Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında “21 Fevral-Beynəlxalq Ana Dili Günü” ilə bağlı tədbir keçirilib.
Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında “21 Fevral-Beynəlxalq Ana Dili Günü” ilə bağlı tədbir keçirilib.
AMEA-nın Naxçıvan Bölməsinin Rəyasət Heyətinin növbəti iclası keçirilib.
Tədbiri giriş sözü ilə açan Bölmənin sədri, akademik İsmayıl Hacıyev ölkə Prezident İlham Əliyevin “Nəriman Nərimanovun 150 illik yubileyinin qeyd edilməsi haqqında” 14 fevral 2020-ci il tarixli Sərəncamını xatırladıb, sözügedən sənəddən irəli gələrək Naxçıvan Bölməsinin qarşısında duran vəzifələrdən danışıb.
Alim, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının 75 illik yubileyinin Bölmədə qeyd edilməsi ilə bağlı Tədbirlər Planının hazırlandığını diqqətə çatdırıb. Tədbirlər Planı Rəyasət Heyətinin qərarı ilə təsdiq edilib.
Daha sonra İsmayıl Hacıyev 70 illik yubileyləri münasibətilə Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Hacıfəxrəddin Səfərliyə AMEA-nın, Bioresurslar İnstitutunun “Torpaqlar ehtiyatları” laboratoriyasının rəhbəri, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Sahib Hacıyevə isə Naxçıvan Bölməsinin Fəxri fərmanlarını təqdim edib.
İclasda bölmənin Əlyazmalar Fondunun direktoru, filologiya üzrə elmlər doktoru Fərman Xəlilovun “Əlyazmalar Fondunda qədim əlyazma və çap kitablarının toplanılması və kataloqlaşdırılması işinin təşkili” mövzusunda məruzəsi dinlənilib.
Tədbirdə, həmçinin elmi təşkilatların bir sıra əməkdaşlarının 2020-ci il üçün tədqiqat planlarının təsdiqi, elmi-təşkilati və cari məsələlərə baxılıb.
Sonda Bölmənin Təbii Ehtiyatlar İnstitutunun elmi işçiləri Eltun İbrahimov “İqtisadiyyat”, Qiyas Qurbanov isə ictimai əsaslarla “Coğrafiya” şöbələrinə müdir təyin olunublar.
AMEA Naxçıvan Bölməsinin İctimaiyyətlə əlaqələr və İnformasiya şöbəsi
“Əlişir Nəvai ədəbi və elmi irsinin öyrənilməsi” mövzusunda beynəlxalq elmi konfrans iki qardaş ölkənin – Azərbaycan və Özbəkistanın elmi-mədəni əlaqələrinin inkişafına bir töhfədir.
Bu fikri Azərbaycan Milli Elmlər Akademiyasının I vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli dahi özbək şairi Əlişir Nəvainin anadan olmasının 579 illiyinə həsr olunan konfransın açılış mərasimində deyib.
Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin rektoru, filologiya elmləri doktoru, professor Şuxrat Sirojiddinov Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun fəxri doktoru seçilib.
Dövlət İmtahan Mərkəzi (DİM) 2020/2021-ci tədris ili üçün Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə ümumi (9 illik) orta təhsil bazasında tələbə qəbulu elan edir.
Orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu 2020-ci il fevralın 21-dən martın 11 dək internet vasitəsilə aparılır. Abituriyentlər ekabinet.dim.gov.az internet səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra istifadəçi adı və parolundan istifadə etməklə saat 10-dan etibarən Dövlət İmtahan Mərkəzinin müvafiq internet səhifəsinə (eservices.dim.gov.az/erizetex/erize) daxil olub, “Abituriyentin elektron ərizəsi” formasını doldurur və ərizəni təsdiq edirlər. Ərizələrini Sənəd Qəbulu komissiyalarında təsdiq etdirməli olan abituriyentlər tələb olunan sənədlər və SQK-ların ünvanları ilə Mərkəzin saytında elanın tam mətnində tanış ola bilərlər.
Fevralın 20-də muxtar respublikanın ümumtəhsil məktəbləri ilə Naxçıvan şəhərində yerləşən Cəlil Məmmədquluzadənin ev-muzeyi arasında keçilən interaktiv dərsdə qeyd olunub ki, dahi yazıçının Naxçıvan şəhərindəki ev-muzeyi ümummilli lider Heydər Əliyevin 1998-ci il 19 iyun tarixli Sərəncamına əsasən yaradılıb. Həmçinin Cəlil Məmmədquluzadənin vaxtilə müəllimlik etdiyi Nehrəmdə və Cəlilkənddə xatirə muzeyləri də istifadəyə verilib.
Naxçıvan Dövlət Universitetində 21 fevral – Beynəlxalq Ana Dili Gününə həsr olunmuş “Dilimiz milli sərvətimizdir” adlı tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan universitetin rektoru, dosent Elbrus İsayev ana dilinin hər bir xalqın həyatındakı müstəsna rolundan bəhs edib. 21 fevral – Beynəlxalq Ana Dili Gününün tarixindən söz açılıb, bu əlamətdar günün dünyada geniş qeyd olunduğu bildirilib. Vurğulanıb ki, ölkəmizdə ana dilinin hərtərəfli inkişafı, beynəlxalq münasibətlər sisteminə yol tapması bu dilin gözəl bilicisi, ulu öndər Heydər Əliyevin onun qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir. Rektor ana dilinin saflığının qorunmasının, ədəbi dil normalarının gözlənilməsinə nəzarət edilməsinin, həmçinin dilimizin yad ünsürlərdən mühafizəsinin hazırda ali təhsil müəssisəsinin başlıca vəzifəsi olduğunu diqqətə çatdırıb.
Şahbuz rayonunda rayon üzrə fəaliyyət göstərən ümumtəhsil məktəbləri, məktəbəqədər və məktəbdənkənar təhsil müəssisələrində, musiqi məktəblərində sanitar-gigiyenik vəziyyət ilə bağlı maarifləndirici seminar keçirilib.
Dövlət İmtahan Mərkəzi (DİM) fevralın 23-də ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistraturalarına qəbul imtahanı keçirəcək.
DİM-dən bildirilib ki, magistratura səviyyəsinə qəbul imtahanı respublikanın 5 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəran şəhərlərində, ümumilikdə 49 imtahan binasında aparılacaq. İmtahan bütün binalarda eyni vaxtda - saat 11:00-da başlanacaq və 3 saat davam edəcək.
Mineral suların müalicə xüsusiyyətləri insanlara qədim zamanlardan məlum olub. Dünyanın bir çox yerində olduğu kimi, Azərbaycan ərazisində də insanlar müxtəlif tamlı, rəngli, temperaturlu və olduqca dəyərli müalicəvi xüsusiyyəti olan mineral su bulaqlarından istifadə ediblər. Müəyyən yerlərdə indiyə qədər qalan daş hovuzlar da bunu sübut edir.
Azərbaycanın mineral suları insan orqanizmini müalicə edən qeyri-adi xassələrə malikdir. Elə bu səbəbdən mineral sulardan daha çox kurortlarda, poliklinikalarda, xəstəxanalarda, ev şəraitində istifadə olunur.
İntellektual idman növü kimi şahmatın inkişafına muxtar respublikamızda ciddi diqqət yetirilir. Bu məqsədlə şəhər və rayonlarda şahmat məktəbləri tikilərək istifadəyə verilib, həmin məktəblərin maddi-texniki bazası gücləndirilib. Eyni zamanda müasir informasiya-kommunikasiya texnologiyaları ilə təmin olunmuş şahmat məktəblərində interaktiv dərslərin təşkili üçün hər cür şərait yaradılıb.
AMEA Naxçıvan Bölməsinin Elmi kitabxanası Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası ilə birgə “Kitabxanalar və gənclik” mövzusunda konfrans keçirib.
Tədbiri kitabxananın direktoru Tamella Əsgərova açaraq ölkəmizin gələcəyi olan gənclərin hərtərəfli inkişafında həyata keçirilən tədbirlərdən və qarşıda duran vəzifələrdən danışıb. O, ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan gənclər siyasətinin bu gün Naxçıvanda da uğurla həyata keçirildiyini bildirib. Vurğulayıb ki, bu gün gənclərin kitabxanalara cəlb olunmasına, mütaliə mədəniyyətinin formalaşmasına, xidmət edən hər cür şəraitə malik zəngin ənənəvi və elektron kitabxanalar yaradılıb. Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Oxunması zəruri olan kitablar haqqında” 2017-ci il 28 avqust tarixli Sərəncamı gənclərin mütaliə mədəniyyətinin inkişafında, kitabların daha geniş təbliğində mühüm rol oynayır.
AMEA Naxçıvan Bölməsinin Elmi kitabxanasının direktoru Sahab Əliyeva “Gənc nəslin formalaşmasında kitabxanaların rolu” mövzusunda çıxış edərək gənc nəsildə mütaliəyə marağın artırılması baxımından kitabxanaların üzərinə düşən vəzifələrdən söz açıb. Bildirib ki, yaradılan şəraitin və kitabxana fondlarının zəngin olmasının nəticəsidir ki, mütaliəyə maraq əvvəlki illərlə müqayisədə nəzərəçarpacaq dərəcədə artıb.
Sonra çıxışlar dinlənilib.
AMEA Naxçıvan Bölməsinin İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
Dünən Naxçıvan Müəllimlər İnstitutunda tədris planlarına uyğun olaraq İbtidai sinif müəllimliyi, Riyaziyyat və informatika müəllimliyi və Məktəbəqədər təlim və tərbiyə ixtisaslarının pedaqoji təcrübəsinin başlanğıc konfransı keçirilib.
Konfransda institutun professor-müəllim heyəti, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əməkdaşları, ümumtəhsil məktəblərinin direktorları və pedaqoji təcrübəyə başlayacaq tələbələr iştirak ediblər.
Bu gün dünyada öz səsi olan ölkəmiz inkişafının yeni mərhələsində daha uğurlu sabahlara doğru inamlı addımlar atır. İqtisadi imkanları getdikcə genişlənir. Bu isə hər bir Azərbaycan vətəndaşının yaxşı yaşayışına öz müsbət təsirini göstərir. Elə uzağa getmədən muxtar respublikamızda da bu prosesi bütün çalarları ilə görmək mümkündür. Əhalinin öz imkanları hesabına yeni fərdi evlər inşa etməsi, rahatlığının təminatı üçün müasir avtomobillər alması bu günün reallığıdır. Bir haşiyə çıxaraq qeyd edim ki, neçə illər əvvəl belə bir statistik məlumat mətbuat səhifələrində özünə yer almışdı. Məlumatda deyilirdi ki, bir neçə il sonra Naxçıvan şəhərində avtomobil tıxaclarının yaranması qaçılmazdır və bu, məsələnin bir tərəfidir. Əsas məsələ ondadır ki, avtomobil tıxacları əhalinin maddi rifah halı yüksək səviyyədə olan yerlərdə yaranır. Bu günün reallığı belə deməyə əsas verir ki, dövrümüzdə avtomobil bolluğunu təkcə Naxçıvan şəhərində deyil, muxtar respublikanın rayon mərkəzlərində, böyük kənd yaşayış məntəqələrində də görürük. Təbii ki, avtomobili idarə etmək üçün sürücülük təhsilinin yüksək səviyyədə qurulması zərurəti yaranır. Bu tələbatın ödənilməsi istiqamətində isə qədim diyarımızda məqsədyönlü tədbirlər həyata keçirilir. 2012-ci il avqust ayının 15-də Naxçıvan Texniki Peşə və Sürücülük Məktəbi Kompleksinin yeni binasının istifadəyə verilməsini də bu tədbirlərin davamı kimi qiymətləndirmək olar.
“Naxçıvan” Universitetində Pedaqoji və Xarici dillər fakültələrinin əyani şöbə üzrə tələbələrinin 2019-2020-ci tədris ilinin ikinci yarısında keçəcəkləri pedaqoji təcrübəyə həsr edilmiş başlanğıc konfransı keçirilib.
Konfransı giriş sözü ilə universitetin rektoru, dosent Nurlana Əliyeva açaraq pedaqoji təcrübənin ali və orta təhsil müəssisələrinin sıx əməkdaşlığı, tələbələrin pedaqoji ustalıqlara yiyələnmələri baxımından əhəmiyyətindən, təcrübi dərslər zamanı informasiya-kommunikasiya vasitələrindən istifadənin, elmi-kütləvi, mədəni tədbirlərin keçirilməsinin zəruriliyindən danışıb.
Şərurda çoxlarının “İsa müəllimin məktəbi” adlandırdığı Muğanlı kənd tam orta məktəbində 16 il bundan əvvəl olmuş Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun: “Muğanlı kənd tam orta məktəbi “Muzey məktəb”dir, çox istərdim ki, bu məktəbin gördüyü işlər muxtar respublikanın, hətta Azərbaycan Respublikasının bütün məktəblərində həyata keçirilsin” kimi dəyərli qiymətinin reallığa söykəndiyini görmüşdüm. Şair-publisist, Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi, Prezident mükafatçısı İbrahim Yusifoğlunun “Bir ömrün sorağında” kitabını vərəqlədikdən sonra isə həmin məktəbin 34 il direktoru vəzifəsində çalışmış, məktəbi təkcə Şərur rayonunda, muxtar respublikada deyil, ölkəmizdə tanıtmış Azərbaycan Respublikasının Əməkdar müəllimi İsa Hüseynovla – bu tanınmış ziyalı, el ağsaqqalı ilə yenidən görüşmək, onun ömür yoluna işıq salmaq istəyi ürəyimdə baş qaldırdı. Yadıma ulu öndər Heydər Əliyevin çox qiymətli bir fikri düşdü: “Veteranlar bizim qızıl fondumuzdur” və o anda onu da düşündüm ki, nə yaxşı bu gün həmin qızıl fonda böyük ehtiram göstərilir, onlar ağsaqqal yaşlarında da bizə gərək olduqlarını görürlər.
AMEA Naxçıvan Bölməsinin Əlyazmalar Fonduna Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 24 yeni əlyazma və çap kitabı daxil edilib.
Bu münasibətlə keçirilən tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev tariximizi özündə əks etdirən qədim əlyazma və çap kitablarının əvəzsiz rolundan danışıb.
Mədəniyyət Nazirliyi tərəfindən əldə olunan kitabların qurumun Əlyazmalar Fonduna hədiyyə edilməsini yüksək qiymətləndirən bölmə sədri milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması və təbliği istiqamətində Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Akif Hacıyevin xidmətlərini xüsusi vurğulayıb.
Təhsil sahəsində aparılan islahatlar, orta ümumi təhsil müəssisələrində tətbiq olunan kurikulumlar yeni düşüncəli, geniş dünyagörüşlü gənclərin hazırlanmasına yönəldilmişdir. Bu gün məktəblərdə tədqiqatlar aparmağa, yeni informasiya texnologiyalarından istifadə etməyə geniş imkanlar yaradılır. Bu işlərin aparılmasında əsas məqsəd şagirdlərə kiçik yaşlarından elmi vərdişlər aşılamaq, onları yeni elmi axtarışlara, ətraf mühiti yaxşılığa doğru dəyişdirməyə sövq etməkdən ibarətdir.
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən “Rezidentura” jurnalının ikinci nömrəsi nəşr olunub.
Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbdə müəllim və şagird kollektivinin iştirakı ilə Naxçıvan Muxtar Respublikasının Daxili İşlər, Təhsil, Gənclər və İdman nazirliklərinin Tədbirlər Planına uyğun olaraq maarifləndirici tədbir keçirilib. Tədbirin məqsədi orta təhsil müəssisələrindəki şagirdlərin milli-mənəvi dəyərlər, vətənpərvər ruhda tərbiyə edilməsi, asudə vaxtlarında idman yarışlarına, oxunması zəruri olan kitabların mütaliəsinə cəlb olunmalarıdır. Digər bir məqsəd isə onları tütün məhsullarının zərərli təsirləri, sosial şəbəkələrdən təhlükəsiz istifadə, yetkinlik yaşına çatmayanlar və gənclər arasında cinayətkarlığın, hüquqpozmaların profilaktikası, radikal və ekstremist yönümlü dini təriqətlərlə bağlı maarifləndirmək olub.
Ümummilli liderimiz Heydər Əliyev deyirdi: “Uşaqlar bizim sevincimiz, xoşbəxtliyimiz, cəmiyyətin gələcəyidir”. Dahi rəhbərin bu deyimində böyük həqiqət var və O, bütün fəaliyyəti boyu uşaqlara xüsusi qayğı ilə yanaşıb. Ulu öndərin bu istiqamətdə müəyyənləşdirdiyi siyasət bu gün ölkəmizdə və onun ayrılmaz tərkib hissəsi olan muxtar respublikamızda uğurla davam etdirilir. Naxçıvan şəhərində, rayon mərkəzlərində yeni bağça binaları inşa olunur, mövcud olanlar yenidən qurulur, onların maddi-texniki bazaları gücləndirilir. Məktəbyaşlı uşaqların orta məktəbə hazırlanması, onlarda ilkin vərdişlərin yaradılması və düzgün istiqamətləndirilməsi üçün tədbirlərin həyata keçirilməsi hamımız tərəfindən yüksək dəyərləndirilir. Valideynlər öz uşaqlarını əminliklə belə müəssisələrə etibar edirlər. Uşaq bağçalarında tərbiyə alan balacalar məktəbə gedərkən öz fəallıqları ilə seçilir, məktəbdaxili intizam qaydalarını bilirlər. Belə bağçalardan biri də Şərur şəhərində fəaliyyət göstərir. Bu günlərdə həmin bağçada oldum.
Bədən tərbiyəsi və idman birbaşa insanların fiziki və mənəvi sağlamlığının, cəmiyyətin genofondunun qorunub saxlanılması və inkişaf etdirilməsi, milli potensialın və insan kapitalının səmərəli şəkildə reallaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edən sahələrdəndir. Bu sahənin gələcəyini düzgün proqnozlaşdırmaq, inkişaf strategiyası və meyillərini elmi-tarixi faktlar əsasında müəyyənləşdirmək baxımından onun tarixini hərtərəfli şəkildə dərindən öyrənmək və öyrətmək son dərəcə aktualdır. İdman tarixçilərinin bu istiqamətdəki hər bir addımı təqdirəlayiqdir. Bu baxımdan muxtar respublika hüdudlarından kənarda da yaxşı tanınan idmançı-müəllim Valeh Əlixanovun bu yaxınlarda işıq üzü görən “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın inkişaf tarixi” adlı kitabı əhəmiyyətliliyi ilə seçilir.
Yeni nəşrlə tanış olarkən bir daha belə bir qəti qənaətə gəlirsən ki, müstəqillik dövründə bədən tərbiyəsi və idman sahəsində qazandığımız uğurların təməlində dövlətimizin bu sahəyə diqqət və qayğısı, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş mükəmməl idman siyasəti dayanır. Ulu öndərin bu sözlərini dönə-dönə xatırlayırsan: “İdman, bədən tərbiyəsi müstəqil Azərbaycanın həyatında dövlət qayğısı ilə əhatə olunaraq, eyni zamanda həm gənclər üçün, həm də bütün cəmiyyətimiz üçün zəruri bir sahəyə çevrilibdir... Bizim millətimizin, xalqımızın fiziki sağlamlığı üçün, təkcə fiziki sağlamlığı deyil, zehni sağlamlığı üçün, sağlam gənc nəsil yetirməsi üçün çox gözəl əsasdır və biz hamımız bu sahəni bundan sonra daha da inkişaf etdirməliyik”.
Azərbaycanın bu gün dünya miqyasında idman dövləti kimi tanıdılmasında isə idmançılarımızın ən böyük himayəçisi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tarixi xidmətləri yaşadığımız dövrün parlaq səhifələrini təşkil edir.
Vətənimiz Azərbaycanın ayrılmaz tərkib hissəsi olan qədim Naxçıvan diyarı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun rəhbərliyi altında bu gün özünün yüksək inkişaf və tərəqqi dövrünü yaşayır. Azərbaycan tarixində həmişə özünəməxsus yeri və rolu ilə seçilən bu diyar ölkə həyatının bütün sahələrində olduğu kimi, bədən tərbiyəsi və idman hərəkatında da öncüllüyü, inkişaf tempi və miqyası, əhatə dairəsinin genişliyi, kütləviliyi və peşəkarlığı, ənənələrə sadiqliyi və yeniliyə meyilliliyi, dönməzliyi və davamlılığı, sadalamadığımız onlarla digər keyfiyyət və məziyyətləri ilə həmişə diqqəti cəlb etmişdir.
Moskvada keçirilən Məktəblilərin “Elmə start” VIII Beynəlxalq Elmi-tədqiqat və yaradıcılıq müsabiqəsinin birinci mərhələsinə yekun vurulub. Müsabiqədə iştirak edən AMEA-nın Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun Hidrogeologiya və mineral sular laboratoriyasının rəhbəri, kimya üzrə fəlsəfə doktoru, dosent Fizzə Məmmədovanın rəhbərliyi altında Naxçıvan Qızlar Liseyinin IX-cu sinif şagirdi Nuray Məmmədovanın “Naxçıvan Muxtar Respublikasının bəzi yeraltı sularının minerallığının təyini” adlı layihəsi diploma layiq görülüb.
AMEA Naxçıvan Bölməsində bölmənin Batabat Astrofizika Rəsədxanasının təşkilatçılığı ilə böyük Azərbaycan alim və mütəfəkkiri Məhəmməd Nəsirəddin Tusiyə həsr olunan elmi konfrans keçirilib.
Dünən Şahbuz rayon “Araz” kinoteatrında “Məktəb idarəçiliyi və sənədləşmə işləri” mövzusunda seminar keçirilib. Seminarda rayon Təhsil Şöbəsinin əməkdaşları, məktəb direktorları, təlim-tərbiyə işləri üzrə direktor müavinləri və təşkilatçılar iştirak ediblər.
Tədbirdə Təhsil Nazirliyi aparatının şöbə müdiri Abdulla Əsgərovun “Məktəb sənədlərinin aparılması və saxlanması”, aparıcı məsləhətçi Ayşən Əsgərovanın “Təhsil müəssisələrində kargüzarlıq işinin təşkili” mövzularında çıxışları dinlənilib.
Dünən Naxçıvan şəhərindəki Dövlət Bayrağı Muzeyi ilə muxtar respublikanın ümumtəhsil məktəbləri arasında “Naxçıvanın muxtariyyəti: tarix və müasirlik” mövzusunda interaktiv dərs keçilib.
Dövlət İmtahan Mərkəzi (DİM) “Rezidentura” jurnalının xüsusi buraxılışının 1-ci nömrəsini çap edib.
DİM-dən bildirilib ki, jurnalın bu nömrəsində Azərbaycan Respublikasında rezidenturaya qəbul qaydaları, rezidentura üzrə ixtisas seçimi cədvəli, baza fənləri üzrə qəbul proqramları, qəbul imtahanında istifadə olunmuş bəzi test tapşırıqlarının izahı və tövsiyələr, test tapşırığı nümunələri və s. məlumatlar Azərbaycan və rus dillərində təqdim olunub.
Jurnalları DİM-in Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, 1M və Nəsimi rayonu A.Salamzadə küçəsi, 28 ünvanlarında yerləşən binalarındakı “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.
Dövlət İmtahan Mərkəzi (DİM) müsahibələrin təşkili ilə əlaqədar cari işlərin həyata keçirilməsi məqsədilə baş mütəxəssis vakant vəzifəsinə işçi qəbulu elan edir.
DİM-dən bildirilib ki, vakant vəzifə üzrə müsahibədə iştirak üçün müraciət edən namizədlər vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidirlər.
Qulluq funksiyalarına:
-Müsahibə qrupu üzvləri tərəfindən verilmiş qiymətləndirmə ballarını bazaya daxil etmək;
-Müsahibələrin keçirilməsi üçün lazım olan sənədləri (vəzifə təlimatlarını, müsahibə proqramlarını, yekun protokolları, bal cədvəllərini) hazırlamaq və aidiyyəti üzrə nizamlamaq, müsahibə otaqlarının hazırlığını yoxlamaq, avadanlıqların (kompüter, veb-kamera) hazır vəziyyətdə olmasını təmin etmək;
-Gün ərzində keçirilmiş müsahibələrin videoçəkilişlərini mütəmadi olaraq konvertasiya edib bazaya daxil etməklə mühafizəsini təmin etmək;
-Müsahibə materiallarını arxivləşdirmək;
-Rəhbərlik, şöbə müdiri və sektor müdirinin xidməti tapşırıqlarını və sektorun fəaliyyət istiqamətinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək daxildir.
Vəzifə haqqında ətraflı məlumat Dövlət İmtahan Mərkəzinin saytında yerləşdirilib: http://www.tqdk.gov.az/news/4906/
Maraqlanan şəxslərdən müraciət formasını Mərkəzin saytında yükləyib tam şəkildə dolduraraq fevralın 14-dək Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron poçt ünvanına mövzu hissəsində “İşə qəbul” yazaraq göndərmələri xahiş olunur. Müvafiq tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.
Qars Qafqaz Universitetinin rektoru, professor Hüsnü Kapı, Ağrı İbrahim Çeçen Universitetinin rektoru, professor Abdulhalik Karabulut Naxçıvan Dövlət Universitetində olublar.
İkitərəfli görüşdə rektor Elbrus İsayev rəhbərlik etdiyi ali təhsil ocağı haqqında geniş məlumat verib. Universitetə qəbul olan əcnəbi tələbələrin siyahısında türkiyəli tələbələrin daha çox üstünlük təşkil etdiyini bildirən rektor bunun səbəbini dil, din birliyi, ortaq adət-ənənələrə sahib olmağımızla əlaqələndirib.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə ötən aydan start verilmiş “Abituriyent – 2020: Buraxılış və qəbul imtahanları, ixtisas seçimi” mövzusunda növbəti seminar fevralın 6-da Babək Rayon Təhsil Şöbəsinin əhatə etdiyi ümumtəhsil məktəblərinin XI siniflərində təhsil alan şagirdlər üçün keçirilib.
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ali təhsil müəssisələrinə qəbul imtahanlarının II mərhələsi üzrə fevralın 16-da keçiriləcək sınaq imtahanına qeydiyyat davam edir.
“Gənclik” Mərkəzində yeniyetmələr arasında İntellektual Oyunlar Olimpiadasının Naxçıvan şəhər mərhələsi keçirilib.
Olimpiadanın təşkilində məqsəd yeniyetmələrin intellektual fəaliyyətə cəlb edilməsi, bu sahədə bilik və bacarıqlarının formalaşması, dünyagörüşlərinin stimullaşdırılması, onlar arasında bilik və elmin nüfuzunun artırılması, asudə vaxtlarının səmərəli təşkil edilməsidir.
Naxçıvan Dövlət Universitetində muxtar respublika üzrə ümumtəhsil məktəblərinin fizika, kimya və biologiya müəllimləri üçün 5 günlük laborator təlim təşkil olunub.
Dünən Naxçıvan Müəllimlər İnstitutunda muxtar respublikada fəaliyyət göstərən ümumtəhsil məktəblərində çalışan 29 ibtidai sinif müəlliminə sertifikatlar təqdim olunub.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə imtahanlarda müvəffəqiyyət qazanan gənc müəllimlər yanvarın 28-dən 3 günlük təlim-seminara cəlb edilib.
Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, seminarda işə yeni təyin olunacaq gənc müəllimlərə müəllim peşəsinin xüsusiyyətləri, etik davranış qaydaları, fənnin tədrisi və məktəb sənədlərinin işlənməsi üsulları, məktəbdaxili qiymətləndirmənin aparılması qaydası, sinif rəhbərinin vəzifələri, pedaqoji şuranın strukturu və hesabatın hazırlanması qaydası, elektron tədris vasitələrindən səmərəli istifadə yolları haqqında məlumat verilir.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan şəhərində “Abituriyent-2020: buraxılış və qəbul imtahanları, ixtisas seçimi” mövzusunda seminar keçirilib.
Abituriyentlərin imtahanlara psixoloji cəhətdən hazır olmaları, imtahan dövrü nələrə diqqət etmələri ilə bağlı onların məlumatlandırılması məqsədilə keçirilən seminarda Təhsil Nazirliyinə birbaşa tabe müəssisələrin və Təhsil Şöbəsinin tabeliyində olan ümumtəhsil məktəblərinin XI siniflərində təhsil alan 110 şagird iştirak edib.
Naxçıvan şəhərində yerləşən “Kitab kafe”də Teodor Drayzerin “Dahi” romanının müzakirəsi keçirilib.
Əvvəlcə Gənclər və İdman Nazirliyinin şöbə müdiri Ayaz Cabbarov çıxış edərək bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamına əsasən “Oxunması zəruri olan kitabların” siyahısına daxil olan əsərlərin təbliği ilə bağlı nazirlik tərəfindən bir sıra tədbirlər keçirilir. Belə tədbirlərin məqsədi gənc nəsildə vətənpərvərlik, tarixə, milli köklərə bağlılığın formalaşdırılması, onların kənar təsirlərdən qorunması üçün dünyagörüşünün zənginləşdirilməsi, dövlətə, dövlətçiliyə, Vətənə, xalqa bağlılıq hisslərinin, mütaliə vərdişlərinin aşılanması, intellektual səviyyələrinin yüksəldilməsi və asudə vaxtlarının səmərəli təşkil olunmasıdır.
Yanvarın 26-da Dövlət İmtahan Mərkəzi doktorantura və dissertanturaya xarici dil üzrə qəbul imtahanı keçirib.
İmtahan Bakı və Naxçıvan şəhərlərində saat 1100-da başlayıb. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, iştirakçıların öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.
Bölmənin İnformasiya şöbəsindən verilən xəbərə görə, AMEA-nın Naxçıvan Bölməsinin Rəyasət Heyətinin növbəti iclası keçirilib. İclası Bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.
2019-2020-ci tədris ilinin qış semestrində Naxçıvan Dövlət Universitetində imtahanlar gün ərzində 55-60 olmaqla, 1100-1200 tələbənin iştirakı ilə keçirilir. Tələbələr elektron qayda ilə yanaşı, yazılı qaydada da imtahan verirlər.
Yazılı imtahanların keçirilməsi üçün xüsusi nəzarət sistemi tətbiq olunan otaq ayrılıb. Bundan başqa, xüsusi qabiliyyət tələb edən ixtisaslarda imtahanların şifahi qaydada keçirilməsi nəzərdə tutulub. Şifahi imtahanlar müvafiq kafedralar tərəfindən razılaşdırılmış qaydada fakültə daxilində keçirilir. Semestr ərzində cəmi 22437 tələbənin iştirakı ilə 1263 sayda keçirilməsi planlaşdırılan imtahanların 515-i yazılı, 748-i isə elektron qaydada aparılır.
Hər dəfə gənclərin uğurlarından söhbət düşəndə, haqlı olaraq, onların təhsil pillələrində atdığı ilk addımlarda böyük pay sahibi olan müəllimləri, bu dəyərli insanların əməyini ehtiramla yada salırıq. Həyatda harada yaşamağından, hansı vəzifə tutmağından asılı olmayaraq, hər bir kəs üçün məktəb illəri, burada qazandığı dostlar və şübhəsiz, onları ərsəyə gətirən müəllimlər həmişə dəyərli olub, şirin bir xatirə kimi ürəklərdə yaşayır. Bu mənada, təkcə muxtar respublikamızın deyil, ölkəmizin qabaqcıl təhsil ocağı olan Naxçıvan şəhərindəki Heydər Əliyev adına tam orta məktəb də qabaqcıl təhsil ənənələri ilə gələcəyimiz olan gənc nəslin bilik və bacarıqlar əldə etməsi, Vətənə məhəbbət və dövlətçiliyimizə sədaqət ruhunda tərbiyə olunması yolunda böyük uğurlar qazanıb. Çəkilən zəhmətə dövlətimiz tərəfindən verilən yüksək qiymət isə bu təhsil ocağının kollektivini daha böyük uğurlara aparan amil kimi hər kəsi sevindirir.
Aynur Abbasova haqqında danışdığımız məktəbin təcrübəli müəllimlərindəndir. O, işlədiyi təhsil ocağının tədris ənənələrini uğurla davam etdirir, dərs dediyi şagirdlərin təlim-tərbiyəsinə ciddi fikir verir. Ümumilikdə, 22 ilə yaxın olan pedaqoji fəaliyyəti dövründə Azərbaycan dili və ədəbiyyatı fənnini tədris edərək o, həmişə şagirdlərə doğma dilimizi və ədəbiyyatımızı sevdirməyə çalışıb. Bütün elmləri öyrənməyin yolunun məhz ana dilini mükəmməl bilməkdən keçdiyini, bunun üçün onun hər cür incəliklərini öyrənməyi, çoxlu mütaliə edib, söz ehtiyatını zənginləşdirməyi əsas tələblər kimi şagirdlərə aşılayır. Nəticələr isə ürəkaçandır. Məktəbdən hər il məzun olan gənclərin, demək olar ki, hamısının ölkəmizin və muxtar respublikamızın yüksəkreytinqli ali məktəblərinə daxil olması, onların daha sonrakı həyat və fəaliyyətlərində qazandıqları uğurlar kollektivi ürəkdən sevindirir. Bütün bunlar isə, şübhəsiz, ölkəmizin gələcəyi olan gənc nəslin hərtərəfli inkişafına göstərilən dövlət qayğısı olmadan mümkün deyildir.
Dövlət İmtahan Mərkəzi (DİM) yanvarın 26-da doktoranturaya və dissertanturaya xarici dil üzrə qəbul imtahanı keçirəcək.
Bir müddət öncə 2020-ci ilin ilk 3 ayı ərzində Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilməsi nəzərdə tutulan magistratura və doktoranturaya qəbul imtahanları, sınaq imtahanları, 9-cu sinif buraxılış imtahanlarının 1-ci mərhələsi və dövlət qulluğuna qəbul imtahanlarının tarixləri elan edilib. Artıq 2020-ci ildə keçiriləcək digər imtahanların tarixləri də müəyyən olunub.
Mərkəzdən bildirilib ki, rezidenturaya qəbulun birinci mərhələsi aprelin 19-da, ikinci mərhələsi isə iyulun 17-də keçiriləcək.
Eyni kateqoriyaya aid bir və bir neçə namizəd sağlamlıq vəziyyətindən asılı olaraq imtahan mərtəbəsində və ya imtahan binasının birinci mərtəbəsində ayrıca zalda əyləşdirilə bilər. Namizədin sağlamlıq vəziyyəti imtahan zalında iştirak üçün qənaətbəxş olmadıqda, psixi və emosional pozğunluqdan əziyyət çəkdikdə ona imtahan binasında deyil, öz ünvanında və ya xəstəxanada imtahan verməsinə icazə verilə bilər.
“20 Yanvar faciəsi təkcə Azərbaycan xalqına deyil, bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilən dəhşətli terror aktıdır”. Bu fikir Naxçıvan şəhərindəki Xatirə Muzeyi ilə muxtar respublikanın 200-dən çox ümumtəhsil məktəbi arasında “20 Yanvar – Azərbaycan xalqının qəhrəmanlıq tarixi” mövzusunda keçilən interaktiv dərsdə səsləndirilib.
Muxtar respublikamızın ümumtəhsil məktəblərində şahmat dərslərinin tədrisi səviyyəsinin artırılması, uşaq-gənclər şahmat məktəblərinin fəaliyyətinin gücləndirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Şahmat Federasiyası ilə birlikdə mütəmadi olaraq şahmat məşğələləri də təşkil edir.
Dünən Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən eksternat qaydada aralıq imtahanı keçirilib.
İmtahanda müxtəlif səbəblərdən ümumi orta və tam orta təhsil səviyyəsini başa vura bilməyən və həmin səviyyə üzrə buraxılış imtahanı verərək attestat almaq istəyən namizədlər iştirak ediblər.
Sərbəst (eksternat) təhsilalma forması əsasında müstəqil hazırlaşıb ümumi orta və ya tam orta təhsil üzrə buraxılış imtahanlarında iştirak etmək istəyən şəxslərin 1 noyabr 2019-cu il tarixdən 10 yanvar 2020-ci il tarixədək Təhsil Nazirliyində sənəd qəbulu aparılıb. Naxçıvan şəhər 1 nömrəli tam orta məktəbdə keçirilən imtahanlarda ümumi orta təhsil bazasından 161, tam orta təhsil bazası üzrə isə 318 olmaqla, ümumilikdə, 479 nəfər iştirak edib.
“İRS-Herıtage” beynəlxalq jurnalın növbəti sayında AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Qafqaz tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Emin Şıxəliyevin “Xristianlığın ilk şəhid milləti ermənilərdirmi?” mövzusunda məqaləsi dərc olunub.
Rus dilində çap olunan məqalədə “böyük erməni tarixi”ni yaratmaq üçün “Nuhun nəvələri və varisləri”, “vəd olunmuş torpaqlar”, “yer üzünün ilk xristian etnosu və dövləti” kimi iddialar ortaya atan, tarixlərini real olaraq deyil, görmək istədikləri kimi dəyişdirməyə çalışan saxtakar erməni yalanlarından bəhs edilir.
Qeyd olunur ki, erməni iddialardan biri də “xristianlığın ilk şəhid milləti” iddiasıdır ki, bu da 1915-ci il hadisələrini müsəlman-xristian toqquşması kimi bütün dünya ictimaiyyətinə təhrif olunmuş şəkildə tanıtmaqdır.
AMEA Naxçıvan Bölməsinin
İnformasiya şöbəsi
AFFA-nın dəstəyi, Naxçıvan Muxtar Respublikası Gənclər İdman Nazirliyi və Naxçıvan Futbol Federasiyasının birgə təşkilatçılığı ilə Şərur rayonunda hakimlər üçün 5 günlük təlim-məşq toplanışı başa çatıb. Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman naziri, Naxçıvan Futbol Federasiyasının sədri Azad Cabbarov bu münasibətlə hakimlərlə görüş zamanı regionun və ümumilikdə ölkənin futbol mühiti, nailiyyətlər inkişaf perspektivləri ilə bağlı fikirlərini bölüşüb. Qazanılan uğurlarla yanaşı, daha yüksək hədəflərin reallaşması üçün regional idman federasiyalarının da böyük məsuliyyət daşıdığını diqqətə çatdıran federasiya sədri bu istiqamətdə birgə və səmərəli fəaliyyətin önəmli olduğunu deyib.
NFF olaraq Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və digər idman qurumları ilə sıx əməkdaşlıq etməklə ötən dövr ərzində futbolun müəyyən istiqamətlərində çoxsaylı layihələr, yarışlar, kurs və seminarlar təşkil olunub. Ölkə futboluna inteqrasiya prosesləri regionda bu sahənin inkişafına mühüm töhfədir. Hakimlik sahəsinə də xüsusi önəmlə yanaşıldığını vurğulayan Azad Cabbarov qeyd edib ki, 6 aya yaxın bir zamanda müntəzəm şəkildə keçirilən seminar, kurs və taktiki-texniki məşğələlər nəticəsində Naxçıvan futbolundakı hakimlərin say məhdudiyyəti və təhsilsizlik amili həllini tapıb. Təlim-məşq toplanışı məqsədi ilə Bakıdan dəvət olunan qonaqlara təşəkkürünü bildirən federasiya sədri hakimlərimizin mütəxəssislərin bilik və bacarıqlarından maksimum yararlanmalı olduqlarını və gələcək perspektivləri nəzərə alaraq xarici dillərə də yiyələnmələrinin vacib olduğunu deyib. Uğurlu karyera qura bilmələri üçün onlara hər cür şərait yaradılacağını və dəstək veriləcəyini diqqətə çatdırıb. Görüş zamanı FİFA referiləri Anar Salmanov, Ömər Paşayev və fiziki hazırlıq üzrə məşqçi Rüstəm Rüstəmli Naxçıvan futbolunun inkişafında göstərdikləri xidmətlərə görə təltif olunublar. AFFA Hakimlər Komitəsinin üzvü Anar Salmanov göstərilən diqqətə görə minnətdarlıq edərək, Naxçıvan hakimlərinin peşəkar səviyyəyə çatması üçün bundan sonra da səylə çalışacaqlarını deyib. Mövcud imkanlar, görülən işlər və gələcəklə bağlı inkişaf perspektivləri barədə məlumatlar diqqətə çatdırılıb.