22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi tərəfindən hamiliyə götürülmüş Naxçıvan Dövlət Universitetinin Sosial idarəetmə və hüquq fakültəsinin Hüquqşünaslıq ixtisasının tələbələri ilə onlayn görüş təşkil olunub.

Qeyd edilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamının icrası diqqətdə saxlanılıb, ötən müddətdə hami təşkilatla universitet arasında mütəmadi görüşlər keçirilib. Vurğulanıb ki, tələbələr ötən ildən etibarən ədliyyə orqanlarında “Ədliyyə könüllüləri” proqramı istiqamətində həyata keçirilən layihələrdə yaxından iştirak edirlər. Bugünkü onlayn görüşün də əsas məqsədi könüllü tələbələrin ədliyyə sahəsindəki bilik və bacarıqlarını daha da artırmaq, təkmilləşdirməkdən ibarətdir.
Görüş zamanı tələbələrə nazirliyin əməkdaşları tərəfindən probasiya sahəsi üzrə müasir elektron izlənmə nəzarət sistemi barədə geniş məlumat verilib, elektron nəzarət sisteminin istifadə qaydaları izah edilib. Tələbələr məhkumlar üzərində tətbiq olunan elektron nəzarət vasitəsilə tanış olublar.
Sonra mövzu ətrafında müzakirələr aparılıb, tələbələri maraqlandıran suallar cavablandırılıb. Qeyd olunub ki, onlayn tədbirlər xüsusi karantin rejimi müddətində davam etdiriləcəkdir.

Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR