22 Dekabr 2024, Bazar

AMEA Naxçıvan Bölməsi, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti və Naxçıvan Dövlət Universitetinin mütəxəssislərindən ibarət “İlandağ” geoparkı ilə bağlı yaradılmış işçi qrupunun onlayn iclası keçirilib.

AMEA Naxçıvan Bölməsinin Beynəlxalq əlaqələr və informasiya şöbəsindən bildirilib ki, iclasda cari ildə görülən işlər, həyata keçirilən ekspedisiyaların nəticələri və qarşıda duran vəzifələrlə bağlı müzakirələr aparılıb.

Tədbirdə “İlandağ” geoparkının sərhədlərinin dəqiqləşdirilməsi, geoloji, geomorfoloji, landşaft, ekoloji, biomüxtəliflik xəritələrinin hazırlanması, tarix-memarlıq və arxeoloji obyektlər barədə kompüter məlumat bazasının yaradılması, həmçinin ərazidə infrastruktur obyektlərinin müvafiq tələblərə uyğun yenidən qurulmasına dair təkliflərin hazırlanması müzakirə olunub və lazımi tapşırıqlar verilib.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinə AMEA rəhbərliyi tərəfindən 17 dekabr 2018-ci il tarixdə ünvanlanan məktubda UNESKO səviyyəli “İlandağ” geoparkının yaradılması və onun Qlobal Geoparklar Sisteminə və Ümumdünya İrsi Siyahısına salınmasına göstərilən müsbət münasibətə görə minnətdarlıq edilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri həmin məktubu Naxçıvan Bölməsinə göndərib və “İlandağ” geoparkının yaradılması ilə bağlı lazımi işlərin həyata keçirilməsini tapşırıb.

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR