22 Dekabr 2024, Bazar

Müasir tədris standartlarına cavab verməsi və təhsilin səviyyəsi ilə seçilən “Naxçıvan” Universitetində  2020-2021-ci tədris ili üçün bakalavr səviyyəsində 410 yer, magistratura səviyyəsində 21 yer tələbə qəbulu planı nəzərdə tutulur.

Bakalavr səviyyəsində kadr  hazırlığı aparılan Azərbaycan dili və ədəbiyyat müəllimliyi, Coğrafiya müəllimliyi, Tarix müəllimliyi, Xarici dil müəllimliyi (ingilis dili), Beynəlxalq münasibətlər, Dinşünaslıq, Filologiya (alman dili və ədəbiyyatı), İqtisadiyyat, Mühasibat, Maliyyə, Turizm işinin təşkili ixtisasları ilə yanaşı, qəbul planına yeni ixtisaslar da daxil edilib. Bu ildən universitetdə Beynəlxalq ticarət və logistika, İnformasiya texnologiyaları, Kompüter mühəndisliyi, Tərcümə (ingilis dili), Riyaziyyat müəllimliyi ixtisasları üzrə də qəbul aparılacaq. Magistratura səviyyəsində qəbul aparılan  Azərbaycan dili və ədəbiyyatının  tədrisi metodikası və metodologiyası, Xarici dilin tədrisi metodikası və metodologiyası, Riyaziyyat fənninin  tədrisi metodikası və metodologiyası, Coğrafiya fənninin tədrisi metodikası və metodologiyası, Pedaqogika nəzəriyyəsi və tarixi ixtisasları  ilə yanaşı, bu il İqtisadiyyatın tənzimlənməsi, Bank işi, İslamşünaslıq, Dinin fəlsəfəsi, Dilşünaslıq (ingilis dili)  ixtisasları da qəbul planına əlavə edilib.

Qeyd edək ki, yüksəkixtisaslı kadr hazırlığı aparmaq üçün “Naxçıvan” Universiteti kifayət qədər maddi-texniki baza və kadr potensialına malikdir. 7 binadan və yardımçı qurğulardan ibarət müasir universitet şəhərciyində arxitektura və pedaqoji baxımdan  mükəmməl tədris korpusları, yüksək zövqlə dizayn edilmiş mühazirə və məşğələ otaqları, kabinə və mərkəzlər mövcuddur. Təlim prosesində ən son modifikasiyalı texnologiyalardan istifadə olunur.

Universitet dünyanın 51 ali təhsil müəssisəsi ilə əməkdaşlıq edir.

“Naxçıvan” Universitetinin mətbuat xidməti

 

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR