22 Dekabr 2024, Bazar

AMEA Naxçıvan Bölməsində 2020-ci ildə görülən elmi və elmi-təşkilati işlərin yekunlarına dair keçirilən tədbiri bölmənin sədri, akademik İsmayıl Hacıyev açıb, müvafiq istiqamətlər üzrə aparılan tədqiqatlardan danışıb.

Bölmənin Elm və təhsil şöbəsinin müdiri, dosent Orxan Bağırov bildirib ki, bəhs olunan dövrdə bölmə əməkdaşlarının 18 monoqrafiyası, 19 kitabı, 1 metodik vəsaiti, 462 elmi məqaləsi, 207 konfrans materialı, 12 tezisi olmaqla, 719 elmi əsəri çap olunub, bir xəritə və bir buklet tərtib edilib. Əsərlərdən 3 monoqrafiya, 1 kitab, 91 məqalə, 67 konfrans materialı və tezislər olmaqla cəmi 174 əsər xaricdə nəşr olunub. Məqalələrin 20-si Clarivate Analytics (Tomson Reuters) olmaqla, 57-si impaktfaktorlu jurnallarda çapdan çıxıb. Elmi məqalələrin 111-i xaricdə olmaqla, 432-si beynəlxalq kodlu nüfuzlu elmi jurnallarda dərc olunub. Bölmədə iki seriya üzrə “Elmi əsərlər” və “Axtarışlar” jurnalının hər birinin üç nömrəsi çapdan çıxıb. Bölmə əməkdaşları “Vikipediya” açıq dünya ensiklopediyasında 20 yeni məqalə yerləşdirib, 5 yeni şablon yaradıb və 50-dən çox məqalə üzərində redaktə işləri aparıblar.
Qeyd olunub ki, ötən dövrdə bölmə əməkdaşlarının 705 qəzet məqaləsi işıq üzü görüb. Bölmənin Rəyasət Heyətinin iclaslarında 19 kitab və monoqrafiyanın müzakirə olunaraq nəşr edilməsi tövsiyə edilib. Bununla yanaşı, akademik və müxbir üzvlər respublikada və xaricdə keçirilən 6 beynəlxalq konfransda, muxtar respublikada keçirilən 11 konfrans, tədbir və təqdimatda çıxış ediblər. 20 bölmə, 7 muxtar respublika, 1 beynəlxalq səviyyəli konfrans, tədbir və təqdimat, 7 tədbir, oxunması zəruri olan kitabların müzakirəsi, o cümlədən çap olunmuş 15 kitab və monoqrafiyanın təqdimatı keçirilib. Hesabat dövründə bölmə üzrə 2 beynəlxalq səviyyəli qrant layihəsinin icrası davam etdirilib.
Vurğulanıb ki, cari ildə bölmədə ştat cədvəli üzrə 263 əməkdaş çalışır. Onlardan 10 nəfəri hesabat dövründə işə götürülüb. Bölmədə fəaliyyət göstərən elmi işçilərdən 2 nəfəri AMEA-nın həqiqi, 4 nəfəri isə müxbir üzvü, 4 nəfəri elmlər doktoru, 55 nəfəri fəlsəfə doktorudur ki, bu da elmi potensialın 67 faizini təşkil edir. Elmi əməkdaşların 47 nəfərinin və ya 48, 5 faizinin elmi adı vardır. Hazırda bölmədə 14 doktorant, 38 dissertant müvafiq dissertasiyalar üzrə tədqiqatları davam etdirilər. Hesabat dövrü ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamına əsasən Naxçıvan Dövlət Universitetinin AMEA Naxçıvan Bölməsinə hamiliyə verilmiş 5 ixtisası üzrə təhsil alan tələbələrin iştirakı üzrə bölmənin elmi-təqiqat müəssisələrində, həmçinin Bölmə və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birgə həyata keçirdiyi “Sabahın tədqiqatçıları” layihəsi çərçivəsində bir sıra tədbirlər həyata keçirilib.
İclasda tətbiq yönümlü işlər, bölmənin beynəlxalq əlaqələri, maddi-texniki bazanın artırılması sahəsində görülən işlər, mükafat və təltiflər barəsində də geniş danışılıb.
Sonra məruzə ətrafında çıxışlar dinlənilib.

 Güntac ŞAHMƏMMƏDLİ

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR