22 Dekabr 2024, Bazar

AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev Şərqi Avropanın qədim mədəniyyət mərkəzlərindən biri sayılan Şimali Makedoniya Respublikasının paytaxtı Üsküp şəhərindəki Beynəlxalq Vizyon Universitetində elmi ezamiyyətdə olub.
Avropada ilk türk universiteti olan bu təhsil ocağında Əbülfəz Quliyev “Kuman-qıpçaqlar və Cənubi Qafqazda izləri” mövzusunda mühazirə oxuyub. Alimin çıxışı maraqla qarşılanıb.
Tanınmış dilçi alim, həmçinin universitetin rektoru, professor Fadıl Hoca və universitetin elmi şura üzvləri ilə görüşüb. Görüşdə professor Fadıl Hoca universitetin beynəlxalq əlaqələrindən, Azərbaycana səfərindən və Türkiyə ilə Azərbaycan arasında mehriban dostluq münasibətlərindən danışıb.
Əbülfəz Quliyev isə çıxışında Azərbaycanın müstəqilliyinin bərpasından sonra Naxçıvan Muxtar Respublikasında elm və təhsilin keçdiyi tarixi inkişaf yolundan və əldə olunan mühüm nailiyyətlərdən söz açıb. Alim Şimali Makedoniya Respublikasının elm və təhsil müəssisələri ilə əlaqələrin genişləndirilməsinin zəruriliyini vurğulayıb.
Daha sonra bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutu ilə Beynəlxalq Vizyon Universiteti arasında əməkdaşlıq haqqında protokol imzalanıb.
İki dildə tərtib olunan protokolda qurumlar arasında elm və təhsilin müxtəlif sahələri üzrə əməkdaşlığın 5 il müddətində həyata keçirilməsi nəzərdə tutulub.

AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR