22 Dekabr 2024, Bazar

Avqustun 20-də I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanında istifadə olunmuş test tapşırıqlarının düzgün cavabları Dövlət İmtahan Mərkəzinin saytında yerləşdirilib.

Mərkəzdən bildirilib ki, imtahan nəticələri yaxın iki həftə ərzində elan olunacaq.

 

 

 

Dünyanın 51 ali təhsil müəssisəsi ilə əməkdaşlıq edən və təhsil səviyyəsinin yüksəkliyi ilə seçilən “Naxçıvan” Universiteti yeni tədris ilində Türkiyənin İstanbul Universiteti ilə əməkdaşlığı daha da genişləndirir.

“Naxçıvan” Universitetinin mətbuat xidmətindən  bildirilib ki, bu məqsədlə avqustun 19-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, “Naxçıvan” Universitetinin Tədris və tərbiyə işləri üzrə prorektoru, iqtisad üzrə fəlsəfə doktoru Hüseyn Bağırsoylu İstanbul Universitetində ali təhsil ocağının bir sıra rəhbər şəxsləri ilə görüşüb.

Ardını oxu...

Bu gün cari və əvvəlki illərin məzunları üçün I və IV ixtisas qrupları üzrə qəbul, II, III və V ixtisas qrupları üzrə ali təhsili müəssisələrinin və 9 illik təhsil bazasında kolleclərin müsabiqəsində buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil və qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyənlər üçün əlavə imtahanlar (Azərbaycan və ya rus dili) keçiriləcək.

Dövlət İmtahan Mərkəzindən bildirilib ki, imtahanlarda 20 min 100 abituriyentin iştirakı nəzərdə tutulur.

İmtahanlar saat 11:00-da başlanacaq. İmtahanların başlanmasına 15 dəqiqə qalmış buraxılış prosesi başa çatacaq. Həmin vaxtdan gec gələn iştirakçılar imtahan binasına buraxılmayacaq. Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd edilən vaxtda gəlmək tövsiyə olunur. İştirakçılar imtahana tibbi maska ilə gəlməli və ondan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) ərzində istifadə olunmalıdır.

Ardını oxu...

Təhsilin inkişafı ilə yanaşı, muxtar respublikada yaşayan bütün kateqoriyadan olan uşaqlara, o cümlədən valideyn himayəsindən məhrum və ya xüsusi qayğıya ehtiyacı olan uşaqlara hər zaman dövlət qayğısı göstərilmiş, onların təhsili, təlim-tərbiyəsi, mənəvi inkişafı daim diqqət mərkəzində olmuş, istedadlarının üzə çıxarılması, bilik və bacarıqlarının möhkəmləndirilməsi məqsədilə mühüm tədbirlər həyata keçirilmişdir. Bu qayğının bariz nümunəsi kimi Məhəmməd Füzuli adına Ordubad şəhər internat tam orta məktəbini qeyd edə bilərik. 

Ardını oxu...

Təhsil naziri Emin Əmrullayevlə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri Ceyms Layl Şarp və Britaniya Şurasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Samr Şah arasında onlayn görüş keçirilib.

Təhsil Nazirliyindən  bildirilib ki, görüşdə Azərbaycan ilə Böyük Britaniya arasında təhsil sahəsində əlaqələrin cari vəziyyəti, həmçinin gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib, Britaniya Şurasının dəstəyi ilə ölkəmizdə həyata keçirilən layihələr ətrafında fikir mübadiləsi aparılıb.

 

 

 

AMEA Naxçıvan Bölməsində AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi, pedaqogika üzrə elmlər doktoru, professor Oruc Həsənlinin 70 illik yubileyi münasibətilə tədbir keçirilib.
AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev çıxış edərək tədbirin iyulun 16-da Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin iclasında Oruc Həsənlinin 70 illik yubileyinin qeyd edilməsi ilə bağlı müvafiq qərara əsasən təşkil edildiyini bildirib.

Ardını oxu...

Bir sıra valideynlər var ki, pandemiyadan qorxuya düşüb, uşaqlarını məktəbə göndərmək istəməyəcəklər. Belə valideynlərlə xüsusi razılaşma protokolumuz olacaq.

Bunu yeni tədris ilinə hazırlıqla bağlı canlı yayımda Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu deyib.

Ardını oxu...

Sentyabr ayında orta məktəblərin hibrid qaydada açılması sanitar-gigiyenik normalara əməl etməyimizdən, sosial davranış qaydalarını qorumağımızdan və bunu başqalarından tələb etməyimizdən asılıdır.

Bunu yeni tədris ilinə hazırlıqla bağlı canlı yayımda Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu deyib.

V.Yaqublu bildirib ki, qarşıdakı bir aydan az müddətdə yoluxmanı müəyyən normaya, həddə qədər azaltmaq mümkün olsa, biz rahat şəkildə məktəblərə qayıda biləcəyik, əks halda yox. Yekunda bunu Nazirlər Kabineti və Operativ Qərargahın verdiyi qərar müəyyənləşdirəcək.

Şagirdlərin daha zəruri fənlər üzrə həftədə 2-3 dəfə məktəbə gəlmələri planlaşdırılır

Bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu deyib.

Onun sözlərinə görə, daha yuxarı siniflərin məktəbə həftədə 1-2 dəfə gəlməsi planlaşdırılır:

Ardını oxu...

Avqustun 17-də Milli Məclisin Elm və Təhsil komitəsi ilə Təhsil Nazirliyinin videoformatda konfransı keçirilib.

Konfransda növbəti tədris ilində təhsil müəssisələrinin fəaliyyətinin bərpası ilə bağlı məsələlər müzakirə olunub. Təhsil naziri Emin Əmrullayev konfransda çıxış edib.

Nazir bildirib ki, hazırda üzləşdiyimiz vəziyyət kifayət qədər mürəkkəbdir. Ölkə rəhbərliyinin bu dövrdə diqqət yetirdiyi əsas məsələ ilk növbədə insanların sağlamlığının qorunmasıdır. Emin Əmrullayev nazirlik tərəfindən normal şəkildə təhsilə davam ediləcəyi təqdirdə COVİD-19-a yoluxma sürəti ilə bağlı araşdırmaların nəticələri barədə məlumat verib.

Ardını oxu...

Dünən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Test mərkəzində Naxçıvan Muxtar Respublikasının dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının qiymətləndirilməsinin aparılması üçün test imtahanlarına start verilib.
Test imtahanlarında iştirak etmək üçün 101 nəfər sənəd təqdim etmişdir. İmtahanda hər bir namizədə ümumilikdə 60 olmaqla, müəssisələrdə tədris olunan ixtisaslar üzrə fənn proqramlarına aid 40, tədris metodikası və təlim strategiyalarına aid 20 test tapşırığı təqdim edilir. Sualları cavablandırmaq üçün 90 dəqiqə vaxt verilir və hər bir düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar düzgün cavablara təsir etmir.

Ardını oxu...

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Arxeoloji irsin tarixi və nəzəriyyəsi şöbəsinin müdiri, Naxçıvan Muxtar Respublikası ərazisində elmi tədqiqatlar aparan Xaraba Gilan arxeoloji ekspedisiyasının rəhbəri, tarix üzrə fəlsəfə doktoru Bəhlul İbrahimlinin “Naxçıvanın orta əsr şəhərləri: Aza (tarixi-arxeoloji tədqiqat)” monoqrafiyası “Avropa” nəşriyyatında çapdan çıxıb.

İnstitutdan bildirilib ki, monoqrafiya Naxçıvanın orta əsr şəhərlərindən biri olan Azanın tarixinin və maddi mədəniyyətinin tədqiqinə həsr edilib. E.ə. I minilliyin əvvəllərindən mixi yazılarda adı gedən Aza yaşayış yeri yalnız iki min il sonra – XIV-XVI əsrlərdə şəhər kimi mövcud olub, Osmanlı-Səfəvi müharibələri gedişində bir neçə dəfə dağıntıya məruz qalaraq şəhər statusunu itirib.

Ardını oxu...

II, III və V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və 9 illik təhsil bazasında kolleclərə ərizə verən xarici dil və ya bölməsini dəyişənlər üçün avqustun 21-də keçiriləcək əlavə imtahanda iştirak edəcək abituriyentlər “İmtahana buraxılış vərəqəsi” və “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni çap edə bilərlər.

Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib ki, avqustun 21-də II, III və V ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə və 9 illik təhsil bazasında kolleclərə sənəd verən abituriyentlər üçün Bakı, Gəncə və ya Naxçıvan şəhərlərində:

– ali və ya orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil imtahanı;

Ardını oxu...

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən avqustun 20-21-də keçiriləcək qəbul imtahanlarının ikinci mərhələsinin qrafiki elan olunub.

DİM-dən bildirilib ki, imtahanlar pandemiya şəraiti və xüsusi karantin rejimi tələblərinə uyğun olaraq təşkil ediləcək. İmtahanlarda kütləviliyin və təmas hallarının qarşısını almaq məqsədilə hər ixtisas qrupu üzrə imtahan DİM-in saytında verilən qrafikə uyğun keçiriləcək.

Cari ilin məzunları bitirdikləri məktəbin yerləşdiyi yerə uyğun imtahan mərkəzində imtahan verirlər. Əvvəlki illərin məzunları isə şəxsi kabinetlərində faktiki yaşadıqları ünvanı qeyd etdikləri halda, yaşadıqları ünvanın aid olduğu yerə uyğun, əks halda, şəxsiyyət vəsiqəsində qeyd olunmuş ünvanın aid olduğu yerə uyğun imtahan mərkəzində imtahan verirlər.

Ardını oxu...

Bu gün 18 min 102 nəfər abituriyent qəbul imtahanı verəcək.

Dövlət İmtahan Mərkəzindən bildirilib ki, imtahanlar saat 11:00-da başlanacaq. Saat 10:45-də buraxılış rejimi başa çatacaq. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmayacaq.

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.

Ardını oxu...

Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olunmaq üçün avqustun 13-də keçirilən imtahanda istifadə olunmuş test tapşırıqlarının düzgün cavablarını təqdim edib.

Mərkəzdən bildirilib ki, imtahan nəticələri yaxın iki həftə ərzində elan olunacaq. Dövlət İmtahan Mərkəzinin saytında II və III ixtisas qrupları üzrə qapalı və cavabları kodlaşdırıla bilən açıq tipli tapşırıqların düzgün cavabları (Azərbaycan və rus bölmələri) yerləşdirilib.

 

 

 

Avqustun 13-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən şəhər və rayonların imtahan qrafikinə uyğun olaraq ali təhsil müəssisələrinə II və III ixtisas qrupları üzrə qəbul imtahanları keçirilib.

DİM-dən bildiriblər ki, imtahanlar 16 şəhər və rayonda təşkil olunub. Mərkəz tərəfindən pandemiya şəraitinin tələblərinə əsasən iştirakçıların yalnız tibbi maska ilə imtahan binasına daxil olmasına icazə verilib. Buraxılış rejimi yeni qaydalara uyğun şəkildə tənzimlənib, imtahan heyəti müvafiq qoruyucu vasitələrlə (xüsusi geyim, əlcək, üz sipəri, tibbi maska) təmin olunub.

İmtahanların təşkil edilməsi üçün ümumilikdə 84 imtahan binası, 1450 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 84 ümumi imtahan rəhbəri, 247 imtahan rəhbəri, 1882 nəzarətçi–müəllim, 168 buraxılış rejimi əməkdaşı, 84 bina nümayəndəsi cəlb edilib.

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib. İmtahan keçirilən binaların qarşısında sırada gözləmək üçün nişanlayıcı xətlər çəkilib. İmtahan binasına buraxılış rejimi növbə ilə – lazımi sosial məsafəni gözləməklə təşkil olunub.

İmtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə edilib. İmtahana gələn iştirakçıların bədən hərarətləri normaya uyğun olub.

Ardını oxu...

Ali təhsil müəssisələrinə qəbul olmaq üçün ərizə verən, lakin hər hansı səbəbdən qəbul imtahanlarının I mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanı) iştirak etməyən abituriyentlərin imtahanın II mərhələsində iştirak etmələrinə icazə verilib.

Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

Bildirilib ki, iyunun 10-dan iyulun 30-dək buraxılış (qəbul imtahanlarının birinci mərhələsi) imtahanları keçirilib. Qeyd olunan imtahanlarda təqribən 200 mindən çox şagird (abituriyent) iştirak edib. Bu müddət ərzində ali və ya orta ixtisas təhsili müəssisələrinə sənəd verən, lakin üzrlü səbəblərdən (temperatur, xəstəlik və s.) imtahanlarda iştirak edə bilməyənlər üçün də DİM-ə sağlam olduqları haqqında arayış təqdim etdikdən sonra növbəti imtahan günlərinin birində imtahan verməsi üçün şərait yaradılıb. Çünki buraxılış (qəbul) imtahanları bir neçə dəfə (müxtəlif şəhər və rayonlar üzrə) keçirilib və ay yarımdan artıq davam edib. Buna görə həmin şəxslərin də imtahan verməsi üçün imkan yaradılıb.

Ardını oxu...

Avqustun 12-də Təhsil naziri Emin Əmrullayev Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral ilə görüşüb.

Təhsil Nazirliyindən  bildirilib ki, görüşdə Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında təhsil sahəsində əlaqələrin cari vəziyyəti və əməkdaşlıq perspektivləri müzakirə edilib.

 

Sabah 19 min 197 abituriyent qəbul imtahanı verəcək.

Dövlət İmtahan Mərkəzindən  bildirilib ki, imtahanlar saat 11:00-da başlanacaq. Saat 10:45-də buraxılış rejimi başa çatacaq. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmayacaq.

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.

İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) ərzində istifadə olunmalıdır.

Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- İmtahana buraxılış vərəqəsi;

Ardını oxu...

Dövlət İmtahan Mərkəzi tərəfindən avqust 13-14-də respublikanın 35 şəhər və rayonunda qəbul imtahanları keçiriləcək.

Mərkəzdən  bildirilib ki, imtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 164 imtahan binası, 2877 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 164 ümumi imtahan rəhbəri, 490 imtahan rəhbəri, 3754 nəzarətçi–müəllim, 328 buraxılışı təşkil edən əməkdaş, 164 bina nümayəndəsi cəlb edilib.

 

 

 

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən avqust 13-14-də respublikanın 35 şəhər və rayonunda qəbul imtahanları keçiriləcək.

Bu barədə DİM-dən məlumat verilib. Avqustun 13-14-də:

-cari və əvvəlki illərin məzunları üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanları;

- I və IV ixtisas qrupları üzrə ali təhsili müəssisələrinin müsabiqəsində buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil imtahanı və qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyənlər üçün əlavə imtahan (Azərbaycan və ya rus dili) da keçiriləcək.

İmtahanlar saat 11:00-da başlanır. Saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.

Ardını oxu...

I və IV ixtisas qrupları üzrə qəbul imtahanlarının ikinci mərhələsi 20-21 avqust tarixlərində keçiriləcək

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, 20-21 avqust 2020-ci il tarixlərində imtahan keçiriləcək rayon və şəhərlərin qrafiki, həmçinin “İmtahana buraxılış vərəqəsi” imtahan günündən 5 gün əvvəl DİM-in saytında yerləşdiriləcək. 

Ardını oxu...

AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərlinin “Əlincəçay mahalının epiqrafik abidələri” adlı monoqrafiyası işıq üzü görüb.

Naxçıvan Bölməsinin Beynəlxalq əlaqələr və informasiya şöbəsindən bildirilib ki, nəşrdə Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən olan Naxçıvanın epiqrafik abidələrinin geniş yayıldığı yerlərdən biri, Əlincəçayın adı ilə adlanan mahala daxil olan yaşayış məskənlərində qeydə alınaraq tədqiq edilən epiqrafik abidələr işıqlandırılıb.

Ardını oxu...

“Rusiya Federasiyası, Qazaxıstan və Azərbaycanda səhiyyədə strateji keyfiyyət menecmenti və riskin idarə olunması üzrə açıq və distant təhsil formatında peşə bakalavrı və peşə magistri hazırlığı” mövzusunda Erasmus + LMQ SANTE layihəsinə start verilir. Naxçıvan Dövlət Universitetinin də qatıldığı layihənin müddəti 3 ildir. Layihənin məqsədi səhiyyə maarifinin yüksəldilməsi, səhiyyə sisteminin inkişafı və ixtisaslı tibbi kadrların hazırlanması, onların tibbi bacarıqlarının inkişaf etdirilməsidir.
Layihə təlim-tədris proqramlarını inkişaf etdirmək və təlimdə innovasiyaların tətbiqinə nail olmaq üsullarını qarşısına məqsəd qoyur. Partnyor ölkələrin səhiyyə və təhsil nazirliklərinin dəstəklədiyi layihənin təşəbbüskarı Yunanıstanın Qərbi Attika Universiteti, regional koordinatoru isə Azərbaycan Texniki Universitetidir. Layihədə Avropa İttifaqından Afina Universiteti, Nice Universiteti, Cluj Universiteti, Rusiya Federasiyasından 8 universitet, Qazaxıstandan 6 universitet iştirak edir. Layihədə ölkəmiz həm də M.Seçenov adına Moskva Tibb Universitetinin filialı, Onkologiya Mərkəzi ilə təmsil olunur.

Səadət ƏLİYEVA

“Rusiya Federasiyası, Qazaxıstan və Azərbaycanda səhiyyədə strateji keyfiyyət menecmenti və riskin idarə olunması üzrə açıq və distant təhsil formatında peşə bakalavrı və peşə magistri hazırlığı” mövzususunda Erasmus + LMQ SANTE layihəsinə start verilir.

Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən bildirilib ki, universitetin də qoşulduğu layihənin müddəti 3 ildir.

Layihənin məqsədi səhiyyə maarifinin yüksəldilməsi, səhiyyə sisteminin inkişafı və ixtisaslı tibbi kadrların hazırlanması, onların tibbi bacarıqlarının inkişaf etdirilməsidir. Layihə təlim-tədris proqramlarını inkişaf etdirmək və təlimdə innovasiyaların tətbiqinə nail olmaq üsullarını qarşısına məqsəd qoyur.

Tərəfdaş ölkələrin Səhiyyə və Təhsil nazirliklərinin dəstəklədiyi layihənin təşəbbüskarı Yunanıstanın Qərbi Attika Universiteti, regional koordinatorı isə Azərbaycan Texniki Universitetidir. Layihədə Avropa İttifaqından Afina Universiteti, Nice Universiteti, Cluj Universiteti, Rusiya Federasiyasından 8 universitet, Qazaxıstandan 6 universitet iştirak edir.

Layihədə ölkəmiz, həmçinin Seçenov adına Moskva Tibb Universitetinin filialı, Onkologiya mərkəzi ilə təmsil olunur.

 

 

 

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən avqustun 13-də və 14-də keçiriləcək qəbul imtahanlarının ikinci mərhələsinin qrafiki elan olunub.

DİM-dən bildirilib ki, qeyd olunan tarixlərdə cari və əvvəlki illərin məzunları üçün II və III ixtisas qrupları üzrə qəbul, I-IV ixtisas qrupları üzrə ali və ya orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil, qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyənlər üçün əlavə (Azərbaycan və ya rus dili) imtahanlar keçiriləcək.

I-IV ixtisas qrupu üzrə sənəd verən abituriyentlərin blok imtahanları (həmçinin II və III ixtisas qrupu üzrə sənəd verənlərin əlavə xarici dil imtahanları ) tarixləri haqqında növbəti həftə məlumat veriləcək.

Ardını oxu...

Müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərliyinin hər iki dövründə bütün sahələrdə olduğu kimi, elm sahəsinin inkişafında da əvəzsiz xidmətlər göstərmişdir. Görkəmli dövlət xadiminin ölkə elminin inkişafı sahəsində qəbul etdiyi mühüm tarixi qərarlardan biri də 2002-ci il 7 avqust tarixli Sərəncamla Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin yaradılmasıdır. Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin təşkili və formalaşdırılması ilə əlaqədar ulu öndərin sədrliyi ilə 2002-ci il avqustun 12-də Naxçıvan Muxtar Respublikasında müşavirə keçirilmişdir. Müşavirədə bölmənin yaradılması zəruriliyindən bəhs edən ümummilli lider Heydər Əliyev demişdir: “Mən bununla Naxçıvan Muxtar Respublikasının indiyə qədər çox az öyrənilmiş qədim tarixinin, mədəniyyətinin, elminin, ədəbiyyatının yenidən dərindən araşdırılması və onlar haqqında elmi əsərlərin, populyar kitabların, yaxud başqa nəşrlərin hazırlanması məqsədi daşıyıram. Eyni zamanda Naxçıvanın özünəməxsus təbiəti, təbii sərvətləri, torpağı, təbii abidələri də, təəssüflər olsun ki, indiyə qədər lazımi dərəcədə öyrənilməyib...”

Ardını oxu...

Dövlət İmtahan Mərkəzi avqustun 5-də baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidenturaya qəbul imtahanının I mərhələsini keçirib. İmtahan Bakı şəhərində 6 binada, Naxçıvan şəhərində isə 1 binada təşkil olunub. Bütün binalarda saat 1100 da başlayan və 2 saat 30 dəqiqə davam edən imtahanda 1428 namizəd biliyini sınayıb. İmtahanların keçirilməsi üçün, ümumilikdə, 7 imtahan binası, 110 imtahan zalı ayrılıb, imtahanlara 7 ümumi imtahan rəhbəri, 19 imtahan rəhbəri, 142 nəzarətçi-müəllim, 14 buraxılış rejimi əməkdaşı cəlb olunub.

Ardını oxu...


Dövlət İmtahan Mərkəzi tərəfindən Naxçıvan şəhərində baza ali tibb təhsili əsasında həkim mütəxəssislərin hazırlanması məqsədilə rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçirilib.

Ardını oxu...

Ölkəmizdə koronavirus (COVID-19) pandemiyasına qarşı görülən tədbirlər nəticəsində virusun geniş yayılmasının qarşısını almaq mümkün olmuş və son günlər yoluxmaların sayında azalma müşahidə edilir. Bu dinamikanın qorunub saxlanılması məqsədilə 2020-ci il avqustun 31-dək ölkə ərazisində xüsusi, o cümlədən bir sıra şəhər və rayonlarda sərtləşdirilmiş xüsusi karantin rejimi çərçivəsində müəyyən məhdudiyyətlər qalmaqdadır. Ümumdünya Səhiyyə Təşkilatı və UNESCO dünyadakı mövcud pandemiya şəraitində qeyd ediblər ki, təhsil sistemləri epidemioloji vəziyyətə uyğun çevik yanaşmalar tətbiq etməli və yeni prosedurların hazırlanmasına ciddi önəm verməli, lakin COVID-19 pandemiyası ilə bağlı tətbiq olunan məhdudiyyətlərin ləğvi məsələsinə həddən artıq ehtiyatla yanaşılmalıdır. Hazırda Təhsil Nazirliyi tərəfindən 2020-2021-ci tədris ilinə hazırlıq məqsədilə sistemli tədbirlər həyata keçirilir. Ümumtəhsil müəssisələrinin I siniflərinə şagirdlərin qəbulu prosesi aparılır, müəllimlərin işə qəbulu imtahanının növbəti həftədən başlanması nəzərdə tutulur, təhsil müəssisələrinin tikintisi və təmiri, tədris resurslarının hazırlanması və digər sahələr üzrə işlər isə davam etdirilir. Eyni zamanda, Təhsil Nazirliyi tərəfindən pandemiya şəraitində tədris prosesinin təşkili ilə bağlı digər ölkələrin təcrübəsi və beynəlxalq təşkilatların tövsiyələri öyrənilir, ölkəmizin aidiyyəti dövlət qurumları ilə bu istiqamətdə müzakirələr aparılır.

Ardını oxu...

“Naxçıvan” Universitetinin Beynəlxalq əlaqələr şöbəsi yeni akademik ildə daha bir irimiqyaslı beynəlxalq layihənin icrasına başlayacaq.

Universitetin mətbuat xidmətindən bildirilib ki, ali təhsil ocağı daha bir beynəlxalq layihəyə tərəfdaş olaraq qoşulub. Erasmus+ proqramı tərəfindən maliyyələşdirilən ECAR (Azərbaycan rektorlar konfransının yaradılması) layihəsinə tərəfdaş seçilən universitet Naxçıvandan bu layihəyə qoşulan ilk və yeganə universitetdir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə gənclər arasında “Yaşa və öyrən” onlayn dostluq oyunu keçirilib.
Oyunda Gənclər Fondunun “Qasırğa”, “Simurq”, “Titanik” və “Rose” komandaları, Mədəniyyət Nazirliyinin isə “Uğur”, “Bermuda”, “Şahbuz”, “Əlincə”, “Hünər” və “Araz qayası” komandaları iştirak edib. Ümumilikdə, hər birində 3 nəfər olmaqla, 10 komandanın tərkibində cəmi 30 gənc yarışıb.

Ardını oxu...

2020/2021-ci tədris ili üçün 9 illik orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq istəyən abituriyentlərin qeydiyyatı bu gün başa çatır.

Ardını oxu...

AMEA Naxçıvan Bölməsində Əməkdar elm xadimi, professor Hüseyn Həşimlinin “Əli Səbri Qasımov: ömür yolu və yaradıcılığı” adlı monoqrafiyasının onlayn təqdimatı keçirilib.
Tədbiri İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev açaraq görkəmli alimin həyat və yaradıcılığından danışıb. Bildirib ki, cəmi 55 il ömür yaşayan professor Hüseyn Həşimli 30-a yaxın kitab və monoqrafiyanın, 340-dan çox elmi, yüzlərlə qəzet məqaləsinin müəllifi idi. O, Naxçıvan ədəbi mühitinin inkişaf yolları, bədii yaradıcılığın əsas istiqamətləri və mövzu rəngarəngliyini arxiv materialları və tarixi nəşrlərdə olan ədəbi nümunələr əsasında geniş tədqiq edib.

Ardını oxu...

Beynəlxalq Bakalavriat Diplom Proqramı (IB Diploma Programme); Təhsil haqqında ümumi sertifikatın yüksək səviyyəsi (Advanced Level of General Certificate of Education); Yüksək yerləşdirmə (Advanced Placement) təhsil proqramları üzrə təhsil almış abituriyentlərin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulunun aparıldığı ixtisaslar və ixtisaslar üzrə keçid balı dəyişib.

Bu, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil almış abituriyentlərin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbuluŞərtləri”ndə dəyişiklik edilməsi barədə qərarında əksini tapıb.

Dəyişikliyə əsasən, nəzərdə tutulmuş təhsil proqramları üzrə keçid balı aşağıdakı kimidir.:

Ardını oxu...

Bu gün dövlətimiz tərəfindən təhsil sahəsinin diqqətdə saxlanılması, müasir təhsil infrastrukturunun, möhkəm maddi-texniki bazanın və güclü kadr potensialının yaradılması xarici tələbələrin də təhsil almaq üçün ölkəmizə, eləcə də onun ayrılmaz tərkib hissəsi olan Naxçıvana üz tutmasına səbəb olub. Bu qədim diyarda əldə olunan sosial-iqtisadi inkişaf, burada təmin olunan təhlükəsiz həyat, multikulturalizm ənənələrinin layiqincə qorunub saxlanılması Naxçıvandakı ali təhsil müəssisələrinə gələn əcnəbi tələbələrin sayının ilbəil daha da artması ilə nəticələnib. 

Ardını oxu...

Bu günlərdə Naxçıvan Muxtar Respublikası, Daşkəsən, Şirvan, Ağcabədi, Bərdə, Naftalan, Saatlı, Tovuz, Gədəbəy, Şəki, Şamaxı, Ucar, Qusar, Şəmkir, Qəbələ, İsmayıllı, Zərdab, Şabran, Lerik və Yardımlıda buraxılış və qəbul imtahanları keçirilmiş, həmin imtahanların nəticələrinə əsasən Naxçıvan şəhər Heydər Əliyev adına tam orta məktəbin şagirdi İlham Hüseynquliyev 291,8 balla ölkə üzrə birinci, Babək rayon Güznüt kənd tam orta məktəbin şagirdi Fatimə Quliyeva isə 285,3 balla ölkə üçüncüsü olmuşdur.

Ardını oxu...

Əvvəlki illərin məzunları üçün iyulun 10-da keçirilmiş qəbul (o cümlədən cari ilin məzunları üçün buraxılış (qəbul) və əlavə xarici dil imtahanı) imtahanlarının nəticələri elan olunub.

Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. DİM tərəfindən iyulun 10-da keçirilmiş:

– əvvəlki illərin məzunları üçün I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının 1-ci mərhələsi, həmçinin V ixtisas qrupu və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanları;

Ardını oxu...

AMEA Naxçıvan Bölməsinin Elmi Kitabxanasında cari ilin birinci yarısında bölmənin tərkibindəki elmi qurumlarda aparılan elmi-tədqiqat işlərinin nəticələrini əks etdirən nəşrlərdən ibarət virtual sərgi təşkil olunub.

Ardını oxu...

XI sinif şagirdləri üçün iyulun 2-3-də keçirilmiş buraxılış (o cümlədən əvvəlki illərin məzunları üçün Naxçıvanda keçirilmiş qəbul) imtahanlarının nəticələri açıqlanıb.

Dövlət İmtahan Mərkəzindən bildirilib ki, imtahanda iştirak edən 11-ci sinif şagirdləri DİM-in saytında verilmiş keçidə daxil olaraq iş nömrəsi və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FIN kodundan) istifadə etməklə öz imtahan nəticələri, cavab vərəqinin qrafik təsviri, qapalı tipli tapşırıqların doğru cavabları, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə tanış ola bilərlər. İmtahan iştirakçıları iş nömrələrini DİM-in saytından öyrənə bilərlər.

Ardını oxu...

İyulun 22-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə Naxçıvan Şahmat Məktəbində ümumtəhsil məktəblərində şahmat fənnini tədris edən müəllimlərin praktik biliklərinin yoxlanılması məqsədilə sertifikasiya imtahanlarının ikinci mərhələsi keçirilib. İmtahanın bu mərhələsində birinci mərhələdə uğur qazanmış 18 müəllim iştirak edib.

Ardını oxu...

AMEA Naxçıvan Bölməsi, Naxçıvan Dövlət Universiteti, Naxçıvan Müəllimlər İnstitutu və “Naxçıvan” Universitetinin birgə təşkilatçılığı ilə “Mənim Naxçıvana qayıdışım taleyin işi imiş” mövzusunda onlayn konfrans keçirilib.
Konfransı bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq qüdrətli dövlət xadimi, dünya şöhrətli tarixi şəxsiyyət Heydər Əliyevin zəngin, keşməkeşli, şərəfli ömür yolunda onun Naxçıvan dövrü fəaliyyətinin – 1990-1993-cü illərin xüsusi yer tutduğunu qeyd edib. Alim görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyevin doğma Vətəni Azərbaycana – Naxçıvana gəlişi və böyük siyasətə qayıdışından 30 il keçdiyini deyib. Bildirib ki, xalqımızın qüdrətli oğlu Heydər Əliyevin müstəsna bir qətiyyət və cəsarətlə 1990-cı ilin iyulun 22-də Moskvadan Azərbaycana dönüşü dövlət müstəqilliyi uğrunda mübarizə tarixində böyük siyasətə qayıdışın başlanğıcı kimi yazılıb.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Təhsil ­Nazirliyi tərəfindən şəhər və rayon Təhsil şöbələrinin əməkdaşları və muxtar respublika ümumtəhsil məktəbləri direktorlarının iştirakı ilə pedaqoji fəaliyyətlə məşğul olan təhsilverənlərin sertifikasiyası ilə bağlı onlayn müşavirə keçirilib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən Şəhər və Rayon Təhsil şöbələrinin əməkdaşları və muxtar respublika ümumtəhsil məktəbləri direktorlarının iştirakı ilə pedaqoji fəaliyyətlə məşğul olan təhsilverənlərin sertifikasiyası ilə bağlı onlayn müşavirə keçirilib.

Onlayn qaydada keçirilən müşavirədə Təhsil naziri Rəhman Məmmədov qeyd edib ki, son illər muxtar respublikada təhsilin inkişafı istiqamətində həyata keçirilən çoxsaylı tədbirlərdən danışıb.

Ardını oxu...

Naxçıvan Dövlət Universiteti "Pedaqogika və psixologiya" kafedrasının baş müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Taleh Xəlilovun "РАЗВИТИЕ Ш0КОЛ И ПЕДАГОГИЧЕСКОЙ МЫСЛИ В НАХЧЫВАНЕ В ХІХ-ХХ ВЕКАХ" adlı elmi məqaləsi Qazaxıstan Respublikasının Əl Fərabi adına Qazax Milli Universitetinin yüksək impakt faktorlu “Xabarşı” (“ХАБАРШЫ”  jurnalında dərc olunub.

Ardını oxu...

Dünən Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə Naxçıvan Şəhər Şahmat Mərkəzində ümumtəhsil məktəblərində şahmat fənnini tədris edən müəllimlərə 20 iyul – Beynəlxalq Şahmat Günü münasibətilə onlayn ustad dərsi keçilib. Dərsi beynəlxalq dərəcəli idman ustası, Əməkdar məşqçi Fikrət Sidiefzadə aparıb. Dərsin keçilməsində məqsəd şahmat fənnini tədris edən müəllimlərin təcrübələrini zənginləşdirmək və onların işlərini düzgün qurub, istedadlı uşaqları üzə çıxarmalarına dair lazımi məsləhətlər vermək idi.

Ardını oxu...

Bu gün muxtar respublika bütün sahələrdə sistemli şəkildə islahatların həyata keçirilməsi nəticəsində  dinamik inkişaf dövrünü yaşayır. Qazanılan uğurların təməlində dayanan əsas faktorlardan biri isə qəbul olunan Dövlət proqramlarının uğurlu icrasıdır. Bu, muxtar respublikada digər sahələr kimi, təhsilin inkişafına da öz müsbət təsirini göstərmişdir. 

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası sağlamlıq imkanları məhdud uşaqların təhsilinin lazımi səviyyədə təşkil edilməsinə və onlarda informasiya kommunikasiya texnologiyalarından istifadə bacarıqlarının formalaşmasına, həmçinin bu kateqoriyadan olan uşaqların istedadlarının üzə çıxarılmasına, intellektual və mənəvi inkişafına, asudə vaxtlarının düzgün təşkilinə geniş imkanlar açmışdır.

Ardını oxu...

Qəbul imtahanlarının ikinci mərhələsinin keçirilməsinə avqustun ikinci yarısından başlanılacaq.

Bunu Dövlət İmtahan Mərkəzinin mətbuat katibi Xanlar Xanlarzadə Nazirlər Kabineti yanında Operativ qərargahın brifinqində deyib. 

Ardını oxu...

Bu təhsil ocağında vətənpərvərlik tərbiyəsi yüksək səviyyədədir

Görkəmli dövlət xadimi Heydər Əliyev hələ Sovetlər İttifaqı dövründə, azərbaycanlıların hərb sahəsindən uzaq salındığı zamanlarda ölkəmizdə hərbi təhsilin inkişafına xidmət edən islahatlar aparılmasına ciddi önəm verirdi. Ulu öndər deyirdi: “Biz bu işə başlayanda o, bizim üçün nəzəriyyə deyildi, böyük gələcəyə baxış idi, Azərbaycanın gələcəyinə baxış idi, Azərbaycanda ilk milli zabit kadrlarının hazırlanması üçün ilk addımlar idi. Biz bu addımları atarkən düşünürdük ki, zaman gələcək, Azərbaycan xalqı öz milli azadlığını əldə edəcək, dövlət müstəqilliyini əldə edəcək, müstəqil Azərbaycan dövləti yaradacaq”.

1971-ci ildə Cəmşid Naxçıvanski adına Respublika Hərbi Təyinatlı Orta İnternat Məktəbi yaradılması da bunun ifadəsi idi. 1972-ci ildən başlayaraq yüzlərlə azərbaycanlı gəncin Sovet İttifaqının müxtəlif ali hərbi məktəblərinə təhsil almağa göndərilməsi də ulu öndərin bu sahədə yüksək təşəbbüskarlıqlarla həyata keçirdiyi tədbirlərdən biri oldu. Məhz həmin dövrdə yetişdirilən milli hərbçi kadrlar ölkəmiz müstəqillik qazandıqdan sonra ordu quruculuğunda mühüm rol oynayıblar.
Ümummilli liderimiz ölkəmizdə ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra da milli ordu quruculuğu sahəsində daha geniş tədbirlər görülməsini vacib sayırdı. “Müstəqil Azərbaycanın bu gün də, gələcəkdə də çox güclü ordusu olmalıdır. Olmalıdır ki, torpaqlarımız bundan sonra işğal edilməsin. Olmalıdır ki, torpaqlarımızın hər bir qarışı qoruna bilsin. Olmalıdır ki, dünya tarixində böyük yer tutmuş sərkərdələr kimi müstəqil Azərbaycanın özünün də hərbi sərkərdəsi olsun”, – deyən ulu öndərin müdrikliyi və uzaqgörənliyi sayəsində ölkəmizdə qüdrətli milli Ordu yaradılıb, onun ixtisaslı hərbçi kadrlarla təminatı diqqət mərkəzində saxlanılıb. Naxçıvanda hərbi təmayüllü məktəbin yaradılması da məhz bu uzaqgörənliyin nəticəsində mümkün olub. Dahi rəhbərin 1998-ci il 13 mart tarixli Sərəncamı ilə Azərbaycan ordusunun peşəkar hərbi kadrlara olan tələbatını ödəmək, Naxçıvan Muxtar Respublikasında gənclərin hərbi təhsil alması üçün əlverişli şərait yaratmaq məqsədilə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin bazasında Naxçıvan filialının fəaliyyətə başlaması ulu öndərin bu istiqamətdə həyata keçirdiyi tədbirlərin davamlı xarakter alması kimi dəyərləndirilib.
1999-cu ilin oktyabrında filialın yeni tədris korpusunun açılışında iştirak edən görkəmli dövlət xadimi Heydər Əliyev bu hərbi təhsil müəssisəsinin yaradılması zərurətindən danışaraq deyib: “Tarixən naxçıvanlı gənclər zabit peşəsinə yiyələnməyə meyilli olublar. Tarixi vərəqləyin, görün Naxçıvandan vaxtilə nə qədər böyük sərkərdələr çıxıbdır. Elə XIX-XX əsrlərin tarixini götürək. Naxçıvan xanları – Kəngərlilər sülaləsindən çar Rusiyasının ordusunda altı general var idi. Onlardan sonuncusu Cəmşid xan Naxçıvanski idi. Əgər sonrakı dövrü, sovet hakimiyyəti dövrünü götürsək, Naxçıvandan yüksək rütbəli, çox dəyərli zabitlər çıxıbdır. ...Ona görə də burada olan gəncləri hərbi peşəyə cəlb etmək üçün hərbi liseyin filialının yaradılması çox zəruri idi”. Həmin dövrdə 56 kursantla fəaliyyətə başlayan filial ötən dövr ərzində böyük inkişaf yolu keçib, Naxçıvanda gənclərin hərb sənətinə marağının artmasına səbəb olub.

Ümummilli liderimiz Heydər Əliyevin milli ordu quruculuğu siyasətini bu gün uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev milli ordu quruculuğunu, gənc hərbçi kadrların yetişdirilməsini prioritet məsələ kimi diqqət mərkəzində saxlayır. Ölkə başçısının 2004-cü il 27 fevral tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Silahlı Qüvvələri üçün hərbi kadr hazırlığı sistemini təkmilləşdirmək və milli ordunun peşəkar kadrlara olan tələbatının ödənilməsi işini yaxşılaşdırmaq məqsədilə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Naxçıvan filialının əsasında Heydər Əliyev adına Hərbi Lisey yaradılıb.
Müdafiə Nazirliyinin strukturunda fəaliyyət göstərən və ali təhsilin bakalavr səviyyəsi üzrə mütəxəssis hazırlayan xüsusi təyinatlı ali təhsil müəssisələri üçün zəruri biliklərə yiyələnmiş, milli-mənəvi ümumbəşəri dəyərlərə malik sağlam əqidəli, vətənpərvər, cəsur, mətin, intizamlı və müasir dünyagörüşlü kursant hazırlayan bu təhsil müəssisəsində ötən dövrdə geniş quruculuq işləri aparılıb, burada ümummilli liderin büstü ucaldılıb, görkəmli dövlət xadiminin həyat və fəaliyyətinin müəyyən məqamlarını özündə əks etdirən muzey yaradılıb, ikimərtəbəli qərargah binası, müasir tədris korpusu və yataqxana binası istifadəyə verilib, maddi-texniki baza xeyli gücləndirilib, kursantların yaşayış şəraiti yaxşılaşdırılıb.
Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev 2005-ci il dekabrın 19-da liseydə yaradılan şəraitlə tanış olub, kursantlar qarşısında çıxış edərək deyib: “Heydər Əliyev adına Hərbi Liseydə oxumaq böyük şərəfdir və böyük məsuliyyətdir. Bu liseydə təhsil alan gənclər gələcəkdə bizim ordumuzda xidmət edəcəklər. Azərbaycanın müstəqilliyinin keşiyində duracaqlar”.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov Heydər Əliyev adına Hərbi Liseyin fəaliyyətini daim diqqət mərkəzində saxlayır, tədrisin günün tələbləri səviyyəsində təşkili üçün qayğısını əsirgəmir. Bunun nəticəsidir ki, liseydə kursantların hərbi biliklərə dərindən yiyələnməsi üçün hər cür şərait yaradılıb. Tədris və yataqxana korpusları ən müasir avadanlıqlarla təchiz olunub. 750 yerlik yataqxana binasında müasir məişət şəraiti ilə yanaşı, kursantların asudə vaxtlarının səmərəli təşkili və istirahəti də təmin edib, gündəlik mətbuatı izləmək, şahmat və digər idman növləri ilə məşğul olmaq imkanı yaradılıb. Liseydə kursantların sağlamlığı, fiziki hazırlığı və qidalanması da diqqət mərkəzində saxlanılır. Müasir avadanlıqlarla təchiz olunmuş 25 çarpayılıq tibb məntəqəsi, idman zalı, futbol meydançası, açıq və qapalı idman qurğuları və digər obyektlər kursantların istifadəsinə verilib.
Liseyin daim təkmilləşdirilən maddi-texniki bazası tədrisin keyfiyyətini yüksəldib. Yaradılan müasir tədris şəraiti, istifadəyə verilən əyani vəsaitlər istər hərbi, istərsə də elmi biliklərin dərindən mənimsənilməsinə və təcrübə əsasında möhkəmləndirilməsinə geniş imkanlar açır. Liseydə 26 sinif otağı, fənn kabinələri, kimya, biologiya, fizika laboratoriyaları, hərbi kabinə, 2 kompüter və 2 linqafon otağı vardır. Sinif otaqları müasir avadanlıqlarla təchiz edilib, elmi, bədii, hərbi və tarixi ədəbiyyatlarla, ensiklopedik nəşrlərlə təmin olunmuş zəngin kitabxana kursantların istifadəsinə verilib. Hərbi liseydə elektron tədris sistemi vasitəsilə interaktiv dərslərin keçirilməsi diqqət mərkəzində saxlanılır. Bu məqsədlə zəngin elektron dərslik bazası yaradılıb, 11 sinif otağında elektron lövhə quraşdırılaraq distant təhsil sisteminə qoşulub.

2015-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin iştirakı ilə istifadəyə verilən hərbi kabinə və atəş hazırlığı sinfi gələcəyin zabitlərində ilkin peşə vərdişlərinin formalaşmasına xidmət edir. Burada quraşdırılan “Gilavar” və “Scatt” tipli atış trenajorları vasitəsilə kursantların real şəraitə uyğun olaraq nişanalma bacarıqları inkişaf etdirilir, yoxlanılır və qiymətləndirilir.
Bütün bu imkanlardan səmərəli istifadə edən müəllim-zabit heyəti bilikli, vətənpərvər, sağlam və əqidəli hərbçilərin yetişdirilməsində əllərindən gələni əsirgəmirlər. Dərslərlə yanaşı, müxtəlif disput, olimpiada və yarışlar təşkil olunur, kursantların muxtar respublikada keçirilən tədbir və yarışlarda iştirakı təmin edilir. Bütün bunların nəticəsidir ki, Heydər Əliyev adına Hərbi Liseyin göstəriciləri ildən-ilə artır, ali hərbi məktəb və akademiyalara qəbul olunan kursantların sayı çoxalır. Təsadüfi deyil ki, hərbi lisey təhsil sahəsindəki nailiyyətlərinə görə 2008-2009-cu tədris ilində ölkəmizdə keçirilən “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi olub. Liseyin kursantları ötən dövr ərzində Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən keçirilən fənn olimpiadalarında 2 qızıl, 1 gümüş, 12 bürünc medala layiq görülüblər. Eyni zamanda gələcək zabitlər muxtar respublika üzrə keçirilən müxtəlif inşa yazı və şeir müsabiqələrində ön yerlərə sahib olublar.
Kursantlar muxtar respublika və Əlahiddə Ümumqoşun Ordu üzrə təşkil olunan idman yarışlarında da fəal iştirak edirlər. Belə ki, liseyin idmançıları ötən ilin sentyabr ayında Naxçıvan Muxtar Respublikası üzrə ali və orta ixtisas təhsili müəssisələri arasında yüngül atletika idman növü üzrə birincilikdə komanda üzrə I, oktyabr ayında cüdo birinciliyində komanda hesabında III, noyabr ayında ali və orta təhsil müəssisələri arasında TİR idman növü üzrə birincilikdə I, dekabr ayında kinqboks birinciliyində fərdi yarışda müxtəlif çəki dərəcələrində I, II və III, Əlahiddə Ümumqoşun Ordu üzrə keçirilən cüdo birinciliyində 73 kiloqram çəki dərəcəsində I yerlərə layiq görülüblər.
Cari ildə liseydə 188 kursant təhsilini başa vurub. Onlardan biri gümüş, biri qızıl medala layiq görülüb. Ümumilikdə, 1998-2020-ci illər ərzində hərbi liseyə 4000-dən çox kursant qəbul olunub, 2001-2019-cu illər ərzində liseyi 3300-dən çox məzun bitirib. Liseyi bitirən məzunların 124-ü xarici ölkələrdə (Türkiyə, Rusiya, İtaliya) təhsil alıb, onlardan 69-u (Türkiyə, Rusiya, Cənubi Koreya) hazırda təhsillərini davam etdirir.
Silahlı Qüvvələrimizdə bu liseyin 2000-ə yaxın məzunu zabit kimi xidmət edir. Onların səkkizinin ərazi bütövlüyümüz uğrunda öz canını qurban verərək şəhidlik zirvəsinə ucalması liseydə hərbi-vətənpərvərlik tərbiyəsinin yüksək səviyyədə formalaşdırılmasının nəticəsidir. Liseyin kollektivi unutmur ki, pedaqoji prosesin səmərəliliyini təmin edən amillərdən biri təlim və təhsillə vəhdətdə olan tərbiyə işidir. Tərbiyə işində əsas məqsəd kursantlarda milli və ümumbəşəri dəyərlər, hərbi psixologiya formalaşdırmaq və onların Vətənə məhəbbət hisslərini inkişaf etdirmək, təhsillə bərabər, həm də yüksək mənəvi dəyərlərə, dövlətinə, xalqına sədaqətli, hərtərəfli dünyagörüşə malik şəxsiyyət yetişdirməkdir.
Bu gün qürur hissi ilə demək olar ki, Heydər Əliyev adına Hərbi Lisey ulu öndərin adına layiq, nümunəvi təhsil müəssisəsi kimi milli ordumuzun savadlı, bacarıqlı, ləyaqətli, vətənpərvər zabitlərlə təmin olunması yolunda səmərəli fəaliyyət göstərir. Hərbi Liseyin zabit-müəllim heyəti, kursant və məzunları bu şərəfli adı doğrultmağa çalışır, Heydər Əliyev yoluna sədaqət nümayiş etdirirlər. Liseydə gözəl ənənələr yaradılmasını da xüsusi qeyd etmək lazımdır. Bu ənənələrdən biri Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin hər il liseyi bitirən məzunlarla görüşüdür. Görüşlərdə liseyin keçdiyi yola nəzər salınır, tövsiyələr verilir, fərqlənən kursant və müəllimlər mükafatlandırılır. Cari ilin iyun ayının 17-də liseyin 20-ci buraxılışı münasibətilə keçirilən tədbir kursantlarda onlara, məzunların gələcək fəaliyyətinə böyük inam və etimadın ifadəsi olub. Tədbirdə Ali Məclisin Sədri deyib: “O ordu qüdrətlidir ki, onun sıralarında peşəkar və sağlam mənəviyyata malik olan vətənpərvər zabitlər xidmət edir. Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, “Ordunun qüdrətini, onun döyüş qabiliyyətini, qələbə iradəsini təşkil edən döyüşçülərin vətənpərvərlik hissidir. Hər bir zabit vətənpərvərlik hissini, Vətənə, torpağa, müstəqil dövlətimizə, xalqımıza sədaqət hissini hər şeydən üstün tutmalıdır”. Məzun olan hər bir kursant gələcək təhsil və xidmət dövründə ümummilli liderimizin tövsiyələrini əsas götürməli, Vətənimizə, dövlətimizə və xalqımıza sədaqətlə xidmət etməlidir. Qarşınızda bir əsas vəzifə durur: o da təhsil aldığınız liseyin adına layiq peşəkar hərbi qulluqçu kimi yetişməkdir. Liseyin məzunları bundan sonra da təhsili və nizam-intizamı ilə seçilməli, hərb sənətinə dərindən yiyələnməli, mütaliə etməli, yeni texnologiyaları, müasir silahları, hərbi texnikanı mükəmməl mənimsəməli, dünyagörüşlərini daim artırmalıdırlar. Zabit adını daşımaq böyük məsuliyyətdir. Peşə vərdişi, fiziki və nəzəri hazırlığı ilə bərabər, zabit həm də mənəvi keyfiyyətləri ilə seçilməlidir. Tariximizi, dəyərlərimizi və qəhrəmanlıq ənənələrimizi yaxşı öyrənməli, rəhbərlik etdiyi şəxsi heyətin bu əsasda mənəvi-psixoloji hazırlığına nail olmalıdır”.

Ali Məclis Sədrinin bu tapşırıq və tövsiyələri təkcə 20 yaşlı liseyin kursantlarının deyil, müəllim və zabit heyətinin də qarşısında mühüm vəzifələr qoyur. Başlıca vəzifə isə kursantlara hərbi-vətənpərvərlik tərbiyəsinin bundan sonra da yüksək səviyyədə aşılanması, onların bu ruhda formalaşdırılmasının diqqətdə saxlanılmasıdır. Ərazi bütövlüyümüzün, müstəqilliyimizin, dövlətçiliyimizin qorunmasında bu amillər əsas şərtlərdir. Onların qorunması isə bizim vətəndaşlıq borcumuzdur.

- Muxtar MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR