Naxçıvan Dövlət Universitetində “İstiqamətli proyeksiya ekranının optik dizaynı” adlı vebinar keçirilib. Vebinarı Yaponiyada yaşayan həmyerlimiz, elektronika üzrə elmlər doktoru, professor Xəlil bəy Kələntər keçib.
Tədbiri giriş sözü ilə açan universitetin rektoru Elbrus İsayev mövcud şəraitdə bu cür tədbirlərin əhəmiyyətini qeyd edib. Vurğulanıb ki, tələbələrlə birgə müəllimlərin də seminarlardan təcrübi cəhətdən faydalanması onun əhəmiyyətini artırır.
Dünya şöhrətli azərbaycanlı alim proyeksiya ekranları barədə danışıb və ilk dəfə belə ekranların tətbiqinin verə biləcəyi mənfəət açıqlanıb.
Sonda müəllim və tələbələrin mövzu ilə əlaqədar sualları cavablandırılıb.
Səadət ƏLİYEVA