21 Dekabr 2024, Şənbə

Naxçıvan Muxtar Respublikasında yol hərəkətinin təhlükəsizliyi sahəsində təbliğat-təşviqat işinin təşkili ilə bağlı 2020-2021-ci tədris ili üçün tədbirlər planına uyğun olaraq 18 dekabr 2020-ci il tarixdə Naxçıvan şəhər ümumtəhsil məktəblərində tədbirlər keçirilmişdir.

Tədbirlərin keçirilməsində başlıca məqsəd uşaq və yeniyetmələrin iştirakı ilə yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində profilaktiki tədbirlərin gücləndirilməsi, habelə ümumtəhsil məktəblərində şagirdlərə təhlükəsiz davranış vərdişlərinin daha yüksək formada inkişaf etdirilməsi, ictimai nəqliyyat vasitələrinin sürücülərini daha məsuliyyətli və cəmiyyətə qarşı daha qayğıkeş olmağa səsləmək, piyadaları özlərinin və başqalarının təhlükəsizliyi məqsədilə daha məsuliyyətli olmağa çağırmaq, ictimai nəqliyyatdan istifadə edən sərnişinlərə öz ictimai və vətəndaş öhdəlikləri, hüquqları haqqında məlumat vermək, şagirdlərin yol hərəkəti təhlükəsizliyi qaydaları ilə bağlı biliklərinin artırılmasıdır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyində istehsalat təcrübəsi keçən Naxçıvan Dövlət Universitetinin “Menecment” və “Naxçıvan” Universitetinin “İqtisadiyyat” ixtisasları üzrə IV kurs tələbələri  Naxçıvan Biznes Mərkəzində olublar.

Burada bələdçi tərəfindən tələbələrə mərkəzin fəaliyyət sahələri, muxtar respublikanın sosial- iqtisadi göstəriciləri və sosial infrastruktur obyektləri ilə bağlı göstəricilər, sərgi salonunda nümayiş olunan yerli istehsal məhsulları və istehsalçı şirkətlər haqqında ətraflı məlumat verilib. Bildirilib ki, 2013-cü ildən fəaliyyətə başlayan mərkəzin əsas vəzifələri biznesin təşkili, sahibkarlar arasında işgüzar əlaqələrin gücləndirilməsi, müxtəlif tədbirlərin təşkili, sahibkarlara metodiki köməkliyin göstərilməsi, muxtar respublikada istehsal olunan məhsulların sərgisinin təşkili, həmçinin  xalq yaradıcılığı sahələrinin təbliği və inkişafına nail olmaqdır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinə hamiliyə verilmiş Naxçıvan Dövlət Universitetinin “İqtisadiyyat” ixtisasında təhsil alan tələbələrin istehsalat təcrübəsində bilik və bacarıqlarının artırılması istiqamətində keçirilən tədbirdə Xidmətin əməkdaşı İsmayıl Bağırov bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclis Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamı kadr potensialının formalaşması, yüksək intellektli mütəxəssislərin hazırlanması baxımından böyük əhəmiyyət kəsb edir. 15 aprel 2019-cu il tarixdə “Naxçıvan Muxtar Respublikasında ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinin vəziyyəti və innovasiyaların dəstəklənməsi barədə” keçirilən müşavirədə Ali Məclisin Sədri aid təşkilatlara tapşırıqlar verilib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Oxunması zəruri olan kitablar haqqında” 2017-ci il 28 avqust tarixli Sərəncamına əsasən Naxçıvan Dövlət Universitetində keçirilən növbəti dəyirmi masada “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Yeni əsr və III minillik münasibətilə Azərbaycan xalqına müraciəti” kitabı müzakirə edilib. Dəyirmi masanı giriş sözü ilə açan universitetin rektoru, dosent Elbrus İsayev gənc nəslin vətənpərvərlik, tarixi kökə bağlılıq ruhunda tərbiyə edilməsində sərəncamın əhəmiyyətindən bəhs edib və kitabın məziyyətlərindən danışıb. Bildirilib ki, bu nəşr xalqımız üçün əhəmiyyət kəsb edən tarixi məqamları əhatə edir və kitabda tariximizin bütün dövrləri təhlil olunur.
Yeni Azərbaycan Partiyası Universitet şəhərciyi ərazi ilk təşkilatının sədri Asəf Əliyev, Tarix fənninin tədrisi metodikası və metodologiyası ixtisası üzrə II kurs magistr tələbəsi Nurtac Zeynalova çıxış ediblər.
Sonra Yeni Azərbaycan Partiyası sıralarına qəbul olunmuş gənc­lərə üzvlük vəsiqələri təqdim edilib. Tələbələrin sualları cavablandırılıb, videoçarxa baxış olub.

Telli Mustafayeva

“Naxçıvan” Universitetində “Naxçıvanda son 25 ildə sosial-iqtisadi inkişaf ” adlı respublika konfransı keçirilib.
Plenar və bölmə hissələrindən ibarət olan konfransı giriş sözü ilə ali təhsil ocağının rektoru, dosent Nurlana Əliyeva açaraq bildirib ki, son 25 ildə sosial, iqtisadi, mədəni, humanitar, siyasi və digər sahələrdə Naxçıvan Muxtar Respublikasında həyata keçirilən tədbirlər qədim diyarın inkişafının davamlılığını təmin edib. Ulu öndərimiz Heydər Əliyev tərəfindən müəyyənləşdirilən siyasi xəttin uğurla davam etdirilməsi, görülən hər bir işin elmi əsaslara söykənməsi, uzunmüddətli inkişafın tərkib hissəsi olması sosial pro­qramların reallaşdırılmasına, əhalinin rifah halının gündən-günə daha da yaxşılaşmasına yol açır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində Naxçıvan Dövlət Universitetinin xidmətin hamiliyinə verilmiş Torpaqşünaslıq və aqrokimya ixtisasının tələbələri ilə növbəti görüş keçirilib. Tədbiri giriş sözü ilə xidmətin rəisi Müslüm Cabbarzadə açaraq ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi ilə bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamları ilə müəyyənləşdirilmiş vəzifələrin icrası istiqamətində görülmüş işlərdən danışıb. O, hamiliyə verilmiş ixtisaslarda təhsil alan tələbələrin bacarıqlı mütəxəssis kimi formalaşması, yaradıcı düşüncənin inkişaf etdirilməsi istiqamətində qarşıda duran vəzifələri tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Sonra tələbələrə innovativ ideyalar əsasında yeni layihələrin işlənməsi ilə bağlı məşğələ keçilib, onları maraqlandıran suallar cavablandırılıb.
Tələbələr xidmətdə iş prosesi, elektron informasiya sistemləri, xəritəçəkmə işləri ilə tanış olub, müasir geodeziya-ölçü avadanlıqlarına baxış keçirilib.

* * *

Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin hamiliyinə verilmiş Naxçıvan Dövlət və “Naxçıvan” universitetlərinin Turizm və otelçilik ixtisası üzrə təhsil alan IV kurs tələbələrinin istehsalat təcrübəsi davam edir. Tələbələr “Saat Meydanı” otelinin fəaliyyəti ilə yaxından tanış olublar.

Ardını oxu...

AMEA Naxçıvan Bölməsində 2020-ci ildə görülən elmi və elmi-təşkilati işlərin yekunlarına dair keçirilən tədbiri bölmənin sədri, akademik İsmayıl Hacıyev açıb, müvafiq istiqamətlər üzrə aparılan tədqiqatlardan danışıb.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi və Naxçıvan Dövlət Universitetinin birgə təsdiq etdiyi 2020-2021-ci tədris ilinə dair tədbirlər planının icrası istiqamətində işlər davam etdirilir. Tədbirlər planına uyğun olaraq universitetin Beynəlxalq münasibətlər və hüquq fakültəsinin Hüquqşünaslıq ixtisasının IV kurs tələbələrinin cari ilin noyabr-dekabr ayları ərzində nazirlikdə və tabe qurumlarında təcrübə keçmələri nəzərdə tutulur. Tələbələrin nazirliyin Naxçıvan Şəhər Nikah Evində, Naxçıvan Şəhər Qeydiyyat Şöbəsində və Naxçıvan Şəhər 3 saylı Notariat Ofisində təcrübə kursu keçmələri təmin edilib.

Ardını oxu...

Naxçıvan Dövlət Universitetində ABŞ-da yaşayan DOCOFIT şirkətinin qurucusu Rahib Heydərov “Pandemiya dövründə onlayn telemedicine” mövzusunda vebinar təlim keçib.

Ardını oxu...

Naxçıvan Dövlət Universitetində ABŞ-da yaşayan DOCOFIT şirkətinin qurucusu Rahib Heydərov “Pandemiya dövründə onlayn telemedicine” mövzusunda vebinar təlim keçib.

Ardını oxu...

Muxtar respublika ümumtəhsil məktəbliləri arasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım günü ilə bağlı Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbdə “Ürəklərdə yaşayan dahi” mövzusunda inşa yazı müsabiqəsi olub.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamı yüksəkixtisaslı kadr hazırlığı ilə yanaşı, innovasiyaların yaradılması istiqamətində yeni vəzifələrin müəyyənləşdirilməsində də əsas rol oynamaqdadır. Sərəncam təhsilin inkişafında yeni mərhələnin əsasını qoymuş, təhsil müəssisələrində yaradıcı düşüncənin və inkişafa xidmət edən layihələrin hazırlanmasına və tətbiqinə geniş imkanlar açmışdır.

Ardını oxu...

Naxçıvan Tibb Kollecində muxtar respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında yol hərəkəti qaydalarının təbliği ilə bağlı “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib.
Ali və orta ixtisas təhsili müəssisələrinin hər birindən bir komandanın iştirak etdiyi oyun 2 turdan ibarət olmaqla, hər turda 12 sual səsləndirilib. Suallar Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən müəyyənləşmiş yol hərəkəti qaydaları, həmçinin bu qaydalarla bağlı mövcud olan tarixi faktlar əsasında hazırlanıb.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamı hami təşkilatlar ilə təhsil müəssisələri arasında uğurlu əməkdaşlığa nail olunmasına, bununla da muxtar respublikada mütəşəkkil kadr hazırlığına öz bəhrəsini verməkdədir.

Ardını oxu...

 

 

 

“Naxçıvan” Universitetində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə “Oxunması zəruri olan kitabların Siyahısı”na daxil edilən  italyan yazıçısı Nikolo Makiavellinin “Hökmdar”  əsərinin müzakirəsi keçirilib.

Tədbiri giriş sözü ilə açan universitetin rektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Nurlana Əliyeva bildirib ki, müvafiq sərəncam üzrə müzakirəsi keçirilən kitablar gənc nəslin dünyagörüşünün zənginləşdirilməsi, vətənpərvərlik hisslərinin gücləndirilməsi, intellektual səviyyələrinin yüksəldilməsi və asudə vaxtlarının səmərəli təşkil olunması baxımından mühüm əhəmiyyətə malikdir.

Ardını oxu...

Məktəbin, müəllimin vəzifəsi təkcə bilik vermək, hansısa elmin sirlərini açıqlamaq deyil, həm də Vətənə layiqli şəxsiyyətlər yetişdirməkdir. İlkin vətənpərvərlik hissinin aşılanması isə müxtəlif üsullarla – şagirdlərə vətənpərvərlik mövzusunda mahnı və şeirlər öyrətmək, dövlət atributlarının şəkillərini çəkdirmək və sair vasitələrlə öyrədilir. Gənclərin çağırışaqədərki hazırlığı fənninin bu işdə böyük əhəmiyyət daşıdığını da vurğulamaq lazımdır. Bu fənn öz məzmunu etibarilə şagirdlərdə vətənpərvərlik, əqidəlilik, dözümlülük, cəsurluq, intizam və şəxsi məsuliyyət hissi kimi mənəvi keyfiyyətlərin inkişaf etdirilməsini, mülki müdafiə və ilkin tibbi yardım bacarıqlarının formalaşdırılmasını nəzərdə tutur.
Vətən uğrunda, torpaqlarımız uğrunda döyüşlərdə qəhrəmanlıq göstərmiş şəxslərin, beynəlxalq yarışlarda bayrağımızı yüksəldən idmançıların, Azərbaycanı dünyada tanıdan dövlət xadimlərinin, alim, yazıçı və incəsənət adamlarının şəxsi nümunələri də şagirdlər üçün tərbiyə məktəbidir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin imzaladığı “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun, “Naxçıvan Muxtar Respublikasının elm, ali və orta ixtisas təhsili müəssisələri ilə ümumtəhsil məktəbləri arasında əlaqələrin təşkili haqqında” 2015-ci il 14 mart tarixli sərəncamlar məktəblilərin vətənpərvərlik və milli-mənəvi dəyərlərə sadiqlik ruhunda tərbiyə olunmasında mühüm rol oynayır.

Ardını oxu...

Naxçıvan Dövlət Universitetinin Baytarlıq Təbabəti ixtisasında təhsil alan tələbələr Süni Mayalanma Mərkəzində olublar. Onlar burada heyvanların yemlənməsi, suvarılması, təmizlənməsi ilə bağlı işlərlə tanış ediliblər. Baytarlıq klinikasında olan tələbələr heyvanların müayinəsini, onlara qulluq prosesini izləyiblər.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların asudə vaxtının səmərəli təşkili, onların sərbəst yaşayış imkanlarının artırılması, istedadlarının üzə çıxarılması istiqamətində tədbirlər davam etdirilir. Bu məqsədlə növbəti tədbir 3 dekabr – Beynəlxalq Əlilliyi olan Şəxslər Günü münasibətilə Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində təşkil olunub. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə keçirilən bilik müsabiqəsində bu dəfə görmə məhdudiyyətli uşaqlar iştirak ediblər. Onlar verilən sualları cavablandırıb, bilik və bacarıqlarını nümayiş etdiriblər. Müsabiqənin yekununda bütün iştirakçılara hədiyyələr təqdim olunub, yüksək nəticə göstərənlər diplomlarla təltif olunublar.

 

 

 

Naxçıvan Dövlət Universitetində bu münasibətlə keçirilən tədbirdə əvvəlcə Qarabağ uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Hüquqşünaslıq ixtisası üzrə I kurs tələbəsi Yüksəl Əlizadə, həmin ixtisas üzrə qiyabi təhsil alan Orxan Kərimli və Teymur Osmanlının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ardını oxu...

Naxçıvan Dövlət Universiteti Beynəlxalq münasibətlər və hüquq fakültəsində tədbir keçirilib. 3 dekabr Beynəlxalq Əlillər Gününə həsr olunmuş tədbiri giriş sözüylə açan universitetin Beynəlxalq münasibətlər və hüquq fakültəsinin dekanı, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Yusif Hüseynov qeyd edib ki, Beynəlxalq Əlillər Günü bütün dünyada hər il dekabrın 3-də qeyd edilir və bu barədə 1992-ci il dekabrın 14-də BMT Baş Assambleyasının qətnaməsi qəbul olunub. Onun hədəfi ictimai həyatın bütün sahələrində əlillərin hüquqlarının qorunması və geniş ictimaiyyətin diqqətini onların problemlərinə yönəltməkdir. Bildirilib ki, 2006-cı ildə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” BMT-nin Konvensiyasına qoşulan Azərbaycanda əlil hüquqlarının qorunması, onların sağlamlıqlarının bərpası, sosial rifahının yaxşılaşdırılması, mənzillə təminatı, peşə ixtisasına yiyələnməsi, bir sözlə, tam hüquqlu üzv kimi cəmiyyətə inteqrasiya olunması üçün tədbirlər görülür.

Ardını oxu...

“Naxçıvan” Universitetində İkinci Qarabağ müharibəsi-Vətən müharibəsində qazandığımız şanlı qələbəmizə həsr olunmuş “Zəfər bizimdir, Qarabağ Azərbaycandır!” adlı tədbir keçirilib.
“Naxçıvan” Universitetinin şəhərciyində açıq havada keçirilən tədbir başlamazdan əvvəl Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda aparılan döyüşlərdə şəhid olmuş qəhrəman Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ardını oxu...

Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında Təsviri incəsənət kafedrasının müəllimi Ləman Məmmədovanın “Azərbaycan xalçaçılıq sənəti” adlı dərs vəsaitinin təqdimatı olub.
Tədbiri giriş sözü ilə açan universitetin rektoru Elbrus İsayev təqdimatı keçirilən kitabı müvafiq Dövlət proqramı istiqamətində mühüm töhfə olaraq dəyərləndirib.
Təsviri incəsənət kafedrasının professoru, Azərbaycan Respublikasının Xalq rəssamı Hüseynqulu Əliyev elmi məsləhətçisi və elmi redaktoru olduğu kitabın “Ön söz”ündə müəllif haqqında fikirlərini bildirib.

Ardını oxu...

Naxçıvan Dövlət Universitetində “İstiqamətli proyeksiya ekranının optik dizaynı” adlı vebinar keçirilib. Vebinarı Yaponiyada yaşayan həmyerlimiz, elektronika üzrə elmlər doktoru, professor Xəlil bəy Kələntər keçib.

Ardını oxu...

Naxçıvan şəhər 15 nömrəli tam orta məktəbdə IX-XI sinif şagirdləri arasında məktəblilərin muxtar respublika fənn olimpiadasının final mərhələsi keçirilib.

Ardını oxu...

“Naxçıvan” Universitetinin əməkdaşları Nyu-Yorkda keçirilən “Fənlərarası tədqiqat və təcrübələrin inkişaf tendensiyaları” adlı onlayn beynəlxalq konfransda iştirak ediblər.
Onlayn konfransda “Naxçıvan” Universitetini Riyaziyyat və informatika kafedrasının müəllimləri Səbinə Mahmudova, İlham Süleymanov, Nazlı Əjdərova və İqtisadiyyat kafedrasının müəllimi Rifat Mahmudov təmsil ediblər.

Ardını oxu...

“Naxçıvan” Universitetində “Azərbaycanda bank sektoru: problemlər və onların həlli yolları” mövzusunda elmi-praktik konfrans keçirilib.
Konfransı giriş sözü ilə “Naxçıvan” Universitetinin Tədris və tərbiyə işləri üzrə prorektoru, iqtisad üzrə fəlsəfə doktoru Hüseyn Bağırsoylu açaraq bildirib ki, dünyadakı mürəkkəb iqtisadi şəraitdə bankların verdiyi qərarlar cəmiyyət tərəfindən maraqla izlənilir, iqtisadi mənafelərin qorunması baxımından bu vacib institusional qurumlar qarşısında mühüm məsuliyyət yaranır.
Tədbirdə Azərbaycan Respublikası Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin əməkdaşı Azər Səfərov, İdarəetmə kafedrasının müəllimi Murad Sevdimalıyev və universitetin Mühasibat uçotu və audit ixtisası üzrə III kurs tələbəsi Səma İsmayılova çıxış ediblər.
Sonda konfrans iştirakçılarının sualları cavablandırılıb.

Seyfur Hacımuradov

Naxçıvan Dövlət Universitetində İqdır Universiteti rektorunun başçılıq etdiyi numayəndə heyəti ilə görüş olub. Görüşdə Naxçıvan Dövlət Universitetinin rektoru, dosent Elbrus İsayev, İqdır Universitetinin rektoru, professor Mehmek Hakkı Alma, rektor köməkçisi və Fənn ədəbiyyat fakültəsinin dekanı, professor İbrahim Demirtaş, Ziraət fakültəsinin dekanı, professor Veli Uygur, İnşaat və texniki şöbə müdiri Nedim Duman iştirak ediblər.

Ardını oxu...

Dünən Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin birgə təşkilatçılığı ilə Naxçıvan Dövlət Texniki Kollecində “Sabahın tədqiqatçıları” layihəsinin icrası ilə bağlı tədbir keçirilib.

Tədbirdə çıxış edən Təhsil naziri Rəhman Məmmədov bildirib ki, “Sabahın tədqiqatçıları” layihəsinin əsas məqsədi ümumi təhsil müəssisələrində təhsil alan, elmi-tədqiqat işinə meyli olan istedadlı şagirdlərin aşkar edilməsidir. Sevindirici haldır ki, layihənin iştirakçısı Naxçıvan şəhər 15 nömrəli tam orta məktəbin şagirdi İnci Nəsirovanın layihəsi XI Beynəlxalq elmi-praktik konfransında müzakirə edilib və 1-ci yerə layiq görülüb. Onun adı Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı”na yazılıb və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin xüsusi aylıq təqaüdünə layiq görülüb. Bununla yanaşı, Beynəlxalq müsabiqələrdə 2 layihə I, 1 layihə II, 3 layihə isə III yerlərə layiq görülüb.

Ardını oxu...

Noyabrın 24-də “Naxçıvan” Universitetində Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə “BMT” simulativ debatı  keçirilib. Debatda  BMT-nin üzvü olan 17 ölkəni təmsil edən universitet tələbələrinin  “Dağlıq Qarabağ”   mövzusunda fikirləri dinlənilib.

Sonda debatda fəal iştirak edən tələbələr “Ən yaxşı debatçı” və “Ən yaxşı təmsilçi” nominasiyaları üzrə mükafatlandırılıblar.

Məhərrəm HƏSƏNOV 

“Naxçıvan” Universitetinin IV kurs tələbəsi 

 

 

 

 

 

Naxçıvan Dövlət Texniki Kollecində “Təhsildə innovasiya: STEAM təhsil metodu və onun əhəmiyyəti” mövzusunda tədbir keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov çıxış edərək bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamı yüksəkixtisaslı kadr hazırlığı ilə yanaşı, innovasiyaların yaradılması istiqamətində də yeni vəzifələr müəyyənləşdirib. Sərəncam təhsilin inkişafında yeni mərhələnin əsasını qoyub, təhsil müəssisələrində yaradıcı düşüncəni və inkişafa xidmət edən layihələrin hazırlanmasına və tətbiqinə geniş imkanlar açıb. Bunun nəticəsidir ki, muxtar respublikada təhsilin inkişafı, innovativ təhsil üsullarının tətbiqi istiqamətində “İnnovativ dərnəklər”, “Sabahın tədqiqatçıları”, “Sabahın müəllimi”, “İnteraktiv dərs”, “Nümunəvi dərs”, “Distant təhsil” layihələri tətbiq edilir.

Ardını oxu...

Azərbaycan Respublikasının işğal altında olan torpaqlarının azad edilməsi münasibətilə Naxçıvan Dövlət Universitetinin “Magistr” ixtisası üzrə I kurs tələbələri Culfa rayonu Əlincə kəndi ərazisində yerləşən Əlincə qalaya zəfər yürüyüşü ediblər.

Ardını oxu...

“2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində idman klubları yaradılıb. Noyabrın 20-də Naxçıvan Muxtar Respublikasının Təhsil, Gənclər və İdman nazirliklərinin birgə təşkilatçılığı ilə Naxçıvan Dövlət Texniki Kollecində idman klublarının təqdimatı keçirilib. 

Tədbirdə Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov çıxış edərək bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində ümumtəhsil müəssisələrində 33 futbol, 16 minifutbol idman meydançası, 196 idman zalı və açıq idman qurğuları, şahmat sinifləri şagird və müəllimlərin ixtiyarına verilib. Şahmat məktəbləri 67 kompüter və 9 elektron lövhə, həmçinin şahmatla bağlı elektron tədris vəsaitləri ilə təchiz olunub, şahmat fənnini tədris edən müəllimlərin sertifikasiyası aparılıb, 505 müəllim sertifikatla təmin edilib.

Ardını oxu...

Naxçıvan şəhərindəki Dövlət Bayrağı Muzeyində Naxçıvan Dövlət Universitetinin Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması ixtisası üzrə təhsil alan tələbələri üçün hamiliklə bağlı “Milliyətimizi, dini inancımızı və müasirliyimizi təcəssüm etdirən dövlət bayrağımız” mövzusunda açıq dərs keçilib.
Dərsi giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin Mədəniyyət və mədəni irs şöbəsinin müdiri Gülbuta Babayeva əvvəlcə Azərbaycan Ordusunun zəfər yürüşünün parlaq qələbə ilə nəticələnməsi münasibətilə tədbir iştirakçılarını təbrik edib.
Qeyd edilib ki, mənəviyyatımızın, azad və müstəqil milli düşüncəmizin ən şanlı təcəssümü olan Azərbaycan bayrağı 1990-cı il noyabrın 17-də xalqımızın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda əbədi yüksəkliyə qaldırılıb.

Ardını oxu...

Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsində ilk dəfə qəbul aparılan ingiliscə İqtisadiyyat ixtisası üzrə kadr hazırlığı davam edir. Bu məqsədlə yeni ixtisasda dərslərlə məşğul olacaq müəllimlər və habelə fakültə tələbələri üçün ABŞ-ın Şimali İlliyons Universitetinin professorlarının onlayn məşğələləri təşkil olunub.
Təlimdə ilk olaraq “Biznesə giriş və biznes strategiyası” mövzusunda professor Paul Prabhaker, “Sahibkarlıq və kiçik biznesin inkişafı” məşğələsini isə ABŞ-ın İndiana şəhərində yerləşən Purdue Universitetinin professoru Jamaluddin Husain keçib. Noyabrın 16-da təlimin növbəti 10-cu məşğələsi olub. “Keyfiyyət idarəetməsi” mövzusunda təqdimat aparan professor Con Kalaras qlobal rəqabət şəraitində firmaların həyata keçirdiyi strategiya, müxtəlif ölkələrdə bunun üçün tətbiq olunan modellər barədə geniş təqdimat aparıb.
Təlimlər sentyabr ayından başlayıb və dekabrın 7-dək davam etdiriləcək.

Səadət Əliyeva

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin təşkilatçılığı və Naxçıvan Dövlət Texniki Kollecinin tələbələrinin iştirakı ilə “Naxçıvanda ordu quruculuğu” mövzusunda onlayn açıq dərs keçilib.

Ardını oxu...

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan təhsil siyasəti bu gün ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, bu istiqamətdə məqsədyönlü tədbirlər həyata keçirilir. Azərbaycanın dünyanın inkişaf etməkdə olan ölkələri sırasında öz layiqli yerini tutması üçün digər sahələr kimi, təhsilin də standartlara cavab verməsi, təhsil­alanların müasir bilik və bacarıqlara yiyələnmələri təmin olunur.
Qürur hissi ilə deyə bilərik ki, bu gün muxtar respublikamızda da bütün sahələrlə yanaşı, təhsilə qayğı prioritet vəzifələr sırasındadır. Bunun ifadəsidir ki, təhsildə qazanılan uğurlar sürətlə artır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin imzaladığı müvafiq sərəncamlar təhsilin inkişafında yeni mərhələnin əsasını qoymaqla tədrisin keyfiyyətini daha da yüksəldib. Bu gün doğma diyarımızda ümumtəhsil məktəbləri və ali təhsil müəssisələri ən müasir informasiya və kommunikasiya texnologiyaları ilə təmin ediliblər. Bunun da nəticəsində orta, orta ixtisas və ali məktəblərdə interaktiv təlim metodlarından istifadə ildən-ilə daha da genişlənir və təkmilləşir.

Ardını oxu...

“Naxçıvan” Universitetində İqtisadiyyat və İdarəetmə fakültələrinin əyani şöbəsinin “İqtisadiyyat”, “Turizm və otelçilik”, “Mühasibat uçotu və audit”, “Beynəlxalq münasibətlər” və “Maliyyə” ixtisasları üzrə IV kurs tələbələrinin 2020-2021-ci tədris ilinin payız semestrində keçəcəkləri istehsalat təcrübəsinə həsr olunmuş başlanğıc konfransı keçirilib. Konfransı giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, "Naxçıvan" Universitetinin Tədris və tərbiyə işləri üzrə prorektoru, iqtisad üzrə fəlsəfə doktoru Hüseyn Bağırsoylu açaraq  istehsalat təcrübəsinin əhəmiyyətindən və təcrübə qaydalarından danışaraq onlara uğurlar arzulayıb. Bildirilib ki, ali məktəb tələbələrinin tədris prosesinin vacib istiqamətlərindən biri istehsalat təcrübəsidir. İstehsalat təcrübəsinin əsas məqsədi tələbələrin il boyu auditoriyalarda əldə etdiyi nəzəri biliklərin təcrübə ilə vəhdətdə daha dərindən öyrənilməsi, onların lazımı peşə qabiliyyətini mənimsəməsi, eləcə də peşəkar kadr kimi yetişməsindən ibarətdir.

Ardını oxu...

“Naxçıvan” Universitetində 17 noyabr Azərbaycan Dövlət Bayrağının İlk dəfə Naxçıvanda Qaldırıldığı Gün münasibətilə konfrans keçirilib.
Əvvəlcə ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ardını oxu...

Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində fəaliyyətdə olan dərnəklərlə yanaşı, “Robotexnika”, “Memarlıq-dizayn”, “Mental aritmetik”, “Maty-plyus”, “Bədii gimnastika”, “Ebru sənəti”, “Məntiq”, “Dulusçuluq”, “Ağac üzərində oyma”, “Metal üzərində bədii döymə”, “Xalçaçılıq”, “Sürətli oxu”, “Qum sənəti” kimi innovativ dərnəklərin yaradılması da fərqli istedadların üzə çıxmasında mühüm rol oynayıb.
Bu dərnəklər uşaq və gənclərə öz istedad və qabiliyyətlərini sınamaq fürsəti verib, nəticədə, onların yeni yaradıcılıq potensiallarının üzə çıxarılmasına imkanlar yaradıb. Yeni dərs ilinin başlanması ilə əlaqədar olaraq dərnəklər oktyabrın 1-dən fəaliyyətini bərpa edib. İstedadlı uşaqlar bu dərnəklərdə potensiallarını müxtəlif sahələr üzrə sınaya bilərlər.

 Türkan HÜSEYNLİ

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin oktyabrın 29-da imzaladığı Sərəncama əsasən 2020-2021-ci tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərmiş və Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələr Prezident təqaüdünə layiq görülüb. Sevindirici haldır ki, bu il muxtar respublika məzunlarından da 4-ü həmin tələbələr sırasındadır. Onlarla görüşüb həm yüksək ballarla ali məktəblərə qəbul olunmaları, həm də Prezident təqaüdünə layiq görülmələri münasibətilə təbrik etdik, həmsöhbət olduq.

2003-cü il də Ukraynanın Kiyev şəhərində anadan olan İlham Hüseynquliyev I-VI sinif təhsilini Kiyev, VII və VIII sinif təhsilini Türkiyə Respublikasının İzmir şəhərlərində alıb. 2017-ci ildən isə təhsilini Naxçıvan şəhər Heydər Əliyev adına tam orta məktəbdə davam etdirib. Oxuduğu illər ərzində məktəbin yüksək təlim göstəriciləri ilə fərqlənən şagirdlərindən biri olan İlham Hüseynquliyev hələ kiçik yaşlarından dəqiq elmlərə maraq göstərib, öz fəallığı, biliyi ilə seçilib, dəfələrlə diplom və fəxri fərmanlarla təltif edilib. İlham 2019-2020-ci tədris ilində keçirilən sınaq imtahanlarında 600-700 arası nəticə göstərib, eyni zamanda Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin keçirdiyi məktəblərarası “Nə? Harada? Nə zaman?” intellektual oyununda iki dəfə komanda ilə iştirak edərək I və II yerə layiq görülüb. O, 2018-2019-cu tədris ilində muxtar respublika fənn olimpiadasında fizika fənni üzrə I, 2019-2020-ci tədris ilində isə eyni fənn üzrə II yeri qazanıb. İlham, həmçinin rus və ingilis dillərində də sərbəst danışa bilir. Musiqiyə, incəsənətə böyük marağı olan İlhamın oriqami (kağızla qatlama) sənəti üzrə Naxçıvanda, Türkiyədə və Kiyevdə sərgiləri təşkil edilib.

Ardını oxu...

Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsində “Qarabağ Azərbaycandır!” vətənpərvərlik mövzusunda tədbir keçirilib. Universitetin Tədris və tərbiyə işlər üzrə prorektoru Rafiq Rəhimov Azərbaycan torpaqlarının haqsızcasına 30 il müddətində erməni tapdağı altında olmasından, bu haqsızlığa göz yummayacağımızdan danışıb. Vurğulanıb ki, artıq işğal altında olan torpaqlarımız bu gün Ali Baş Komandanımız cənab İlham Əliyevin uğurlu siyasəti və qətiyyətli addımı sayəsində öz azadlığına qovuşur. Prorektor onu da qeyd edib ki, universitetimizdə Fiziki tərbiyə və Çağrışaqədərki ­hazırlıq müəllimliyi ixtisası da vətənpərvər gənc nəslin formalaşmasında müstəsna rol ­oynayır.
Naxçıvan Muxtar Respublikası Veteranlar Təşkilatının sədr müavini Sultan İsmayılov çıxışında bildirib ki, Vətənə olan sevgi əbədi və əzəli bir hissdir. Diqqətə çatdırılıb ki, bizim müqəddəs borcumuz Vətənə xidmət etmək, hər qarış torpağına sinəmizi sipər edərək onu qorumaqdır.
Çıxışlardan sonra fakültə tələbələrinin ifasında kompozisiya təqdim edilib.

Ardını oxu...

Muxtar respublikada bütün sahələr kimi, təhsil də dövlət qayğısı ilə əhatə olunub. Təhsil müəssisələrinin infrastrukturunun müasirləşdirilməsi, müasir kompüter və elektron lövhələrlə təchizatı, laboratoriya və fənn kabinələrinin zəruri avadanlıqlarla təchizatı, kitabxana fondlarının zənginləşdirilməsi tədrisin yüksək səviyyədə təşkilinə geniş imkanlar açmışdır.
Yaradılan şəraitin nəticəsidir ki, muxtar respublikada təhsil sahəsində hər il uğurlu nəticələr əldə olunur. Bu il də muxtar respublikada məzunların nəticələri yüksək olmuşdur. 2019-2020-ci tədris ilində ümumtəhsil məktəblərini tam orta təhsil bazasından xüsusi nailiyyətlərlə bitirən məzunlardan 17-si qızıl, 17-si gümüş nişana, 34-ü fərqlənmə attestatına, ümumi orta təhsil bazasından isə 52-si fərqlənmə attestatına layiq görülmüşdür. Muxtar respublika üzrə şagirdlərdən 4-ü I, 7-si II, 13-ü isə III yer olmaqla, ümumilikdə, 24-ü respublika fənn olimpiadasının qalibi olmuşdur.

Ardını oxu...

Naxçıvan Dövlət Universitetində “Çağdaş Azərbaycan dilinin aktual problemləri” adlı elmi konfrans keçirilib. Tədbiri giriş sözü ilə açan universitetin elmi katibi, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Məftun İsmayılov Azərbaycan dilinin xalqımızın mənəvi varlığını ifadə edən əsas amil olduğunu deyib. Bildirilib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dil siyasəti bu gün ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Diqqətə çatdırılıb ki, muxtar respublikamızda da dövlətimizin dil siyasəti uğurla həyata keçirilir.

Ardını oxu...

Naxçıvan Dövlət Universitetinin “Elmi əsərlər” jurnalının “Fizika-riyaziyyat və texniki elmlər” seriyası çapdan çıxıb.
Jurnalının bu nömrəsində “Riyaziyyat və mexanika”, “Fizika”, “Texniki elmlər” adlı bölmələrdə elm və təhsil müəssisələrində çalışan əməkdaşların əldə etdiyi yeni elmi nəticələr əksini tapıb.

Ardını oxu...

“Vikipediya”nın gürcü dili bölməsində Qarabağ həqiqətləri və Ermənistanın terror siyasəti ilə bağlı məqalələrin yaradılması prosesi uğurla davam etdirilir.

Bu barədə  “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib.

“Bu gün informasiya müharibəsində “Vikipediya”da müxtəlif dillərdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, erməni vandalizmi haqqında məqalələrin yaradılması böyük əhəmiyyət daşıyır. Çünki bu məqalələrin müxtəlif dillərdə “Vikipediya”da yerləşdirilməsi Azərbaycan həqiqətlərinin, haqq səsimizin xarici oxuculara çatdırılmasında mühüm rol oynayır. Demək olar ki, məqalələrin əksər hissəsi “Vikipediya”nın gürcü dili bölməsinin fəalları tərəfindən yaradılıb. Belə ki, “Vikimedia” Fondunun Gürcüstan nümayəndəliyinin rəhbəri Mehman İbrahimov “Gəncə bombalanmaları”, “viki” könüllü Şöhrət Adıgözəlov isə “Bərdənin bombalanmaları” və şəhid general Polad Həşimov haqqında məqalə yaradıblar. Qeyd edək ki, könüllülər bu işi peşəkar səviyyədə yerinə yetirirlər. Qarşıda gürcü dilində Azərbaycana aid bir sıra məqalələrin yaradılıb oxucularının ixtiyarına verilməsi planlaşdırılır”, - deyə E.Eltürk qeyd edib.

 

 

 

Dekabrın 1-dək respublika ərazisində bütün təhsil müəssisələri distant fəaliyyət göstərəcək. Lakin bu dövr ərzində repetitor fəaliyyəti davam edə bilər.

Bunu Təhsil naziri Emin Əmrullayev oktyabrın 30-da keçirilən brifinqdə deyib.

Nazir qeyd edib ki, repetitor fəaliyyəti nazirliyin strukturuna daxil deyil. Ona görə də nazirlik onların fəaliyyətinə müdaxilə etmir.

 

 

 

Dekabrın 1-dək uşaq bağçalarının fəaliyyəti dayanır.

Bunu Təhsil naziri Emin Əmrullayev oktyabrın 30-da keçirilən brifinqdə deyib.

Nazir qeyd edib ki, bu müddət ərzində ölkədəki epidemioloji vəziyyət nəzərə alınaraq bağçaların mərhələli şəkildə fəaliyyətə başlaması müzakirə olunacaq.

 

 

 

Şagirdlərin naliyyətlərinin qiymətləndirilməsi üçün artıq bizdə təcrübə var.

Bunu Təhsil naziri Emin Əmrullayev  müxbirinin sualına cavab olaraq bu gün keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, ötən il bu online qaydada keçirildi. Bu il isə fərqi yoxdu dərslər distant və ya adi qaydaya olsa da, bu qiymətləndirmə həyata keçiriləcək: "Pandemiya imkan verərsə, biz daha tez adi dərs qaydalarına qayıtmağa çalışacağıq".

 

 

 

 

Erməni təxribatı nəticəsində 50-ə yaxın məktəb yararsız hala düşüb.

Bunu Təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, sentyabrın 27-dən erməni təxribatı yalnız cəbhə bölgəsinə deyil, cəbhədən kənar rayonlara da təsir edib. Bu təxribat nəticəsində 9 şagird dünyasını dəyişib.

Nazir bildirib ki, uşaqların təcavüzə məruz qalması erməni terrorunun bariz nümunəsidir.

 

 

 

Naxçıvan Dövlət Universitetində “Naxçıvan Muxtar Respublikasında innovasiyalı iqtisadi inkişaf və müasir maliyyə mexanizmləri” mövzusunda respublika elmi-praktik konfransı keçirilib.
Plenar iclası giriş sözü ilə açan universitetin rektoru, dosent Elbrus İsayev qeyd edib ki, ölkəmiz innovasiyalara açıq olan və sosialyönümlü yeni iqtisadi modelə keçib. Dövlət başçısının təsdiq etdiyi “Azərbaycan – 2020: gələcəyə baxış” inkişaf konsepsiyasında intellektual mülkiyyətin inkişaf etdirilməsi prioritet istiqamət kimi götürü­lüb. Vurğulanıb ki, texnologiyaların kadr hazırlığına tətbiqini həyata keçirməklə, ilk növbədə, universitetlərdə elmi səviyyəni yüksəltmək və bu əlaqəni iqtisadiyyatın inkişafına birləşdirmək üçün innovativ infrastruktur formalaşdırılmalıdır. Rektor Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Sərəncamının əhəmiyyətindən danışıb. Universitetdə yaradılan İnnovasiya Mərkəzinin fəaliyyətindən və tələbələrin təqdim etdiyi 12 startap layihəsindən ətraflı məlumat verib.

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR