AMEA Naxçıvan Bölməsinin Əlyazmalar Fondunda Naxçıvan Dövlət Universitetinin hamiliyə götürülən ixtisaslarının I kurs tələbələri üçün əlyazma və çap kitablarının tədqiqinə dair praktik məşğələ keçirilib.
Tədbiri fondun direktoru, filologiya üzrə elmlər doktoru Fərman Xəlilov açaraq tələbələrə rəhbərlik etdiyi müəssisənin elmi fəaliyyəti, mühafizə olunan qədim əlyazma və çap kitabları haqqında məlumat verib. Bildirib ki, sistemli tədqiqata cəlb edilən Naxçıvan tarixi və mədəniyyəti ilə bağlı bir sıra nadir sənət nümunələrinin, qədim çap kitab və məktubların üzərində geniş elmi-tədqiqat işləri aparılır.
Sonra Fərman Xəlilov, şöbə müdirləri – dosent Səbuhi İbrahimov, Fəxrəddin Eylazov və fondun elmi işçisi Nicabət İslamova məruzə ilə çıxış ediblər.
Daha sonra tələbələr fondun arxivi ilə yaxından tanış olublar.
AMEA Naxçıvan Bölməsinin
İnformasiya şöbəsi