Moskvada keçirilən Məktəblilərin “Elmə start” IX Beynəlxalq elmi-tədqiqat və yaradıcılıq müsabiqəsində iştirak edən AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun Hidrogeologiya və mineral sular laboratoriyasının rəhbəri, kimya üzrə fəlsəfə doktoru, dosent Fizzə Məmmədovanın rəhbərliyi ilə Eynəli bəy Sultanov adına Naxçıvan şəhər 7 nömrəli tam orta məktəbin X sinif şagirdi İlhamə Novruzova ikinci dərəcəli diplomla mükafatlandırılıb.
Fizzə Məmmədova isə beynəlxalq müsabiqənin sertifikatını alıb.
Məktəblilərin intellektual potensialının, elmi-tədqiqat və yaradıcılıq fəaliyyətinin yüksəldilməsi məqsədilə təşkil edilən beynəlxalq müsabiqədə 20 bölmə üzrə 1510 layihə iştirak edib. İlhamə Novruzovanın “Həyatın melodiyası – kimya” layihəsi II yerə layiq görülüb və ən yaxşı layihə kimi “Məktəblilərin Beynəlxalq Elm Xəbərləri” jurnalına dərcə göndərilib.
Qeyd edək ki, “Elmə start” Beynəlxalq müsabiqənin yekun mərhələsi 12-15 oktyabr tarixlərdə Soçidə Rusiya Federasiyasının Prezidentinin İşlər İdarəsi “DAQOMIS”də keçiriləcək.
AMEA Naxçıvan Bölməsinin Beynəlxalq əlaqələr və informasiya şöbəsi