06 May 2024, Bazar ertəsi

Naxçıvan Dövlət Universitetində bu münasibətlə keçirilən tədbirdə əvvəlcə Qarabağ uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Hüquqşünaslıq ixtisası üzrə I kurs tələbəsi Yüksəl Əlizadə, həmin ixtisas üzrə qiyabi təhsil alan Orxan Kərimli və Teymur Osmanlının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ali təhsil ocağının rektoru, dosent Elbrus İsayev 44 gün davam edən və şanlı Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnən Qarabağ zəfəri münasibətilə tədbir iştirakçılarını təbrik edib. Vurğulanıb ki, qələbəyə Qarabağ müharibəsi dövründəki Ali Baş Komandan cənab İlham Əliyevin göstərdiyi yüksək liderlik keyfiyyətləri və Azərbaycan Ordusunun müasir hərbi vasitələr və silahlarla təchiz olunaraq yüksək əhval-ruhiyyə ilə mübarizəyə başlaması nəticəsində nail olunub. Rektor II Qarabağ döyüşlərində naxçıvanlı hərbçilərimizlə yanaşı, universitetdə təhsil alan tələbələrimizin də mərdliklə vuruşduqlarını, Şuşa uğrunda gedən döyüşlərdə də fəal iştirak etdiklərini diqqətə çatdırıb.
Şanlı Qələbədən sonra Naxçıvana qayıdan Məşqçilik ixtisası üzrə qiyabi şöbənin I kurs tələbəsi Fəxri Qazıbəyov da tədbirdə çıxış edib. Bildirib ki, oktyabrın 11-dən döyüşlərə qatılıb və xüsusi təyinatlıların dəstəsində Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı uğrunda gedən döyüşlərdə iştirak edib. Qazimiz Azıx mağarasına girən ilk hərbçilər sırasında özünün də olduğunu qürur hissi ilə ifadə edib.
Rektor Vətən müharibəsində fəal iştirakına görə Fəxri Qazıbəyova Fəxri Fərman təqdim edib.

Səadət ƏLİYEVA

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR