22 Dekabr 2024, Bazar

“Vikipediya”nın gürcü dili bölməsində Qarabağ həqiqətləri və Ermənistanın terror siyasəti ilə bağlı məqalələrin yaradılması prosesi uğurla davam etdirilir.

Bu barədə  “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib.

“Bu gün informasiya müharibəsində “Vikipediya”da müxtəlif dillərdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, erməni vandalizmi haqqında məqalələrin yaradılması böyük əhəmiyyət daşıyır. Çünki bu məqalələrin müxtəlif dillərdə “Vikipediya”da yerləşdirilməsi Azərbaycan həqiqətlərinin, haqq səsimizin xarici oxuculara çatdırılmasında mühüm rol oynayır. Demək olar ki, məqalələrin əksər hissəsi “Vikipediya”nın gürcü dili bölməsinin fəalları tərəfindən yaradılıb. Belə ki, “Vikimedia” Fondunun Gürcüstan nümayəndəliyinin rəhbəri Mehman İbrahimov “Gəncə bombalanmaları”, “viki” könüllü Şöhrət Adıgözəlov isə “Bərdənin bombalanmaları” və şəhid general Polad Həşimov haqqında məqalə yaradıblar. Qeyd edək ki, könüllülər bu işi peşəkar səviyyədə yerinə yetirirlər. Qarşıda gürcü dilində Azərbaycana aid bir sıra məqalələrin yaradılıb oxucularının ixtiyarına verilməsi planlaşdırılır”, - deyə E.Eltürk qeyd edib.

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR