22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi və Naxçıvan Dövlət Universitetinin birgə təsdiq etdiyi 2020-2021-ci tədris ilinə dair tədbirlər planının icrası istiqamətində işlər davam etdirilir. Tədbirlər planına uyğun olaraq universitetin Beynəlxalq münasibətlər və hüquq fakültəsinin Hüquqşünaslıq ixtisasının IV kurs tələbələrinin cari ilin noyabr-dekabr ayları ərzində nazirlikdə və tabe qurumlarında təcrübə keçmələri nəzərdə tutulur. Tələbələrin nazirliyin Naxçıvan Şəhər Nikah Evində, Naxçıvan Şəhər Qeydiyyat Şöbəsində və Naxçıvan Şəhər 3 saylı Notariat Ofisində təcrübə kursu keçmələri təmin edilib.

Onlara nikah əməliyyatlarının aparılması zamanı tələb olunan sənədlər barədə məlumat verilib, bu sahədə kargüzarlığın aparılması qaydaları əyani şəkildə göstərilib.
Tələbələrə qeydiyyat sahəsində aparılan vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatına dair ərizə formaları, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, notariat hərəkətləri, notariat hərəkətləri aparılmasının əsas qaydaları, notariat hərəkətləri aparılan zaman dövlət rüsumunun ödənilməsi qaydaları və notariat hərəkətlərinə dair qanunvericiliyin əsas müddəaları haqqında məlumat verilib.

Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR