22 Dekabr 2024, Bazar

İmtahanlar respublikanın 38 şəhər və rayonunda təşkil olunacaq. İmtahanlar saat 11:00-da başlanır. Saat 10:45-də buraxılış rejimi başa çatır. Sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

Xatırladaq ki, kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) ərzində istifadə olunmalıdır.

Ardını oxu...


Elm elə bir ciddiyətdir ki...

Ömrünü elmə həsr etmək, elmin könüllüsü olmaq  heç də sadə hadisə deyil. Elm yolunda dayanmadan, gecə-gündüz çalışmaq, yeniliklər ortaya qoymaq, dünyada gedən prosesləri izləmək lazımdır. Tarix elmi ilə məşğul olmaq isə yalnızca bu gün üçün deyil, gələcək üçün də məsuliyyət daşımaq deməkdir. Bu məsuliyyətin ağırlığını daim çiyinlərində daşıyan AMEA Naxçıvan bölməsinin sədri, akademik İsmayıl Hacıyev  Azərbaycan tarixinə aid obyektiv, tutarlı, ciddi və fundamental problemlərin tədqiqatçısıdır.

Ardını oxu...

Muxtar respublikada bütün sahələrdə olduğu kimi, təhsil sahəsi də dövlət qayğısı ilə əhatə olunmuşdur. Naxçıvan Muxtar Respublikasında təhsilin inkişafına göstərilən diqqət və qayğı sayəsində Naxçıvan şəhər 5 nömrəli, Şərur rayon Muğanlı, Muğancıq-Mehrab, Yeni Havuş, Xələc kənd tam orta, Babək rayon Kültəpə kənd tam orta, Gülşənabad kənd ümumi orta, Ordubad rayon Vənənd, Şahbuz rayon Türkeş, Kəngərli rayon Böyükdüz kənd tam orta məktəblərinin yeni binaları istifadəyə verilmişdir.

Ardını oxu...

Muxtar respublikanın sürətli sosial-iqtisadi inkişafı, yeni sənaye və xidmət sahələrinin yaradılması, həmin sahələrdə müasir informasiya texnologiyalarının tətbiqi təhsil sahəsində, xüsusən də dəqiq elmlər sahəsində dərin bilik verilməsinə tələbatı artırır. Bununla əlaqədar muxtar respublikamızda dəqiq elmlər sahəsi üzrə kadrların hazırlanması diqqətdə saxlanılmış, təhsilə göstərilən hərtərəfli qayğının daha bir nümunəsi olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 14 aprel tarixli Sərəncamı ilə Şərur şəhərində Fizika-Riyaziyyat Təmayüllü Lisey yaradılmışdır.Yaradılan əlverişli tədris şəraitinin nəticəsidir ki, qəbulu müsabiqə yolu ilə aparılan liseydə təhsil almaq üçün müraciət edən şagirdlərin sayı hər il artmaqdadır.

Ardını oxu...

Dövlət İmtahan Mərkəzi (DİM) koronavirus (COVID-19) pandemiyası ilə bağlı ölkədə tətbiq edilən xüsusi karantin rejimini nəzərə alaraq, abituriyentlərə dəstək məqsədilə mərkəzin “YouTube” kanalında təcrübəli ekspertlərin bütün qəbul imtahanı fənləri üzrə mühazirələrini yerləşdirib.

Ardını oxu...

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin mətbu orqanı olan “Elm” qəzetinin yeni buraxılışları çapdan çıxıb.

AMEA-dan bildirilib ki, qəzetin ilk səhifələrində Prezident İlham Əliyevin “2020-ci il üçün Azərbaycan Respublikasının elm sahəsində Dövlət Mükafatının verilməsi haqqında”, “Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun yaradılması haqqında” sərəncamları və bir sıra fərmanları yer alıb.

Ardını oxu...

Müasir tədris şəraiti ilə təmin olunmuş Naxçıvan Qızlar Liseyinə oxumaq üçün muxtar respublikanın müxtəlif rayon və kəndlərindən şagirdlər müraciət edirlər. Burada təlim ümumi orta və tam orta təhsil pillələrində aparılır.

Ardını oxu...

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan təhsil islahatları hazır­da ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bunun nəticəsidir ki, təhsil sahəsində çox ciddi irəliləyişlər olmuş, qarşıya çıxan problemlər qısa bir zamanda öz müsbət həllini tapmışdır.
Naxçıvan Muxtar Respublikasında da təhsilə göstərilən diqqət və qayğı, bu istiqamətdə aparılan islahatlar, xüsusilə təhsil müəssisələrinin müasir tələblərə uyğun yenidən qurulması yüksələn xətlə müşahidə edilir.

Ardını oxu...

Azərbaycan xalqının ümummilli lideri, Azərbaycançılıq ideologiyasının siyasi müstəvidə yaradıcısı və yaşadıcısı Heydər Əliyev xalqımızın tarixinin, milli-mənəvi dəyərlərinin öyrənilməsinə böyük önəm verirdi. Bu siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən indi də davam etdirilməkdədir.

Ardını oxu...

Sabah orta məktəbləri bitirən XI sinif şagirdləri üçün virtual “Son zəng” keçiriləcək.

Bu barədə Təhsil nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib. 

Ardını oxu...

İyunun 12-də 2019-2020 tədris ili üzrə teledərslər yekunlaşır.

Təhsil Nazirliyindən bildirilib ki, tədris ilinin sonunadək təqdim edilən teledərslərin ümumi sayı 2124-ə çatacaq.

Ardını oxu...

Bu gün təhsil quruculuğu, təhsilin müasir tələblər səviyyəsində inkişafı muxtar respublikamızda aparılan uğurlu siyasətin əsas prioritet istiqamətini təşkil edir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı nəticəsində diyarımızda müasir təhsil infrastrukturu yaradılıb, orta, orta ixtisas və ali təhsil, həmçinin elm müəssisələri üçün müasir tələblərə cavab verən binalar tikilib, həmin obyektlərin maddi-texniki bazaları gücləndirilib. 

Ardını oxu...

AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Arxeoloji xidmət şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Zeynəb Quliyevanın “Naxçıvanın Eneolit dövrü abidələri” adlı monoqrafiyasının onlayn təqdimatı olub.

AMEA Naxçıvan Bölməsinin Beynəlxalq əlaqələr və informasiya şöbəsindən bildirilib ki, tədbiri giriş sözü ilə açan bölmənin sədri, akademik İsmayıl Hacıyev Naxçıvan Muxtar Respublikası ərazisində 2010-2019-cu illərdə qeydə alınmış 20-dən çox Eneolit dövrü abidəsinin arxeoloji materialları əsasında hazırlanan nəşrin əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, müəllif bu monoqrafiyada Naxçıvançay vadisində yerləşən yeni abidələrlə yanaşı, Arpaçay vadisində daha əvvəldən məlum olan 5 abidənin materiallarını da tədqiqata cəlb edib.

Ardını oxu...

Dünən Naxçıvan şəhər 14 nömrəli tam orta məktəbdə Heydər Əliyev adına Hərbi Liseyin sonuncu kursunda təhsil alan kursantlar üçün buraxılış imtahanı keçirilib. Bir mərhələdə keçirilən imtahanda liseyin 188 kursantı iştirak edib. Kursantlar binaya daxil olarkən buraxılış vərəqəsini, şəxsiyyəti təsdiq edən sənədin əslini, sağlamlıq haqqında bəyannaməni təqdim ediblər.

Ardını oxu...

Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 10-da rayon və şəhərlərin imtahan qrafikinə uyğun olaraq ümumi (9 illik) və tam (11illik) orta təhsil səviyyəsi üzrə buraxılış (qəbul) imtahanları keçirib.

DİM-dən bildirilib ki, imtahanların təşkil edilməsi üçün 117 imtahan binası, 1960 imtahan zalı, 117 ümumi imtahan rəhbəri, 316 imtahan rəhbəri, 2550 nəzarətçi müəllim, 117 bina nümayəndəsi ayrılıb.

Ardını oxu...

Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin Türk filologiyası kafedrasının dosenti, Humanitar Araşdırmalar İctimai Birliyinin sədri Nurlanə Mustafayeva Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının (MEK) onlayn “Vikipediya” təlimlərində iştirak edib.

Ardını oxu...

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) ümumi (9 illik) və tam (11illik) orta təhsil səviyyəsi üzrə buraxılış (qəbul) imtahanları keçirəcək.

DİM-dən bildirilib ki, bugünkü imtahanlarda 25 min 597 şagird iştirak edəcək.

Ardını oxu...

 

İyunun 10-da saat 11:00-da Dövlət İmtahan Mərkəzi (DİM) ümumi (9 illik) və tam (11illik) orta təhsil səviyyəsi üzrə buraxılış (qəbul) imtahanlarına start verəcək.

DİM-dən bildirilib ki, imtahanların başlanmasına 15 dəqiqə qalmış - saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

Ardını oxu...

Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin Xalq çalğı alətləri kafedrasında onlayn ustad dərsi keçilib.
70 müəllim və tələbənin iştirak etdiyi “Bayatı-Şiraz muğamı” mövzusunda onlayn dərsi Azərbaycan Respublikasının Əməkdar artisti, Azərbaycan Milli Konservatoriyasının İnstrumental muğam kafedrasının müdiri, dosent Malik Mansurov keçib.

Ardını oxu...

Muxtar respublikada gənclərin işlə təminatı daim diqqət mərkəzindədir. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi hamiliyə verilmiş pedaqoji profilli ixtisasların məzunlarının işlə təmin olunmasına dəstək məqsədilə onlayn seminar keçirib.

Ardını oxu...

Buraxılış (qəbul) imtahanlarının keçirilməsi ilə əlaqədar Dövlət İmtahan Mərkəzinin (DİM) Bakı şəhərində yerləşən inzibati binalarında və regional bölmələrində iyunun 10-da və 11-də vətəndaşların qəbulu həyata keçirilməyəcək.

Ardını oxu...

Ali təhsilin bakalavr səviyyəsinə və orta ixtisas təhsili pilləsinə (tam orta təhsil bazasından) ərizə qəbulu bu gün başa çatır.

İyunun 9-u saat 10.30-a olan məlumata görə I-IV ixtisas qrupları üzrə Azərbaycan və rus bölməsi üzrə ümumiliklə 72 min 68 abituriyent elektron ərizəsini təsdiq edib. Onlardan 65 min 975 nəfəri Azərbaycan, 6 min 93-ü isə rus bölməsi üzrə təhsil alanlardır.

Ardını oxu...

Muxtar respublikada sağlamlıq imkanları məhdud uşaqlar üçün həyata keçirilən kompleks sosial müdafiə tədbirləri onların cəmiyyətə inteqrasiya olunmasında mühüm rola malikdir.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə müvafiq kateqoriyadan olan uşaqlar üçün distant tədris prosesi davam etdirilir, həmçinin reabilitasiya məqsədilə onlayn məşğələlər təşkil olunur. Qeyd edək ki, onlayn məşğələlər müəyyənləşdirilmiş qrafik üzrə Məhdud Fiziki İmkanlılar üçün Regional İnformasiya Mərkəzinin mütəxəssisləri, həmçinin mərkəzin Defektoloji bölməsinin Ordubad və Şərur rayonlarında yerləşən filialları tərəfindən həyata keçirilir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən muxtar respublikanın dövlət ümumi təhsil müəssisələrində alman dili müəllimliyi və digər vakant vəzifələrə (psixoloq, laborant, kitabxana müdiri, kitabxanaçı, tərbiyəçi və uşaq birliyi təşkilatının rəhbəri) işə qəbul üçün 18 mart 2020-ci il tarixdə elan edilmiş müsabiqənin test imtahanlarına 8 iyun tarixdən start verilib.

Ardını oxu...

Doktoranturaya qəbul prosesinin iyul-avqust aylarında keçirilməsi nəzərdə tutulur.

Bu barədə AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli məlumat verib. Onun sözlərinə görə, ötən ilə qədər doktoranturaya qəbul noyabr-dekabr aylarında aparılıb. Bu isə doktoranturada tədrisin təşkili ilə bağlı müəyyən çətinliklər yaradırdı.

Ardını oxu...

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyunun 10-da və 11-də ümumi (9 illik) və tam (11illik) orta təhsil səviyyəsi üzrə buraxılış (qəbul) imtahanları keçiriləcək.

DİM-dən  bildirilib ki, imtahanlar respublikanın 39 şəhər və rayonunda keçiriləcək.

Hazırda, imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə onlayn şəkildə təlim-seminarlar keçirilir. Bütün imtahan binalarına baxış keçirilir, imtahan zallarında abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılır.

Ardını oxu...

Jurnalistika üzrə 44 saylı proqrama aid magistratura ixtisaslaşmalarına və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ixtisas magistraturasının 70 saylı proqramına aid ixtisaslaşmalarına qəbul olmaq istəyən və cari ilin qəbul imtahanındakı nəticələri müsabiqə şərtini ödəyən bakalavrlar ixtisaslaşma seçimindən əvvəl, iyunun 8-i saat 23:59-dək Dövlət İmtahan Mərkəzinin (DİM) internet saytında qeydiyyatdan keçməli və qabiliyyət imtahanı verməlidirlər.

Ardını oxu...

 

 

 

Jurnalistika üzrə 44 saylı proqrama aid magistratura ixtisaslaşmalarına və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ixtisas magistraturasının 70 saylı proqramına aid ixtisaslaşmalarına qəbul olmaq istəyən və cari ilin qəbul imtahanındakı nəticələri müsabiqə şərtini ödəyən bakalavrlar ixtisaslaşma seçimindən əvvəl, iyunun 8-i saat 23:59-dək Dövlət İmtahan Mərkəzinin (DİM) internet saytında qeydiyyatdan keçməli və qabiliyyət imtahanı verməlidirlər.

Ardını oxu...

Türkiyənin Şanlıurfa şəhərində onlayn keçirilən Göbəklitəpə Beynəlxalq Sosial və Bəşəri Elmlər Konqresində AMEA-nın Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Antik və orta əsrlər arxeologiyası şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Toğrul Xəlilov “Erkən Tunc dövründə Naxçıvanda dulusçuluq” mövzusunda məruzə ilə çıxış edib.

Ardını oxu...

Aparılan uğurlu təhsil siyasəti çərçivəsində respublika və muxtar respublika fənn olimpiadaları, Beynəlxalq Riyaziyyat Olimpiadasının diyarımızda keçirilməsi istedadlı şagirdlərin üzə çıxarılmasında mühüm rol oynayır. Belə tədbirlərin davamı olaraq dünən respublika fənn olimpiadasının keçirilməsi dəqiq elmlər sahəsində istedadlı şagirdlərin potensialının inkişaf etdirilməsi baxımından əhəmiyyətlidir.

Ardını oxu...

Naxçıvan Dövlət Universitetinin (NDU) Tibb fakültəsinin həkim, rezident və tələbələri “Qarın gərmə əməliyyatı – abdomenoplastikanın icrası və sonrakı dövrün izahı” adlı cərrahi əməliyyatda onlayn iştirak ediblər.

Ardını oxu...

Dövlət İmtahan Mərkəzi tərəfindən iyunun 10-11-dən etibarən hər həftəiçi günlərində ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsində təhsilalanlar üçün buraxılış imtahanları keçiriləcək. Dövlət İmtahan Mərkəzi və Təhsil Nazirliyinin birgə razılığına əsasən, ictimai sağlamlığın qorunması ilə bağlı həyata keçirilən tədbirlərə uyğun olaraq 9 illik və 11 illik orta təhsil bazasında kolleclərə, eləcə də ali təhsil müəssisələrinə sənəd verməyən şagirdlər buraxılış imtahanlarında iştirak etməyə bilərlər.

Ardını oxu...

Aparılan uğurlu təhsil siyasəti çərçivəsində muxtar respublika və respublika fənn olimpiadaları, Beynəlxalq Riyaziyyat Olimpiadasının diyarımızda keçirilməsi də istedadlı şagirdlərin üzə çıxarılmasında mühüm rol oynayır. Belə tədbirlərin davamı olaraq dünən Respublika fənn olimpiadasının keçirilməsi dəqiq elmlər sahəsində istedadlı şagirdlərin üzə çıxarılması və onların potensialının inkişaf etdirilməsi baxımından əhəmiyyətlidir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçığı ilə Adil Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasında “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclis Sədrinin 2015-ci il 27 iyul tarixli Sərəncamının icrası ilə əlaqədar Naxçıvan Müəllimlər İnstitutunun kitabxana-informasiya ixtisası üzrə təhsil alan III kurs tələbələrinə “Çap əsərlərinin uçota alınması və onlara biblioqrafik təsvirin verilməsi” mövzusunda onlayn açıq dərs keçirilib.
Tədbirin moderatoru, kitabxananın direktoru Kamal Axundov adıçəkilən sərəncamın muxtar respublikanın ali və orta ixtisas təhsili müəsissələrində oxuyan gənclərimizin dərin elmi biliklərə yiyələnmələrində və onların seçdikdikləri ixtisarlar üzrə tam hazırlıqlı mütəxəsislər kimi yetişdirməsində böyük əhəmiyyətindən danışıb.
Kitabxananın şöbə müdiri Nüşabə Seyidova tələbələrə “Çap əsərlərinin uçota alınması və onlara biblioqrafik təsvirlərinin verilməsi” mövzusunda geniş mühazirə ilə çıxış edib.
Sonra mövzu ətrafında tələbələrlə geniş müzakirələr aparılıb və onları maraqlandıran suallar kitabxana əməkdaşları tərəfindən ətraflı cavablandırılıb.

Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin mətbuat xidməti

Azərbaycan ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin fəaliyyətə başlayacağı tarix dəqiqləşib. 

 Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib ki, dərslərin bu ilin sentyabr ayında başlaması nəzərdə tutulub: "Nazirlər Kabineti bundan əvvəl qərar vermişdi ki, tədris və təlim-tərbiyə prosesi mayın 31-dək dayandırılsın. Buna qədər bir neçə müddətdə oxşar qərarlar qəbul olunmuşdu. İlk qərar martın 3-dən 9-dək verilmişdi, daha sonra mərhələli şəkildə Operativ Qərargah bu müddəti uzatmışdı. 

Ardını oxu...

Adil Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasında “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclis Sədrinin 2015-ci il 27 iyul tarixli Sərəncamının icrası ilə əlaqədar 4 iyun 2020-ci il tarixdə Naxçıvan Müəllimlər İnstitutunun kitabxana-informasiya ixtisası üzrə təhsil alan III kurs tələbələrinə “Çap əsərlərinin uçota alınması və onlara biblioqrafik təsvirin verilməsi” mövzusunda onlayn açıq dərs keçirilib.

Ardını oxu...

Moskvada “Azərbaycanlılar. XIX-XX əsrlərdə millətin formalaşmasının başlıca mərhələləri” kitabı çapdan çıxıb.

Ardını oxu...

“Naxçıvan” Universitetində “Azərbaycan və Türkiyə iqtisadi əlaqələri: mövcud vəziyyət və perspektivlər” mövzusunda onlayn elmi konfrans keçirilib.
Konfransı giriş sözü ilə İdarəetmə fakültəsinin dekanı Naim Cahidzadə açaraq bildirib ki, qardaş Türkiyə Respublikası xarici iqtisadi əlaqələrin yaradılmasında Azərbaycanın potensial partnyorlarından biri kimi çıxış edir. İki ölkə arasındakı əlaqələrin araşdırılması zamanı aydın oldu ki, müasir dövrdə bu iki ölkənin əməkdaşlığı iqtisadiyyatın bir çox sahələrinin inkişafına şərait yaradıb. Son vaxtlar isə bu iqtisadi əməkdaşlıq xüsusən xarici ticarət və investisiya qoyuluşu istiqamətlərində daha çox özünü göstərir.

Ardını oxu...

Dövlət İmtahan Mərkəzi (DİM) Azərbaycan tarixi və ümumi tarix fənləri üzrə imtahan verən abituriyentlərə müraciət edib.

Ardını oxu...

Dövlət İmtahan Mərkəzinin (DİM) Bakı şəhəri və regionlarda yerləşən inzibati binalarında yalnız əvvəlcədən götürülmüş onlayn növbə əsasında vətəndaşların qəbulu həyata keçirilir.

DİM-dən verilən məlumata görə, vətəndaşların qəbulu şənbə, bazar və bayram günləri istisna olmaqla saat 09:30-dan 17:00-dək DİM-in Bakı şəhərində yerləşən inzibati binalarında və rayonlarda yerləşən regional bölmələrində Mərkəzin internet saytı vasitəsilə yalnız əvvəlcədən onlayn növbə götürməklə həyata keçirilir: "Vətəndaşlardan zəruri hallarda onlayn növbə götürmək və xidmət mərkəzlərinə yaxınlaşmaq xahiş olunur. Son günlər vətəndaş qəbulu mərkəzlərinə edilən müraciətlərin statistikasına baxsaq “Şəxsi kabinet”lərinin parollarını itirənlərin sayının çox olduğunu müşahidə edə bilərik.

Ardını oxu...

Azərbaycan Respublikası Təhsil Nazir­liyinin Uşaq-Gənc­lər İnkişaf Mərkəzi tərəfindən 7 may-1 iyun tarixlərində “Üç alov” adlı beynəlxalq folklor, klassik və müasir yaradıcılıq festivalı keçirilib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamına uyğun olaraq Naxçıvan Müəllimlər İnstitutu və Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin birgə təşkilatçılığı ilə onlayn seminar keçirilib.

Ardını oxu...

Müəllimlərin yay məzuniyyəti hər zamankı vaxtında başlayacaq.

 

Trend-in məlumatına görə, bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdir müavini Orxan Abbasov deyib.

 O əlavə edib ki, virtual dərslərin keçirilməsi ilə bağlı müəllimlər qarşısında məcburiyyət yoxdur: “Virtual dərslər pandemiya dövründə mövzuları mənimsəmək üçün keçirilirdi. Dərs ili bitibsə, bu dərslər keçirilməyə də bilər”.

AMEA Naxçıvan Bölməsi, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti və Naxçıvan Dövlət Universitetinin mütəxəssislərindən ibarət “İlandağ” geoparkı ilə bağlı yaradılmış işçi qrupunun onlayn iclası keçirilib.

AMEA Naxçıvan Bölməsinin Beynəlxalq əlaqələr və informasiya şöbəsindən bildirilib ki, iclasda cari ildə görülən işlər, həyata keçirilən ekspedisiyaların nəticələri və qarşıda duran vəzifələrlə bağlı müzakirələr aparılıb.

Ardını oxu...

“Naxçıvan” Universitetinin İdarəetmə kafedrasının təşkilatçılığı ilə  “Azərbaycan və  Türkiyə iqtisadi əlaqələri: mövcud vəziyyət və perspektivlər” mövzusunda onlayn elmi konfrans keçirilib.

Ardını oxu...

“Naxçıvan” Universitetinin professor-müəllim heyətinin innovasiya fəaliyyətinin daha da inkişaf etdirilməsi istiqamətində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun baş mütəxəssisi, Təhsildə innovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzinin icraçı direktoru İsa Qasımovun təqdimatı ilə “Ali təhsil prosesində elmin kommersiyalaşdırılması və startap yanaşması” mövzusunda onlayn seminar keçirilib.

Ardını oxu...

Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin dayandırılması barədə” sərəncam verib. 

Ardını oxu...

Pandemiya ilə əlaqədar AMEA-nın işçiləri üçün günaşırı iş sistemi tətbiq olunmağa başlayıb.

AMEA-dan bildirilib ki, bu barədə akademiyanın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli məlumat verib.

Ardını oxu...

ABŞ-ın nüfuzlu “Şüşə və keramika” (Glass and Ceramics) jurnalında AMEA-nın Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun Sorbsiya prosesləri laboratoriyasının rəhbəri, kimya üzrə fəlsəfə doktoru, dosent Günel Məmmədovanın “Naxçıvanın təbii mineralı əsasında fojazit tipli seolitin sintezi və tədqiqi” adlı məqaləsi dərc olunub.

Ardını oxu...

Mənəvi sərvətlərimizdən sayılan kitabların qorunub-saxlanmasında, gələcək nəsillərə çatdırılmasında kitabxanalar mühüm rol oynayır. Kitabxanalar bəşər tarixinin çox qədim dövrlərində meydana gələrək, fəaliyyət göstərdiyi məkan daxilində sosial vasitə kimi mühitdən asılı olaraq formalaşmış, tarixi inkişaf prosesində öz hamisi olan cəmiyyətə xidmət etmiş, onun informasiya tələbatını ödəmişdir. Kitabxana işi milli tərəqqinin mühüm göstəricilərindəndir. Bu, bütün zamanlarda dəyərləndirmə vasitəsi olaraq diqqət mərkəzində dayanmışdır.

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR