22 Dekabr 2024, Bazar

Naxçıvan Müəllimlər İnstitutunda “Tələbələrin elmi-tədqiqat fəaliyyətinin təşkili” mövzusunda keçirilən seminar-müşavirədə institutun rektoru, dosent Elbrus İsayev çıxış edərək ölkəmizdə elm və təhsilin strateji sahələr kimi dövlət qayğısı ilə əhatə olunduğunu vurğulayıb. Bildirib ki, müasir və müstəqil dövlətimizin elm siyasəti ulu öndər Heydər Əliyev tərəfindən müəyyən edilib və bu gün də ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilməkdədir. Rektor qeyd edib ki, muxtar respublikada fəaliyyət göstərən dövlət ali təhsil və elm müəssisəsi kimi Naxçıvan Müəllimlər İnstitutunun da üzərinə böyük və məsul vəzifələr düşür. Ali təhsil ocağının strateji hədəflərindən biri fəaliyyətini “təhsil-tədqiqat-innovasiya” formatında qurmaqdan, ölkə qanunuvericiliyinə uyğun şəkildə gələcəkdə “Tədqiqat Universiteti” statusunu qazanmaqdan ibarətdir.

Sonra seminar-müşavirədə müzakirələr aparılıb. İlk olaraq çıxış edən institutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Qurban Qurbanlı ali təhsil müəssisələrində təhsil alanların elmi-tədqiqat işlərinin təşkili ilə bağlı müasir tələblər, bu sahədə institutda görülən işlər və qarşıda duran vəzifələrdən bəhs edib. Qeyd olunub ki, Naxçıvan Müəllimlər İnstitutunda aparılan məqsədyönlü elmi-təşkilati tədbirlərin nəticəsində elmi tədqiqata cəlb olunan tələbələrin sayı ilbəil artır. Belə ki, əvvəllər bu rəqəm yüzdən az olmuşdursa, keçən tədris ilində 145, cari tədris ilində isə 200-ə yaxın tələbə elmi-tədqiqat yolunda ilk addımlarını atmaqdadır.
Seminar-müşavirədə filologiya üzrə elmlər doktoru, professor Akif İmanlı “Humanitar elmi tədqiqatlar: tədqiqatçı tələbə nələri etməlidir?”, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Elşad Ağayev “Dəqiq elmlər sahəsində elmi metodologiyalara dair gələcəyin tədqiqatçısına tövsiyələr” mövzularında məruzələrlə çıxış ediblər. İnstitutun tələbə elmi cəmiyyətinin sədri, İbtidai sinif müəllimliyi ixtisası üzrə IV kurs tələbəsi, adlı təqaüdçü Fatimə Həsənova cəmiyyətin fəaliyyəti barədə məlumat verib. Suallar cavablandırıldıqdan sonra seminar-müşavirə öz işini 4 bölmədə davam etdirib. Dəyirmi masa ətrafında elmi rəhbərlərlə tədqiqatçı tələbələrin görüşləri keçirilib, tədqiqatçı tələbələr üçün fərdi məsləhət saatları təşkil edilib. Sonda bölmə rəhbərləri işlərin yekununa dair hesabat veriblər. Seminar-müşavirədə müzakirə və təkliflər əsasında qarşıda duran vəzifələr müəyyənləşdirilib.

 Pərviz HACILI

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR