Naxçıvan Dövlət Universiteti Memarlıq və mühəndislik fakültəsində onlayn elmi-nəzəri seminar keçirilib. “Xüsusi mühafizə olunan təbiət əraziləri və onların ekoloji vəziyyəti” mövzusunda seminarı Meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi kafedrasının müəllimi Leyla İbrahimova keçib. Fakültənin dekanı, professor Cavanşir Zeynalov seminarı giriş sözü ilə açaraq müəllim və tələbələrə uğurlar arzulayıb. Meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi kafedrasının müdiri, memarlıq üzrə fəlsəfə doktoru, dosent Qadir Əliyev kafedralarda onlayn elmi-nəzəri seminarların təşkili haqqında məlumat verib. Qeyd edilib ki, xüsusi mühafizə olunan təbiət əraziləri Azərbaycan Respublikasının milli sərvətidir və ekoloji, elmi, mədəni və estetik dəyərə malikdir. Elmi - nəzəri seminarda bu ərazilərin əhəmiyyəti, qorunan fauna, flora növləri haqda məlumat verilib. Bildirilib ki, arxeloji, tarixi-memarlıq, təbiət abidələrin zənginliyinin ekoturuzmə böyük təsiri vardır. Seminarda ekoloji vəziyyət haqqında geniş məlumat verilib, elmi-nəzəri seminar slayd və şəkillərlə zənginləşdirilib.
Səadət Əliyeva NDU-nun Televiziya,
mətbuat və ictimaiyyətlə əlaqələr bölməsinin müdiri