22 Dekabr 2024, Bazar

Ölkəmizin ən yeni tarixinin digər tədqiqat istiqamətləri ilə yanaşı, Azərbaycan Respublikasında qadın siyasətinin və qadın hərəkatının müxtəlif aspektlərinin, gender münasibətlərində transformasiya proseslərmin araşdınlması ciddi elmi və ictimai maraq doğurur. Uzun illər boyu unudulmuş, üzərindən sükutla keçilmiş qadmlarm Azərbaycan tarixində layiq olduqları yerlərinin bərpa edilməsi, onların tarixinin gender bərabərliyi nöqteyi-nəzərindən yenidən yazılması, tarixin müxtəlif dönəmlərində onların ictimai status və mövqelərinin dəyişməsinin öyrənilməsi heç şübhəsiz, qarşısında duran ən aktual vəzifələrindəndir. Həmçinin, müasir dövrdə modernləşmə prosesini yaşayan ölkəmizdə hüquqi dövlət, demokratik cəmiyyət, yeni iqtisadi münasibətlər sistemi quruculuğunun davam etdiyi bir şəraitdə qadınların cəmiyyətdəki rolunun araşdırılması zəruri və əhəmiyyətli məsələlərdəndir.

Naxçıvan Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasmm dosenti, tarix üzrə elmlər doktoru Sevinc Abbasovanın nəşr edilən "Azərbaycan Respublikasının ictimai- siyasi, sosial-iqtisadi və mədəni inkişafında qadınların rolu (1970-2015-ci illər)" adlı dərs vəsaiti ilk növbədə müstəqillik dövrü Azərbaycan tarixşünaslığı üçün son dərəcə aktuallığı ilə səciyyələnən və xüsusi əhəmiyyət kəsb edən bir problemin sistemli və kompleks şəkildə tədqiqinə həsr olunması baxımından məxsusi dəyərləndirilməlidir. Əlbəttə, bu gün Azərbaycanın dövlətçilik siyasətində gender məsələlərinin daim diqqətdə saxlanılması bəlli həqiqətdir. O da var ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev dövlət quruculuğunda qadınların rolunu yüksək qiymətləndirdiyi kimi, qlobal dünyanın meyarlarından biri olmaqla yeni cəmiyyət quruculuğunda qadın faktorundan faydalanmağı vacib və gərəkli saymışdır. Bu mənada S.Z.Abbasovanın kitabında vahid bir problemin Azərbaycan tarixinin hər bir azərbaycanlı üçün mühüm əhəmiyyət kəsb edən mərhələsində, yəni dahi öndər Heydər Əliyev epoxasında öyrənilməsi təqdirəlayiq bir hal kimi ayrıca qeyd olunmalıdır.

Ənənəvi quruluşda yazılan dərs vəsaiti "Giriş", 4 fəsil, "Nəticə" və istifadə olunmuş ədəbiyyatların siyahısından ibarətdir. Şübhəsiz ki, əsərin "Giriş" hissəsi rəsmi formada yazılmış və mövzu haqqında ilkin təsəvvür yaratmaq məqsədi daşımışdır. Maraqlıdır ki, son dərəcə elmi ümumiləşdirmələrin aparıldığı "Giriş" hissə ilə tanışlıq müəllif və əsər haqqında kifayət qədər elmi müddəalar söyləməyə imkan verməkdədir. Aydın olur ki, dosent S.Z.Abbasova bütün varlığı ilə ulu öndər Heydər Əliyev ideyalarına, təliminə, dövlətçilik prinsiplərinə bağlı tarixşünasdır və onun üçün bu mövzu həm Azərbaycan tarixini küll halında öyrənmək baxımından, həm də dahi şəxsiyyət Heydər Əliyevin dövlətçilik təlimində gender probleminə ayrıca diqqət yetirilməsi səbəbindən aktualdır.

Dərs vəsaitinin əsas müsbət cəhətlərindən biri də vahid problemin sistem halında öyrənilməsidir və bu sistemin bütövlüyünü fəsillər arasındakı son dərəcədə ciddi bağlılıq tamamlamaqdadır. Başqa sözlə, dosent S.Z.Abbasova problemin tam həlli istiqamətində əvvəldən sona doğru irəliləməyi məqsədəuyğun saymışdır. Bu səbəbdən kitabın birinci fəslindəki təhlillər "Azərbaycan qadını 1970-1990-cı illərin əvvəllərində" başlığı altında aparılmış 2 yarımfəsildən ibarətdir. "1970-1980-ci illərin ilk yarısında Azərbaycan dövlət qadın siyasəti və qadınların sosial tərəqqisi" adlı I yarımfəsildə müəllif tamamilə obyektiv elmi mövqe nümayiş etdirərək əvvəlcə öyrəndiyi tarixi mərhələnin xarakterik cəhətlərini aydınlaşdırmış, 1969-cu ildə Heydər Əliyevin birinci dəfə Azərbaycanda ali hakimiyyətə gəlişindən sonra ölkənin sosial- iqtisadi, mədəni-mənəvi və siyasi həyatında baş verən mütərəqqi dəyişiklikləri ümumi şəkildə dəyərləndirmiş, Heydər Əliyev tərəfindən qadın siyasətinin daha qətiyyətlə gündəmə gətirildiyini və bu səbəbdən ölkə tarixində o vaxta qədər qadınların sosial tərəqqisində görünməmiş nailiyyətlərin əldə edilməsini təkzibedilməz faktlarla təsdiqləmişdir. Prinsipcə bu yarımfəsil daxilindəki bütün təhlillərdə müəllif "Sözügedən dövrdə ictimai həyatın elə bir sferası yox idi ki, orada qadınlarımız ciddi irəliləyişlərə nail olmasın" mövqeyindən çıxış etmişdir. Əslində dosent S.Z.Abbasovanın dəyərlədirmələri belə bir obyektiv həqiqəti bir daha yada salır ki, Azərbaycan qadını 1970-80-ci illərdə istər müxtəlif əmək, istər elm və texnika, istər mədəni-maarif, istərsə də idarəetmə sahələrində qazandığı nailiyyətlərə görə dahi şəxsiyyət Heydər Əliyevə mənəvi borcunu dönə-dönə xatırlamalıdır.

Dosent S.Z.Abbasova bu qərara gəlmişdir ki, Heydər Əliyevin ardıcıl səyləri nəticəsində cəmiyyət həyatının fəal üzvünə çevrilən Azərbaycan qadını 1970-ci illlərdən sonrakı dövrdə də üzərinə düşən ağır vəzifələrin öhdəsindən layiqincə gəlmişdir. I fəslin "Azərbaycan qadını 1980-ci illərin sonları-1990-cı illərin əvvəllərinin sistem transformasiyaları şəraitində" adlı II yarımfəslində də müəllif tərəfindən tədqiq edilən dövrün yüksək elmi səviyyədə dəyərləndirildiyini görürük. Cəmiyyət hadisələrinin mahiyyətinə daha dərindən nüfuz etməsi səbəbindəndir ki, S.Z.Abbasova tariximizin 1980-ci illərin sonlarından 1990-cı illərin əvvəllərinə qədərki dövrünü də üç mərhələyə bölmüş, hər bir mərhələnin özünəməxsus cəhətlərini aydınlaşdırmaqla bərabər, o dövrdə Azərbaycan qadının nə kimi çətinliklərdən keçdiyinin dəqiqliklə təsvirini verə bilmiş, əslində qadın probleminin tədqiqi fonunda Azərbaycan tarixinin yeni, müəyyən qədər deqredasiyaları ilə fərqlənən səhifələrini yazmışdır.

Kitabın "Azərbaycan Respublikasında dövlət qadın siyasəti" adlı II fəsli də yeni tarixi dövrdə qadın və cəmiyyət probleminin elmi əsaslarla öyrənilməsi baxımından maraq doğurur. Bu fəsil "2.1. Dövlət qadın siyasətinin normativ-hüquqi bazasının formalaşması", "2.2. Heydər Əliyev və Azərbaycanda dövlət qadın siyasətinin institusional əsaslarmm və strateji istiqamətlərinin müəyyənləşdirilməsi (1998-2003-cü illər)" və "2.3. Azərbaycan dövlət qadın siyasətinin yeni mərhələsi (2003-2015-ci illər)" başlıqlı 3 yarımfəsli özündə birləşdirir. Yarımfəsillərin adlarından da göründüyü kimi, müəllif belə bir baxış bucağı nümayiş etdirir ki, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasında qadın siyasəti daim dövlətin diqqətində olmuş, məhz dünyaşöhrəli dahinin səyləri ilə ölkədə sabitlik əldə edildikdən sonra hüquqi dövlətin Azərbaycan modeli yaradılmış və bu yeni dövlət modelində qadın və cəmiyyət probleminin prioritetliyi daim nəzərə alınmışdır. Fikrimizcə, kitabının bütün fəsillərinin, o cümlədən ikinci fəslin müvəffəqiyyətlə nəticələnməsini şərtləndirən əsas amillərdən biri tarixi-müqayisəli və statistik təhlil metodlarından yerli-yerində və düzgün istifadə edilməsidir. Əlbəttə, dosent S.Z.Abbasova Azərbaycan Respublikasında dövlət qadın siyasətinin bütün yönləri ilə dəyərləndirilməsini ona görə vacib bilmişdir ki, ölkədə dövlət qadın siyasəti mükəmməl olmadan sosial-iqtisadi və mədəni həyatımızda qadınların son dərəcədə ciddi uğurlara imza atmaları qeyri-mümkün idi.

Beləliklə, kitabın "Azərbaycanın sosial-iqtisadi və mədəni həyatında qadınların iştirakı" adlı III fəslində də biz cəmiyyət həyatında qadınların rolunun üç istiqamət üzrə öyrənildiyini və qiymətləndirildiyini görürük. "Azərbaycan Respublikasının sosial- iqtisadi tərəqqisi və qadınlar" başlıqlı birinci yarımfəsildə 1990-cı illərin II yarısından başlayaraq ölkə iqtisadiyyatında həyata keçirilən mütərəqqi islahatlar geniş şəkildə təhlil olunmuş, ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən sosial- iqtisadi tərəqqi strategiyasının Azərbaycana qazandırdığı uğurlar dəyərləndirilmiş, ölkəmizin sosial-iqtisadi həyatında qadınların rolu məsələsi bütün yönləri ilə aydınlaşdırılmışdır. Razılıq doğuran haldır ki, S.Z.Abbasova ümumi nəzəri təhlillər apararkən də faktların dili ilə danışmağa üstünlük vermişdir. Bu baxımdan kitabda tərtib olunan cədvəllərin dəqiqliyi ilə səciyyələnməsini ayrıca qeyd etməyə ehtiyac vardır. S.Z.Abbasova əvvəlcə müstəqillik illərində məhz Heydər Əliyevin rəhbərliyi ilə sosial-iqtisadi həyatımızda əldə olunan uğurları nəzər nöqtəsinə çəkmiş, qadınların minimal və maksimum iştirak etdikləri sahələri dəqiqləşdirmiş, bu sahələrdən qadınların qazandıqları uğurların hansı zəminə əsaslandığını müəyyənləşdirməyə müvəffəq ola bilmişdir.

Kitabın III fəslinin "Azərbaycanda qadın sahibkarlığmm inkişafı" adlı ikinci yarımfəsli də cəmiyyətimiz üçün mühüm əhəmiyyət kəsb edən problemlərdən birinə həsr olunmuşdur. Bu yarımfəsildə göstərilir ki, Azərbaycanda azad sahibkarlığın inkişafına dövlət təminatının verilməsindən qadınlar da gərəyincə faydalanmışlar. Əlbəttə ki, müəllif öz təhlillərində yalnız müsbət göstəricilərdən bəhs etməklə kifayətlənməmiş, Azərbaycanda qadın sahibkarların zaman-zaman qarşılaşdıqları çətinliklərdən söz açmağı da vacib və gərəkli saymışdır. Maraqlıdır ki, müəlllif

Azərbaycanda qadın sahibkarlığının inkişaf tarixini mərhələlərə ayırmış, hər mərhələnin xarakterik xüsusiyyətlərini müəyyənləşdirmiş, bu sahədə daha böyük uğurların əldə ediləcəyinin labüdlüyünü məxsusi vurğulamışdır.

III fəslin III yarımfəsli Azərbaycan qadınlarının sosial-mədəni həyatı haqqındadır. Təsəvvür tamlığı naminə S.Z.Abbasova ilk öncə dəqiq rəqəmlərin müqayisəsini gərəkli bilmiş, bu zəmində demoqrafik proseslərin qadınların həyatına göstərdiyi təsirdən ayrıca bəhs etmiş, Azərbaycan qadınının sosial-mədəni həyatında yeri olan hər bir hadisənin səbəb və nəticələri haqqında geniş təhlillər aparmışdır.

Burada müəllif çoxsaylı faktların müqayisəli təhlili yolu ilə bəhs etdiyi məsələlərin tamamilə aydınlaşması istiqamətində sistemli iş aparmış, Azərbaycan tarixşünaslığını yeni nəzəri müddəalarla zənginləşdirmişdir.

Əlbəttə, hər hansı bir ölkədə və dövlətdə gender siyasətinin təntənəsindən o zaman danışmaq doğru olar ki, cəmiyyətin ictimai-siyasi həyatında qadınlar ali səviyyədə təmsil olunsunlar. Bu səbəbdən dərs vəsaitinin "Azərbaycanın ictimai-siyasi həyatında qadınların iştirakı" adlı IV fəslindəki təhlillər də tamamilə məntiqi və mükəmməl təsir bağışlayır. Fəsil daxilində öyrənilən problemin istiqamətləri nəzərə alınmaqla müəllif elmi təhlillərini üç yarımfəsil üzrə aparmış, bu zaman da xronoloji ardıcıllığın və sistemliyin gözlənilməsinə məxsusi diqqət yetirmişdir. Bu mənada IV fəslin ilk yarımfəslinin "Müstəqilliyin ilk dövründə Azərbaycan qadınlarının ictimai- siyasi fəallığı" adlandırılması və bu yarımfəsildə ölkəmizdə vətəndaş cəmiyyəti quruculuğu kontekstində qadın aktivizminin dirçəlişi ilə əlaqədar proseslərin bütün göstəricilər üzrə öyrənilməsi tamamilə təbii və məntiqli görünür. Təqdirəlayiq haldır ki, dosent S.Z.Abbasova o dövr ölkəmiz üçün xarakterik olan qadın hərəkatını dünyada və Azərbaycanda gedən proseslərin tərkib hissəsi kimi öyrənmiş, Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında dünyanın qabaqcıl fikirli qadınlarının təşkilatçılığı və iştirakı ilə keçirilən simpozium, konfrans və sessiyaların nə qədər mühüm əhəmiyyət kəsb etməsini ayrıca nəzər nöqtəsinə çəkmişdir. Müəllif çox doğru olaraq bu qərara gəlmişdir ki, müstəqilliyin ilk dövründə birbaşa ulu öndər Heydər Əliyevin diqqəti və rəhbərliyi altında qadınlarla əlaqədar keçirilən konfranslar, simpoziumlar Azərbaycan qadını ilə bağlı milli konsepsiyanın formalaşdırılması naminə gerçəkləşdirilmişdir. Dosent S.Z.Abbasova konkret faktlar əsasında yüksək elmi səviyyədə dəqiqləşdirmişdir ki, XX əsrin son illərində bir sıra beynəlxalq qadın konfranslarının yekun qərarları məhz Azərbaycan qadınının yaxından iştirakı ilə hazırlanmışdır.

Kitabın IV fəslinin II yarımfəsli "Azərbaycanda qadın hərəkatının yeni inkişaf mərhələsi (2004-2015-ci illər)" adlanır. Bu yarımfəsildə də son dərəcə ciddi elmi təhlillərlə, yeni elmi müddəalarla qarşılaşırıq. Müəllif ilk növbədə öyrəndiyi mərhələnin əsas səciyyəvi cəhətlərini dəqiqləşdirmiş, gender bərabərliyi ilə bağlı Heydər Əliyev siyasətinin yeni tarixi mərhələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən davam və inkişaf etdirilməsindən daha geniş şəkildə söz açmış, bu sahədə özünü göstərən keyfiyyət dəyişikliklərinin hansı zəmin əsasında gerçəkləşməsi məsələsinə aydınlıq gətirmişdir.

Dərs vəsaitinin IV fəslinin son - "Azərbaycanda qeyri-hökumət qadın təşkilatlarının yaranması və fəaliyyəti" adlı III yarımfəslində gender problemi ilə əlaqəli daha mühüm bir sahənin tədqiq olunduğunu görürük. Bu yarımfəsil ilə tanışlıq da deməyə əsas verir ki, müəllif, ümumiyyətlə, hər bir məsələnin araşdırılmasına xüsusi məsuliyyətlə yanaşmış, ölkəmizdə qadın qeyri-hökumət qurumlarının fəaliyyətinə aydınlıq gətirərkən müqayisə üçün Qərb ölkələrində bu sahənin hansı modellər üzrə inkişaf etdiyini də xatırlatmış, Azərbaycanda vətəndaş cəmiyyətinin əsas və humanist prinsiplərindən xüsusi həssaslıqla, həm də qürur hissi ilə söz açmışdır.

Bu nəşr ümumilikdə dosent S.Z.Abbasovanın elmi ümumiləşdirmə qabiliyyətini təsdiqləməklə bərabər, son dərəcə qiymətli nəzəri müddəaların irəli sürülməsi ilə də səciyyələnir. Zəngin faktlar əsasında yazılmış, elmi yeniliyi, nəzəri və təcrübi əhəmiyyəti ilə diqqəti cəlb edən bu kitab oxucular üçün qiymətli mənbə, tarix elminə dəyərli töhfə kimi qiymətləndirilir.

Gülcamal Tahirova

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR