21 Dekabr 2024, Şənbə

Naxçıvan Tibb Kollecinin müəllim-tələbə kollektivi Naxçıvan Dövlət Universitetində olub. Ali təhsil ocağının Tibb fakültəsində kadr hazırlığı vəziyyəti və maddi-texniki baza ilə tanışlıqdan sonra fakültədə “Naxçıvan Muxtar Respublikasında Tibbi kadr hazırlığında Tibb fakültəsinin və Tibb Kollecinin rolu” mövzusunda tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan universitetin rektoru Elbrus İsayev bildirib ki, tələbələrin təcrübə keçməsində Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan xəstəxanaların mühüm rolu vardır. Bu da, öz növbəsində, ixtisaslı tibbi kadrların hazırlanmasına xidmət edir. Diqqətə çatdırılıb ki, fakültəni bitirən məzunlar fəaliyyətlərini, nəinki muxtar respublikamızda, dünyanın bir çox inkişaf etmiş ölkə­lərində uğurla davam etdirirlər.

Ardını oxu...

Naxçıvan Müəllimlər İnstitutunda keçirilən tədbiri giriş sözü ilə institutun rektoru Azad Novruzov açaraq bildirmişdir ki, müasir təlim texnologiyaları içərisində STEAM dərs modeli geniş yayılmışdır. Bu metod elmi-texniki biliklərin gündəlik həyata necə tətbiq olunmasının “layihə əsaslı” öyrətmə modelidir. Dərs modeli elm, texnologiya, mühəndislik, riyaziyyat və incəsənət kimi elm sahələrinin birgə tətbiqini nəzərdə tutan bir modeldir. STEAM dərs modelinin tətbiqi üçün digər fəal təlim texnologiyalarından fərqli olaraq yaradıcı mühitin təmin edilməsi, maddi və texniki avadanlıqların varlığı mühüm şərtdir. Muxtar respublikada təhsilə göstərilən məqsədyönlü dövlət qayğısı nəticəsində bu tip kabinə və laboratoriyaların sayı muxtar respublikada gündən-günə artır. İnstitutda STEAM kabinəsinin yaradılması müəllim hazırlığını həyata keçirən ali məktəb üçün çox əhəmiyyətlidir. Bu kabinənin imkanlarından bu günün tələbələri olan gələcək müəllimlər, həm də diplomdan sonrakı ixtisasartırma və təkmilləşdirmə kursuna cəlb olunan müəllimlər istifadə edə biləcəklər.

Ardını oxu...


Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hamiliyinə verilən Naxçıvan Dövlət Universitetinin Hüquqşünaslıq ixtisasının 12 nəfər tələbəsi Ali Məhkəmənin iş prinsipi ilə tanış olub, praktik təcrübələrə yiyələniblər. 

Bu münasibətlə keçirilən tədbirdə çıxış edənlər bildiriblər ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamlarının icrası çərçivəsində Naxçıvan Dövlət Universiteti ilə Ali Məhkəmə arasında qarşılıqlı əməkdaşlıq qurulub, bu istiqamətdə fəaliyyət genişləndirilib. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında aparılan hüquqi islahatların tərkib hissəsi kimi hüquq-mühafizə orqanlarında çalışacaq yüksək peşəkarlığa malik, layiqli və humanist kadrların formalaşdırılmasının vacibliyi də vurğulanıb.

Ardını oxu...

Aprelin 30-da Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən elan olunan “Mütaliə aylığı”nın yekununa həsr olunmuş tədbir keçirilib.
Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində təşkil edilən tədbirdə Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov çıxış edərək bildirib ki, gənc nəslin dünyagörüşünün formalaşmasında, onların bədii təxəyyülünün inkişafında, mütaliə mədəniyyətinin, oxu vərdişlərinin artırılmasında və hərtərəfli inkişaf etmiş bir vətəndaş kimi yetişməsində mütaliənin rolu müstəsna əhəmiyyətə malikdir.

Ardını oxu...

Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsində praktik təlim təşkil olunub. Təlimdə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin hamiliyinə verilmiş Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə II kurs tələbələri iştirak ediblər.
Fakültənin dekanı Əşrəf Ələkbərov “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 3 aprel tarixli Sərəncamının əhəmiyyətindən danışıb.

Ardını oxu...

Aprelin 29-da Dövlət İmtahan Mərkəzi tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib.
İmtahan respublikanın 10 şəhər və rayonunda təşkil olunub. İmtahanda 12 min 818 şagird iştirak edib. İmtahanların təşkil edilməsi üçün, ümumilikdə, 69 imtahan binası, 1024 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 69 ümumi imtahan rəhbəri, 166 imtahan rəhbəri, 1271 nəzarətçi-müəllim, 116 buraxılışı təşkil edən əməkdaş (mühafizə), 69 bina nümayəndəsi cəlb edilib. İmtahanlarda 54 fiziki məhdudiyyətli şagird iştirak edib. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, görmə qabiliyyəti olmayanlar üçün fərdi nəzarətçilər təyin edilib.

Ardını oxu...

Mütaliə hansısa bir yaş dövründən asılı olmayaraq hər bir insanın kamilləşməsində, dünyagörüşünün artmasında ən güclü vasitədir. İnsanlar fərd kimi doğulub, şəxsiyyət kimi cəmiyyətdə formalaşırlar. Bu formalaşmanın ən uzun yolu və demək olar ki, ən təsirli dövrü məktəb illərinə təsadüf edir. Məktəbdə düzgün qurulan təlim isə şəxsiyyətin formalaşmasına birbaşa təsir edir. Beləcə məktəbdəki təhsil və vərdişlər sağlam ruhda tərbiyə olunmuş vətənpərvər gəncliyin əsasını qoyur.

Bu gün muxtar respublikamızda yetişən nəslin formalaşmasına göstərilən xüsusi qayğı Naxçıvanın daha da parlaq və işıqlı gələcəyindən xəbər verir. Muxtar respublikada hansı məktəbə üz tutsaq, orada əvvəlki illərdən fərqli olaraq dərsdən yayınmağa çalışan yox, daha da yaxşı oxumağa can atan şagirdlər görəcəyik. İndi daha fəal yeniyetmələr arasında ən birinci olmaq uğrunda mübarizə gedir. Bu özünü məktəbdəki bütün proseslərdə - dərsdə, təşkilatçılıqda, tədbirlərdə, asudə vaxtın səmərəli təşkilində, ən əsası müsabiqə, olimpiada və qəbul nəticələrində daha aydın göstərir. Muxtar respublika ümumtəhsil məktəblərində təşkil olunan və demək olar ki, artıq ənənə halını alan müsabiqələrdə hər yeni tədris ilində şagirdlərin daha fəal iştirakı və marağı təhsil ictimaiyyəti kimi valideynləri də çox sevindirir.

Ardını oxu...

Tədbiri giriş sözü ilə açan “Naxçıvan” Universiteti “İdarəetmə” fakültəsinin dekanı Naim Cahidzadə deyib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsil müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 3 aprel 2019-cu il tarixli sərəncamından irəli gələn vəzifələrin icrası ilə əlaqədar olaraq müxtəlif qurumlarla tələbələrin vaxtaşırı görüşləri keçirilir. Fakültə üzrə üç ixtisasın hamiliyə verildiyini bildirən dekan, hər ay mütəmadi olaraq belə görüşlərin təşkil edildiyini diqqətə çatdırıb. Tələbələrin nəzəri biliklərlə yanaşı, praktiki biliklər qazanmasında bu cür tədbirlərin önəmini vurğulayıb.

Ardınca söz Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin baş məsləhətçisi Anar Həsənova verilib. “Maliyyə”,  “Mühasibat uçotu və audit” ixtisası üzrə təhsil alan tələbələrlə keçirilən növbəti görüşün təşkili üçün təşəkkür edən məruzəçi, Nazirliyin bütün şöbələrinin iş prinsipi haqqında tələbələrə mütəmadi məlumatlar verildiyini bildirib. Sonra mühasibatlıq şöbəsinin gördüyü işlər haqqında iştirakçılara məlumat verib.

Ardını oxu...

 

 

 

Tədbiri giriş sözü ilə açan “Naxçıvan” Universiteti “İdarəetmə” fakültəsinin dekanı Naim Cahidzadə deyib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsil müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 3 aprel 2019-cu il tarixli sərəncamından irəli gələn vəzifələrin icrası ilə əlaqədar olaraq müxtəlif qurumlarla tələbələrin vaxtaşırı görüşləri keçirilir. Fakültə üzrə üç ixtisasın hamiliyə verildiyini bildirən dekan, hər ay mütəmadi olaraq belə görüşlərin təşkil edildiyini diqqətə çatdırıb. Tələbələrin nəzəri biliklərlə yanaşı, praktiki biliklər qazanmasında bu cür tədbirlərin önəmini vurğulayıb.

  Ardınca söz Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin baş məsləhətçisi Anar Həsənova verilib. “Maliyyə”,  “Mühasibat uçotu və audit” ixtisası üzrə təhsil alan tələbələrlə keçirilən növbəti görüşün təşkili üçün təşəkkür edən məruzəçi, Nazirliyin bütün şöbələrinin iş prinsipi haqqında tələbələrə mütəmadi məlumatlar verildiyini bildirib. Sonra mühasibatlıq şöbəsinin gördüyü işlər haqqında iştirakçılara məlumat verib.

Ardını oxu...

 “Naxçıvan Muxtar Respublikasının elm, ali və orta ixtisas təhsili müəssisələri ilə ümumtəhsil məktəbləri arasında əlaqələrin təşkili haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2015-ci il 14 mart tarixli Sərəncamına əsasən təşkil olunan nümunəvi dərslər ölkəmizin intellektual gələcəyi naminə atılan məqsədyönlü addımdır. Qeyd edək ki, ali təhsil müəssisələri, elm ocaqları tərəfindən bu cür dərslərin keçirilməsi artıq ənənə halını alıb.

Növbəti belə dərs universitetin rektoru, dosent Nurlana Əliyeva tərəfindən keçirilib. Naxçıvan şəhər 7 nömrəli tam orta məktəbdə “Aşıq Ələsgər - 200” mövzusunda keçirilən dərs şagirdlər tərəfindən maraqla qarşılanıb.

Ardını oxu...

Tədbiri giriş sözü ilə açan universitetin rektoru, dosent Nurlana Əliyeva bildirib ki, Azərbaycan ədəbiyyatının çoxəsrlik inkişaf tarixində Naxçıvan ədəbi mühitinin özünəməxsus yeri var. İstər ədəbi-bədii yaradıcılıq, istərsə də elmi–tədqiqat sahəsində Naxçıvanlı qələm sahibləri həmişə öz sözlərini deyib, ədəbiyyatşünaslığımıza layiqli töhfələr veriblər. Bu şairlər içərisində Asim Yadigarın özünəməxsus yeri və rolu var. Asim Yadigar Azərbaycan ədəbiyyatının inkişafında, gənclərimizə vətənpərvərlik duyğularının aşılanmasında və yeni ədəbi gəncliyin yetişməsində mühüm xidmətlər göstərib. Onun müxtəlif vəznlərdə 600-dən artıq şeiri çap edilib. Müəllifin heca, əruz və sərbəst vəzndə yazdığı şeirləri sübut edir ki, şair hər bir vəzndə gözəl nümunələr yaratmaq imkanına malikdir. Bu baxımdan onun rübailəri, qəzəlləri, təxmisləri, məsnəviləri klassik şeir nümunələri kimi böyük maraq kəsb edir. Digər tərəfdən onun qoşma və gəraylıları, təcnisləri də göstərir ki, Asim Yadigar bir şair kimi xalq şeiri formalarında da olduqca məharətlidir ki, gözəl sənət nümunələri yarada bilib. Şairin müxtəlif illərdə işıq üzü görən "Zirvə yolu”, "Unut bu sevdanı”, "Oğul dağı”, "Hər şeyin sonu var”, "Midiyanın süqutu”, "Sənətinin vurğunu”, ”Bahar”, ”Kalba Musa çeşməsi”, "Bir nurlu heykəl yarat”, "Bir ömrün nəğməsi” və s. adlı əsərləri oxucular tərəfindən maraqla qarşılanıb. Yaradıcılığında Ümummili Lider Heydər Əliyevə həsr olunan "Heydər zirvəsi”, "Dədə Heydərim mənim” və "Gəldi ulu Heydərin İlham dühası, gəldi”, "Bir nurlu heykəl yarat”, "Azərbaycan dünyaya günəş kimi doğacaq”, "Azərbaycan bayrağına”, ”Bir bayraq altında”, ”Vətən oğlu”, "Döyüş əmri ver mənə” və s. şeirləri bu gün Naxçıvan ədəbi mühitində siyasi lirikamızın gözəl nümunələrindəndir.

Ardını oxu...

         Ali təhsil ocağının “Xalq Çalğı Alətləri” kafedrasında  hesabat konserti keçirilib. Konsertdə xalq və bəstəkar mahnıları ifa edilib. Müəllim və tələbələrin ifasında səsləndirilən konsertin bədii rəhbəri sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Aynurə Quliyeva olub. Konsertdə Şəfiqə Axundovanın “Həsrətindən”, Süleyman Əsgərovun “Şalaxo”, Səid Rüstəmovun “Qaytağı”, Vasif Adıgözəlovun  “Xoşum gəlir”, Tofiq Bakıxanovun “Görüş yeri”, Cahangir Cahangirovun bəstəkarı olduqları “Lirik mahnı” musiqiləri tədbir iştirakçıları tərəfindən maraqla dinlənilib. Fakültənin müəllim və tələbələrindən ibarət “Misri saz çalanlar” ansamblının ifasında “Koroğlu Dubeytisi,Cəngi Koroğlu” mahnısı səsləndirilib.

          “Xalq Çalğı Alətləri” kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Aynurə Quliyeva kafedranın fəaliyyəti haqda danışıb. Qeyd edilib ki, Xalq çalğı alətləri kafedrası 2008-ci ildə “İfaçılıq” kafedrasının bazası əsasında yaradılıb.

          Hesabat konserti ilə bağlı öz fikirlərini, təkliflərini səsləndirən müəllimlər tələbələrə uğurlar arzulayıblar.

         Sonda universitetin rektoru Elbrus İsayev konsertlə bağlı xoş təəssüratlarını bölüşüb. Tələbələrin öz müəllimləriylə birgə çıxışı  yüksək qiymətləndirilib. Konservatoriyanın bütün tədbirlərdə yüksək fəaliyyətini qiymətləndirən rektor müəllim və tələbələri təbrik edib, konsertdə fəal iştirak edən hər kəsə öz təşəkkürünü bildirib.

Etibar Dərbəndəliyev “Jurnalistika” ixtisası üzrə III kurs tələbəsi

 

 

 

         Ali təhsil ocağının İncəsənət fakültəsində əcnəbi tələbələrin təşkilatçılığı ilə “Nizami hər sözü demiş birinci” adlı ədəbi - bədii tədbir keçirilib. Tədbirdə “Nizami Gəncəvi – 880” adlı sənədli film nümayiş olunub. Tədbiri giriş sözü ilə açan universitetin rektoru Elbrus İsayev xarici tələbələrin bu kimi tədbirlərdə iştirakını yüksək qiymətləndirib, belə tədbirlərin davamlı olmasını arzulayıb. Bildirilib ki, ali təhsil ocağında təhsil alan hər bir əcnəbi tələbə təhsillə bərabər, ictimai işlərdə fəallıq nümayiş etdirməli və mədəni-kütləvi tədbirlərdə iştirak etməlidir.

          Filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımov şair haqda məlumat verərək qeyd edib ki, Nizami Gəncəvi dahi şair olmaqla bərabər dövrünün məşhur həkimi, elm adamı olub. O, həmçinin, dünya dinlərinə bələd olduğu üçün Şeyx adlandırılıb, dünyəvi elmlərə ustalıqla  yiyələnib. Qeyd edilib ki, əsərlərində hər zaman qadına yüksək qiymət verən dahi şair nəinki Şərq aləmində, həmçinin, Qərb aləmində də tanınır, öyrənilir. Nizami Gəncəvinin bir neçə qəzəlini qiraət edən Ramiz Qasımov xarici tələbələri ölkəmizin sahib olduğu mədəni irsimizdən bəhrələnməyə çağırıb.

          Sonra xarici tələbələrin Nizami Gəncəvinin əsərlərindən hazırladığı bədii qiraət nümunələrindən hazırladıqları videoçarx nümayiş olunub.

          Sonda xarici tələbələr Nizami Gəncəvinin şeir, qəzəllərini bədii qiraət edib, şairin poemalardan hissələri səhnələşdiriblər.

Tələbələrin tədbirdə iştirakını yüksək qiymətləndirən rektor onları təşəkkürnamə ilə təltif edib.

Etibar Dərbəndəliyev

“Jurnalistika” ixtisası üzrə III kurs tələbəsi

 

 

 

Naxçıvan Dövlət UniversitetiBeynəlxalq münasibətlər və hüquq fakültəsində “Alternativ tibb metodunun tətbiqi məsələləri” mövzusunda respublika elmi konfransı keçirilib. Univеrsitеtin rektoru Elbrus İsayev ənənəvi tibb əsasında dayanan alternativ müalicə metodlarının qədim tarixə malik olduğunu bildirib. Universitetin xəstəxanasında da hazırda bu üsulla müalicə metodlarının tətbiq edildiyi diqqətə çatdırılıb.

“Xroniki qeyri-infeksion xəstəliklərin inteqrativ təbabətlə müalicəsi” adlı çıxışında Azərbaycan Tibb Universitetinin professoru,  tibb elmləri doktoru Fikriyyə İbrahimli qeyd edib ki, inteqrativ təbabət insan orqanizminin bütöv bir sistem olduğunuvə bütün proseslərlə əlaqəli olduğunu deyir. Bildirilib ki, dünyanın 38 ölkəsində tətbiq olunan bu müalicə üsulu diaqnoz və simptomları deyil, bütövlükdə insanı müalicə edir.

Ardını oxu...

AMEA Naxçıvan Bölməsinin Rəyasət Heyətinin iclası olub.Bölmənin sədri, akademik İsmayıl Hacıyev əvvəlcə iclas iştirakçılarını gündəliyə çıxarılan məsələlərlə  tanış edib.

Bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev Azərbaycan Respublikası Prezidentinin “Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında” 18 fevral 2021-ci il tarixli və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş Tədbirlər Planının təsdiq edilməsi haqqında” 22 fevral 2021-ci il tarixli Sərəncamlarından irəli gələn vəzifələrin icrası ilə bağlı yerinə yetirilən və nəzərdə tutulan işlər barədə məlumat verib.

Ardını oxu...

Naxçıvan Dövlət Universiteti Elmi Kitabxanasınının yaranması günü münasibətilə “Kitablardan pıçıltılar” adlı tədbirkeçirilib.Ali təhsil ocağının İncəsənət fakültəsində təşkil edilən tədbirdə giriş sözüylə çıxış edən universitetin rektoru Elbrus İsayev 1968-ci aprel ayının 23-də fəaliyyətə başlayan kitabxananın keçdiyi tarixi inkişaf yoluna nəzər salıb. Rektor 2004-cü ildə universitet kitabxanası üçün Avropa standartlarına uyğun yeni beşmərtəbəli binanın inşa edilməsini muxtar respublikada təhsilə, elmə  göstərilən yüksək diqqət və qayğının bəhrəsi kimi dəyərləndirib.

Ardını oxu...

Naxçıvan Müəllimlər İnstitutunda “Aşıq Ələsgər – 200” adlı konfrans keçirilib. Tədbiri giriş sözü ilə institutun rektoru Azad Novruzov açaraq bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd olunması haqqında” 2021-ci il 18 fevral tarixli sərəncamı ilə bu il görkəmli söz ustadının yubileyi ölkə­mizdə, eləcə də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun Sərəncamı ilə təsdiq edilən Tədbirlər Planına əsasən muxtar respublikamızda geniş qeyd olunması görkəmli söz ustadının ədəbi irsinə yüksək qiymətdir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyində Naxçıvan Dövlət Texniki Kollecinin nazirliyin hamiliyinə verilmiş Rabitə qovşaqları və kommunikasiya sistemləri ixtisası üzrə təhsil alan tələbələri ilə görüş keçirilib.
Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar naziri Vüsal Sevdimaliyev açaraq qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 27 iyul tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamının icrası ilə bağlı tədris müddəti ərzində təhsil alan tələbələrin təcrübə keçmələri üçün zəruri işlər həyata keçirilir, onlar nazirliyin və tabeli qurumlarının fəaliyyəti ilə tanış edilir, maarifləndirici görüş və seminarlar təşkil olunur. Həmçinin nazirlik əməkdaşlarının Naxçıvan Dövlət Texniki Kollecində pedaqoji fəaliyyətlərinə şərait yaradılır, müvafiq fənlər tədris edilir. Bunlarla yanaşı, kollecin aid ixtisas üzrə məzunlarının məşğulluğu da diqqətdə saxlanılır.

Ardını oxu...

Naxçıvan Dövlət Universiteti Beynəlxalq münasibətlər və hüquq fakültəsində “Alternativ tibb metodunun tətbiqi məsələləri” mövzusunda respublika elmi konfransı keçirilib. Konfransı univеrsitеtin rektoru Elbrus İsayev açıb.

“Xroniki qeyri-infeksion xəstəliklərin inteqrativ təbabətlə müalicəsi” adlı çıxışında Azərbaycan Tibb Universitetinin professoru,  tibb elmləri doktoru Fikriyyə İbrahimli qeyd edib ki, inteqrativ təbabət insan orqanizminin bütöv bir sistem olduğunuvə bütün proseslərlə əlaqəli olduğunu deyir. Bildirilib ki, dünyanın 38 ölkəsində tətbiq olunan bu müalicə üsulu diaqnoz və simptomları deyil, bütövlükdə insanı müalicə edir.

Ardını oxu...

2018-2019-cu tədris ilindən başlayaraq aprel ayında muxtar respublikanın ümumtəhsil məktəblərində keçirilən “Mütaliə aylığı” çərçivəsində dünən Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən muxtar respublika yazıçıları ilə şagirdlərin görüşü təşkil olunub.
Tədbirdə çıxış edən Təhsil naziri Rəhman Məmmədov bildirib ki, muxtar respublikamızda kitabxana şəbəkələrinin, kitab fondunun zənginləşdirilməsi diqqətdə saxlanılır. Bunun nəticəsidir ki, məktəb kitabxanalarının maddi bazası yaxşılaşdırılıb, 600 mindən çox latın qrafikası ilə nəşr olunmuş bədii ədəbiyyat ümumtəhsil məktəblərinə verilib.

Ardını oxu...

“Naxçıvan” Universitetinin Maliyyə və Naxçıvan Dövlət Texniki Kollecinin Mühasibat uçotu və audit ixtisası üzrə istehsalat təcrübəsinə cəlb olunan tələbələri arasında Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi tərəfindən “Sahibkarlıqda maliyyə hədəfləri” adlı interaktiv layihə həyata keçirilib. Layihəyə 6 komandadan ibarət 24 tələbə cəlb olunub.

Ardını oxu...

Muxtar respublikanın ali və orta ixtisas təhsili məktəblərində bu təhsil ocaqlarının Vətən müharibəsində iştirak edən məzunları ilə görüşlər keçirilib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyində “Xəmsə” milli intellektual oyunu üzrə XIII Azərbaycan çempionatının ikincisi olan “Diplomat” komandasının üzvləri ilə görüş keçirilib. Gənclər və İdman naziri Azad Cabbarov gəncləri təbrik edərək bildirib ki, qazanılan nəticə muxtar respublikada aparılan gənclər siyasətinin uğurla icra olunmasından xəbər verir. Gənclərin yaradıcılıq axtarışlarının stimullaşdırılması, milli ruhda tərbiyəsi, onların sosial müdafiəsi və məşğulluğunun təmin edilməsi daim diqqət mərkəzində saxlanılır. Dövlətimizin bu sahəyə qarşı həssas münasibəti, yaradılan əlverişli şərait istedadlı gənclərimizin müxtəlif sahələrdə uğurla təmsil olunması, Vətənə, xalqa, dövlətçiliyə ləyaqətlə xidmət etməsinə əsaslı zəmin yaradır.

Ardını oxu...

AMEA Naxçıvan Bölməsində Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin və muxtar respublikanın ali təhsil müəssisələrinin birgə təşkilatçılığı ilə “Naxçıvanda rəssamlıq sənətinin inkişafı” mövzusunda elmi konfrans keçirilib.

Ardını oxu...

“Mütaliə aylığı” çərçivəsində aprelin 20-də Naxçıvan Muxtar Respublika Təhsil və Mədəniyyət nazirliklərinin birgə təşkilatçılığı ilə “Azərbaycanın görkəmli ədibləri” mövzusunda növbəti interaktiv dərs keçirilib. Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyinin bələdçisi tərəfindən aparılan dərsi muxtar respublikanın 200-dən çox məktəbinin şagirdləri izləyib.

Dərsdə bildirilib ki, son onilliklərdə Azərbaycanda, o cümlədən muxtar respublikada ədəbiyyat, incəsənət, teatr sahələrində yüksəliş xüsusilə nəzərə çarpır. Dövlətimiz tərəfindən Azərbaycan, eləcə də Naxçıvanda yaşayıb-yaradan şair və yazıçılara hər zaman xüsusi diqqət göstərilir, Azərbaycan ədəbiyyatının bədii fikir salnaməsinə layiqli töhfələr verən görkəmli ədəbiyyat nümayəndələri, şair və mütəfəkkirlərin həyat və yaradıcılıqlarının öyrənilməsi və təbliği istiqamətində də əhəmiyyətli işlər görülür, müxtəlif illərdə ayrı-ayrı görkəmli şəxsiyyətlərin həyatı ilə bağlı kitablar çap olunur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən imzalanan sərəncamlar əsasında muxtar respublikamızda görkəmli şəxsiyyətlərin yubileyləri qeyd olunur, yaradıcı insanlar yüksək dövlət mükafatları ilə təltif olunurlar.

Ardını oxu...

20 aprel 2021- ci il tarixdə Naxçıvan Müəllimlər İnstitutunun Ümumi fənlər kafedrasının təşkiltatçılığı ilə “Şagirdlərin ekoloji tərbiyəsində coğrafiya və biologiya fənlərinin imkanları” mövzusunda konfrans keçirilmişdir. Konfransda İnstitutun professor müəllim heyyəti, Naxçıvan Muxtar Respublikası orta ümumtəhsil məktəblərinin bir qrup coğrafiya və biologiya müəllimləri və tələbələr iştirak etmişdir

Ardını oxu...

Muxtar respublikanın sürətli sosial-iqtisadi inkişafı, yeni sənaye və xidmət sahələrinin yaradılması, həmin sahələrdə müasir informasiya texnologiyalarının tətbiqi təhsil sahəsində, xüsusən də dəqiq elmlər sahəsində dərin bilik verilməsinə tələbatı artırır. Bu sahədə muxtar respublikada kadrların hazırlanması diqqətdə saxlanılmış, təhsilə göstərilən hərtərəfli qayğının daha bir nümunəsi olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 14 aprel tarixli Sərəncamı ilə Şərur şəhərində Fizika-Riyaziyyat Təmayüllü Lisey yaradılmışdır.

Ardını oxu...

Azərbaycan Gənclər Fondu, Azərbaycan Tələbə-Gənclər Təşkilatları İttifaqı və “Enactus Azərbaycan”ın təşkilatçılığı ilə Enactus Onlayn Sahibkarlıq müsabiqəsi keçirilib.
Ölkəmizin 19 ali təhsil müəssisəsi komandasının iştirak etdiyi müsabiqə “Zoom” platforması vasitəsilə onlayn şəkildə baş tutub. Komandalar onlara ayrılan vaxt çərçivəsində öz layihələrini videoformatda təqdim ediblər. Münsiflər heyətinin qərarı ilə Naxçıvan Dövlət Universitetinin “Enactus” komandasının təqdim etdiyi layihə müsabiqənin qalibi olub. Dövlət Gömrük Komitəsinin Akademiyası II, Azərbaycan Tibb Universitetinin komandası isə III yerə layiq görülüb.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində olan təhsil müəssisələrinin kitabxanaçıları ilə “Ümumtəhsil məktəblərində kitabxana işinin təşkili” mövzusunda konfrans keçirilib.

Ardını oxu...

AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun Torpaq ehtiyatları laboratoriyası əməkdaşlarının iştirakı ilə Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Akademik Həsən Əliyev adına “Araz” Elm-İstehsalat Birliyində müzakirə keçirilib.

Ardını oxu...

AMEA Naxçıvan Bölməsi və Türk Tarix Qurumu nümayəndələrinin iştirakı ilə onlayn tədbir olub. Giriş sözü ilə çıxış edən AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev bildirib ki, tədbirin keçirilməsində məqsəd bölmənin qardaş ölkənin elmi müəssisələri ilə əlaqələrinin daha da genişləndirilməsi, səmərəli əməkdaşlığın yaradılmasıdır.
Akademik rəhbərlik etdiyi elm ocağı haqqında dinləyicilərə ətraflı məlumat verərək vurğulayıb ki, AMEA Naxçıvan Bölməsi ulu öndər Heydər Əliyevin 2002-ci il 7 avqust tarixli Sərəncamına əsasən yaradılıb. Həmin dövrdən etibarən bölmədə 6 elmi-tədqiqat institutu – Tarix, Etnoqrafiya və Arxeologiya, İncəsənət, Dil və Ədəbiyyat, Təbii Ehtiyatlar və Bioresurslar institutları, Batabat Astrofizika Rəsədxanası və Əlyazmalar Fondu fəaliyyət göstərir. Bölmədə aparılan tədqiqatların əsas istiqamətini Naxçıvanın tarixi, ədəbi mühiti, təbii ehtiyatları, flora və faunasının hərtərəfli tədqiqi təşkil edir. Çoxşaxəli araşdırmalar aparan bölmənin Əlyazmalar Fondunda və Elmi Arxivində mühüm elmi əhəmiyyətə malik materiallar mövcuddur.

Ardını oxu...

Ümumtəhsil məktəblərinin komandaları arasında “Xəmsə” milli intellektual oyunu üzrə Naxçıvan şəhər mərhələsi keçirilib.
Məktəblilərin intellektual səviyyəsini, dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaq, onlar arasında bilik və elmə marağı artırmaq, eləcə də asudə vaxtlarının səmərəli təşkili məqsədilə keçirilən yarışda 8 komanda mübarizə aparıb.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamına uyğun olaraq Naxçıvan Dövlət və “Naxçıvan” universitetlərinin, Naxçıvan Müəllimlər İnstitutunun pedaqoji profilli ixtisasları Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinə hamiliyə verilmişdir.

Ardını oxu...

 

Naxçıvan Dövlət Universiteti “İqtisadiyyat və idarəetmə” fakültəsində tədrisi ingilis dilində olan “İqtisadiyyat” ixtisasının tələbələri üçün dəyirmi masa təşkil edilib. Tədbiri giriş sözüylə açan universitetin rektoru Elbrus İsayev növbəti ixtisasların da tədrisinin ingilis dilində olmasına zəmin yaradan bu ixtisasın açılmasını ali təhsil ocağında uğurlu bir başlanğıc hesab edib. Qeyd edilib ki, bu cür ixtisasların açılması ilə universitet məzunlarının karyera imkanları dəyərləndiriləcək və xarici tələbələrin universitetdə təhsil almaq imkanları daha da artacaq. Bildirilib ki, fakültənin nəzdində yaradılmış müstəqil iqtisadi kitabxana fonduna ingillisdilli ixtisas ədəbiyyatları daxil edilib və ixtisaslar zəruri ədəbiyyatlarla təmin olunub. Amma, buna baxmayaraq gələcəkdə kitabxananın zənginləşdirilməsi də əsas hədəfimizdir, deyən rektor lazımlı ədəbiyyatların mütəxəssislər tərəfindən yazılması ilə bərabər tərcümə olunmasını da məqsədəuyğun hesab edib. Diqqətə çatdırılıb ki, hazırda muxtar respublika iqtisadiyyatına dair kitab həm bu sahə üzrə, həm də ingilis dili bacarıqlarına malik mütəxəssislərin səyi nəticəsində ərsəyə gələcək.

Ardını oxu...

Gənclərin iştirakı ilə “Axtar tap” intellekt yarışması Naxçıvan şəhərindəki Sahil Parkında keçirilib.
İştirakçılar komanda şəklində mübarizə aparıblar. Onlar oyunun qaydaları haqqında məlumatlandırıldıqdan sonra mübarizəyə start verilib. Reqlamentə uyğun olaraq oyun 7 raunddan ibarət olub. Raundların hər birində komandalara ümumi sual ünvanlanıb və doğru cavaba uyğun şəkildə tapşırıqlar icra olunub. İştirakçılar eyni anda mübarizəyə başlayıb. Raundlar üzrə ardıcıl və müvəffəqiyyətlə irəliləyən, qarşıya qoyulan vəzifəni ən tez icra edən komandalar mükafatçılar sırasına düşüblər.

Ardını oxu...

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) tərəfindən “Azərbaycanın görkəmli elm və mədəniyyət xadimləri” seriyasından tanınmış dilçi-türkoloq alim, AMEA-nın müxbir üzvü, Azərbaycan Respublikasının Əməkdar müəllimi, Əbülfəz Aman oğlu Quliyevin biobiblioqrafik göstəricisi hazırlanıb. Görkəmli alim, AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, Əbülfəz Quliyevin 70 illik yubileyi haqqında AMEA Rəyasət Heyətinin Qərarı ilə nəşrə tövsiyə olunan kitabın elmi redaktoru AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev, redaktoru AMEA MEK-in Biblioqrafiya şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəhla Tahirqızı, tərtibçiləri alimin qızı, filologiya üzrə fəlsəfə doktoru Aliyə Əbülfəzqızı və MEK-in baş biblioqrafi Mahnur Həsənovadır.

Ardını oxu...

AMEA Naxçıvan Bölməsinin 2021-ci ilin birinci rübündəki elmi və elmi-təşkilati fəaliyyəti ilə bağlı hesabat iclası keçirilib.
Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev tədbiri açaraq elmi-tədqiqat müəssisələri tərəfindən aparılan tədqiqatların nəticələrindən bəhs edib. Alim cari illə ötən ilin müvafiq dövrünün göstəricilərini müqayisəli təhlil edib.
Sonra AMEA Naxçıvan Bölməsi Aparatının Elm və təhsil şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Orxan Bağırov məruzəsində bildirib ki, hesabat dövründə Naxçıvan Bölməsinin tərkibindəki elmi qurumlarda elmi-tədqiqat işlərinin təsdiq edilmiş planına uyğun olaraq 6 elmi istiqamətdə 6 prоblemi əhatə edən 7 mövzuya aid оlan 37 iş 24 şöbə, 9 labоratоriya, 1 elmi-tədqiqat qrupu tərəfindən davam etdirilib.

Ardını oxu...

Son illərdə Azərbaycan iqtisadiyyatının bütün sahələrində olduğu kimi, sənayenin inkişafında da böyük uğurlar qazanılıb. Bu müddət ərzində rəqabətqabiliyyətli müasir sənaye sahələrinin yaradılması, sənayenin infrastruktur təminatının yaxşılaşdırılması sahəsində çoxsaylı layihələr icra edilib, sahibkarlar tərəfindən iş yerləri açılıb, ölkə sənayesi yeni inkişaf mərhələsinə qədəm qoyub.

Ardını oxu...

Aprelin 15-də və 16-da Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən respublikanın 25 şəhər və rayonunda tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçiriləcək.

DİM-dən bildirilib ki, imtahanlar saat 11:00-da başlanır. Saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

Ardını oxu...

Naxçıvan Dövlət Universiteti müasir təhsil üsulları ilə yanaşı, xarici görkəmi və bir-birindən gözəl tədris korpusları ilə nəinki tələbələrin, həmçinin universitetə səfər edən yerli və əcnəbi qonaqların da diqqətini özünə cəlb edir. Bunu muxtar respublika ərazisində təhsilə və gənc nəslə olan xüsusi diqqət və qayğının ən gözəl nümunəsi kimi dəyərləndirmək lazımdır. Universitet kompusu öz coğrafi mövqeyi və məkan olaraq Naxçıvan şəhərinin şimal-qərbində yerləşir. 50 ildən artıqdır ki, bu ərazini haqlı olaraq hamı elmin, təhsilin dəyişməz ünvanı kimi tanıyır. İstərdik ki, bu təhsil ocağının bütün imkanlarından bəhrələnən bir tələbə olaraq fikirlərimi çatdırım.

Ardını oxu...

Naxçıvan Müəllimlər İnstitutu İnnovasiya laboratoriyasının təşkilatçılığı ilə “Startap: İnnovativ gələcəyə doğru” mövzusunda maarifləndirici seminar keçirilmiş və tələbələrin yeni layihələrinin təqdimatı olmuşdur.
Seminarı giriş sözü ilə institutun rektoru Azad Novruzov açaraq startap layihələrinin müasir dövrümüzdə mahiyyəti və əhəmiyyətindən, bu layihələrin elmin, iqtisadiyyatın inkişafındakı rolundan danışmış, tələbələri startapla bağlı layihələrin, təqdimatların təşkilində fəal olmağa çağırmışdır.

Ardını oxu...

Bilik və intellektual güc hər bir cəmiyyətin inkişafının aparıcı faktorlarındandır. Biliyə sahib olmaq isə insanın şüurlu fəaliyyətinin əsasında durub, rahat yaşayış üçün lazım olan maddi nemətlərin istehsalının ən vacib şərtidir. Bu mənada, müasir informasiya erasında davamlı iqtisadi artıma nail ola bilmək üçün hər hansı bir fəaliyyət sahəsində innovativ addımların qazandırdığı inkişaf tempi özündən sonrakı mərhələdə cəmiyyətin digər sahələrində də irəliləyiş yaradır. 

Ardını oxu...

Dünən Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Rəssamlar Birliyinin birgə təşkilatçılığı ilə keçirilən “Məktəblilərin təsviri və dekorativ-tətbiqi sənət müsabiqəsi”nə yekun vurulub.
Bununla bağlı keçirilən tədbirdə çıxış edən Təhsil naziri Rəhman Məmmədov bildirib ki, şagirdlərin maraq və bacarıqlarını, intellektual səviyyə və yaradıcı qabiliyyətlərini aşkarlamaq, onların fərdi potensiallarını inkişaf etdirmək məqsədilə təşkil edilən, 2019-2020-ci tədris ilindən keçirilən “Məktəblilərin təsviri və dekorativ-tətbiqi sənət müsabiqəsi” də muxtar respublikada xüsusi qabiliyyəti ilə seçilən məktəblilərin üzə çıxarılmasında, xalq sənətkarlığı nümunələrinin nümayişi və təbliği mühüm rol oynayır.

Ardını oxu...

“Naxçıvan” Universitetində keçirilən konfransı giriş sözü ilə ali təhsil ocağının rektoru, dosent Nurlana Əliyeva açıb, Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ardını oxu...

Naxçıvan Dövlət Universitetində Azərbaycan ali təhsil müəssisələri arasında ilk dəfə olaraq regional məntiq olimpiadası keçirilib.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsindən sonra olimpiada ilə bağlı videoçarx nümayiş etdirilib. Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev, Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzov, “Naxçıvan” Universitetinin rektoru Nurlana Əliyeva çıxış edərək belə yarışların tələbələrin məntiqi biliklərinin formalaşdırılması və inkişafına xidmət etmək baxımından əhəmiyyətini vurğulayıblar.

Ardını oxu...

Dünən Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən “Şagirdlərin formalaşdırılmasında mütaliənin rolu və əhəmiyyəti” mövzusunda tədbir keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov çıxış edərək bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində təhsil müəssisələrinin infrastrukturu yenilənmiş, şagirdlərin təhsil alması üçün zəruri şərait yaradılmışdır. Bununla yanaşı, təhsil müəssisələrinin kitabxanaları da zəruri avadanlıqlarla təchiz olunmuş, fondu zənginləşdirilmiş, kompüterlə təminatı istiqamətində zəruri tədbirlər görülmüş, kitabxanalar 3 milyona yaxın dərslik, 600 mindən çox latın qrafikası ilə çap olunmuş bədii ədəbiyyatla təmin edilmişdir.

Ardını oxu...

Bu gün muxtar respublikamız sosial-iqtisadi inkişafın ən yüksək dövrünü yaşayır. Müasirlik donuna bürünmüş qədim Naxçıvana gələn qonaqlar da bunu görür, təəccüblərini gizlətmirlər. Diyarımızda həyata keçirilən quruculuq tədbirləri və bu tədbirlər hesabına qazandığımız bütün nailiyyətlər isə ulu öndərmiz Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətin bəhrələridir. Bu tərəqqi yurdumuzun hər bir bölgəsində aydın hiss olunur. Bütün yaşayış məntəqələrində təhsil, səhiyyə, mədəniyyət müəssisələri, inzibati binalar tikilib istifadəyə verilir, yollar yenidən qurulur, yeni iş yerləri açılır. Sevindirici haldır ki, bu tədbirlər ucqar dağ və sərhəd kəndlərində də həyata keçirilir. Əhalinin rifahının yaxşılaşdırılmasına xidmət edən belə tədbirlər Culfa rayonunu da əhatə edib. Rayonda həyata keçirilən kompleks quruculuq tədbirlərini göz önünə gətirsək, günün reallığını bir daha təsdiq etmiş olarıq. Qızılca kəndi də bu sıradadır.

Ardını oxu...

Naxçıvan Müəllimlər İnstitutunda tədris planlarına uyğun olaraq Təsviri incəsənət müəllimliyi, Təhsildə sosial-psixoloji xidmət ixtisaslarının pedaqoji, Kitabxanaçılıq və informasiya fəaliyyəti ixtisasının isə ixtisas təcrübələrinin başlanğıc konfransı keçirilib.

Ardını oxu...

Azərbaycan Respublikasının Pakistandakı səfiri Əli Əlizadə Naxçıvan Dövlət Universitetində olub. Ali təhsil ocağının rektoru, dosent Elbrus İsayev qonağa universitet haqqında ətraflı məlumat verib. Qeyd edilib ki, 2020-ci ildə Ali Baş Komandanın yüksək siyasi bacarığı, ordumuzun rəşadəti və xalqımızın birliyi nəticəsində qazanılan tarixi qələbədə Pakistan dövlətinin də siyasi və mənəvi dəstəyi böyük rola malik olub. Rektor Dağlıq Qarabağ münaqişəsinin həllində Pakistan dövlətinin tutduğu qətiyyətli və prinsipial mövqeyin xalqımız tərəfindən də həmişə böyük rəğbətlə qarşılandığını diqqətə çatdırıb.

Ardını oxu...

“Naxçıvan” Universitetində “Ali məktəbdə müəllim-tələbə münasibətlərinin pedaqoji-psixoloji məsələləri” mövzusunda keçirilən elmi konfransda universitetin prorektoru, iqtisad üzrə fəlsəfə doktoru Hüseyn Bağırsoylu çıxış edərək bildirib ki, müasir təhsil sistemi, müasir dövrün təhsil standartları tərəflər arasında daha sıx əlaqə, innovativ imkanlardan səmərəli istifadə ilə yanaşı, təhsilə müasir yanaşma da tələb edir.

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR