22 Dekabr 2024, Bazar

“Naxçıvan” Universitetində Xarici dillər kafedrasının təşkilatçılığı ilə “Xarici dillərin tədrisində ənənəvi üsullar və innovativ metodlar” mövzusunda onlayn elmi  konfrans keçirilib.

 Onlayn konfransı giriş sözü ilə ali təhsil ocağının rektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Nurlana Əliyeva açaraq bildirib ki, müasir dövr informasiya kommunikasiya texnologiyaları dövrüdür. Bu gün həyatımızı internetsiz təsəvvür etmək çətindir. İnsan daim informasiya almaq ehtiyacındadır. Həyatımızın hər bir sahəsində informasiya kommunikasiya texnologiyalarının funksiyasına şahid oluruq. Xarici dilin tədrisinin daha da aktiv və effektiv olması üçün İKT-nin tətbiqi vacib şərtdir. Dərslikdə verilmiş mövzuya aid şəkillər, yeniliklər, musiqi və ya qəzet materialı o mövzunu daha da dərindən öyrənməyə, daha yaxşı yadda saxlamağa kömək edir.Pandemiya zamanı “Naxçıvan” Universitetində  tədrisin təşkilinin yüksək səviyyədə onlayn formada  təşkil olunması bir daha göstərdi ki, təkcə xarici dilin tədrisi prosesində deyil, ali təhsil ocağında bütün ixtisasların tədrisində İKT-dən lazımi formada istifadə olunur.

Daha sonra universitetin Xarici dillər kafedrasının müəllimləri  İradə Cəfərovanın  “Xarici dilin tədrisində səmərəliliyi artıran interaktiv metodlar”, Xəzrin Zeynalovanın  “Xarici dilin tədrisində İKT-nin rolu”  və Selcan Abdullayevanın “Xarici dilin tədrisi zamanı meydana gələn aktual problemlər” mövzusunda çıxışları dinlənilib.

Bildirilib ki, xarici dilin tədrisi zamanı  innovativ metodların tətbiqi tələbə və şagirdin motivasiyasını yüksəldir, onlar arasında informasiya mübadiləsində, mövzunun müzakirə edilməsində, ən son məlumatları istifadə etməkdə əvəzsiz rolu var. Ənənəvi metodda müəllim öz işini izah etmək, tapşırıq vermək və yoxlamaq üzərində qurur, tələbə-müəllim ünsiyyəti birbaşa deyil, dolayı şəkildə həyata keçirilir. İnteraktiv metod zamanı isə müəllim bilavasitə tələbə ilə ünsiyyət yaradır, tələbə isə əsas funksional fiqura çevrilərək bacarığını ifadə etmək imkanı qazanır. Bu zaman şagird dil baryerlərini daha rahat aşır, onda yad dildə danışmaq utancaqlığı zamanla aradan qalxır, nəticədə, dərs vaxtı həm də real situasiyaların məşqinə imkan yaranır.

Sonda konfrans iştirakçılarının sualları cavablandırılıb.

Seyfur Hacımuradov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR