“İRS-Herıtage” beynəlxalq jurnalın növbəti sayında AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Qafqaz tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Emin Şıxəliyevin “Xristianlığın ilk şəhid milləti ermənilərdirmi?” mövzusunda məqaləsi dərc olunub.
Rus dilində çap olunan məqalədə “böyük erməni tarixi”ni yaratmaq üçün “Nuhun nəvələri və varisləri”, “vəd olunmuş torpaqlar”, “yer üzünün ilk xristian etnosu və dövləti” kimi iddialar ortaya atan, tarixlərini real olaraq deyil, görmək istədikləri kimi dəyişdirməyə çalışan saxtakar erməni yalanlarından bəhs edilir.
Qeyd olunur ki, erməni iddialardan biri də “xristianlığın ilk şəhid milləti” iddiasıdır ki, bu da 1915-ci il hadisələrini müsəlman-xristian toqquşması kimi bütün dünya ictimaiyyətinə təhrif olunmuş şəkildə tanıtmaqdır.
AMEA Naxçıvan Bölməsinin
İnformasiya şöbəsi