22 Dekabr 2024, Bazar

Naxçıvan Dövlət Universitetinin Memarlıq və mühəndislik fakültəsində külək və günəş hibrid qida qurğusunun açılışı olub.
Tədbiri giriş sözü ilə açan universitetin rektoru, dosent Elbrus İsayev qeyd edib ki, universitetdə yeni korpuslar tikilir, yeni laboratoriya avadanlıqları alınır, tədris və təcrübi kabinələr qurulur. Külək və günəş hibrid qida qurğusunun muxtar respublikada ilk dəfə universitetdə qurulduğunu diqqətə çatdıran rektor vurğulayıb ki, yaradılan qurğu Naxçıvanda bu ixtisas üzrə peşəkar kadrların formalaşması üçün mühüm əhəmiyyətə malikdir. Diqqətə çatdırılıb ki, yeni qurğu dövlət dəstəyinin daha bir parlaq nümunəsidir. Rektor tələbələrin yaradılan şəraitdən səmərəli istifadə etmələrinin vacibliyini vurğulayıb.

Memarlıq və mühəndislik fakültəsinin dekanı Cavanşir Zeynalov bu qurğunun burada qurulmasında məqsədin təkcə fakültələri elektrik enerjisi ilə təmin etmək deyil, eyni zamanda tədris laboratoriyası kimi yararlanmaq olduğunu bildirib, onun iş prinsipi haqqında məlumat verib. Vurğulanıb ki, külək turbini gövdəsinin hündürlüyü 12 metr, pərləri isə 4 metrdir, 10 kilovat enerjivermə qabiliyyətinə malikdir. 12 günəş paneli isə hər biri 280 volt olmaqla, 3,3 kilovat enerji vermək qabiliyyətinə malikdir. 20 batereyanın hər biri 200 amper, 240 voltdur. Diqqətə çatdırılıb ki, qurulan günəş batareyası korpusun isti su ilə təmin olunmasında xüsusi rol oynayacaq.
Naxçıvan Qaz-turbin Elektrik Stansiyasının direktoru Mürsəl Səfərov fakültə daxilində yerləşən enerji bloku haqqında tədbir iştirakçılarını məlumatlandırıb. Sonda Energetika ixtisası üzrə IV kurs tələbəsi Arif Qurbanov energetika sahəsində universitetdə yaradılan şəraitə görə tələbələr adından minnətdarlığını bildirib.

Telli MUSTAFAYEVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR