 

Azərbaycan Respublikasında Təhsil sisteminin əsas məqsədi ölkədə intelektli insan gücünü yetişdirmək və vətəndaşına vətənpərvərlik tərbiyəsi verməkdir. Bunu həyata keçirə bilmək üçün  hər bir təhsil sistemi yetişdirəcəyi insan modelini, sahib olduğu təlim tərbiyə fəlsəfəsini, metodlarını bu məqsədə görə düzənləyir. Təhsilin məqsədi insanları, yaşadığı cəmiyyəti və onun bağlı olduğu müasir dövrün tələb etdiyi bilik və bacarıqları təmin etməkdir. Müəllimlər təhsil sisteminin ən əsas üzvləridir. 5 oktyabr Müəllimlər gününün beynəlxalq səviyyədə qeyd olunması bütün millətlər və dövlətlər arasında müəllim peşəsinin böyük hörmət və nüfuza malik olduğunu sübut edir. Cəmiyyət ən əziz, ən qiymətli sərvətini, uşaqları öz ümidini gələcəyini məhz müəllimə etibar edir. Müəllim təlim tərbiyə aparan, şəxsiyyət formlaşdırmaqdan məsuliyyət daşıyan, etibar edilən insandır. Ölkənin gələcəyinin memarı müəllimlərdir. Mühəndisi, həkimi, hüquqşunası, polisi, əsgəri, hərbçini qisacası, cəmiyyətə xidmət edən insan gücünü yetişdirən müəllimlərdir. Bir ölkənin dirçəlməsində, intelektli insan gücünün yetişdirilməsində, mədəniyyət və dəyərlərin gənc nəsilə çatdırılmasında müəllimlər başlıca rol oynayır. Müəllim insan memarı, şəxsiyyəti formalaşdıran sənətkardır.  Ana Vətən sözünü yazmağı öyrədən, Vətəni anamız qədər bizə sevdirən, onun yolunda lazım olarsa can verməyin şərəf olduğun öyrədən insandır. Müəllim hər şeydən əvvəl açıqsözlü, səmimi, bilik və bacarıqları qiymətləndirən tərəfsiz olan insandır. Əslində ən sevilən müəllim elə öyrətməyi ən çox sevən müəllimdir. Azərbaycan müəllimlərinin XI qurultayında geniş məruzə ilə çıxış edən ulu öndər Heydər Əliyev demişdir: Azərbaycan müəllimləri layiqli müəllimlərdir. O, deyirdi hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Hər birimizin bütün ömrü boyu xatirəsini hörmətlə, minnətdarlıqla xatırladığı müəllimi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, müdrikliklə və səbrlə, vicdanla işləməyi bizə öyrətmişdir. Əgər belə olmasaydı Azərbaycanın bugünkü elmi, iqtisadiyyatı, mədəniyyəti, yüksəlişi olardımı? Umummili lider müəllimlərin sosial rifahının yaxşılaşdırılması, onlara fəxri adların verilməsi ilə bağlı dəfələrlə sərəncamlar vermişdir. Ulu Öndərin siyasi kursunun uğurlu davamçısı  İlham Əliyev də milli təhsilin inkişafına, hər zaman xüsusi qayğı göstərmişdir. Təhsildə əsas sima, nüfuzlu şəxs olan müəllim əməyi əsl vətənpərvərlik nümunəsidir. Azərbaycan dövləti onların şərəfli əməyini həmişə yüksək qiymətləndirir. Hər il ölkədə ən yaxşı müəllim, ən yaxşı ümumtəhsil məktəbi nominasiyaları üzrə müsabiqə keçirilir, fəxri adlar verilir. Naxçıvanda da bu siyasətə həmişə sadiq qalaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisin sədri Cənab Vasif Talıbov müəllimlərə hər zaman hörmət və qayğı ilə yanaşmış, işində fərqlənən müəllimlərə fəxri adlar vermiş, ümumilikdə təhsilin infrastrukturunun yaxşılaşdırılmasına çalışmışdır.

Ardını oxu...

Təhsil naziri Emin Əmrullayev 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə müəllimləri təbrik edib.

Bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Təbrikdə deyilir:

“Əziz müəllimlərimiz, Sizi 5 oktyabr - Beynəlxalq Müəllimlər günü münasibətilə təbrik edirəm! Təkcə bu gün deyil, şagirdinizin, tələbənizin uğuruna sevindiyiniz hər gün sizin gününüz, bayramınızdır.

Ardını oxu...

Hər il oktyabrın 5-i “Beynəlxalq Müəllimlər Günü” kimi qeyd olunur. Bəşər tarixinin hər bir mərhələsində cəmiyyətin tərəqqisi bilavasitə təhsilin inkişafı ilə bağlı olmuşdur. Təhsilin inkişafı isə yüksəkixtisaslı, peşəkar və təcrübəli müəllimlərin formalaşmasından asılıdır. Azərbaycan xalqının təfəkküründə müəllim adı hər zaman ziyalılıq və mənəvi saflıq rəmzi olmuş, bu şərəfli peşə sahiblərinə xüsusi ehtiramla yanaşılmışdır. 

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarına görə 2018-ci ildən muxtar respublikanın ümumtəhsil məktəblərinə müəllimlərin işə qəbulunun müsabiqə yolu ilə aparılmasına başlanılıb. Ötən dövr ərzində keçirilən 5 müsabiqədə 414 müəllim işlə təmin olunub. Müsabiqənin böyük nüfuz qazanması və namizədlərin yüksək fəallığının müşahidə olunması  sonuncu imtahanda da  özünü  büruzə verib. Belə ki, 30 iyun 2019-cu il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən elan edilən müsabiqəyə həmin vakant yerləri tutmaq üçün 746 nəfər sənəd təqdim edib, onlardan 414-ü keçid balını toplayıb, ən yüksək nəticə göstərən 130 müəllim işə təyin olunub. Son iki ildə keçirilən müəllimlərin işə qəbulu müsabiqələri bir tərəfdən muxtar respublikada gənclərin işlə təmin edilməsində mühüm rol oynayırsa, digər tərəfdən də ümumtəhsil məktəblərinin tədris prosesində informasiya texnologiyaları və müasir təlim üsullarından səmərəli istifadə edən, bilikli müəllimlərlə təminatına geniş imkanlar açır. Bu gün muxtar respublikanın ümumtəhsil məktəblərində kifayət qədər hazırlıqlı gənc kadrlar çalışırlar ki, bu da, bütövlükdə, müəllim  nüfuzunun artmasına səbəb olur. İndi müəllim olmaq istəyənlərin sayı onlarla deyil, yüzlərlədir. Məktəbdə uğur qazanan, təhsildə keyfiyyətə nail olan müəllimlər təkcə məktəblərin deyil, bütövlükdə, təhsil sisteminin qürur yerinə çevrilir.

Günay Qənbərova 1996-cı ildə Naxçıvan şəhərində anadan olub. İlk təhsilinə Naxçıvan şəhər 705 nömrəli tam orta məktəbdə başlasa da, bunu Naxçıvan şəhər 5 nomrəli tam orta məktəbdə davam etdirib və 2014-cü ildə məzun olub. Elə həmin il 584 balla Naxçıvan Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsinin Riyaziyyat-informatika müəllimliyi ixtisasına qəbul olub. Müəllimliyə sevgisi olsa da, yaxşı müəllim olacağına inamı məhz universitetdə möhkəmlənib: “IV kursda oxuyurdum. Riyaziyyat müəllimim Nailə Namazova məndən yaxşı müəllim olacağını dedi. Düşündüm ki, o, belə deyirsə, deməli, həqiqətdir. O qənaətdən sonra yaxşı müəllim olacağıma inamım artdı. Eyni zamanda məqsədimə çatmaq, özümü bu istiqamətdə inkişaf etdirmək üçün kiçik fürsətləri dəyərləndirdim”.
Günay Qənbərova bilik və bacarığına görə seçildiyinə və keçirilən təhsil konfranslarında fəal gənc kimi iştirakına görə “Gələcəyin müəllimi” təqaüdünə layiq görülüb. 2020-ci il 31 avqust-16 sentyabr tarixlərdə keçirilən imtahanlarda iştirak edərək yüksək nəticələr göstərib. O, eyni vaxtda 3 məktəbə işə qəbul üçün imtahan verərək mümkün 60 baldan 56 bal toplamaqla Kəngərli rayon Təzəkənd, 56 balla Ordubad rayon Çənnəb kənd tam orta məktəblərinə, 59 balla Ordubad rayon 1 nömrəli tam orta məktəbə qəbul olub.

Ardını oxu...

AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Qədim və orta əsrlər tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent İlhami Əliyevin “Səfəvi, Əfşar, Rusiya və Osmanlı dövlətlərinin Azərbaycan siyasətində Naxçıvan” (XVIII əsrin I yarısı) adlı monoqrafiyası çapdan çıxıb.
Tədqiqat əsərində ilk dəfə olaraq XVIII əsrin birinci yarısında Azərbaycan Səfəvi və Əfşar dövlətlərinin daxili, Rusiya və Osmanlı dövlətlərinin xarici siyasətində Azərbaycan, bu siyasətdə Naxçıvanın yeri araşdırılıb.

Ardını oxu...

Cəbhə xəttində baş verən hadisələrlə əlaqədar müəyyən bölgələr üzrə internetin verilməsi məhdudlaşdırıldığı üçün ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq üçün ixtisas seçiminin müddəti 5 oktyabr saat 09:00-dək uzadılıb.

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, ali təhsil müəssisələrinə qəbul olmuş abituriyentlərin boş qalan yerlərə və kolleclərə qəbul üçün keçirilən müsabiqədə iştirak etmək hüquqları yoxdur.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən hamiliyə götürülmüş “Naxçıvan” Universitetinin İqtisadiyyat fakültəsinin İqtisadiyyat ixtisasının tələbələri ilə görüş keçirilib.
Görüşdə İqtisadiyyat fakültəsinin dekanı Zakir Məmmədov giriş sözü ilə çıxış edərək “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 3 aprel tarixli Sərəncamının icrası ilə bağlı keçirilən tədbirlərin və tələbələrlə təşkil olunan görüşlərin əhəmiyyətindən danışıb.

Ardını oxu...

Naxçıvan Dövlət Universitetinin Memarlıq və mühəndislik fakültəsində külək və günəş hibrid qida qurğusunun açılışı olub.
Tədbiri giriş sözü ilə açan universitetin rektoru, dosent Elbrus İsayev qeyd edib ki, universitetdə yeni korpuslar tikilir, yeni laboratoriya avadanlıqları alınır, tədris və təcrübi kabinələr qurulur. Külək və günəş hibrid qida qurğusunun muxtar respublikada ilk dəfə universitetdə qurulduğunu diqqətə çatdıran rektor vurğulayıb ki, yaradılan qurğu Naxçıvanda bu ixtisas üzrə peşəkar kadrların formalaşması üçün mühüm əhəmiyyətə malikdir. Diqqətə çatdırılıb ki, yeni qurğu dövlət dəstəyinin daha bir parlaq nümunəsidir. Rektor tələbələrin yaradılan şəraitdən səmərəli istifadə etmələrinin vacibliyini vurğulayıb.

Ardını oxu...

Şimali Amerika sahillərində qızıl axtarışına çıxan iki yolçu. Mübarizələrlə dolu həyat hekayəsi. Bu mübarizənin yox etdiyi insanlıq, dostluq, mərhəmət hissləri. Bütün bunlara baxmayaraq, həyatı ilə savaşa çıxan mübariz bir qəhrəman. Bu savaşda qarşıya çıxan məhrumiyyətlərə sinə gərən, aclıq və vəhşi heyvanlarla mübarizə aparan, həyat eşqi sönməyən, taleyinə qarşı gələn ümidli insan. Bu hekayə həyat sevgisi olan, hər hansı çətinlik qarşısında belə, inamını, şücaətini qoruyan ümidli insanların hekayəsi, ömrünün son anına qədər həyatla rəqabət etməyi sevən cəsarətli, güclü, əzmkar bir insanın həyat təcrübəsi nəticəsində ortaya çıxan fantastik kəşfdir.

Ardını oxu...

“Naxçıvan” Universitetinin Azərbaycan dili və ədəbiyyatı kafedrasının təşkilatçılığı ilə “XX əsr Naxçıvan ədəbi mühitində dil məsələləri” mövzusunda elmi konfrans keçirilib.
Konfransı giriş sözü ilə ali təhsil ocağının rektoru, dosent Nurlana Əliyeva açaraq bildirib ki, Naxçıvan ədəbi mühiti Azərbaycan ədəbiyyatının xüsusi tərkib hissəsidir. Bu ədəbi mühit qədim dövrlərdən orta əsrlərə, yeni dövrdən müasir günümüzə qədər həmişə Azərbaycan ədəbiyyatına parlaq ədəbi simalar, qiymətli əsərlər bəxş etmişdir. XX əsr Naxçıvan ədəbi mühiti də Azərbaycan və dünya ədəbiyyatına onlarca görkəmli şair və yazıçı bağışlamışdır.
Daha sonra Azərbaycan dili və ədəbiyyatı kafedrasının müəllimləri – professor Sədaqət Həsənovanın “Qafar Qərib yaradıcılığının dil, üslub xüsusiyyətləri”, dosent Qənirə Əsgərovanın “Naxçıvan onomastikasında Firudin Rzayevin rolu” və Xuraman Hacızadənin “Fonetika və fonologiya problemlərinin həllində naxçıvanlı dilçi alimlərin rolu” mövzusunda çıxışları dinlənilib. 

Seyfur HACIMURADOV

AMEA Naxçıvan Bölməsinin Rəyasət Heyətinin növbəti iclası keçirilib.
Tədbiri bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.

Ardını oxu...

Muxtar respublikamızda göstərilən dövlət qayğısı sayəsində təhsilin, iqtisadiyyatın, kənd təsərrüfatının bütün sahələrində elmi yanaşmaya, mütərəqqi metodların tətbiqinə üstünlük verilir ki, bu da özünü günbəgün artan inkişafda, tərəqqidə göstərir. 

Yaradılan şəraitin nəticəsidir ki, keçmişdən günümüzədək nəsildən-nəslə ötürülərək gəlib çatan, ulu babalarımızın əsas məşğuliyyət sahələrindən sayılan arıçılıq da müasir dövrün elmi, texniki yeniliklərindən kənarda qalmayıb. Belə ki, Naxçıvanda arıçılığın inkişafı ilə bağlı qəbul olunan Dövlət proqramlarına, verilən tapşırıqlara uyğun olaraq ötən müddət ərzində bu sahənin problemləri və inkişaf perspektivlərinə həsr olunan beynəlxalq və yerli əhəmiyyətli elmi-praktik konfranslar keçirilib, istiqamətverici nəşrlər hazırlanıb, özünü doğrultmuş fəaliyyət planının mənimsənilməsinə, arıçılar arasında təcrübə mübadiləsinin aparılmasına geniş imkanlar yaradılıb. Arıçıların rastlaşdıqları problemləri ümumiləşdirərək onların həllinə nail olmaq məqsədilə yaradılan Arıçılar İctimai Birliyinin son illərdəki səmərəli fəaliyyəti, yerlərdə təsərrüfatçılarla görüşlərin təşkili, keçirilən ənənəvi festivallar sayəsində bu qədim və çox əhəmiyyətli təsərrüfat forması özünün yüksək inkişaf mərhələsinə qədəm qoyub. Eyni zamanda xəstəliklərin müalicəsi üçün hər il arıçılıqla məşğul olan sahibkarlıq subyektlərinə pulsuz dərman preparatlarının verilməsi, istehsal etdikləri məhsulları satmaq üçün hər həftənin şənbə-bazar günləri Naxçıvan şəhərində və rayon mərkəzlərində təşkil olunan yarmarkalarda əlverişli şərait yaradılması bu sahənin kütləviləşməsinə stimul verən mühüm amillərdir.

Ardını oxu...

Ötən tədris ilində məktəbi xüsusi nailiyyətlərlə başa vuraraq qızıl və gümüş medala layiq görülən məzunlara medallar təqdim olunub. Bu münasibətlə keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov qızıl və gümüş nişanlarla təltif olunan məzunları təbrik edib, muxtar respublikamızda təhsilin inkişafı istiqamətində görülən işlərdən danışıb.
Bildirilib ki, muxtar respublikamızda bütün sahələr kimi, təhsil də Ali Məclis Sədrinin diqqət və qayğısı ilə əhatə olunub. Bunun nəticəsidir ki, ötən dövr ərzində 200-dən çox təhsil müəssisəsi istifadəyə verilib, məktəblər ən müasir informasiya texnologiyaları ilə, o cümlədən kompüter və elektron lövhələrlə təchiz olunub.

Ardını oxu...

Ötən tədris ilində məktəbi xüsusi nailiyyətlərlə başa vuraraq “Qızıl” və “Gümüş” nişanları layiq görülən məzunlara nişanlar təqdim olunub. Bu münasibətlə keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov təltif olunan məzunları təbrik edib, muxtar respublikamızda təhsilin inkişafı istiqamətində görülən işlərdən danışıb.
Bildirilib ki, muxtar respublikamızda bütün sahələr kimi, təhsil də Ali Məclis Sədrinin diqqət və qayğısı ilə əhatə olunub. Bunun nəticəsidir ki, ötən dövr ərzində 200-dən çox təhsil müəssisəsi istifadəyə verilib, məktəblər ən müasir informasiya texnologiyaları, o cümlədən kompüter və elektron lövhələr ilə təchiz olunub.

Ardını oxu...

Ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı “Abituriyent” jurnalının 8-ci sayında dərc olunacaq.

Dövlət İmtahan Mərkəzindən verilən xəbərə görə, həmin yerlərə ixtisas seçimi sentyabrın 26-dan 30-dək internet vasitəsilə aparılacaq.

Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) ixtisaslarının da kodlarını göstərə bilərlər. Orta ixtisas təhsili müəssisələrinin qəbul aparılan ixtisasları “Abituriyent” jurnalının 6-cı sayında dərc olunub. Jurnalı “Abituriyent” satış köşklərindən almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.

Dövlət İmtahan Mərkəzi (DİM) 2020/2021-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrini elan edib.

DİM-dən verilən məlumata görə, abituriyentlər (həmçinin subbakalavrlar) müsabiqənin nəticələri haqqında məlumatı DİM-in internet saytından və ya mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni və ya elektron ixtisas seçimi ərizəsindəki “7 rəqəmli kod”u 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Ali təhsil müəssisələrinə qəbul olunanların siyahısı "Abituriyent" jurnalının 7-ci sayında dərc olunması üçün sabah çapa veriləcək. Abituriyentlər jurnalları sentyabrın 25-dən etibarən əldə edə biləcəklər.

Ardını oxu...

Muxtar respublikada məktəblilərin əqli və məntiqi düşüncə qabiliyyətinin formalaşmasında xüsusi əhəmiyyəti olan şahmatın kütləviliyinin artırılmasına və bu sahənin inkişafına yüksək qayğı göstərilir. Şahmatın maddi-texniki bazası möhkəmləndirilir, məktəblərdə şahmat fənninin tədrisi diqqətdə saxlanılır. Uşaq və gənclərin bu idman növünə marağının artırılması və bu istiqamətdə inkişaf etmələri yönündə mühüm addımlar atılır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin şahmata olan diqqəti nəticəsində 2002-ci ildə Naxçıvan Şahmat Federasiyasının yaradılması ilə muxtar respublikada şahmata baxış tərzi dəyişmiş, federasiyanın düzgün seçilmiş inkişaf strategiyası nəticəsində uşaqların bu idman növünə marağı artmış, yeni gənc istedadların axtarışı yönündə zəruri işlər görülmüşdür. Bu gün muxtar respublikada məktəblilər arasında müxtəlif kateqoriyalar üzrə şəhər və rayon birincilikləri ilə yanaşı, muxtar respublika ərazisində mütəmadi olaraq tempo yarışları, müxtəlif beynəlxalq yarışlar keçirilir, Naxçıvan şahmat üzrə ölkə və beynəlxalq səviyyəli yarışlara ev sahibliyi edir. Naxçıvan şəhərində Şahmat Mərkəzi, rayon mərkəzlərində yeni şahmat məktəblərinin tikilib istifadəyə verilməsi, məktəblərdə şahmat siniflərinin lazımi avadanlıqlarla təchiz edilməsi, şahmatın tədrisi üçün dərsliklərin çap olunması, eləcə də müəllimlərin bilik və bacarıqlarının inkişafı istiqamətində həyata keçirilən tədbirlərin nəticəsidir ki, bu gün muxtar respublikada böyüməkdə olan gənc şahmatçılar müxtəlif səviyyəli yarışlarda layiqli yerlər tutur.

Ardını oxu...

Naxçıvan Dövlət Universitetində beynəlxalq nüfuzlu elmi bazalara daxil olan jurnalların publikasiyaya uyğun seçilməsi üsullarına dair vebinar təlim keçirilib.

Ardını oxu...

Müasir texnologiyalar həyatımızı dəyişməklə bərabər, həm də qloballaşan dünyanın tələblərinə uyğun olaraq bütün sahələrə, eyni zamanda  təhsil sisteminə də yeni yanaşma tələb edir. İnkişafın mənbəyində təhsilli cəmiyyətin dayandığını və gələcəyin bilavasitə bu sahədə qazanılan nailiyyətlərlə bağlılığını düşünsək, XXI əsrin Birləşmiş Millətlər Təşkilatı tərəfindən “Təhsil əsri” elan edilməsinin heç də təsadüf olmadığını aydın görərik. Burada ümummilli liderimiz Heydər Əliyevin “Təhsil millətin gələcəyidir!” deyimi də bir daha yerinə düşür. Bu gün bütün dünyanı sarsan pandemiya inkişaf göstəricisindən  asılı olmayaraq bütün ölkələrin sosial, iqtisadi, mədəni həyatına təsir etməklə bərabər, təhsilin məzmunu və formasına da yenidən nəzər salmaq zərurətini meydana çıxardı, distant təhsilin tətbiqi zərurətə çevrildi. Postpandemiya dövründə təhsil sistemində nələr baş verəcək, distant təhsil sitemini hələ də tətbiq etməyən və ya bu proseslərdən geridə qalan ölkələr bundan sonra hansı problemlərlə üzləşəcək, təhsilin bu formasının tətbiqi Azərbaycan təhsil məkanında necə qarşılanacaq? Hazırda bu kimi suallar hamını maraqlandırır. Bu məqalədə distant təhsillə  bağlı  bir sıra məsələlərə qismən də olsa aydınlıq gətirməyə çalışacağıq. 

Ardını oxu...

Müzakirə zamanı Təhsil naziri Rəhman Məmmədov muxtar respublikada təhsilə göstərilən dövlət qayğısı və təhsil müəssisələrində yaradılan şərait barədə ətraflı məlumat verib. Bildirib ki, həyata keçirilən layihələrin davamı olaraq bu layihə də muxtar respublikada təhsilin inkişafına müsbət təsirini göstərəcək. Qeyd edilib ki, təklif olunan layihənin icarsı nəticəsində Naxçıvan Muxtar Respublikasının ümumtəhsil müəssisələrində interaktiv və elektron tədris vasitələrindən istifadə imkanı genişləndiriləcək. Həyata keçiriləcək layihə çərçivəsində infrastrukturun quraşdırılması məqsədilə Çin Xalq Respublikası tərəfindən təmin ediləcək avadanlıqlar imkan verəcəkdir ki, Təhsil Nazirliyində tam təşəkküllü məlumat mərkəzi, tədris vasitələrinin yaradılması üçün çəkiliş studiyası və bu materialların tədrisdə istifadə olunması üçün ümumtəhsil müəssisələrində informasiya-kommunikasiya sistemləri quraşdırılsın.
Vurğulanıb ki, bu gün muxtar respublikanın bütün təhsil müəssisələrində infrastrukturun yenilənməsi ilə müasir tədris şəraitinin yaradılması, məktəblərdə fasiləsiz internetin olması layihənin həyata keçirilməsinə hərtərəfli şərait yaradır.

Ardını oxu...

Naxçıvan Dövlət Universitetində növbəti vebinar keçirilib. “LCD işıqlandırma vahidi üçün optiklər” adlı vebinarı Yaponiyada yaşayan dünya şöhrətli azərbaycanlı alim Xəlil Kələntər keçib. Universitetin Tədris və tərbiyə işləri üzrə prorektoru Rafiq Rəhimov tədbir iştirakçılarını salamlayıb, vebinarın işinə uğurlar arzulayıb.

Ardını oxu...

Ucu-bucağı görünməyən bir ümmana bənzəyən elm xəzinəsinin sirlərinə yiyələnmək üçün gərəkdir ki, bütün səy və bacarığını əsirgəmədən daim öz üzərində çalışasan, hər gün bir addım irəli getməyə nail olasan. Yalnız belə olan halda öz dünyagörüşünü dövrə uyğun şəkildə formalaşdıra, müstəqil fikir və əqidə sahibi kimi cəmiyyətdə üstün mövqe qazana bilərsən. Müasir dövrümüzdə elm və texnologiyanın günbəgün yeniləşdiyini nəzərə alanda elmli, təhsilli yetişməyin böyük mənada önəmli olduğu daha qabarıq şəkildə ortaya çıxır.

Muxtar respublikamızda da gənclərin elmə, təhsilə, müxtəlif sənət, peşə sahələrinə yiyələnmələri üçün hərtərəfli şərait yaradılır, təhsil müəssisələrində innovativ texnologiyalardan, müasir tədris metodlarından istifadə öz müsbət nəticələrini verir. Qəbul imtahanlarında əldə olunan uğurların yüksələn templə artması da məhz təhsil sahəsində görülən işlərin, bu istiqamətdə reallaşdırılan layihələrin bəhrələridir. Builki qəbul imtahanlarında qazanılan nailiyyətlər muxtar respublikamızın bütün bölgələri kimi Culfa rayonunun timsalında da ürəkaçandır. Onlardan biri də Teyvaz kənd tam orta məktəbinin məzunu Rifat İmanovdur. Rifat II ixtisas qrupu üzrə 640 bal toplayıb. İlk həmsöhbətim – Rifatın riyaziyyat müəllimi Sidqi Vəliyev şagirdi haqqında ürəkdolusu danışdı. Bildirdi ki, məktəbin builki abituriyentləri arasında Rifat ən yüksək nəticə göstərməklə təhsil müəssisəsinin adını ucaldıb. Bütün müəllimləri kimi mən də qürur hissi keçirirəm. Onun dərslərdəki fəallığı, dəqiq elmlərə, xüsusilə də riyaziyyata, coğrafiyaya hədsiz marağı məndə bu uşağın gələcəyinin parlaq olacağı fikrini yaratmışdı. Böyük Çin filosofu Konfutsi deyirdi ki, heç kim müvəffəqiyyət nərdivanını əlləri cibində çıxmayıb. Bəli, tanınmış sənət adamlarının, görkəmli şəxsiyyətlərin həyatına nəzər salanda aydın olur ki, onlar bu yüksək pilləyə asanca gəlib çatmayıblar. Həyatın keşməkeşli yollarında əsən burulğanlarla tez-tez üzləşiblər. Həyat mübarizləri sevir, gərək arxasınca getdiyin işin çətinliyi səni qorxutmasın, sonadək məqsədin naminə çalışasan. Bu baxımdan təcrübəmə əsaslanıb deyə bilərəm ki, bəzi şagirdlərin hər hansı fənnə marağı olsa da, onlar qarşılarına məqsəd qoymurlar. Nəticədə, uğur da qazana bilmirlər. Lakin Rifatda bu məqsədi hər zaman hiss etmişəm. O, riyaziyyat ixtisası üzrə fənn olimpiadalarında, müxtəlif bilik yarışlarında uğurlu iştirak ilə bizi qürurlandırıb. Sınaq imtahanlarında hər zaman yüksək bal toplayan Rifatın qəbulda da uğur qazanacağına şübhəmiz yox idi və o öz biliyi ilə biz müəllimlərinin inamını təsdiqlədi.
Rifat İmanov da qazandığı uğurun sevincini bölüşərək bildirdi ki, uşaqlıqdan böyüyəndə maliyyə, mühasibatlıq sahəsində çalışmağı qarşıma məqsəd qoymuşdum. Qəbul imtahanlarında topladığım balı da nəzərə alaraq Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə ixtisasını seçdim. İnanıram ki, arzumu həyata keçirməyi bacaracağam. Muxtar respublika üzrə tələbə adını qazanan bütün gənclər kimi, mənim üçün də daha bir əlamətdar hadisə Ali Məclisin Sədri ilə görüş oldu.

Ardını oxu...

Yüz illərdir, Azərbaycan elminə, mədəniyyətinə dahilər ərməğan edən Naxçıvanımız bu gün də öz təhsil ənənələrini uğurla davam etdirir. Yurdumuzda təhsilin inkişafının diqqət mərkəzində saxlanılmasının nəticələri isə göz qabağındadır. Muxtar respublikanın ümumtəhsil məktəblərində təhsil alan şagirdlər intellekt və qabiliyyətləri ilə doğma diyarımızın adını yüksəklərə qaldırır, təhsil tariximizə yeni uğurlu səhifələr yazırlar. Hər il olduğu kimi, bu il də hər bir şagirdin qazandığı müvəffəqiyyətə görə müəllimlər də, valideynlər də sevindir, çünki onların da etimadları doğruldu, çəkdikləri zəhmət hədər getmədi. Tələbə adını qazananlar isə özlərini çox xoşbəxt hesab edir, bir sözlə, ümidləri doğrultduqları üçün sevinirlər. Həm də yuxusuz, gərgin gecə və gündüzlərin, stress və narahatlıqların artıq arxada qalması onları fərəhləndirir. Yeni dərs ilinin ilk günləri bütün məktəblərdə sevinc yaşanır. Builki məzunların tələbə adını qazanması şagirdlərə böyük stimul olub. Belə məktəblərdən biri də Bilik Günündə qonağı olduğumuz Naxçıvan şəhər Cəmşid Naxçıvanski adına 11 nömrəli tam orta məktəbdir.

Ardını oxu...

Muxtar respublikamızın digər təhsil ocaqları kimi, Naxçıvan şəhərindəki Heydər Əliyev adına Hərbi Liseyin də fəaliyyəti daim diqqət mərkəzində saxlanılır, tədrisin günün tələbləri səviyyəsində təşkili, kursantların hərbi biliklərə dərindən yiyələnməsi üçün hər cür şərait yaradılır.

Ardını oxu...

Sentyabrın 18-də Bakı və Naxçıvan şəhərlərində rezidenturaya qəbul imtahanının 2-ci mərhələsi keçiriləcək.

Dövlət İmtahan mərkəzindən  bildirilib ki, imtahanda namizədlərin ixtisas fənləri üzrə bilikləri yoxlanılacaq. İmtahan Bakı şəhərində 2, Naxçıvan şəhərində 1 binada keçiriləcək və saat 15:00-da başlanacaq. Saat 14:45-də buraxılış rejimi başa çatır. İmtahan 2 saat 30 dəqiqə davam edəcək.

Namizədlər “İmtahana buraxılış vərəqəsi” və “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni çap etmək üçün https://eservices.dim.gov.az/erizerez/brxvrez/?frm=egov linkinə daxil olaraq çap edə bilərlər. Namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini, “İmtahana buraxılış vərəqəsi”ni və “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni mütləq gətirməlidir. Bu sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.

Ardını oxu...

(Tələbəlik illərimizi ziyası ilə aydınlatmış mərhum

professor Hüseyn Həşimlinin xatirəsinə)

     Tələbəlik illəri! Ömrünün bahar çağını yaşayan gənclərin gələcəyə boylanan arzularının çiçək açdığı ən gözəl günlər! Bütün ömrü boyu şirin xatirələrdə yaşayacaq bu günlərə çata bilmək üçün gecə-gündüz çalışıb müstəqil həyata qədəm qoyan gənclərin yaşadığı uzun bir yolun başlanğıcı. Tələbə gənclər bu yolda onlara yoldaş olacaq dərs auditoriyalarını, səs-küylü fakültə koridorlarını, həyəcanlı imtahanları və bərabər paylaşılan sevincli günləri də zaman-zaman ürəyinin tellərini sızladan bir nəğmənin ahəngindəki kövrək notlar kimi heç zaman unutmayacaqlar. Öyrənmək həvəsi ilə atıldığı tələbə dünyasında min bir zəhmətlə qazandığı elm boğçasındakı bəhrələr isə anasının halal südü kimi bütün ömrü boyu onların yoluna işıq tutacaq. Bu, tələbəlik illərindən başlayıb, heç bitib-tükənməyən elm-təhsil yoludur. 

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR