Аzərbаycаn Dillər Univеrsitеti (ADU) bоş оlаn vəzifələri tutmаq üçün müsаbiqə еlаn еdib.
Universitetdən bildirilib ki, müsabiqədə yüksək peşə-ixtisas hazırlığına, elmi ad və dərəcələrə, lazımi elmi-pedaqoji, idarəetmə təcrübəsinə, yüksək mənəvi keyfiyyətlərə malik Azərbaycan vətəndaşları, həmçinin müvafiq qanunvericiliyin tələbləri gözlənilməklə xarici ölkə vətəndaşları iştirak edə bilərlər.
ADU-da boş olan vəzifələr aşağıdakılardır:
1. Təhsil-1 fakültəsinin nəzdində ingilis dilinin leksikologiyası və üslubiyyatı-1 (dosent – 3 ştat, müəllim - 0,5 ştat)
2. Təhsil-2 fakültəsinin nəzdində ingilis dilinin leksikologiyası və üslubiyyatı-2 (müəllim - 0,5 ştat)
3. Linqvokulturologiya (baş müəllim -2 ştat)
4. Təhsil-1 fakültəsinin nəzdində xarici dillərin tədrisi metodikası (dosent -1 ştat)
5. Azərbaycan dilçiliyi (dosent - 1ştat, baş müəllim -0,5 ştat, müəllim - 0,75 ştat)
6. Azərbaycan ədəbiyyatı (müəllim -1,75 ştat)
Müsаbiqədə iştirаk еtmək istəyənlər sənədlərini 30 gün müddətində rektorun adına yazılmış ərizə ilə birlikdə aşağıdakı ünvana təqdim edə bilərlər.
Bаkı şəhəri, AZ1014, R.Bеhbudоv küçəsi 134, tеlefon: 441-22-78 (əlavə -230), 441-22-79 (əlavə -230).