22 Dekabr 2024, Bazar

Tələbəyönümlü öyrənmə sistemi ilk dəfə “Nəticələrə əsaslanan tələbə mərkəzli öyrənmə”a dı ilə 2007-ci ildə Bologna prosesində iştirak edən ölkələrin təhsil nazirlərinin London təlimi zamanı tətbiq edilmişdir. Daha sonra tələbə mərkəzli öyrənmə daha əhatəli formada hazırlandı. “Tələbə-mərkəzli öyrənmə tələbələrə səlahiyyətlərini inkişaf etdirməyə və əmək bazarında rəqabətə davamlı, aktiv və məsuliyyətli vətəndaşlar olma fürsəti verir”.

Ardını oxu...

Fevralın 16-da Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğunun B (inzibati icraçı) növünə aid vəzifələrin tutulması məqsədilə keçirilən test imtahanında uğur qazanmış namizədlər DİM-in saytından elektron növbə götürməklə sertifikatlarını şəxsiyyəti təsdiqləyən sənədi təqdim etməklə Mərkəzin Koroğlu Rəhimov küçəsi, 108 ünvanında yerləşən inzibati binasından və ya DİM-in Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Göyçay, Şəmkir, Şirvan, Bərdə və Xaçmaz regional bölmələrindən əldə edə bilərlər.

Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Namizədlər DİM-in qeyd olunan inzibati binalarına gəlmək üçün Mərkəzin saytından onlayn növbə götürməlidirlər.

Bu gündən subbakalavrların sənəd qəbulu başlanır

Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə iyunun 1-də keçirdiyi onlayn mətbuat konfransında deyib.

AMEA Naxçıvan Bölməsinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, Prezident mükafatçısı, gənc yazar Nərgiz İsmayılovanın Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) EPIC layihəsinin iştirakçıları ilə görüşü olub.
Gənc alim aztəminatlı ailələrə və qaçqınlara sosial dəstək çərçivəsində təşkil olunan “Xərçəng xəstə­liyinin həyatımıza təsiri”, “Xərçəng xəstəliyinə dair yazılan kitablar” mövzularında vebinar keçib.

Ardını oxu...

Tam orta təhsil səviyyəsi üzrə ümumtəhsil müəssisələrində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması məqsədilə keçirilən buraxılış imtahanları 2020-ci ildə də 2019-cu ildə olduğu kimi Azərbaycan (rus, gürcü) dili, riyaziyyat və xarici dil fənləri üzrə keçirilir.

Ardını oxu...

Naxçıvan Dövlət Universiteti Konservatoriyasında 28 May Respublika Gününə həsr edilmiş onlayn konsert təşkil edilib. Xalq çalğı alətləri kafedrasının müəllimi Polad Vəlinin ifasında solo konsert universitetin facebook sosial şəbəkəsi üzərindən canlı yayımlanıb.

Ardını oxu...

Naxçıvan Dövlət Universiteti (NDU) fizika-riyaziyyat fakültəsinin fizika laboratoriyasında onlayn təcrübələr aparılıb. 

NDU-dan verilən məlumata görə, ümumi və nəzəri fizika kafedrasının müdiri, dosent Fərman Qocayev laboratoriyanın mövcud imkanlarını dəyərləndirib, aparılan təcrübələrin əhəmiyyətini qeyd edib. Bildirib ki, təqdim edilən laboratoriya işlərinin ikisi mexanikaya, biri isə elektrik maqnetizminə aiddir. 

Ardını oxu...

AMEA Naxçıvan Bölməsinin Rəyasət Heyətinin onlayn iclası keçirilib.

Bölmənin Beynəlxalq əlaqələr və informasiya şöbəsindən bildirilib ki, əvvəlcə bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.

Sonra İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvi Əbülfəz Quliyevin “Məhəmməd ağa Şahtaxtılının tərcüməçilik fəaliyyəti” mövzusunda məruzəsi dinlənilib, mövzu ilə bağlı çoxsaylı suallar cavablandırılıb.

Ardını oxu...

 

  

2012-ci il oktyabr ayının 19-da keçirilən Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin konfransında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov çıxışında Yazıçılar Birliyinə bir sıra problemlərin həlli ilə əlaqədar tapşırıqlar vermişdir. Həmin tapşırıqlardan biri də bədii tərcümə sənətinin inkişafı ilə bağlı olmuşdur. Ali Məclisin Sədri demişdir: “Ciddi problemlərdən biri də bədii tərcümə ilə bağlıdır. Bu olmadan bədii əsərləri tərcümə edib yaymaq mümkün deyil. Muxtar respublikamızda elmi və publisistik əsərlərin, tarixi mövzuda yazılmış kitabların tərcüməsi sahəsində müəyyən təcrübə vardır. Lakin istər klassik, istərsə də müasir bədii əsərlərin tərcüməsi sahəsində boşluq qalmaqdadır. Muxtar respublikada xarici dillərdən birbaşa tərcümə ilə məşğul olan yazıçı və şairlərin olmasını əsas götürərək Yazıçılar Birliyi nəzdində bədii tərcümə mərkəzi yaratmaq mümkündür”. 

Ardını oxu...

“Naxçıvan” Universiteti və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin birgə təşkilatçılığı ilə “Uşaq hüquqlarının sosial və hüquqi tərəfləri” mövzusunda onlayn konfrans keçirilib.
Konfransı giriş sözü ilə ali təhsil ocağının rektoru, dosent Nurlana Əliyeva açaraq bildirib ki, uşaq hüquqlarının müdafiəsinin hərtərəfli təmin olunması ölkəmizdə uğurla həyata keçirilən dövlət siyasətinin ayrılmaz tərkib hissəsidir. Uşaqların keyfiyyətli təhsil almaları, yüksək dünya standartlarına cavab verən tibbi xidmətlərlə təmin edilmələri, hərtərəfli qayğı ilə əhatə olunmaları, onlar üçün zəruri şəraitin yaradılması, böyüməkdə olan nəslin layiqli vətəndaş kimi formalaşması ölkəmizdə dövlət uşaq siyasətinin başlıca prinsiplərindəndir.

Ardını oxu...

Muxtar respublikamızda qızların təhsil almalarına xüsusi diqqət yetirilir. Bunun nəticəsidir ki, əvvəllər ali məktəblərə qəbul imtahanlarında ən yuxarı nəticə göstərənlər arasında oğlanlar üstünlük təşkil edirdisə, son illərdə onların sırasında qızların da sayı xeyli artıb. Bu baxımdan Naxçıvan şəhərində fəaliyyət göstərən, uğurlarını ildən-ilə artıran Naxçıvan Qızlar Liseyi nümunəvi təlim-tədris prosesi ilə seçilir. Liseyin fəaliyyətində əsas məqsəd burada oxuyan hər bir şagirdin gələcəkdə təhsilini hansı istiqamətdə davam etdirməsindən asılı olmayaraq, savadlı, vətənpərvər, dünyagörüşlü, Azərbaycan qadınının yüksək mənəvi keyfiyyətlərini özündə daşıyan, milli-mənəvi dəyərlərimizə sadiq və milli adət-ənənələrimizi yaşadan, tanıdan xanım kimi böyüdülməsidir. 

Ardını oxu...

“Naxçıvan” Universitetində Xarici dillər kafedrasının təşkilatçılığı ilə “Xarici dillərin tədrisində ənənəvi üsullar və innovativ metodlar” mövzusunda onlayn elmi  konfrans keçirilib.

Ardını oxu...

 

 

 

20 may 2020-ci ildə Azərbaycan Dillər Universitetinin Tələbə Elmi Cəmiyyətinin nəzdində fəaliyyət göstərən Kitab Klubu instagram sosial şəbəkəsinin canlı yayımında tələbələrin və oxucuların Naxçıvanlı alim və yazar, filologiya üzrə fəlsəfə doktoru Leyla Səfərova ilə görüşünü təşkil edib. İlk öncə tədbiri özü və yaradıcılığı haqda məlumat verməklə başlayan Leyla Səfərova “Sehrli aləm olan kitab bir yazarın gözündə” mövzusunda təlim keçib. Təlimdə kitabların insan həyatında mühüm əhəmiyyəti, mütaliənin insanın fikir, düşüncə, məntiq, dünyagörüşünün inkişafında, həmçinin şəxsiyyətinin formalaşmasıda rolu vurğulanmış, məşhur Azərbaycanlı və dünya ədiblərinin kitabla bağlı sitatlarından nümunələr gətirilmişdir. Bir saatdan artıq davam edən təlimdə ADU TEC-nin üzvləri kitaba, mütaliəyə təlimçinin baxışları ilə bağlı sualları ilə yanaşı, ədəbiyyatımızın bugünkü vəziyyəti, yazıçıların əsərlərində qoyulan mövzulara münasibəti və eləcə də, çağdaş Azərbaycan yazıçılarının toxunmalı olduğu mövzular ətrafında maraqlı suallarını ünvanlayıblar. Bu suallarla bərabər, yazıçı canlı yayıma qoşulan tələbələrin və oxucuların da suallarını cavablandırıb.

Xəbərlər şöbəsi

 

 

 

“Naxçıvan” Universitetində İqtisadiyyat kafedrasının təşkilatçılığı ilə “Naxçıvan MR-də kiçik və orta sahibkarlığın inkişafı: vəzifələr və perspektivlər” mövzusunda onlayn konfrans keçirilib.
Onlayn konfransı giriş sözü ilə ali təhsil ocağının rektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Nurlana Əliyeva açaraq bildirib ki, muxtar respublikada kiçik və orta sahibkarlığın inkişafı üçün bütün zəruri şərait yaradılıb.İqtisadiyyatın mühüm istiqamətlərindən biri də ailə təsərrüfatlarının formalaşması və gələcəkdə kiçik və orta sahibkarlıq subyektlərinə çevrilməsidir. Son dövrlərdə dövlət tərəfindən bu fəaliyyət sahəsinin stimullaşdırılması ilə bağlı atılan addımlar muxtar respublikada ailə təsərrüfatlarının artmasına şərait yaratmışdır. Bu gün muxtar respublikada ailə təsərrüfatlarının inkişafı istiqamətində ardıcıl tədbirlər görülür. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 22 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planı”nın icrası bu baxımdan mühüm əhəmiyyətə malik olmuş, ailə təsərrüfatlarının biznes planları tərtib olunmuş, onlara güzəştli şərtlərlə kreditlər və müxtəlif təyinatlı kənd təsərrüfatı texnikaları verilmişdir.

Ardını oxu...

Naxçıvan Dövlət Universiteti Fizika-riyaziyat fakültəsinin Fizika laboratoriyasında onlayn təcrübələr aparılıb. Tədbirdə giriş sözü ilə çıxış edən Ümumi və nəzəri fizika kafedrasının müdiri, dosent Fərman Qocayev laboratoriyanın mövcud imkanlarını dəyərləndirib, aparılan təcrübələrin əhəmiyyətini qeyd edib. Bildirilib ki, təqdim edilən laboratoriya işlərinin ikisi mexanikaya biri isə elektrik maqnetizminə aiddir.

Ardını oxu...

Naxçıvan Dövlət Universiteti Memarlıq və mühəndislik fakültəsində onlayn elmi-nəzəri seminar keçirilib. “Xüsusi mühafizə olunan təbiət əraziləri və onların ekoloji vəziyyəti” mövzusunda seminarı Meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi kafedrasının müəllimi Leyla İbrahimova keçib. Fakültənin dekanı, professor Cavanşir Zeynalov seminarı giriş sözü ilə açaraq müəllim və tələbələrə uğurlar arzulayıb. Meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi kafedrasının müdiri, memarlıq üzrə fəlsəfə doktoru, dosent Qadir Əliyev kafedralarda onlayn elmi-nəzəri seminarların təşkili haqqında məlumat verib. Qeyd edilib ki, xüsusi mühafizə olunan təbiət əraziləri Azərbaycan Respublikasının milli sərvətidir və ekoloji, elmi, mədəni və estetik dəyərə malikdir. Elmi - nəzəri seminarda bu ərazilərin əhəmiyyəti, qorunan fauna, flora növləri haqda məlumat verilib. Bildirilib ki, arxeloji, tarixi-memarlıq, təbiət abidələrin zənginliyinin ekoturuzmə böyük təsiri vardır. Seminarda ekoloji vəziyyət haqqında geniş məlumat verilib, elmi-nəzəri seminar slayd və şəkillərlə zənginləşdirilib.

Səadət Əliyeva NDU-nun Televiziya,

mətbuat və ictimaiyyətlə əlaqələr bölməsinin müdiri

 

 

 

Naxçıvan Dövlət Universisitetində yeni infrastruktur layihələrinin həyata keçirilməsi, müasir tədris korpuslarının istifadəyə verilməsi peşəkar kadrların hazırlanmasına öz müsbət töhvəsini verməkdədir. Aparılan quruculuq işlərinin nəticəsində hər bir fakültə ən son texnoloji avadanlıqlarla təchiz edilən tədris korpusu ilə təmin edilib. Yaradılan bu imkanların nəticəsində tələbə qəbulu üzrə plan yerlərinə olan maraq ilbəil artıb, yüksək ballı tələbələrin məhz universiteti seçim imkanları genişlənib. Xarici tələbələrin artım dinamikasında əldə edilən yüksək səviyyədə artım ali təhsil ocağının Beynəlxalq əlaqələrinin düzgün  və sistemli idarəedilməsi nəticəsində mümkün olub. Hazırda universitet xarici tələbələrin müraciti və qəbul sayına  görə ölkə üzrə öncüllüyünü qoruyur.

Ardını oxu...

Nazirlər Kabinetinin 2020-ci il 18 may tarixli qərarı ilə “Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması Qaydaları”nda edilmiş müvəqqəti dəyişikliyə əsasən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı bir mərhələdə – imtahanın ikinci mərhələsinin modeli əsasında keçiriləcək. İmtahanda şagirdlərə tədris dili fənnindən 30, xarici dil fənnindən 30 və riyaziyyat fənnindən 30 olmaqla, ümumilikdə 90 tapşırıq təqdim edilir. Buraxılış imtahanında şagirdlərin toplaya biləcəyi maksimal bal hər fənn üzrə 100 bal olmaqla, cəmi 300 baldır.

Ardını oxu...

Müasir tədris standartlarına cavab verməsi və təhsilin səviyyəsi ilə seçilən “Naxçıvan” Universitetində  2020-2021-ci tədris ili üçün bakalavr səviyyəsində 410 yer, magistratura səviyyəsində 21 yer tələbə qəbulu planı nəzərdə tutulur.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən hamiliyə götürülmüş Naxçıvan Dövlət Universitetinin İqtisad fakültəsinin İqtisadiyyat ixtisasının tələbələri ilə “İdeyadan başlanğıca” devizi altında onlayn seminar keçirilib. Seminarda fakültənin dekanı Əşrəf Ələkbərov çıxış edərək bildirib ki, onlayn tədbirin əsas məqsədi tələbələrin startap layihələrinin hazırlanması və təqdimatı sahəsindəki bilik və bacarıqlarını daha da artırmaqdan ibarətdir.

Ardını oxu...

Naxçıvan Dövlət Universitetində 2019-2020-ci tədris ilində Tələbə Elmi Cəmiyyətinin (TEC) xətti ilə yerinə yetirilmiş elmi-tədqiqat işlərinin yekununa həsr olunmuş onlayn elmi konfrans keçirilib.
İclası universitetin rektoru Elbrus İsayev açaraq TEC-i gələcəyin magistrlərinin, elmi tədqiqatçılarının yetişməsində, tələbələrin elmi fəal­lığı və dünyagörüşünün artırılmasında mühüm rol oynayan bir cəmiyyət kimi səciyyələndirib.

Ardını oxu...

Baş Nazir Əli Əsədov “Koronavirus (COVID-19) pandemiyasının ölkənin təhsil müəssisələrində təhsil prosesinə mənfi təsirinin aradan qaldırılması ilə bağlı bəzi tədbirlər barədə” qərar imzalayıb.

Qərara əsasən, “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinin tələbələrinə təqaüdlərin təyin olunması və ödənilməsi Qaydası”na dəyişiklik edilib. 

Ardını oxu...

Baş Nazir Əli Əsədov “Koronavirus (COVID-19) pandemiyasının ölkənin təhsil müəssisələrində təhsil prosesinə mənfi təsirinin aradan qaldırılması ilə bağlı bəzi tədbirlər barədə” qərar imzalayıb.

Qərara əsasən, ““Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları”nda dəyişiklik edilib.

Ardını oxu...

9-cu siniflər üçün buraxılış imtahanının birinci mərhələsində iştirak edib qiymətindən narazı qalanlar üçün sentyabr ayında imtahan keçiriləcək.

Bu barədə Dövlət İmtahan Mərkəzindən açıqlama verilib.

Qeyd edilib ki, yeni şkalaya uyğun şagirdlərin qiymətləri Dövlət İmtahan Mərkəzinin saytına yerləşdiriləcək. Qiymətindən narazı qalan şagirdlər üçün sentyabrda imtahanının keçirilməsi nəzərdə tutulub.

Nazirlər Kabineti “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nda aşağıdakı dəyişikliklər edib.

Əvvəlki qəbul zamanı qəbul imtahanları hər tədris ilində iki dəfə – yaz və yay sessiyaları şəklində keçirilir. Abituriyent hər sessiyada istədiyi ixtisas qrupu üzrə yalnız bir imtahanda iştirak edə bilərdi.

Ardını oxu...

Naxçıvan Dövlət Universitetində 2019-2020-ci tədris ilində Tələbə Elmi Cəmiyyətinin (TEC) xətti ilə yerinə yetirilmiş elmi-tədqiqat işlərinin yekununa həsr olunmuş onlayn universitet elmi konfransı keçirilib. 800-ə yaxın müəlim və tələbənin qoşulduğu plenar iclası universitetin rektoru Elbrus İsayev açaraq TEC-i gələcəyin magistrlərinin, elmi tədqiqatçılarının yetişməsində, təşkilatın tələbələrin elmi fəallığı və dünyagörüşünün artırılmasında mühüm rol oynayan bir təşkilat kimi səciyyələndirib. Vurğulanıb ki, düzgün qiymətləndirilən ən  yaxşı TEC işi kütləvi informasiya vasitələrində və universitetin Elmi əsərlər jurnalında dərc olunmaq üçün göndərilməlidir.

Ardını oxu...


Naxçıvan Dövlət Universitetinin fakültə və kafedralarında struktur dəyişikliyi ilə əlaqədar onlayn müşavirə keçirilib. Tədbirdə giriş sözü ilə çıxış edən rektor Elbrus İsayev ali təhsil ocağının mövcud imkanlarını dəyərləndirib. Bildirilib ki, yaradılan müasir tədris şəraiti, hər fakültənin ayrıca tədris binasında fəaliyyət göstərməsi müvafiq ixtisasların tədrisini günün tələbləri səviyyəsində qurmaq imkanı yaradır. Ali təhsil ocağına tələbə qəbulunun ilbəil artan dinamika ilə yüksəlməsi və yeni ixtisasların açılması fakültə və kafedraların yenidən formalaşdırılması zərurətini ortaya çıxarır. Eyni zamanda yeni dəyişiklik ixtisasların təsnifata uyğun qurulmasını nəzərdə tutur.       

Ardını oxu...

Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Ziyadxan Əliyev Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsi müəllim və tələbələri üçün “Azərbaycan təsviri sənəti qədimlərdən bugünə” mövzusunda onlayn seminar keçirib.

Ardını oxu...

“Naxçıvan” Universitetində Təbiət elmləri kafedrasının təşkilatçılığı ilə   “Coğrafiyada ənlər və ilklər” mövzusunda onlayn  viktorina keçirilib.

Ardını oxu...

Kükü çayının yuxarı hissəsində seolittərkibli zolaq 

Naxçıvan Muxtar Respublikası flora və fauna ilə yanaşı, mineral sərvətlərinin ehtiyatına və müxtəlifliyinə görə çox zəngindir. Muxtar respublika ərazisində 40-dan artıq müxtəlif faydalı qazıntı yataqları mövcuddur. Bunlardan Duzdağ daş duz, Nehrəm dolomit, Biləv zəy süxurları, Gümüşlü qurğuşun-sink, Kotam kobalt, Xal-xal sərbəst mis, Buzqov, Şahtaxtı, Qarabağlar travertin, Şahbuz, Babək gil minerallar, Gümüşlü kvarsit, Biçənək torf, Gömür kükürd, Parağaçay, Qapıcıq molibden və Ordubad rayonunun Məzrə kəndindən Şahbuz rayonunun Güney Qışlaq kəndinə kimi uzanan seolittərkibli yataqlar kimi sənaye əhəmiyyətli sərvətimizi misal göstərə bilərik.

Ardını oxu...

Naxçıvan Dövlət Universiteti Tarix-filologiya fakültəsində 18 may Muzeylər gününə həsr edilmiş onlayn tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan fakültənin dekanı, tarix üzrə fəlsəfə doktoru, dosent Rəsul Bağırov qeyd edib ki, hər il mayın 18-i Beynəlxalq Muzey Günü kimi qeyd edilir. Vurğulanıb ki, Azərbaycanda milli-mənəvi dəyərlərimizə, o cümlədən muzey işinə daim dövlət qayğısı olub. Ölkəmizdə muzey işinin inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.

Ardını oxu...

Naxçıvan Müəllimlər İnstitutunda 2020-2021-ci tədris ili üçün tələbə qəbulu planı yerləri artırılaraq bakalavr səviyyəsində 430-a, magistratura səviyyəsində 50-yə çatdırılıb.

Ardını oxu...

Moskvada keçirilən Məktəblilərin “Elmə start” IX Beynəlxalq elmi-tədqiqat və yaradıcılıq müsabiqəsində iştirak edən AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun Hidrogeologiya və mineral sular laboratoriyasının rəhbəri, kimya üzrə fəlsəfə doktoru, dosent Fizzə Məmmədovanın rəhbərliyi ilə Eynəli bəy Sultanov adına Naxçıvan şəhər 7 nömrəli tam orta məktəbin X sinif şagirdi İlhamə Novruzova ikinci dərəcəli diplomla mükafatlandırılıb.

Ardını oxu...

“Naxçıvan” Universitetinin İdarəetmə kafedrasının təşkilatçılığı ilə “Biznes mühiti və insan kapitalı” mövzusunda keçirilən onlayn elmipraktik konfransı giriş sözü ilə ali təhsil ocağının rektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Nurlana Əliyeva açıb.

Ardını oxu...

Dövlət İmtahan Mərkəzinin (DİM) Bakı şəhərində və digər bölgələrdə yerləşən regional bölmələrinin inzibati binalarında xüsusi karantin rejimi müddətində vətəndaşların onlayn növbə ilə qəbuluna başlanılır.

DİM-dən bildirilib ki, vətəndaşların qəbulu mayın 18-i il saat 09.30-dan etibarən DİM-in Bakı şəhərində yerləşən inzibati binalarında və rayonlarda yerləşən regional bölmələrində Mərkəzin internet saytı vasitəsilə əvvəlcədən onlayn növbə götürməklə həyata keçirilir.

Ardını oxu...

İxtisasların hamiliyə verilməsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Musiqi Kollecinin Kitabxana-informasiya ixtisası üzrə təhsil alan III kurs tələbələri üçün “Zoom” tətbiqi vasitəsilə onlayn təcrübə məşğələsi keçilib. Təcrübəyə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru Tamella Əsgərovanın moderatorluğu ilə start verilib.

Ardını oxu...

Koronavirus infeksiyasının ölkə ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən həyata keçirilən tədbirlərə uyğun olaraq təhsil müəssisələrində tədris prosesi dayandırılıb, infeksiyanın geniş yayılmasına yol verməmək üçün sosial təcridin gücləndirilməsi ilə bağlı müxtəlif qərarlar qəbul olunub. Bu səbəbdən 2020-ci ilin mart-iyun aylarında respublikanın ümumtəhsil müəssisələrində qüvvədə olan tədris proqramlarına əsasən nəzərdə tutulan mövzular tədris olunmadığı üçün buraxılış imtahanı proqramlarından çıxarılıb.

Ardını oxu...

Naxçıvan Dövlət Universitetinin Təbiətşünaslıq və kənd təsərrüfatı fakultəsinin Kimya laboratoriyasında onlayn təcrübə keçirilib. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin, orta ümumtəhsil məktəblərinin kimya müəllimləri, ali təhsil ocağının bu ixtisas üzrə  müəllim və tələbələri, magistrant və doktorantlarını iştirak etdiyi təcrübələr universitetin ixtisaslı müəllimləri tərəfindən həyata keçirilib.

Ardını oxu...

Dünən Naxçıvan Müəllimlər İnstitutunun Pedaqoji fakültəsində Tələbə Elmi Cəmiyyətinin (TEC) 2019-2020-ci tədris ili üçün yekun onlayn konfransı keçirilib.
Fakültənin professor-müəllim heyəti və TEC işlərini yerinə yetirən tələbələrin qoşulduğu konfransı giriş sözü ilə fakültə dekanı Arif Ağalarov açıb. O, TEC işləri ilə bağlı Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş mövcud əsasnamənin tələblərinə uyğun olaraq fakültədə aparılan işlər və qarşıda duran vəzifələr haqqında konfrans iştirakçılarına məlumat verib.

Ardını oxu...

AMEA Naxçıvan Bölməsində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Əbdürrəhim bəy Haqverdiyevin anadan olmasının 150 illiyinə həsr olunan onlayn elmi konfrans keçirilib.

Ardını oxu...

Ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün “Abituriyentin elektron ərizəsi”ni təsdiq etmiş, lakin hər hansı səbəbdən ərizənin təsdiqini ləğv etmək istəyənlər üçün yeni elektron xidmət istifadəyə verilib.

Bu barədə Dövlət İmtahan Mərkəzindən bildirilib.

Ardını oxu...

Muxtar respublika ümumtəhsil məktəblərinin qabaqcıl müəllimlərinin və ali təhsil müəssisələrinin professor-müəllim heyətinin birgə iştirakı ilə dərslik və dərs vəsaitlərinin müzakirəsi aparılır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi tərəfindən hamiliyə götürülmüş Naxçıvan Dövlət Universitetinin Sosial idarəetmə və hüquq fakültəsinin Hüquqşünaslıq ixtisasının tələbələri ilə onlayn görüş təşkil olunub.

Ardını oxu...

Ali təhsil müəssisələrinə qəbul olmaq üçün abituriyentlərin mayın 12-dən başlanan sənəd qəbulu davam edir.

Dövlət İmtahan Mərkəzindən   bildirilib ki, abituriyentlərin sənəd qəbulu onlayn şəkildə iyunun 5-dək aparılacaq. Bu gün saat 16:25-ə olan məlumata görə, I-IV ixtisas qrupları üzrə 12 min 116 abituriyent qeydiyyatdan keçib.

Ardını oxu...

Dünən Cek Londonun “Həyat eşqi” kitabının onlayn müzakirəsi keçirilib. Müzakirə zamanı Naxçıvan Dövlət Universitetinin müəllimi, tarix üzrə elmlər doktoru, dosent Sevinc Abbasova çıxış edərək gənclərə mütaliənin faydaları haqqında məlumat verib, mədəni səviyyənin yüksəldilməsinin mütaliədən keçdiyini bildirib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında təhsil müəssisələrinin infrastrukturunun müasirləşdirilməsi diqqətdə saxlanılır. Bunun nəticəsidir ki, son illərdə Naxçıvanda 200-dən çox təhsil müəssisəsi tikilib və ya əsaslı şəkildə yenidən qurulub, ən müasir infrastruktur yaradılıb, maddi-texniki baza, pulsuz dərsliklərlə təchiz olunub. Bu gün, demək olar ki, nəinki şəhər və rayon mərkəzlərində, ucqar kəndlərimizdə belə, gələcəyimiz olan şagirdlərimizin təhsil almaları üçün müasir tədris şəraiti yaradılıb.

Ardını oxu...

       Naxçıvan Müəllimlər İnstitutu tərəfindən Naxçıvan Dövlət Universiteti, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Təhsil İnstitutunun iştirakı ilə “Ümumi təhsildə kurikulum islahatları: nəticələr və perspektivlər – 2020” mövzusunda onlayn  respublika elmi-praktik konfransı keçirilib.

Ardını oxu...

Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Ziyadxan Əliyev Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin müəllim və tələbələri üçün “Azərbaycan təsviri sənəti qədimlərdən bu günə” mövzusunda onlayn seminar keçib.

Ardını oxu...

Azərbaycan xalqının taleyüklü hadisələrlə dolu olan bir dövrü çoxəsrlik dövlətçiliyimiz tarixində əvəzsiz yeri olan ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər Azərbaycan dövlətini və millətini zamanın çətin sınaqlarından çıxararaq, ölkənin bütün sahədə tərəqqisinə nail olmuş qüdrətli şəxsiyyətdir. Xalqımız məhz onun sayəsində mənəvi dəyərləri layiqincə qoruyaraq, üçüncü minilliyə qədəm qoymuşdur.

Ardını oxu...

Ölkəmizdə, o cümlədən Naxçıvan Muxtar Respublikasında yaranmış mövcud vəziyyətə görə bütün dərslər onlayn qaydada tədris olunur. Naxçıvan şəhər ümumtəhsil məktəblərinin şagirdləri arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr edilmiş şeir müsabiqəsi də onlayn keçirilmişdir.

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR