22 Dekabr 2024, Bazar

“Naxçıvan” Universitetində Pedaqoji və Xarici dillər fakültələrinin əyani şöbə üzrə tələbələrinin 2019-2020-ci tədris ilinin ikinci yarısında keçəcəkləri pedaqoji təcrübəyə həsr edilmiş başlanğıc konfransı keçirilib.
Konfransı giriş sözü ilə universitetin rektoru, dosent Nurlana Əliyeva açaraq pedaqoji təcrübənin ali və orta təhsil müəssisələrinin sıx əməkdaşlığı, tələbələrin pedaqoji ustalıqlara yiyələnmələri baxımından əhəmiyyətindən, təcrübi dərslər zamanı informasiya-kommunikasiya vasitələrindən istifadənin, elmi-kütləvi, mədəni tədbirlərin keçirilməsinin zəruriliyindən danışıb.

Rektor tələbələrə və təcrübə rəhbərlərinə pedaqoji təcrübə dövrünə məsuliyyətlə yanaşmağı və bu dövrü yüksək göstəricilərlə başa vurmağı arzulayıb.
Konfransda Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov çıxış edərək bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamı ilə 30 pedaqoji profilli ixtisas Təhsil Nazirliyinə hamiliyə verilib. Onlardan 8-i “Naxçıvan” Universitetindəki ixtisaslardır. Həmin ali təhsil ocağında yaradılan şəraitin nəticəsidir ki, ötən il məzunlardan 243-ü ixtisas seçimi zamanı bu ali məktəbi seçib. Onlardan 116-sı pedaqoji profilli ixtisaslarda təhsil alır. Qeyd olunub ki, cari tədris ili ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən keçirilən müsabiqələrdə “Naxçıvan” Universitetinin 30 məzunu yüksək nəticə göstərərək işlə təmin olunub.
Diqqətə çatdırılıb ki, fevralın 18-dən aprelin 6-dək Heydər Əliyev adına tam orta məktəbdə, Naxçıvan şəhər 11, 15 nömrəli və Babək rayon Kərimbəyli kənd tam orta məktəblərində 141 tələbə pedaqoji təcrübədə olacaqdır. Nazirlik tərəfindən onların yüksək səviyyədə praktik iş qabiliyyətinə yiyələnmələri diqqətdə saxlanılacaq.
Nazir məktəblərdə təcrübə müddəti ərzində yerinə yetiriləcək işlərlə bağlı məktəb direktorlarına aidiyyəti üzrə tapşırıqlar verib.
Sonra çıxışlar dinlənilib, Təhsil Nazir­liyi tərəfindən universitetə dərslik və metodik vəsaitlər hədiyyə edilib.

Seyfur HACIMURADOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR