22 Dekabr 2024, Bazar

“Naxçıvan” Universitetində keçirilən təlimdə muxtar respublikada fəaliyyət göstərən ali təhsil müəssisələrinin əməkdaşları və bir qrup tələbələri iştirak edib.
Universitetin rektoru, professor İsmayıl Əliyev Avropa strukturlarının təhsil sahəsində həyata keçirdikləri layihələri və azərbaycanlı gənclər üçün yaradılmış bu cür imkanları müsbət hal kimi dəyərləndirib.

Milli Erasmus ofisinin rəhbəri Pərviz Bağırov bildirib ki, 150 tərəfdaş ölkəni birləşdirən “Erasmus+” layihəsinə beynəlxalq əməkdaşlıq üçün 3 milyard avro vəsait ayrılıb. 2019-2025-ci illəri əhatə edəcək yeni “Erasmus+” layihəsi qabiliyyətlərin inkişaf etdirilməsi, kredit və dərəcə mobilliyi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi, eyni zamanda kadr potensialının gücləndirilməsi kimi əsas fəaliyyət istiqamətlərini əhatə edir.
Milli “Erasmus+” ofisinin əməkdaşı Zəfər Həsənov tədbir iştirakçılarına layihənin əsas xüsusiyyətləri, Bakı Biznes Universitetinin əməkdaşı Gülşən Bayramova həmin layihənin sözügedən proqram çərçivəsində həyata keçirilən EQAC (“Azərbaycan universitetlərində keyfiyyətin təminatı mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi”) layihəsi barədə məlumat veriblər.
“Naxçıvan” Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rəcəb Cəfərli muxtar respublikada, xüsusən də təmsil etdiyi ali təhsil müəssisəsində “Erasmus+” layihəsi ilə əməkdaşlıqdan, eyni zamanda onun inkişaf istiqamətlərindən, müəllim-tələbə mübadiləsindən bəhs edib.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

 Gülcamal TAHİROVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR