İxtisasların hamiliyə verilməsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Musiqi Kollecinin Kitabxana-informasiya ixtisası üzrə təhsil alan III kurs tələbələri üçün “Zoom” tətbiqi vasitəsilə onlayn təcrübə məşğələsi keçilib. Təcrübəyə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru Tamella Əsgərovanın moderatorluğu ilə start verilib.
Bildirilib ki, daim yeniləşən və təhsilin inkişafını tələb edən informasiyalı cəmiyyət kadr hazırlığı işinin yeni müstəvidə aparılmasını tələb edir. Hər bir iş təcrübə əsasında öyrənilir, bu təcrübələrin tələbələrin bilik və bacarıqlarının artmasında çox böyük əhəmiyyəti vardır.
Sonra kitabxananın Komplektləşdirmə şöbəsinin müdiri Rahilə Məmmədova şöbənin iş prinsipi haqqında məlumat verib, tələbələrin sualları cavablandırılıb.
Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin mətbuat xidməti