22 Dekabr 2024, Bazar

Bu ilin birinci yarısında Azərbaycan Təhsil Şəbəkəsinə 360-dan çox ümumtəhsil məktəbi qoşulub. Şəbəkə hazırda respublikanın 3 min 186 ümumtəhsil məktəbini əhatə edir. Ölkə üzrə şagirdlərin 93 faizi, müəllimlərin isə 89 faizi internetlə təmin olunub.

Təhsil Nazirliyindən bildiriblər ki, Azərbaycan Təhsil Şəbəkəsi ölkənin ümumi təhsil müəssisələrini, eləcə də təhsil sahəsində dövlət siyasətini həyata keçirən qurumları vahid şəbəkədə birləşdirən ən geniş intranet şəbəkəsidir. Layihənin icrasına 2008-ci ildə “2008-2012-ci illər üzrə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılmasına dair Dövlət Proqramı” çərçivəsində başlanılıb. Azərbaycan Təhsil Şəbəkəsinin təqdim etdiyi başlıca imkanlar internetə yüksək sürətli çıxışın təmin olunması, internetin zərərli məzmunlardan süzgəclənməsi, intranet şəbəkəsinin qurulması və intranet üzərindən rabitənin (IP telefoniya, videokonfrans) təşkili, eləcə də şəbəkə və avadanlıqlara texniki dəstək xidmətinin göstərilməsidir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamının icrası ilə əlaqədar oktyabr ayının 30-31-də Naxçıvan Dövlət Universitetinin Sosial idarə­etmə və hüquq fakültəsinin hüquqşünaslıq, dövlət və bələdiyyə idarə­etməsi ixtisaslarının II kurs tələbələri Ədliyyə Nazirliyində təcrübə keçiblər. İki gün ərzində tələbələr təcrübə müddətində bu qurumların iş fəaliyyəti ilə tanış olub, gündəlik iş prosesində iştirak edib, maraqlandıqları sahələr barədə ətraflı məlumat alıblar.

Ardını oxu...

Naxçıvan Dövlət Universitetində “Naxçıvan tələbələrinə təqaüd” proqramı çərçivəsində “Nar” mobil operatoru tərəfindən təqaüd kartlarının təqdim edilməsi ilə bağlı tədbir keçirilib. Tədbirdə çıxış edən universitetin Tədris və tərbiyə işləri üzrə prorektoru, tarix üzrə fəlsəfə doktoru, dosent Rafiq Rəhimov belə tədbirlərin tələbələrin sosial-rifah halının yaxşılaşdırılmasındakı əhəmiyyətindən danışıb.

Ardını oxu...

AMEA Naxçıvan Bölməsinin Əlyazmalar Fondunda Naxçıvan Dövlət Universitetinin hamiliyə götürülən ixtisaslarının I kurs tələbələri üçün əlyazma və çap kitablarının tədqiqinə dair praktik məşğələ keçirilib.

Ardını oxu...

Oktyabrın 31-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin birgə təsis etdikləri Qarabağ Araşdırmalar Mərkəzində “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin könüllüləri üçün “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi: tarixi kökləri, mərhələləri və həlli perspektivləri” proqramı üzrə növbəti qısamüddətli kurslara start verilib.

Kursun ilk dinləyiciləri Dövlət İdarəçilik Akademiyasının beynəlxalq münasibətlər ixtisasının tələbələri olublar.

Tədbiri giriş sözü ilə açan “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədr müavini, professor Elçin Əhmədov kurslar haqqında ətraflı məlumat verib. O bildirib ki, kursların keçirilməsində məqsəd son iki əsrdə ermənilər tərəfindən xalqımıza qarşı həyata keçirilən etnik təmizləmə, soyqırımı haqqında indiki və gələcək nəsillərdə möhkəm milli yaddaş formalaşdırmaq, bu faciələrə bütün dünyada siyasi və hüquqi qiymət verilməsinə nail olmaq, onun ağır nəticələrinin aradan qaldırılmasına və bir daha belə halların təkrar olunmamasına çalışmaqdır. Bununla yanaşı, bu kursların keçirilməsinin ideyası gənclərin maarifləndirilməsi və vətənpərvərlik ruhunun artmasına kömək olmaqla yanaşı, eləcə də Qarabağ həqiqətləri haqqında dünya ictimaiyyətinin daha çox məlumatlandırılması istiqamətində Azərbaycan dövlətinin apardığı mühüm işlərə töhfə verməkdir.

Proqram üzrə Azərbaycanda bu sahədə tanınmış alimlər və ekspertlər “Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və təcavüzkarlıq siyasətinin tarixi kökləri”, “Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi və onun nəticələri”, “XX əsrin əvvəllərində ermənilərin azərbaycanlılara qarşı təcavüzü (1905-1906)”, “Azərbaycanlıların soyqırımı (1918-1920-ci illər)”, “Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları DQMV-nin yaradılması və onun nəticələri (1918-1923)”, “Sovet dövründə Ermənistanın Azərbaycana ərazi iddiaları və azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin nəticələri (1945-1985)”, “XX əsrin 80-ci illərinin sonunda Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və hərbi təcavüzünün nəticələri (1988-1993)”, “Millətlərin öz müqəddəratını təyin etmə və ərazi bütövlüyü prinsipləri: Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və beynəlxalq hüquq kontekstində”, “Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasəti. Xocalı soyqırımı” və “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması istiqamətində Azərbaycanın dövlət siyasəti” mövzularında elmi mühazirələr oxuyacaqlar.

Ardını oxu...

Naxçıvan Dövlət Universitetinin Naxçıvan Muxtar Respublikası Prokurorluğunun hamiliyinə verilmiş Hüquq­şünaslıq ixtisası üzrə 1-ci kurs tələbələri dünən prokurorluqda olublar.
Onlar əvvəlcə buradakı kitabxana ilə tanış olub, prokurorluq orqanlarında müraciətlərin baxılması qaydaları haqqında məlumat alıblar. Sonra tələbələrə prokurorluğun kriminalistik avto­maşınının iş prinsipi izah olunub, slaydlar vasitəsilə cinayət işinin istintaqı zamanı aparılan istintaq hərəkətləri haqqında məlumatlar verilib.

Ardını oxu...

AMEA Naxçıvan Bölməsində Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi katibi, tarix üzrə fəlsəfə doktoru, dosent Yaşar Rəhimovun “Naxçıvan: siyasi və sosial-iqtisadi tarixinə dair” (XIX-XX əsrin əvvəlləri) monoqrafiyasının təqdimatı keçirilib.
Tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev çıxış edərək bildirib ki, Azərbaycan tarixinin XIX-XX əsrlər dövrünün tədqiqi tarixşünaslığımızda mühüm elmi istiqamətlərdən biridir. Nəşrdə bu istiqamətdə tədqiqatlar aparılıb və həmin dövrlərdə Naxçıvanın sosial-iqtisadi, siyasi tarixinin vəziyyəti araşdırılıb. Monoqrafiyada tanınmış tarixçi alimlərin, rus müəlliflərin və qafqaz­şünasların əsərlərinə, o cümlədən arxiv sənədlərinə istinad edilib.
Akademik XIX əsrdə ermənilərin Naxçıvana köçürülməsi və onun nəticələri, ermənilərin ərazi iddialarının əsassızlığı, əsrin sonlarında regionun kənd təsərrüfatının vəziyyəti və sair məsələlərin də nəşrdə tədqiq edildiyini deyib.
Tədbirdə bölmənin Tarix, Etno­qrafiya və Arxeologiya İnstitutunun Yeni və ən yeni tarix şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Musa Quliyev, Antik və orta əsrlər arxeologiyası şöbəsinin müdiri, dosent Toğrul Xəlilov və Naxçıvan Dövlət Universitetinin müəllimi, tarix üzrə fəlsəfə doktoru Qadir Əkbərov çıxış edərək nəşr haqqında fikirlərini bölüşüb, müəllifə elmi fəaliyyətində uğurlar arzulayıblar.

AMEA Naxçıvan Bölməsinin
İnformasiya şöbəsi

İntellektual idman növü kimi şahmatın inkişafına muxtar respublikamızda ciddi diqqət yetirilir. Bu məqsədlə şəhər və rayonlarda şahmat məktəbləri tikilərək istifadəyə verilib, həmin məktəblərin maddi-texniki bazası gücləndirilib. Eyni zamanda müasir informasiya-kommunikasiya texnologiyaları ilə təmin olunmuş şahmat məktəblərində interaktiv dərslərin təşkili üçün hər cür şərait yaradılıb.

Ardını oxu...

Ölkəmizin ən yeni tarixinin digər tədqiqat istiqamətləri ilə yanaşı, Azərbaycan Respublikasında qadın siyasətinin və qadın hərəkatının müxtəlif aspektlərinin, gender münasibətlərində transformasiya proseslərmin araşdınlması ciddi elmi və ictimai maraq doğurur. Uzun illər boyu unudulmuş, üzərindən sükutla keçilmiş qadmlarm Azərbaycan tarixində layiq olduqları yerlərinin bərpa edilməsi, onların tarixinin gender bərabərliyi nöqteyi-nəzərindən yenidən yazılması, tarixin müxtəlif dönəmlərində onların ictimai status və mövqelərinin dəyişməsinin öyrənilməsi heç şübhəsiz, qarşısında duran ən aktual vəzifələrindəndir. Həmçinin, müasir dövrdə modernləşmə prosesini yaşayan ölkəmizdə hüquqi dövlət, demokratik cəmiyyət, yeni iqtisadi münasibətlər sistemi quruculuğunun davam etdiyi bir şəraitdə qadınların cəmiyyətdəki rolunun araşdırılması zəruri və əhəmiyyətli məsələlərdəndir.

Naxçıvan Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasmm dosenti, tarix üzrə elmlər doktoru Sevinc Abbasovanın nəşr edilən "Azərbaycan Respublikasının ictimai- siyasi, sosial-iqtisadi və mədəni inkişafında qadınların rolu (1970-2015-ci illər)" adlı dərs vəsaiti ilk növbədə müstəqillik dövrü Azərbaycan tarixşünaslığı üçün son dərəcə aktuallığı ilə səciyyələnən və xüsusi əhəmiyyət kəsb edən bir problemin sistemli və kompleks şəkildə tədqiqinə həsr olunması baxımından məxsusi dəyərləndirilməlidir. Əlbəttə, bu gün Azərbaycanın dövlətçilik siyasətində gender məsələlərinin daim diqqətdə saxlanılması bəlli həqiqətdir. O da var ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev dövlət quruculuğunda qadınların rolunu yüksək qiymətləndirdiyi kimi, qlobal dünyanın meyarlarından biri olmaqla yeni cəmiyyət quruculuğunda qadın faktorundan faydalanmağı vacib və gərəkli saymışdır. Bu mənada S.Z.Abbasovanın kitabında vahid bir problemin Azərbaycan tarixinin hər bir azərbaycanlı üçün mühüm əhəmiyyət kəsb edən mərhələsində, yəni dahi öndər Heydər Əliyev epoxasında öyrənilməsi təqdirəlayiq bir hal kimi ayrıca qeyd olunmalıdır.

Ardını oxu...

Naxçıvan Müəllimlər İnstitutunda “Tələbələrin elmi-tədqiqat fəaliyyətinin təşkili” mövzusunda keçirilən seminar-müşavirədə institutun rektoru, dosent Elbrus İsayev çıxış edərək ölkəmizdə elm və təhsilin strateji sahələr kimi dövlət qayğısı ilə əhatə olunduğunu vurğulayıb. Bildirib ki, müasir və müstəqil dövlətimizin elm siyasəti ulu öndər Heydər Əliyev tərəfindən müəyyən edilib və bu gün də ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilməkdədir. Rektor qeyd edib ki, muxtar respublikada fəaliyyət göstərən dövlət ali təhsil və elm müəssisəsi kimi Naxçıvan Müəllimlər İnstitutunun da üzərinə böyük və məsul vəzifələr düşür. Ali təhsil ocağının strateji hədəflərindən biri fəaliyyətini “təhsil-tədqiqat-innovasiya” formatında qurmaqdan, ölkə qanunuvericiliyinə uyğun şəkildə gələcəkdə “Tədqiqat Universiteti” statusunu qazanmaqdan ibarətdir.

Ardını oxu...

AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev Şərqi Avropanın qədim mədəniyyət mərkəzlərindən biri sayılan Şimali Makedoniya Respublikasının paytaxtı Üsküp şəhərindəki Beynəlxalq Vizyon Universitetində elmi ezamiyyətdə olub.
Avropada ilk türk universiteti olan bu təhsil ocağında Əbülfəz Quliyev “Kuman-qıpçaqlar və Cənubi Qafqazda izləri” mövzusunda mühazirə oxuyub. Alimin çıxışı maraqla qarşılanıb.
Tanınmış dilçi alim, həmçinin universitetin rektoru, professor Fadıl Hoca və universitetin elmi şura üzvləri ilə görüşüb. Görüşdə professor Fadıl Hoca universitetin beynəlxalq əlaqələrindən, Azərbaycana səfərindən və Türkiyə ilə Azərbaycan arasında mehriban dostluq münasibətlərindən danışıb.
Əbülfəz Quliyev isə çıxışında Azərbaycanın müstəqilliyinin bərpasından sonra Naxçıvan Muxtar Respublikasında elm və təhsilin keçdiyi tarixi inkişaf yolundan və əldə olunan mühüm nailiyyətlərdən söz açıb. Alim Şimali Makedoniya Respublikasının elm və təhsil müəssisələri ilə əlaqələrin genişləndirilməsinin zəruriliyini vurğulayıb.
Daha sonra bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutu ilə Beynəlxalq Vizyon Universiteti arasında əməkdaşlıq haqqında protokol imzalanıb.
İki dildə tərtib olunan protokolda qurumlar arasında elm və təhsilin müxtəlif sahələri üzrə əməkdaşlığın 5 il müddətində həyata keçirilməsi nəzərdə tutulub.

AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsi

Ölkənin təhsil sisteminin göstəriciləri “Qlobal Rəqabətlilik İndeksi”ndə növbəti dəfə yaxşılaşıb.

Təhsil Nazirliyindən bildirilib ki, Dünya İqtisadi Forumu tərəfindən yayılan “Qlobal Rəqabətlilik İndeksi 2019” hesabatında Azərbaycan ötən ilin göstəriciləri ilə müqayisədə 11 pillə irəliləyərək, 141 ölkə arasında 58-ci yeri tutub. Bu göstərici 12 indikator əsasında müəyyən olunub ki, bunlardan 8-i üzrə ölkəmiz MDB ölkələri arasında yüksək nəticələr əldə edib.

Təhsilin kəmiyyət və keyfiyyət göstəricilərini ölçən “Bacarıqlar” (“Skills”) kateqoriyası üzrə Azərbaycan bu il 6 pillə irəliləyərək 48-ci yerdə, “İnnovasiya bacarığı” (“İnnovation Capability”) üzrə isə bu il 3 pillə irəliləyərək 68-ci yerdə qərarlaşıb.

Ardını oxu...

Dünən Naxçıvan Müəllimlər İnstitutunda Müstəqillik Gününə həsr edilmiş tədbir keçirilib. Əvvəlcə Təsviri incəsənət müəllimliyi ixtisası üzrə təhsil alan tələbələrin əl işlərindən ibarət sərgiyə baxış olub.

Ardını oxu...

Naxçıvan Müəllimlər İnstitutu elm və təhsilin bütün sahələrində yüksək nailiyyətlər əldə etməkdədir. Beynəlxalq əlaqələrin inkişafı və əcnəbi tələbələrin qəbulu institutun qarşıya qoyduğu mühüm məsələlərdən biri kimi daim diqqət mərkəzində saxlanılır. Ölkəmizdə və xaricdə təşkil olunan müxtəlif elm və təhsil tədbirlərində iştirak etmək də bu fəaliyyətin bir istiqamətini təşkil edir.

Ardını oxu...

AMEA Naxçıvan Bölməsində cari ilin doqquzaylıq elmi və elmi-təşkilati fəaliyyətinin yekunlarına həsr edilən hesabat tədbiri keçirilib.
Bölmənin sədri, akademik İsmayıl Hacıyev elmi müəssisələrdə müvafiq istiqamətlər üzrə aparılan tədqiqatlardan, eləcə də elmi-təşkilati işlərdən danışıb. O, bölmə institutlarında bir sıra nailiyyətlərin əldə olunduğunu bildirib.

Ardını oxu...

Muxtar respublikada ixtisaslı kadr hazırlığı təhsil siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamı yüksək­ixtisaslı kadr hazırlığı və innovasiyaların yaradılması istiqamətində yeni vəzifələr müəyyənləşdirir.

Ardını oxu...

Monteneqronun populyar “Avlija” internet nəşrində Azərbaycanın görkəmli xadimləri haqqında materiallar seriyasından növbəti məqalə dərc edilib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində “Dövlət qulluğunda etik davranış qaydaları” adlı təlim keçirilib. Oktyabrın 10-da start verilən və 2 gün davam edən təlimə Maliyyə Nazirliyinin tabeliyində olan qurumlarda çalışan 14 dövlət qulluqçusu cəlb olunub. Əsas məqsəd dövlət qulluğunda etikanın əhəmiyyəti, dövlət qulluqçularının riayət etməli olduğu əsas etik davranış qaydaları barədə gənc dövlət qulluqçularını məlumatlandırmaqdır.
Təlimdə “Dövlət qulluğunda etika” və “Peşə etikası və etiket qaydaları” adlı mövzulara dair slaydların təqdimatı ilə çıxışlar dinlənilib, qrup şəklində iş və müzakirələr aparılıb.
Sonda fəal iştirak edən dövlət qulluqçularına sertifikatlar təqdim olunub.

Naxçıvan Muxtar Respublikası
Maliyyə Nazirliyinin mətbuat xidməti

Ölkəmizə ağır texnika və yük avtomobillərinin idxalını həyata keçirən “Grand Motors” MMC-nin təlim keçmiş yüksək ixtisaslı heyəti tərəfindən Naxçıvandakı hərbi hissədə məşğələ keçirilib.

Əlahiddə Ümumqoşun Ordudakı müxtəlif markalı buldozerlərin heyətləri ilə keçirilən məşğələdə əsas diqqət texnikanın istismarı qaydalarına və texniki qulluğun göstərilməsinə yönəldilib.

Məşğələ zamanı buldozer texnikalarında mühərrik yağlarından istifadə, texniki müayinə və akkumulyator batareyalarına qulluq qaydaları praktiki olaraq göstərilib.

Məşğələnin sonunda buldozerlərin heyətlərindən məqbullar götürülüb.

Nəriman Nəcəfov

AMEA Naxçıvan Bölməsinin 2018-ci ilin biblioqrafıq göstəricisi çap olunub.

Bölmənin Elmi-təşkilat şöbəsində tərtib edilən biblioqrafiyada qurum əməkdaşlarının ölkəmizdə və xaricdə işıq üzü görən monoqrafiyaları, kitabları, tezisləri, jurnallarda, toplularda, eləcə də dövrü mətbuatda dərc edilən məqalələri, tərcümələri, o cümlədən internet resursları verilib. “Köməkçi göstəricilər” adlı bölmədə əsər başlıqları, müəlliflərin əlifba göstəriciləri yer alıb.

Qeyd edək ki, 2018-ci ildə AMEA Naxçıvan Bölməsinin əməkdaşlarının 820 elmi əsəri nəşr edilib ki, onlardan da 23-ü monoqrafiya, 15-i kitab, 4-ü kitabça, 3-ü metodik vəsait, 768-i elmi məqalə, 7-i tezisdir. 498 elmi məqalə beynəlxalq kodlu nüfuzlu jurnallarda çapdan çıxıb.

Biblioqrafik göstəricidə 843 mənbə əksini tapıb ki, onlardan 39-u kitab və monoqrafiya, 663-ü məqalədir ki, onun da 162-si xaricdə işıq üzü görüb. Elmi məqalələrdən 48-i impakt faktorlu jurnallarda dərc olunub. 

AMEA-nın İnformasiya Şöbəsi

AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun Sorbsiya prosesləri laboratoriyasının rəhbəri, kimya üzrə fəlsəfə doktoru, dosent Günel Məmmədova nüfuzlu beynəlxalq elmi jurnallarda dərc olunan məqalələrinin səviyyəsinə, aktual­lığına görə Sinqapurun “Materialşünaslığın tədqiqi və tətbiqi” beynəlxalq jurnalının redaksiya heyətinə üzv seçilib.
Gənc alim Naxçıvan Muxtar Respublikasının təbii mineralı – seolitlə bağlı müasir analiz metodlarından istifadə etməklə yüksək nailiyyətlər əldə edib. Apardığı mühüm elmi-tədqiqat işlərinin nəticələri dünyanın bir neçə xarici ölkələrinin nüfuzlu beynəlxalq jurnallarında rus və ingilis dillərində işıq üzü görüb. Onun seolitlərin tətbiq sahələrindən, onların alınma şəraitindən və müxtəlif quruluş tipli seolitlərin sintezindən bəhs edən kitab və monoqrafiyaları ölkə və xarici nəşriyyatlarda çap olunub.
Qeyd edək ki, Günel Məmmədova İngiltərənin Kembric Skolars Pablişinq Nəşriyyatının “Qeyri-üzvi kimya” jurnalının məsləhətçi redaksiya heyətinin, “Yeni Universitet” (Rusiya), həmçinin “Müasir fizikanın Amerika jurnalı” və “Qeyri- üzvi kimya” beynəlxalq jurnalının redaksiya heyətinin üzvüdür.

AMEA Naxçıvan Bölməsinin
İnformasiya şöbəsi

Naxçıvan Dövlət Universitetində “Kimya elminə müasir baxış” adlı elmi konfrans keçirilib.
Konfransda çıxış edən universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov ölkəmizdə kimya elminin inkişafından bəhs edib, son illər qazanılan uğurlar barədə danışıb.
“Bəzi aminturşular və onların qarışıq funksiyaları törəmələrinin əsasında birləşmənin quruluşu – inhibitor effekti asılı­lığının tədqiqi” adlı çıxışında universitetin Kimya kafedrasının müdiri, AMEA-nın müxbir üzvü Tofiq Əliyev korroziya proseslərindən söz açıb. Qeyd edib ki, əksər metallar korroziya nəticəsində dağılaraq vaxtından əvvəl sıradan çıxır. Bu da sonda külli miqdarda dövlət vəsaitinin itirilməsinə gətirib çıxarır.

Ardını oxu...

Naxçıvan Dövlət Universitetində “Kimya elminə müasir baxış” adlı respublika elmi konfransı keçirilib. Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov iştirakçıları salamlayıb və ölkəmizdə kimya sahəsində qazanılan uğurları vurğulayıb. Konfransda  Kimya kafedrasının müdiri, AMEA-nın müxbir üzvü, kimya üzrə elmlər doktoru, professor Tofiq Əliyev korroziya proseslərinin qarşısını almaq üçün səmərəli üsullardan danışıb.

Fizika üzrə elmlər doktoru, AMEA Fizika İnstitutunun professoru İmaməddin Əmiraslanov isə  “Kristallar, kvazikristallar və türk sənəti” mövzusunda   çıxış edib. Diqqətə çatdırılıb ki, kvazikristalların kəşfi 2011-ci ilin kimya üzrə Nobel mükafatına layiq görülüb. Həm də bizim üçün çox qürurvericidir ki, kvazikristal prinsipli olduğu təsdiqlənmiş ən qədim aperiodik ornament məhz Azerbaycanın Marağa şəhərindəki octaqonal prizma formalı “Gunbad-i Kabud” məqrəbəsinin divarlarını bəzəyir.

Səadət Əliyeva

Mən kitab oxumağı çox sevirəm. Çünki bilmədiyim, öyrənmək istədiyim hər bir məlumatı kitablardan əldə edirəm. Oxuduğum kitablar arasında təkcə dərsliklərim deyil, bədii kitablar da var. Çünki biz şagirdlərin hərtərəfli formalaşmasında bədii kitabların rolu əvəzolunmazdır. Elə bu məqsədlə təsdiq olunmuş “Oxunması zəruri olan kitabların Siyahısı”na daxil edilən əsərlər bizim üçün ən böyük örnəkdir. Bu siyahı, sanki biz məktəblilər üçün bir kitabxanadır.
Biz şagirdlər bu əsərləri oxuduqca Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrini, keçmiş, habelə indiki və gələcək nəsillər üçün öz əhəmiyyətini itirməyən, dərin məna kəsb edən əsərlərin müəlliflərini yaxından tanıyırıq. Məsələn, mən bilirəm ki, Cəlil Məmmədquluzadə Azərbaycan ədəbiyyatında ən görkəmli ədiblər sırasında olmuş, acgöz, yaltaq, savadsız və ədalətsiz insanları tənqid etmək məqsədilə bir sıra hekayələr, povestlər və dram əsərləri yazmışdır. Yazıçı cəhalət dərdinin yeganə dərmanını elmdə görürdü.
“Quzu” hekayəsində “Poçt qutusu”ndakı Novruzəli obrazının tam əksi olan Məmmədhüseynin çoxbilmişliyi ilə pul qazana bilməsinin o dövr üçün adi hal olmasından, “Sirkə” hekayəsində bir ədibin Bakıya gəlməsilə qarşılaşdığı hadisələr və onun buranın adət-ənənələrinə uyğunlaşa bilməməsindən, “Qurbanəli bəy” hekayəsində acgözlük, kobudluq rəmzi və əsl gülüş mənbəyi olan Qurbanəli bəyin alçaq həyat tərzindən bəhs olunur. “Saqqallı uşaq”, “Poçt qutusu” hekayələrini oxuduqca güclü yumor hissi ilə rastlaşdım. Bu əsərlərdə müəllif avam, zavallı insanların düşdükləri vəziyyətləri yumoristik şəkildə qələmə alsa da, əslində, onlara ürəkdən acıdığını, sevgi və mənəvi bağlılıq göstərdiyini dərk etdim.
Ədibin hekayələrini oxuduqca yeni kəndlərlə tanış oldum, bu kənd­lərin reallıqda olmadığını, sadəcə, müəyyən mənalar ifadə etdiyini də öyrəndim.
Cəlil Məmmədquluzadənin əsərləri bu gün də böyük maraqla oxunur. Çünki ömrü boyu xalqının taleyi, düşüncə kasıblığı onu narahat edib. Mən əminəm ki, bizdən sonrakı nəsillər də Cəlil Məmməd­quluzadənin hekayələrini sevə-sevə oxuyub öyrənəcəklər.

Pərvin YUSİFLİ
Ordubad rayon Nüsnüs kənd tam orta məktəbinin IX sinif şagirdi

Dünən Babək Rayon Mədəniyyət Sarayında Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illik yubileyi ilə əlaqədar yeniyetmələr arasında oxunması zəruri olan kitablar əsasında “Nə? Harada? Nə zaman?” intellektual oyununun Babək rayon birinciliyi keçirilib.

Ardını oxu...

AMEA Naxçıvan Bölməsinin Batabat Astrofizika Rəsəd­xanasında Naxçıvan Dövlət Universitetinin Fizika ixtisasının I və II kurs tələbələrinin iştirakı ilə “Fizikanın və astronomiyanın müasir problemləri” mövzusunda elmi seminar keçirilib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar və Təhsil Nazirliklərinin birgə təşkilatçılığı Naxçıvan şəhər Peşə Liseyində “Qazanxana maşinistləri qazanxanada baş verəcək hadisələrə hazır olmalıdır” mövzusunda əməli məşğələ keçirilib. Məşğələnin keçirilməsində əsas məqsəd qazanxanalarda baş verə biləcək yanğın və dəm qazından zəhərlənmə və partlayış hallarını şərti olaraq canlandırmaq, bu cür xoşagəlməz hallarda düzgün davranış qaydalarını müdavimlərə aşılamaqdır.

Keçirilən əməli məşğələdə 44 qazanxana maşinisti olmaqla ümumilikdə, 54 müdavim iştirak edib. Beləliklə sertifikatını almağa hazırlaşan qazanxana maşinistləri öz biliklərini təkmilləşdiriblər. Bu isə o deməkdir, bu müdavimlər qış mövsümündə 44 müəssisənin qazanxanasında təhlükəsizliyini təmin edəcəklər.

Tədbirin sonunda fəal iştirak edən müdavimlərə diplomlar təqdim olunub.

Xəbərlər şöbəsi

ABŞ və Rusiya alimlərindən ibarət “Venera-D” layihəsi üzərində işləyən işçi qrupun üzvləri Veneranın səthinə aparat endirmək üçün 5 uyğun yeri müəyyən ediblər.  TASS agentliyi xəbər verir ki, bundan sonra planetin Şimal yarımkürəsində kosmik zondun enməsi məqsədilə onların arasından bir yer seçiləcək.

Qeyd olunub ki, enmə nöqtələrinin hamısı Veneranın Şimal yarımkürəsindəki yüksək enliklərində yerləşir. Alimlərin sözlərinə görə, planet fırlansa da, onun orbiti sabitdir. Həmin orbiti öyrənmək üçün ayrıca peyk olmadığından, yüksək enliklər seçilib. Ümumilikdə, “Venera-D” missiyasının əsas vəzifələrindən biri planetdə yerləşəcək uzunömürlü stansiyaları müşahidə etməkdir. Məsələn, NASA-nın müvafiq stansiyası Venerada 60 gündən 120 günədək fəaliyyət göstərəcək.

Ardını oxu...

Doğma Azərbaycanımızın ən qədim mədəniyyət mərkəzlərindən biri də Naxçıvandır. Naxçıvan torpağı böyük şəxsiyyətlər yetişdirib. Belə görkəmli şəxsiyyətlərdən biri Azərbaycan Milli Məclisinin deputatı, parlamentin elm və təhsil komitəsinin sədri, AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylidir. Bu görkəmli ictimai xadim əlli illik fəaliyyətinin, elmi yaradıcılığının 40 ildən artığını Naxçıvan diyarına həsr edib, diyarın elm və təhsilinin, ədəbiyyat və mədəniyyətinin inkişafına xidmət edib.

Akademik İsa Həbibbəyli Naxçıvan Muxtar Respublikasının Şərur  torpağında 1949-cu ildə dünyaya gəlib.  Atası Əkbər müəllimin nəcib, halal və zəhmətkeş keyfiyyətləri onun övladlarına da genetik olaraq keçib. İsa müəllim o zaman “APİ” adlanan indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin Naxçıvan filialını 1971-ci ildə fərqlənmə diplomu ilə başa vurub. Hələ tələbə ikən böyük istedad sahibi olması  müəllimlərinin diqqətini cəlb edib. Hərbi xidməti başa vurduqdan sonra 1975-ci ildə İsa Həbibbəyli tələbəsi olduğu universitetdə ədəbiyyat müəllimi kimi fəaliyyətə başlayıb. O, 40 ilə yaxın üzvü olduğu bu kollektivin 17 il də rektoru olub.

Böyük təşkilatçılıq qabiliyyəti, elmi nailiyyətləri ilə diqqəti cəlb edən bu işıqlı insan 2013-cü ildən AMEA-nın vitse-prezidenti seçilib. Eyni zamanda bu gün akademiyanın Ədəbiyyat İnstitutunun direktoru olan akademik İsa Həbibbəyli bu institutun yenidən qurulmasına, onun ədəbiyyatşünaslıq elminin bayraqdarına çevrilməsinə nail olubdur. Azərbaycançılıq ideologiyasını  məslək işinə çevirən institut kollektivi ədəbi fikri türk dünyası kontekstində tədqiq edir, beynəlxalq əlaqələri yorulmadan genişləndirir. Cəsarətlə deyə bilərik ki, bu gün Azərbaycan ədəbiyyatşünaslığında akademikin elmi məktəbi tam şəkildə formalaşıb, böyük uğur qazanıbdır.

Akademik İsa Həbibbəylinin həyat və fəaliyyətinin Naxçıvan dövrü onun bioqrafiyasında xüsusi yer tutur. Belə ki, onun “Cəlil Məmmədquluzadə və müasirləri” (1997) ,”Akademik Səməd Vurğun Vəkilov” (2015), ”Romantik  lirikanın imkanları” (1990), “XX əsr Azərbaycan yazıçıları” (1993),  “Ədəbi-tarixi yaddaş və müasirlik” (2007), “Ədəbi şəxsiyyət və zaman” (2017), “Azərbaycan ədəbiyyatı: dövrləşdirmə konsepsiyası və inkişaf mərhələləri” (2019), “Azərbaycançılıq konsepsiyası”, “Azərbaycan ədəbiyyatı tarixi” 10 cildliyinin birinci cildinə (2019) yazdığı 225 səhifəlik giriş kimi əsərləri bu baxımdan diqqəti cəlb edir.

Bütün bunlarla yanaşı bütün varlığı ilə bağlı olduğu doğma torpaq-Naxçıvanın insanı, onun bu günü və keçmişi, ədəbi-mədəni mühiti mütəfəkkir alimin yaradıcılığında qırmızı xətt kimi keçir. Akademik İsa Həbibbəyli doğulduğu diyara bütün səmimiyyəti ilə bağlı olan, onun inkişafına, uğurlarına sevinən, bu yolda bütün enerjisini əsirgəməyən və böyük Azərbaycan sevgisi ilə yaşayan  vətəndaş alimdir. İsa müəllim 40 ildən artıq bir müddətdə bu qədim diyarın ədəbi mühitini hərtərəfli şəkildə araşdırıb, bölgənin ədəbi-elmi və mədəni inkişafını mühüm ədəbi qaynaqlar və arxiv materialları əsasında tədqiq edib. Elə akademikin 2015-ci ildə “Elm və təhsil” nəşriyyatında işıq üzü görmüş,  qədim mədəniyyət mərkəzi Naxçıvana həsr edilmiş 850 səhifəlik “Nuhçıxandan-Naxçıvana” monoqrafiyası dediklərimizi tam şəkildə təsdiq edə bilər. Bu kitabda alimin qədim diyar, onun ədəbi-elmi və mədəni mühiti haqqında yazıb nəşr etdirdiyi qiymətli əsərlərin ancaq bir qismi öz əksini tapıbdır. İsa Həbibbəylinin bu kitabda Naxçıvan ədəbi mühiti haqqında verdiyi geniş bir bölmə sanballı bir monoqrafiya təsiri bağışlayır. Alim bu tədqiqatında Naxçıvan ədəbi mühitinin yaranma tarixini, inkişaf mərhələlərini ilk dəfə ümumiləşdirməyə təşəbbüs göstərib və məqsədinə nail olubdur. O, bölgənin ədəbi mühitini obrazlı şəkildə  “Azərbaycan ədəbiyyatının Naxçıvan məktəbi” adlandırır. Müəllif Naxçıvan ədəbi mühitini iki istiqamətdə: klassik dövrün Naxçıvan ədəbi mühiti və müasir dövrün Naxçıvan ədəbi mühiti bölgüsü əsasında araşdırır.

Məlumdur ki, Naxçıvanda hələ XI-XII əsrlərdə ədəbiyyatın yaranması, Naxçıvanşahlar, Atabəylər sarayında  Qətran Təbrizi və digər şairlərin fəaliyyəti  tarixi mənbələrdə öz əksini tapıbdır. Sonrakı əsrlərdə Hinduşah Naxçıvani, Fəzlullah Nəimi, Nemətullah Naxçıvani, Bayrək Quşçuoğlu, Mirzə Sadiq Ordubadi, Hatəm bəy Ordubadi və başqa ədəbi şəxsiyyətlər yazıb-yaradıbdır ki, müəllif  Naxçıvanın ədəbi-mədəni və tarixi məsələlərinə həsr olunmuş bu kitabın  iri həcmli bir bölməsində onlar haqqında ətraflı məlumat verir.

XIX əsr Naxçıvan ədəbi mühitini təhlil edən müəllif Heyran xanım, onun davamçısı olan  Qönçəbəyim yaradıcılığı haqqında, eyni zamanda Ordubadda yaranmış “Əncüməni-şüəra” və onun üzvlərindən Qüdsi Vənəndi, Məmmədqulu Salik Ordubadi, Mirzə Hüseyn Bikəs, Zeynəlabdin Nəqqaş, Məşədi Həsən Dəbbağ, Fəqir Ordubadidən geniş şəkildə bəhs edib.  Onu da qeyd edək ki, həmin məclisin Hacı ağa Fəqir Ordubadidən sonra başçısı olmuş görkəmli pedaqoq, maarifçi və ədib Məhəmməd Tağı Sidqinin yaradıcılığı müəllifin diqqətini daha çox cəlb edib. O, milli məktəbin banilərindən olan bu böyük pedaqoqun elmi-pedaqoji irsi haqqında geniş tədqiqat aparıb, “”Maarifçilik hərəkatının və maarifçi ədəbiyyatın görkəmli nümayəndəsi” adlı geniş həcmli bir məqalə yazıb (Nuhçıxan-Naxçıvana,s.266-284). Bununla yanaşı İsa Həbibbəyli görkəmli maarif fədaisinin ədəbi irsi tam şəkildə xalqa çatdırılmadığına görə  arxivlərdə çalışmış, bu böyük pedaqoqun əvvəl bəzi əsərlərini toplayıb “Məktəb hekayətləri” (1996) adı ilə, daha sonra isə bütün əsərlərini (2004) ilk dəfə nəşr edib geniş ictimaiyyətin istifadəsinə verib. Məlumdur ki, M. T. Sidqi  maarif dünyası ilə, hətta o dövr üçün böyük mədəni hadisə olan Qori müəllimlər seminariyası ilə də sıx əlaqələrə malik olub.  Diqqəti cəlb edən cəhət ondan ibarətdir ki, İsa Həbibbəyli arxiv araşdırmaları nəticəsində o dövrdə bu seminariyanın iki müəlliminin: Azərbaycan maarifçi-realist ədəbiyyatının tanınmış nümayəndəsi Rəşid bəy Əfəndiyevin (1863-1942) görkəmli pedaqoq Məhəmməd Tağı Sidqiyə iki məktubunu  və ilk ədəbiyyat tariximizin müəllifi Firudin bəy Köçərlinin (1863-1920) 1913-1914-cü illərdə Məhəmməd Tağı Sidqinin oğlu Məmmədəli Sidqiyə (1888-1936) yazdığı iki məktubunu aşkara çıxararaq mətbuatda  nəşr etdirib. Həmin məktublar Naxçıvan maarifçi ədəbi mühitinin tarixini araşdırmaq baxımından çox əhəmiyyətlidir (Nuhçıxandan Naxçıvana.2015,s.346-349).

Böyük satira ustası Cəlil Məmmədquluzadə XX əsrin əvvəllərində yetişmiş Naxçıvan ədəbi mühitinin görkəmli nümayəndələrindən biridir. İsa Həbibbəyli istər “XX əsrin əvvəlləri Azərbaycan romantik lirikası” adlı fəlsəfə doktoru dissertasiyasında, istərsə “C. Məmmədquluzadə: mühiti və müasirləri” adlı doktorluq dissertasiyasında bu görkəmli satira ustası, “Molla Nəsrəddin”in yaradıcısı, demokrat yazıçının ədəbi portreti mühüm yer tutur. Təsadüfi deyildir ki, İsa Həbibbəylinin yaradıcılığının böyük bir hissəsi bu böyük maarifçi tənqidi realizm nümayəndəsinin irsinin tədqiqinə və nəşrinə həsr olunubdur. Bu mövzuda hörmətli akademikin “Cəlil Məmmədquluzadə”(1987),”Zamanın dühası” (1993), “Seçkin Azərbaycan yazarı Cəlil Məmmədquluzadə” (1994), “C.Məmmədquluzadə:mühiti və müasirləri”(1997) adlı bir-birindən qiymətli monoqrafiyaları ümumilikdə Azərbaycan ədəbiyyatşünaslıq elminin mühüm nailiyyətlərindən sayıla biləcək sanballı elmi əsərlərdir. Mirzə Cəlil dövrünü  Azərbaycan maarifçiliyinin xüsusi inkişaf mərhələsi kimi səciyyələndirən İsa Həbibbəyli dövrün məktəblərinin ədəbiyyatın inkişafındakı rolunu araşdıraraq belə bir düzgün nəticə çıxarır: ”Məktəb milli maarifçiliyin canını, cövhərini, müəllimlik isə əsas qüvvəsini təşkil edirdi. Teatr, mətbuat və ədəbiyyat isə məktəbdən, pedaqoji işdən doğan, onu tamamlayan maarifçi fəaliyyət sahələri  idi” (İ.Həbibbəyli.Nuhçıxandan Naxçıvana, B. Elm və təhsil, 2015, s.242).

İsa Həbibbəyli araşdırmalarında bu kontekstdə Cəlil Məmmədquluzadənin fəal müasirləri olan, Naxçıvan maarifçi ədəbi-mədəni mühitin öndə gedən nümayəndələrindən Eynəli bəy Sultanov (1866-1935), Məhəmməd Tağı Sidqi (1854-1903), Məhəmməd ağa Şahtaxtlı (1846-1931), Əliməmməd Xəlilov (1862-1896), Mirzə Əbülqasım Sultanov (1866-1916), Mirzə Ələkbər Süleymanov (1862-1921), Paşa ağa Sultanov (1949-1902), Mirzə Cəlil Şürbi (1874-1915), Sadıq Xəlilov (1864-1905), Tağı bəy Səfiyev (1878-1939), Məmmədqulu bəy Kəngərli (1854-1905) və başqaları haqqında  yeni tədqiqatlarını elmi ictimaiyyətə təqdim edib.

Onu da qeyd edək ki, İsa Həbibbəyli çoxillik axtarışlar nəticəsində  böyük satira ustasının dördpərdəli “Ər” pyesini, kiçikhəcmli “Lənət” və “Oyunbazlar” kimi səhnə əsərlərini üzə çıxarıb,16 satirik şeirini, 35 məqaləsini, 170 felyetonunu ilk dəfə görkəmli yazıçının 2004-cü ildə nəşr edilmiş 4 cildlik külliyyatına daxil edərək oxucuların istifadəsinə təqdim edib. Çoxcildlikdə bunlardan əlavə, böyük demokrat yazıçının özünün və ailə üzvlərinin 50, eyni zamanda başqa tanınmış şəxsiyyətlərin  elmi ictimaiyyətimizə bəlli olmayan 44 məktubu ilk dəfə nəşr edib.

Ardını oxu...

Oktyabrın 5-də Beynəlxalq Müəllimlər Günü ilə bağlı Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə tədbiri keçirilib. Tədbirdə çıxış edən təhsil naziri  Rəhman Məmmədov əvvlcə  tədbir iştirakçılarını Azərbaycan Respublikası Prezidentinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müəllimlərə fəxri adların verilməsi ilə bağlı imzaladığı sərəncamlarla tanış edib. Nazir  təhsil sahəsində səmərəli fəaliyyətlərinə görə muxtar respublika müəllimlərindən 4-nün Azərbaycan Respublikasının, 4-nün isə Naxçıvan Muxtar Respublikasının “Əməkdar müəllimi” fəxri adılarına layiq  görüldüyünü, 4 müəllimin “Tərəqqi” medalı ilə təltif edildiyini diqqətə çatdırıb,  müəllimlərin əməyinə verilən qiymətə görə minnətdarlığını bildirib, təltif olunan müəllimləri təbrik edib.

Təhsil naziri Rəhman Məmmədov təhsilin inkişafına göstərilən dövlət qayğısından danışaraq vurğulayıb ki, muxtar respublika təhsili tarixin heç bir dövründə bu dərəcədə dövlət qayğısı ilə əhatə olunmamış və inkişaf etməmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində təhsil müəssisələrinin maddi-tədris bazası möhkəmləndirilib, 200-dən çox təhsil müəssisəsi tikilib və ya əsaslı şəkildə yenidən qurulub, ümumtəhsil məktəbləri kompüter və elektron lövhələrlə təmin edilib, laboratoriyalar və fənn kabinələri şagird və müəllimlərin istifadəsinə verilib. Bütün bunlar isə muxtar respublika müəllimlərinin səmərəli fəaliyyətinə geniş imkanlar açıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamlarına əsasən, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin həftəlik dərs yükünün 1.5, vəzifə maaşının 2 dəfə, cari il sentyabrın 1-dən isə bu kateqoriyadan olan müəllimlərin aylıq vəzifə maaşlarının əlavə olaraq orta hesabla 20 faiz artırılması muxtar respublikada müəllim nüfuzunun artırılmasına, təhsil işçilərinin fəaliyyətinin stimullaşdırılmasına və sosial müdafiəsinin gücləndirilməsinə mühüm təsir göstərib.

Ardını oxu...

Yeni fikir söyləmək və yeni ümidlərlə yeni uğurlar qazanmağa çalışmaq, xəyalları gerçək etmək ancaq oxumaqla mümkündür. Müqəddəs “Quran”ın ilk ayəsi “Oxu” əmri ilə başlayır. Bu onu göstərir ki, oxumaq dinimizdə xüsusi önəm kəsb edir. Oxumaq cəhalətin “cəlladı”dır. Oxumaq qaranlığı aydınlatmaq, həqiqəti yanlışdan ayırmaqdır. Oxumaq həmişə cəmiyyət içərisində bir mövqe sahibi olmaq deməkdir. Oxumaq öyrənmək, öyrəndiyini öyrədə bilmək, müəllim olma fürsətini əldə etməkdir. Yeni nəsli də məhz müəllimlər formalaşdırır. Müəllimlik ən müqəddəs peşələr sırasında yer alır. 

İnsan həyatı bir neçə mərhələdən keçir: o doğulur, dil açıb danışmağı, fikrini ifadə etməyi öyrənir və bir müddət sonra təhsil almağa başlayır. Təhsil aldığımız ilk müqəddəs məkan isə məktəbdir. Burada çalışan hər bir müəllim gözümüzün önündə möcüzələr yaradan bir varlıqdır. O, hər birimizin həyatında böyük yer tutur. Müəllim öyrədir, tərbiyə edir. Müəllim ucalıqdır, bilikdir. Müəllim bizə yeni, naməlum bir dünyaya qapı açmağımıza kömək edən şəxs, taleyimizdə əvəzolunmaz bir insandır.

Ardını oxu...

Hər il oktyabrın 5-i “Beynəlxalq Müəllimlər Günü” kimi qeyd olunur.
Bir xalqın, millətin formalaşmasının əsas mənbəyi elm və təhsildirsə, elmin inkişaf etdirilməsinin, müxtəlif istiqamətlərdə və peşələrdə xalqa layiqli vətəndaşlar yetişdirilməsində əldə olunan nailiyyətlərin mənbəyi isə məhz müəllimdir. Müəllimin verdiyi bilik sayəsində cəmiyyətdə təhsil, təhsildən isə inkişaf doğulub.

Ardını oxu...

AMEA Naxçıvan Bölməsində Ordubad rayonu ərazisində yerləşən Plovdağ yaşayış yerində aparılan arxeoloji ekspedisiyanın yekununa həsr olunan tədbir keçirilib.
Tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev çıxış edərək bildirib ki, hər il olduğu kimi, bu il də Naxçıvan ərazisində yerli və beynəlxalq ekspedisiyalar tərəfindən arxeoloji qazıntılar aparılıb və çox sayda yeni maddi mədəniyyət nümunələri aşkarlanıb. Ordubad ərazisində fəaliyyət göstərən Xaraba Gilan arxeoloji ekspedisiyasının tədqiqatlarından bəhs edən alim ərazidə qazıntı işlərinin AMEA-nın Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Bəhlul İbrahimli tərəfindən həyata keçirildiyini söyləyib.

Ardını oxu...

Oktyabrın 5-i Beynəlxalq Müəllimlər Günüdür. Bu əlamətdar gün UNESKO-nun qərarı ilə 1966-cı ildən qeyd edilir. Həmin il təşkilat tərəfindən müəllimlərin statusunun artırılması ilə bağlı tövsiyə xarakterli sənəd də qəbul olunub. Beynəlxalq Müəllimlər Günü həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərinin bayramıdır.

2019-cu ildə Beynəlxalq Müəllimlər Günü “Gənc müəllimlər peşənin gələcəyidir” mövzusuna həsr olunub.

Ardını oxu...

Gənc nəsillərin ilhamçısı, yolgöstərəni, öyrədəni, könüllərdə, qəlblərdə silinməz yeri olan, öz həyatını xalqın, millətin gələcəyinə həsr edən, insanı həyata hazırlayan, onun dünya­görüşünü, mənəvi dünyasını və ictimai-siyasi baxışlarını formalaşdıran, beyinlərə, qəlblərə min bir zəhmətlə biliklərindən mənəvi qida verən, vaxt yetişəndə isə şagirdinin bilikli, qabiliyyətli olduğunu görüb fərəhlənən, qol-qanad açıb sevinən, Günəş kimi lütfkar, hava kimi aydın, su kimi duru, müqəddəs varlıqdır müəllim… Bu ada min dastan desən, nə söz tükənər, nə qəlb susar. Onun zəhmətini, alın tərini heç zaman unutmaq olmaz.

Uzun illər Culfa rayonunun Saltaq kəndində pedaqoji fəaliyyətlə məşğul olmuş Arif Nuriyev də yaxşı pedaqoq, şagirdlərinin uğurları ilə fərəhlənən zəhmətkeş insan, fədakar müəllim kimi çalışıb. Ömrünün 43 ilini pedaqoji fəaliyyətə həsr etmiş Arif müəllimlə tanışlığımızın ilk dəqiqələrindən məndə bu gülərüz, mülayim təbiətli, səmimi insanı yaxından tanımaq, saçını müqəddəs bir işdə ağartmış, neçə-neçə Vətən övladına Azərbaycan dili və ədəbiyyatının sirlərini öyrətmiş nəcib insanla həmsöhbət olmaq həvəsi yarandı. Arif müəllimdə müəllimlik peşəsinə həvəs elə məktəb illərindən başlayıb. Deyir ki, peşə və sənətlərin hamısı gözəldir. Amma qəlbən bağlı olduğun, uşaqlıqdan arzuladığın, könül verib sevdiyin sənətin sahibi olmaq ikiqat gözəldir. Müəllimlik sənətini müqəddəs hesab edən Arif müəllim ona qayğı göstərmiş müəllimlərini bu gün də unutmur, onların xatirəsini həmişə əziz tutur.

Ardını oxu...

Xalqımızın çoxəsrlik tarixi boyunca gənc nəslin tərbiyəsi ilə bağlı zəngin pedaqoji fikirlər toplanmışdır. Bu mənəvi və elmi-əxlaqi sərvətləri öyrənmək, onları təfəkkür süzgəcindən keçirib gənc nəslin düzgün yetişdirilməsində istifadə etmək olduqca əhəmiyyətlidir. Buna görədir ki, ədəbi irsimizin qabaqcıl ideya, fikir və baxışlarının, görkəmli şəxsiyyətlərin maarifçiliklə bağlı fikirlərinin öyrənilməsi və təbliği istiqamətində muxtar respublikamızda sistemli işlər aparılır. Elmi araşdırmaların genişlənməsinə göstərilən dövlət qayğısının nəticəsi olaraq tanınmış şəxsiyyətlərin pedaqoji fikirlərinə həsr olunmuş qiymətli əsərlər hazırlanaraq nəşr olunur. Azərbaycan xalqının mənəviyyat pasportuna çevrilən Məmməd Səid Ordubadi də belə şəxsiyyətlərdən, maarifpərvərlərdən biridir.

Gənc tədqiqatçı, Naxçıvan Müəllimlər İnstitutunun müəllimi Ruhəngiz Əliyevanın yeni çapdan çıxmış “Məmməd Səid Ordubadinin maarifçi görüşləri” adlı monoqrafiyası görkəmli ziyalının maarifçilik hərəkatındakı rolunu, onun zəngin pedaqoji ideyalarını əhatəli, məzmunlu və səlis fikirlərlə ifadə edən ilk irihəcmli əsər kimi diqqəti cəlb edir. Akademik İsa Həbibbəylinin redaktorluğu, tarix üzrə fəlsəfə doktoru, dosent Elbrus İsayevin rəyi ilə nəşr olunmuş bu kitab pedaqojiyönlü ali məktəblərin bakalavr və magistrləri, doktorant və müəllimləri, həmçinin geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Ardını oxu...

AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əliəddin Abbasov və Hidrogeologiya və mineral sular laboratoriyasının müdiri, kimya üzrə fəlsəfə doktoru, dosent Fizzə Məmmədova XXI Beynəlxalq təhsillə bağlı texnologiya və xidmətlər sərgisində iştirak etmək üçün dəvət alıblar.
Rusiya Təbiət Elmləri Akademiyasının Rəyasət Heyətinin qərarı ilə aktuallığı və elmi-pedaqoji əhəmiyyətinə görə müəlliflərin “Təbii suların geokimyası və Naxçıvan Muxtar Respublikasında yayılma xüsusiyyətləri”, “Təbiətlə cəmiyyətin qarşılıqlı əlaqəsində ekologiya və ətraf mühit”, “Təbiətin möcüzəsi – su”, “Naxçıvan Muxtar Respublikasının mineral suları” və “Naxçıvan Muxtar Respublikasının kəhriz və bulaq suları” kitabları 12-15 oktyabr 2019-cu il tarixində Soçidə keçiriləcək sərgidə nümayiş olunacaq. Sözügedən kitabların rus və ingilis dilində 3 səhifəlik xülasələri sərginin kataloqunda dərc ediləcək.
Onu da qeyd edək ki, müəlliflərin kitab və elmi-metodik komplekslərinin ingilis dilində kataloqu 6-10 noyabr tarixində Avstriyanın Vyana şəhərində keçiriləcək Beynəlxalq Vyana kitab sərgisində iştirak etmək hüququ qazanıb.

AMEA Naxçıvan Bölməsinin
İnformasiya şöbəsi

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təhsilə göstərdiyi diqqət və qayğı, pedaqoji kadr hazırlığındakı təkmilləşmələr, təhsilin məzmununa dövrün tələbləri baxımından yanaşılması, fənn kurikulumları və təhsil standartlarının tətbiqi, yeni texnologiyalara tədris prosesində geniş yer verilməsi, distant təhsilin reallaşdırılması, beynəlxalq təcrübədən yaradıcı şəkildə istifadə olunması bu sahənin inkişafına stimul verib.

Bu gün muxtar respublikamızda təhsilin bütün sahələri özünün yeni inkişaf dövrünü yaşayır. O baxımdan ali təhsilin inkişafı istiqamətində həyata keçirilmiş tədbirlər nəticəsində muxtar respublikamızın ali təhsil müəssisələri dünyanın qabaqcıl universitetləri səviyyəsində güclü infrastruktura malikdir. Naxçıvan Dövlət Universiteti və “Naxçıvan” Universitetinin nümunəvi kampus modeli və yüksək maddi-texniki imkanları regionun ali təhsil tarixinin ən parlaq nailiyyəti kimi qiymətləndirilir. Bu ali təhsil müəssisələrində yeni təlim texnologiyalarının və qlobal tədris pro­qramlarının səmərəli tətbiqi bölgəmizə gələn əcnəbi tələbələrin sayının artmasına ciddi surətdə təsir göstərib. Eyni zamanda Naxçıvan Müəllimlər İnstitutunun yeni tədris korpusunda fəaliyyətə başlaması regionda yüksəkixtisaslı pedaqoji kadrların hazır­lanmasına öz töhfəsini verməkdədir.

Ardını oxu...

“Naxçıvan” Universitetində keçirilən təlimdə muxtar respublikada fəaliyyət göstərən ali təhsil müəssisələrinin əməkdaşları və bir qrup tələbələri iştirak edib.
Universitetin rektoru, professor İsmayıl Əliyev Avropa strukturlarının təhsil sahəsində həyata keçirdikləri layihələri və azərbaycanlı gənclər üçün yaradılmış bu cür imkanları müsbət hal kimi dəyərləndirib.

Ardını oxu...

Oktyabrın 2-də AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun yaradılmasının 90 illik yubileyinə həsr olunmuş yığıncaq keçirilir.

Əvvəlcə tədbir iştirakçıları I Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin və akademik Yusif Məmmədəliyevin məzarlarını ziyarət edib, məzarlar önünə əklil və gül dəstələri qoyublar.

 AMEA-da keçirilən tədbirdə qonaqlar institutun fəaliyyətinə həsr olunmuş sərgi ilə tanış olublar.

Ardını oxu...

22-29 sentyabr tarixlərdə Qırğızıstanın Çok-Tal kəndində “İssık­-Göl regionunun arxeoloji irsinin öyrənilməsi və qorunması: Narrativ beynəlxalq aspekt” mövzusunda beynəlxalq konfrans keçirilib.

Konfransın açılışında Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək ölkəmizdəki qayaüstü təsviri sənət nümunələri, o cümlədən Qobustan və Gəmiqaya təsvirləri haqqında məlumat verib, Azərbaycanda tarix və mədəniyyət abidələrinin dövlət qayğısı ilə əhatə olunduğunu vurğulayıb.
AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev “Gəmiqaya təsvirlərinin məzmunu və tarixləndirilməsi” mövzusunda çıxış edərək Gəmiqaya təsvirlərini tarixi-­arxeoloji aspektdə, keramika məmulatı üzərindəki rəsmləri və qaya təsvirlərini müqayisəli şəkildə təhlil edib, bu təsvirlərin dünya incəsənətinin nadir nümunələri olduğunu qeyd edib.
Çıxışda Naxçıvan Muxtar Respublikasında tarix və mədəniyyət abidələrinin dövlət qayğısı ilə əhatə olunduğu və qorunduğu xüsusilə vurğulanıb.

Xəbərlər şöbəsi

Naxçıvan Dövlət Universitetinə müvafiq ixtisaslara qəbul olunmuş tələbələrdən 16 nəfəri ödənişli əsaslarla qəbul olsalar da, artıq dövlət sifarişi əsasında təhsil alacaqlar. Bu 2019-2020-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə keçirilmiş müsabiqədən sonra xeyli sayda dövlət sifarişi yerlər qaldığına görə həmin yerlərə əlavə keçirilən müsabiqə nəticəsində mümkün olub. Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin müəyyənləşdirdiyi siyahı əsasında universitetin Tibbi profilaktika ixtisasının 9, Elektroenergetika mühəndisliyi 4, Dəmiryol nəqliyyatı, İnformasiya texnologiyaları, İqtisadiyyat ixtisaslarının hərəsindən 1 nəfər olmaqla ümumilikdə 16 tələbəyə aid edilib.

Ardını oxu...

AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi Fəxrəddin Səfərlinin 70 illik yubileyi qeyd olunub.
Bu münasibətlə AMEA Naxçıvan Bölməsində keçirilən tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacı­yev çıxış edərək alimin həyat yolu və fəaliyyətindən söhbət açıb. Bildirib ki, Fəxrəddin Səfərli 29 sentyabr 1949-cu ildə Babək rayonunun Cəhri kəndində anadan olub və ilk təhsilini də elə burada alıb. O, 1971-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun Naxçıvan filialının Tarix fakültəsini bitirdikdən sonra Cəhri kənd tam orta məktəbində müəllim kimi fəaliyyətə başlayıb.

Ardını oxu...

Görkəmli alim, Azərbaycan elm və təhsil sahələrinin nüfuzlu nümayəndələrindən biri, AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi, professor Fəxrəddin Səfərlinin 70 yaşı tamam olur.
Fəxrəddin Səfərli Azərbaycan tarix elmini və təhsilini yorulmaz fəaliyyəti ilə daim zənginləşdirən məhsuldar elm adamı, bacarıqlı elm təşkilatçısı, təcrübəli təhsil nümayəndəsi kimi böyük hörmət və nüfuz qazanmışdır. O, Azərbaycan tarixinin müxtəlif problemlərinə, xüsusilə epiqrafika sahəsinə aid neçə-neçə sanballı əsər yazmış, tariximizin çox çətin sahəsi olan daş kitabələrin tədqiq edilməsinə layiqli töhfəsini vermişdir.
1949-cu il sentyabrın 29-da Naxçıvan Muxtar Respublikasının Cəhri kəndində (indiki Babək rayonu) anadan olan Fəxrəddin Səfərli 1966-cı ildə kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan Pedaqoji İnstitutunun Naxçıvan filialının Tarix ixtisasına daxil olur. 1971-ci ildə həmin ixtisası müvəffəqiyyətlə bitirən Fəxrəddin müəllim doğulduğu Cəhri kənd orta məktəbində tarix müəllimi kimi pedaqoji fəaliyyətə başlayır və 1979-cu ilə qədər burada özünü bacarıqlı müəllim, tədris etdiyi fənni mükəmməl bilən, onu şagirdlərə sevdirməyi bacaran pedaqoq kimi təsdiq edir. Lakin tarix elminə sonsuz marağı onu tədqiqatçılığa, elm dalınca getməyə həvəsləndirir. Elə bu maraq onu Azərbaycan Elmlər Akademiyasının Naxçıvan Elmi Mərkəzinə gətirir.
Elmi fəaliyyətə başlayan Fəxrəddin müəllim Azərbaycan tarixinin çox vacib və köməkçi bir sahəsini – epiqrafikanı seçir. “Kitabə” mənasını verən epiqrafikaya tariximizin böyük ehtiyacı var idi. Naxçıvan şəhərində, muxtar respublika ərazisindəki onlarla tarix və mədəniyyət abidələri üzərindəki, unudulmuş orta əsr qəbiristanlıqlarındakı kitabələr tədqiqatçılarını gözləyirdi. Azərbaycan tarixinə və tarixi abidələrimizə maraq onu Azərbaycan Elmlər Akademiyasının Abasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun Arxeologiya və etnoqrafiya bölməsinə aparıb çıxarmışdır. O, burada dissertant olmuş, Naxçıvanın epiqrafik abidələrinin tədqiqinə başlamışdır.

Ardını oxu...

“İnteraktiv açıq dərs” layihəsi çərçivəsində AMEA Naxçıvan Bölməsi ilə muxtar respublikanın ümumtəhsil məktəbləri arasında yeni tədris ilinin ilk dərsi təşkil edilib.
“Naxçıvan Muxtar Respublikasının biomüxtəlifliyi: flora və faunanın nadir növləri” mövzusunda keçilən dərsdə bölmənin Bioresurslar İnstitutunun direktoru, akademik Tariyel Talıbov bu diyarın biomüxtəlifliyinə daxil olan flora və faunanın nadir növləri, onların müasir vəziyyəti ilə bağlı şagirdlərə ətraflı məlumat verib.

Ardını oxu...

Аzərbаycаn Dillər Univеrsitеti (ADU) bоş оlаn vəzifələri tutmаq üçün müsаbiqə еlаn еdib.

Universitetdən bildirilib ki, müsabiqədə yüksək peşə-ixtisas hazırlığına, elmi ad və dərəcələrə, lazımi elmi-pedaqoji, idarəetmə təcrübəsinə, yüksək mənəvi keyfiyyətlərə malik Azərbaycan vətəndaşları, həmçinin müvafiq qanunvericiliyin tələbləri gözlənilməklə xarici ölkə vətəndaşları iştirak edə bilərlər.

Ardını oxu...

AMEA-nın Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi katibi, tarix üzrə fəlsəfə doktoru, dosent Yaşar Rəhimovun “Naxçıvan: siyasi və sosial-iqtisadi tarixinə dair” (XIX-XX əsrin əvvəlləri) adlı monoqrafiyası işıq üzü görüb.

Ardını oxu...

AMEA Naxçıvan Bölməsində “Azərbaycanın qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid” mövzusunda elmi konfrans keçirilib.
Tədbir AMEA Naxçıvan Bölməsi, Naxçıvan Dövlət Universiteti, “Naxçıvan” Universiteti, Naxçıvan Müəllimlər İnstitutu və Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının birgə təşkilatçılığı ilə reallaşdırılıb.

Ardını oxu...

Bu il Azərbaycanda 138 ixtira və faydalı modelə patent verilib.

Əqli Mülkiyyət Agentliyindən bildirilib ki, 2019-cu il ərzində quruma 118 ixtira və 33 faydalı model üzrə (iddia sənədləri) müraciətlər daxil olub.

Həmin müraciətlərin 138-nə müsbət, 4-nə isə imtina cavabı verilib.

Qeyd olunub ki, 57 müraciət kimya üzrə, 54 müraciət qurğu-mexanika üzrə, 4 müraciət kulinariya, 3 müraciət isə şirə və spirtli içkilər üzrə olub.

  Aynurə Yusifova

AMEA Naxçıvan Bölməsinin Əlyazmalar Fondunun direktoru, filologiya üzrə elmlər doktoru Fərman Xəlilovun “Naxçıvanın elmi, ədəbi və mədəni mühiti: tədqiqlər” kitabının ikinci nəşri çapdan çıxıb.

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR