22 Dekabr 2024, Bazar

Naxçıvan şəhərindəki 17 nömrəli tam orta məktəbdə Bilik Günü münasibətilə tədbir keçirilib. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov tədbirdə çıxış edərək müəllim və şagirdləri Bilik Günü münasibətilə təbrik edib. Qeyd olunub ki, bu gün muxtar respublikamızda digər sahələrlə yanaşı, təhsil sahəsi də Ali Məclisin Sədri cənab Vasif Talıbov tərəfindən diqqət və qayğı ilə əhatə olunub. Muxtar respublikamızda təhsil sisteminin inkişafı üçün bütün lazımi tədbirlər görülüb. Təhsil müəssisələri üçün yeni binalar tikilib və ən müasir avadanlıqlarla təchiz edilib, müəllimlərin iş şəraiti yaxşılaşdırılıb.

Ardını oxu...

Naxçıvan Dövlət Universitetində Bilik Günü qeyd olunub. Memarlıq və mühəndislik fakültəsinin önündə təşkil edilən tədbiri giriş sözü ilə açan universitetin rektoru, dosent Elbrus İsayev təhsil siyasətinin Azərbaycanda, o cümlədən muxtar respublikada uğurla icrasından danışıb, yeni tədris ilinə hazırlıqla bağlı ətraflı məlumat verilib.
Qeyd edilib ki, ənənəvi tədris üsulları ilə bərabər, müəllimlər LMS (Learning Management System – Öyrənmənin idarəolunması sistemi) vasitəsilə öz mühazirə mətnlərini, dərs materiallarını şəxsi kabinetlərində yerləşdirib, müəyyən səbəbdən dərslərdə iştirak edə bilməyən tələbələrin bu istiqamətdə faydalanmaları üçün əlverişli şərait yaradılıb.
Vurğulanıb ki, 2020-2021-ci tədris ilində bakalavr səviyyəsi üzrə 63 ixtisas üzrə 1200 nəfər, magistratura səviyyəsi istiqamətində isə 77 ixtisaslaşma üzrə 248 tələbə qəbul planı təsdiq olunub. Bildirilib ki, Naxçıvan ali təhsil müəssisələri içərisində ilk dəfə tədrisi ingilis dilində olacaq İqtisadiyyat ixtisası üçün 15 qəbul yeri nəzərdə tutulub.

Ardını oxu...

(Reportaj)

Təhsilin inkişafı istiqamətində həyata keçirilən tədbirlərin nəticə olaraq bir məqsədi var: sağlam və etibarlı gələcəyimizi təmin etmək. Çünki bu günümüzün gəncləri gələcəyimizi irəli aparan əsas kadr potensialıdır. Gələcəyimiz naminə həyata keçirilən təhsil islahatlarının nəticəsi isə, sözsüz ki, özünü ali təhsil müəssisələrinə qəbul imtahanlarında göstərir. Ümumtəhsil məktəblərinin məzunlarının həm buraxılış imtahanlarında, həm də ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında yüksək nəticələr əldə etməsi uğurlu təhsil islahatlarının nəticəsidir. Bunu bu il keçirilən qəbul imtahanlarının göstəriciləri də sübut edir. 2019-2020-ci tədris ilində də ali məktəblərə qəbulda yaxşı nəticələr əldə olunub. Belə ki, bu il muxtar respublika üzrə 275 abituriyent 500-dən yuxarı bal toplayıb. Yüksək bal toplayan abituriyentlərin 68-i Naxçıvan şəhər, 45-i Şərur, 40-ı Babək, 28-i Ordubad, 22-si Culfa, 5-i Kəngərli, 25-i Şahbuz, 2-si Sədərək rayonunun, 40-ı isə Təhsil Nazirliyinə birbaşa tabe ümumtəhsil məktəblərinin məzunlarıdır.

Artıq muxtar respublikamızda bu da bir ənənə halını alıb ki, ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayan gənclər Bilik günü ərəfəsində daha həyəcanlı olurlar. Çünki təhsilimizin himayədarı, şagird və tələbələrin qayğıkeşi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun onlarla görüşü gözlənilir. Məhz bu görüş həmin gənclərimizdə gələcək uğurlara daha böyük stimul yaradır. Sentyabrın 12-də Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında yüksək bal toplayanlarla növbəti görüşdən çıxan gənclərdə də eyni həyəcan və sevinc hisslərinin şahidi olduq. Onlardan ən sevinclisi isə 692 balla muxtar respublikada ən yüksək nəticə göstərən Naxçıvan şəhər sakini İlham Hüseynquliyev idi. Bu ilin birincisi olduğu üçün çox sevindiyini və bunun üçün valideynlərinə borclu olduğunu bildirən İlham əminliklə yüksək bal toplamağın onun üçün gözlənilməz olmadığını bildirir: “Təbii ki, valideynlərimə bu sevinci yaşatmaq mənim üçün çox gözəl hissdir. Çox xoşbəxtəm. 692 bal toplamağımda oxuduğum məktəbin və eləcə də valideynlərimin rolu böyük olub.

Ardını oxu...

Elmi fəaliyyətlərini ümummilli liderimiz, görkəmli dövlət xadimi Heydər Əliyevin elmin, təhsilin inkişafına xidmət edən müdrik ideyaları altında təşkil edən neçə-neçə dilçi alimlərimiz dilimiz, Azərbaycançılığımız uğrunda yorulmaz fəaliyyətlə məşğuldurlar. “Dilimizi sevək, qoruyaq, gələcəyə saf və təmiz şəkildə ötürək”, vəzifəsinə sadiq qalan alimlərimizin bu yolda usanmadan ərsəyə gətirdikləri kitablar, monoqrafiyalar, elmi məqalələr dilimizin saflığının qorunmasının əsas vasitələridir. Onlardan biri də AMEA Naxçıvan Bölməsinin aparıcı elmi işçisi, dosent Zülfiyyə İsmayılın Azərbaycan dilçilik elminə bəxş etdiyi növbəti uğurlu kitabı, yenicə çapdan çıxmış “Ədəbi-bədii dil və dilçilik araşdırmaları” adlı elmi nəşrdir.

Ardını oxu...

Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanının nəticələrinin bu gün açıqlanacağı gözlənilir.

Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanının nəticələrinin bu gün açıqlanacağı gözlənilir.

Trend-in məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

 

 

 

Muxtar Respublika Stadionunda “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında keçirilən Naxçıvan şəhər tam orta məktəblərinin oğlan şagirdləri arasında velosiped idman yarışı üzrə şəhər birinciliyinin qalibləri müəyyənləşib.

Ardını oxu...

Bu gün bölgələrimizə yolumuz düşəndə ilk diqqəti çəkən görünüşü ali təhsil ocaqlarının binalarından heç də seçilməyən məktəblər olur. Bu təhsil ocaqları geniş sinif otaqları, laboratoriyaları, fənn kabinələri, elektron lövhəli otaqları, kompüter sinifləri, müasir idman zalları ilə şagirdlərin və pedaqoji kollektivin ixtiyarına verilib. Muxtar respublikanın ən ucqar sərhəd yaşayış məntəqələrində, ən kiçik kəndlərdə tikilən müasirtipli məktəb binaları təhsilin inkişafına göstərilən böyük qayğı  olmaqla şagirdlərin elm, bilik dünyasına aparan yollarını aydınladır, qarşıya qoyulmuş məqsədə nail olmaq üçün stimul yaradır, öz intellekti ilə xalqına, cəmiyyətinə daha çox fayda vermək istəyənlərin sayı ilbəil artır. Nəticədə, ali və orta ixtisas məktəblərinə qəbul imtahanlarındakı göstəricilər ildən-ilə yüksəlir. Tələbə adını qazananların səsi ölkəmizlə yanaşı, dünyanın bir çox ali təhsil ocaqlarından, elmi-tədqiqat institutlarından gəlir. Qədim mədəniyyəti, tarixi ilə tanınan Şərur rayonu da Azərbaycan xalqına bir çox alim, yazıçı, dövlət xadimi bəxş edib. Bu  gün də bu ənənə davam etdirilir, gənc nəsil nurlu sabahımıza doğru inamla irəliləyir. Hər il olduğu kimi, bu il də tələbə adının sevincini yaşayan gənclərimiz öz seçdikləri ixtisas üzrə təhsil almağa, qədim diyarımızın inkişafına töhfələr verməyə tələsirlər. Şərur rayonunda ötən illərdə olduğu kimi, 2019-2020-ci  tədris ilində də  yüksək nəticələr əldə edilib. Rayonun tam orta məktəblərini  bitirən 524 məzundan 471-i  ali məktəblərə qəbul imtahanlarında  iştirak edib, 45 nəfər 500-700 arası bal toplayıb ki, onlardan da ikisi ötən ilin məzunudur.

Ardını oxu...

Məktəbəqədər və ümumi təhsil müəssisələrində, uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində təhsilalanların maskadan istifadəsi onların valideynlərinin və ya digər qanuni nümayəndələrinin seçiminə verilir.

Bu, Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”nın təsdiq edilməsi barədə Qərarında öz əksini tapıb.

Qərara əsasən peşə, orta ixtisas və ali təhsil müəssisələrində isə maskadan istifadə məcburidir.

 

 

 

Təhsil müəssisələrində dərslər təhsilalanların sayından asılı olaraq, təsdiq edilən qrafikə uyğun olaraq, səhər saat 8-dən başlayaraq növbəli qaydada həyata keçiriləcək.

Bu, Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”nın təsdiq edilməsi barədə Qərarında öz əksini tapıb.

Qərara əsasən ümumi təhsil müəssisələrində dərs (təlim) və dərsdənkənar (praktiki) məşğələ saatları məktəbəhazırlıq mərhələsində 30 dəqiqə, ibtidai və ümumi təhsil səviyyələrində 45 dəqiqə olmaqla müəyyən edilir. Peşə təhsili müəssisələrində dərslərin davametmə müddəti 30 dəqiqədir. Uşaq musiqi, incəsənət, rəssamlıq məktəb və mərkəzlərində dərslər 45 dəqiqəlik olacaq. Orta ixtisas və ali təhsil müəssisələrində bir akademik saatın davametmə müddəti 45 dəqiqədir. Akademik saatlararası fasilə olmadıqda, dərsin müddəti 80 dəqiqə müəyyən edilir.

 

 

 

Dünən muxtar respublikanın təhsil müəssisələrinin rəhbərləri, Təhsil Nazirliyinin əməkdaşları, qabaqcıl müəllimlərin iştirakı ilə Naxçıvan Muxtar Respublikası təhsil işçilərinin sentyabr konfransı keçirilib.
Onlayn konfransı giriş sözü ilə Təhsil naziri Rəhman Məmmədov açaraq təhsilə göstərilən dövlət qayğısından və qarşıda duran vəzifələrdən danışıb. Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində təhsil müəssisələrinin maddi-tədris bazası möhkəmləndirilir. Ötən dövr ərzində 10 ümumtəhsil məktəbi üçün binalar tikilərək və ya əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilib, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində, Şərur Rayon Uşaq-Gənc­lər Yaradıcılıq, Texniki Yaradıcılıq və Turizim­-Diyarşünaslıq mərkəzlərində, Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseydə innovativ dərnəklər yaradılıb. Hazırda da bu sahədə işlər davam etdirilir.

Ardını oxu...

Bu il II ixtisas qrupunda keçid balı keçən ilkinə nisbətən aşağı olacaq.

Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. 

Onun sözlərinə görə, ixtisaslar üzrə keçid ballarının ötən ilə nisbətən daha aşağı olacağı gözlənilir: “Amma ola bilər ki, hansısa yeni ixtisasda keçid balı çox yüksək olsun. Ancaq biz bunu indi bilə bilmərik. Çünki bu ixtisaslar üzrə ilk dəfə qəbul aparılır”.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən AMEA Naxçıvan Bölməsinin Əlyazmalar Fonduna hədiyyə olunan qədim əlyazma və çap kitablarının təqdimatı keçirilib.
Tədbiri bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq muxtar respublika ərazisindən toplanılan əlyazma və qədim çap kitablarının tariximizin və mədəniyyətimizin öyrənilməsi baxımından böyük əhəmiyyət daşıdığını söyləyib və bu istiqamətdə həyata keçirilən tədbirlərdən danışıb. Ötən illərdə də Mədəniyyət Nazirliyi tərəfindən bir çox qədim əlyazma və çap kitabının Əlyazmalar Fonduna hədiyyə edildiyini bildirən akademik vurğulayıb ki, müxtəlif tarixi qaynaqları əhatə edən bu nadir sənət əsərləri bir çox sahələrin öyrənilməsində yeni mənbə rolunu oynayır.

Ardını oxu...

Ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə qəbul olan bakalavrların qeydiyyatı sentyabrın 9-da başa çatır.

Dövlət İmtahan Mərkəzindən bildirilib ki, bakalavrlar bu gün saat 17:00-dək sənədlərini qəbul olduqları təhsil müəssisəsinə təqdim edərək qeydiyyatdan keçməlidirlər. Bakalavrların qəbul olunduqları təhsil müəssisələrində qeydiyyatı ali təhsil müəssisələri tərəfindən onlayn qaydada həyata keçirilir.

Bakalavrlar qəbul olunduqları ali təhsil müəssisələrinin internet saytlarının müvafiq bölmələrinə daxil olmaqla, qeydiyyat üçün tələb olunan sənədlər və onlayn qeydiyyatın forması ilə tanış ola bilərlər.

Qeyd olunan müddətdə sənədləri təqdim etməyən və qeydiyyatdan keçməyən bakalavrlar magistratura səviyyəsinə qəbul olunanların siyahısından xaric ediləcəklər.

 

 

 

 

Bu gün ulu öndərimizin siyasi xəttinin uğurla davam etdirildiyi muxtar respublikamızda təhsilin inkişafı əsas prioritet istiqamətlərdəndir. Diyarımızda təhsil quruculuğu sahəsində görülən işlər nəticəsində müasir təhsil infrastrukturu yaradılıb, yüksəkixtisaslı kadr hazırlığı işi yeni yanaşmanı əhatə edib. Dövrün tələbləri ilə uzlаşаn təhsil islаhаtlаrının həyаtа kеçirildiyi muxtar respublikamızda bu sahəyə göstərilən dövlət qayğısının nəticəsidir ki, diyarımızın istedadlı gəncləri hər il ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayırlar.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən muxtar respublikanın dövlət ümumi təhsil müəssisələrinə alman dili müəllimliyi və digər vakant vəzifələrə işə qəbul üçün 18 mart 2020-ci il tarixdə elan edilmiş müsabiqənin 8-18 iyun tarixlərdə keçirilmiş test imtahanlarının nəticəsinə uyğun olaraq 5-i alman dili müəllimliyi, 55-i isə digər vakant vəzifələrə uyğun olmaqla, 60 nəfər işə qəbul olmuşdur.
Dünən imtahanlarda müvafiq keçid balını toplayaraq ümumi təhsil müəssisələrinə vakant vəzifələrə işə qəbul edilən gənc kadrlarla görüş keçirilib. Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov bildirib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti muxtar respublikada da uğurla davam etdirilir. Ali Məclis Sədrinin diqqət və qayğısı sayəsində gənclərin yaxşı təhsil alması, onların sağlam, vətənpərvərlik ruhunda yetişmələri üçün zəruri şərait yaradılır.

Ardını oxu...

Builki qəbul imtahanlarında 600-dən çox bal toplayanların sayı açıqlanıb.

 Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransda deyib ki, builki qəbul imtahanlarında 600-dən çox bal toplayanların sayı 607 nəfər (keçən il 553 nəfər) olub. Bu da ümumi iştirakçıların 2,15 faizini təşkil edir.

Onun sözlərinə görə, bu il 2-ci qrup üzrə 600-dən çox bal toplayanların sayı 215 (keçən il 404 nəfər), 3-cü qrupda 550 (keçən il 604 nəfər), 4-cü qrupda isə 353 nəfər (keçən il 378 nəfər) olub.

Ali təhsil müəssisələrinə qəbul olunmaq üçün ixtisas seçimi sentyabrın 10-dan 20-dək internet vasitəsilə aparılacaq.

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, ixtisas seçimi Mərkəzin rəsmi saytı vasitəsilə elektron qaydada aparılır və texniki cəhətdən bu prosesi həyata keçirmək çox sadədir. Proqram təminatı elə qurulub ki, sizin səhv etmək ehtimalınız yoxdur və ərizəni yadda saxla düyməsini basdıqda səhv və onun mahiyyəti barədə xəbərdarlıq edilir.

Ardını oxu...

Bu günlərdə yeni dərs ilinə yaxınlaşdıqca keçirilmiş qəbul imtahanlarında yüksək nəticələr göstərmiş abituriyentlər haqqındakı xəbərlər də gündəmi çox məşğul edir. Muxtar respublikamızın məktəblərindən ard-arda gələn xoş xəbərləri eşitdikcə tələbələrin, eləcə də onların müəllim və valideynlərinin sevincinə şərik oluruq. Naxçıvan şəhərindəki Heydər Əliyev adına tam orta məktəbin builki məzunları ilə görüşümüz də belə sevincli anlarla yadda qaldı.
Heydər Əliyev adına məktəb muxtar respublikamızın aparıcı təhsil ocaqlarından biri kimi təkcə Naxçıvanda deyil, ölkə miqyasında da tanınmaqdadır. Bu məktəbdə təhsil almaq hər bir şagirdin arzusu olduğu kimi, buradan yüksək nəticələrlə məzun olmaq da qürurvericidir. Məktəbdən aldığımız məlumata əsasən bu il məzun olmuş 60 nəfər şagird I-V qruplar üzrə ali və orta ixtisas məktəblərinə sənəd vermiş, onların hamısı keçid balını üstələməklə 11 nəfəri 500, 4 nəfəri isə 600 baldan yuxarı nəticə ilə hamını sevindirib.

Ardını oxu...

Dünən Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında nazirliyin tabeliyində olan uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin kitabxanaçıları üçün “Daxil olan çap məhsullarının qeydiyyata alınması qaydaları” adlı seminar keçirilib. Tədbiri giriş sözü ilə nazirliyin əməkdaşı Şəfəq Abbasova açıb.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın təsdiq olunması bu kateqoriyadan olan uşaqların layiqli vətəndaş kimi formalaşması, cəmiyyətə inteqrasiyası, təhsilə cəlbinin davamlılığının təmin edilməsi, təlim-tərbiyəsi, onların hüquqlarının müdafiə olunmasına göstərilən qayğının daha bir nümunəsidir.

Ardını oxu...

Sağlam və savadlı insan cəmiyyətin ən dəyərli sərvətidir. Yüksək intellektli gəncliyə sərf olunmuş sərmayə isə ən doğru investisiya kimi bütün cəmiyyəti inkişafa qovuşduran əsas amillərdəndir. Bu mənada, istedadlı gənclərimizə göstərilən diqqət və qayğı, onların hərtərəfli yetişdirilməsi təhsilimizin ümumi uğuru kimi keçilən yolun da bir nailiyyətidir. Builki qəbul imtahanlarında yüksək nəticə göstərərək 3-cü qrup üzrə muxtar respublika birincisi olmuş Siyavuş Bağırov da belə gənclərimizdəndir.  

Naxçıvan şəhər Əkbər Ağayev adına 8 nömrəli tam orta məktəbin məzunu olan Siyavuşu qəzetimizin daimi oxucuları yəqin yaxşı xatırlayırlar. Hələ bir il əvvəl 2019-cu il 24 iyun tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında Sərəncamı ilə Siyavuş Bağırovun da adı Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı”na yazılıb və o, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin xüsusi aylıq təqaüdünə layiq görülüb. Şübhəsiz, gənc bir şagird üçün bu, onun təhsil yollarında daha böyük uğurlara imza atması üçün ən böyük dövlət qayğısı olub. Artıq çəkilən zəhmət öz bəhrəsini verib və gənc Siyavuş bu il keçirilən qəbul imtahanlarında yüksək nəticə göstərib və 665 balla həm valideynlərini, həm də bitirdiyi məktəbin müəllimlərini sevindirib.

Ardını oxu...

Sağlam və savadlı insan hər bir cəmiyyətin ən dəyərli sərvətidir. Yüksək intellektli gəncliyə sərf olunmuş sərmayə isə ən doğru investisiya kimi bütün cəmiyyəti inkişafa qovuşduran əsas amillərdəndir. Bu mənada, istedadlı gənclərimizə göstərilən diqqət və qayğı, onların hərtərəfli yetişdirilməsi təhsilimizin ümumi uğuru kimi keçilən yolun da bir nailiyyətidir. Builki qəbul imtahanlarında yüksək nəticədə göstərərək 3-cü qrup üzrə muxtar respublika birincisi olmuş Siyavuş Bağırov da belə gənclərdəndir. 

Ardını oxu...

Sağlam və savadlı insan hər bir cəmiyyətin ən dəyərli sərvətidir. Yüksək intellektli gəncliyə sərf olunmuş sərmayə isə ən doğru investisiya kimi bütün cəmiyyəti inkişafa qovuşduran əsas amillərdəndir. Bu mənada, istedadlı gənclərimizə göstərilən diqqət və qayğı, onların hərtərəfli yetişdirilməsi təhsilimizin ümumi uğuru kimi keçilən yolun da bir nailiyyətidir. Builki qəbul imtahanlarında yüksək nəticədə göstərərək 3-cü qrup üzrə muxtar respublika birincisi olmuş Siyavuş Bağırov da belə gənclərdəndir. 

Ardını oxu...

Artıq ali məktəblərə növbəti qəbul imtahanları yekunlaşmaq üzrədir. Bu dəfə də qəbul planı üzrə seçim edəcək olan abituriyentlər universitetlərimizdəki yeni ixtisaslara böyük maraq göstərirlər. Muxtar respublikamızın ən böyük ali təhsil ocağı olan Naxçıvan Dövlət Universitetində yeni yaradılan İqtisadiyyat və idarəetmə fakültəsində yeni açılan İngiliscə iqtisadiyyat ixtisası da gənclər arasında böyük maraq doğurur. Şübhəsiz, dünya iqtisadiyyatında qlobal rəqabətin kəskinləşdiyi, ölkələr və firmalar arasında iqtisadi əlaqələrin dərinləşdiyi bir dövrdə işgüzar həyata daha yaxından inteqrasiya olunmaq üçün ingilis dilində iqtisadiyyat təhsili almaq istəyi də təsadüfi deyildir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Təhsil və İqtisadiyyat nazirliklərinin, Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan şəhərindəki Mərkəzi bazarda yeni tədris ili ərəfəsində müəllim və şagirdlərin məktəbli ləvazimatlarına olan ehtiyaclarını daha asan, rahat və çevik şəkildə təmin etmək məqsədilə ənənəvi məktəbli yarmarkası təşkil olunub. Dünən yarmarkanın açılışı olub.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində şəhər və rayon Təhsil şöbələrinin baş məsləhətçiləri və təhsil müəssisələrinin Təhsilin idarəolunmasının məlumat sistemi üzrə əlaqələndiricilərinə onlayn seminar keçirilib.

Seminarın keçirilməsində əsas məqsəd Ümumi Təhsil Müəssisələrinin İnformasiya Sistemi (UTİS) haqqında məlumatların müntəzəm yenilənməsi prosesində əlaqələndirici kadrların peşəkarlıq səviyyəsini artırmaqdır.

Ardını oxu...

Naxçıvanda gənc nəslin hərtərəfli yetişməsi, gələcəyin istedadlı və peşəkar mütəxəssisi kimi formalaşması istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirilir. İstər orta məktəb, istərsə də ali təhsil müəssisələrində gənclərin müxtəlif layihələrə, təcrübi tədbirlərə cəlb edilməsi də bu baxımdan atılan mühüm addımlardır. Muxtar respublikamızın elm məbədi olan AMEA Naxçıvan Bölməsində də bu istiqamətdə əhəmiyyətli işlər görülür. Bölmənin Beynəlxalq əlaqələr və informasiya şöbəsinin mətbuat xidmətinin mütəxəssisi Türkanə Bəylərli ilə söhbətimiz də məhz bu yöndə oldu. Öyrəndik ki, bölmənin həyata keçirdiyi mühüm tədbirlər sırasında nümunəvi dərslər xüsusi əhəmiyyəti ilə seçilir. 

Məhz “Naxçıvan Muxtar Respublikasının elm, ali və orta ixtisas təhsili müəssisələri ilə ümumtəhsil məktəbləri arasında əlaqələrin təşkili haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2015-ci il 14 mart tarixli Sərəncamına əsasən təşkil olunan nümunəvi dərslər ölkəmizin intellektual gələcəyi naminə atılan məqsədyönlü addımdır. Sərəncama əsasən bölmənin, eləcə də ali və orta ixtisas təhsili müəssisələrinin professor və müəllim heyətinin iştirakı ilə muxtar respublikanın ümumtəhsil məktəblərində nümunəvi dərslər təşkil edilir. Elmi dərəcəsi olan müəllimlərlə orta təhsil müəssisələri arasındakı əlaqələrin güclənməsi fənlərin tədrisində mütərəqqi metodların tətbiqinə şərait yaradır. Söhbət zamanı aydın oldu ki, ötən tədris illərində bölmənin elmi dərəcəli əməkdaşlarından 2 akademik, 4 müxbir üzv, 5 elmlər doktoru, 55 fəlsəfə dоktоrunun iştirakı ilə orta məktəblərdə ayda bir dəfə olmaqla, nümunəvi dərs keçilib.

Ardını oxu...

Bu günlərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri yanında Bilik Fondu tərəfindən “Əcəmi” Nəşriyyat-Poliqrafiya Biriliyində publisist-politoloq Reyhan Mirzəzadənin “Salam, Sergey Yesenin!” və “Nikolay Qavriloviç Çernışevski: “Nə etməli?” adlı iki kitabı nəşr olunub.

“Salam, Sergey Yesenin!” kitabında şairin həyat və yaradıcılığının maraqlı, eyni zamanda, indiyədək Azərbaycan oxucularına məlum olmayan məqamları əksini tapıb.

Qeyd edək ki, bu ilin oktyabrın 3-də yaradıcılığının ən məhsuldar dövrünü Bakıda yaşamış görkəmli rus lirik şairi Sergey Aleksandroviç Yeseninin anadan olmasının 125 illiyi dünyanın bir çox ölkələrində qeyd olunacaq. Azərbaycanı, Bakını sonsuz bir məhəbbətlə sevən və bu duyğularını əsərlərində dönə-dönə vəsf edən Yesenin, xalqımızın da qəlbində əbədi olaraq yaşayır. Şairin əsərləri bu gün də sevilə-sevilə oxunmaqdadır. Bakıdan yola düşərkən arxaya boylana-boylana qəmgin və kövrək pıçıltı ilə “Əlvida, Bakı!” deyən Yeseninin yubileyi ərəfəsində müəllif Reyhan Mirzəzadə öz kitabında yenidən şairi salamlayır.

Ardını oxu...

Ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarının boş qalan yerlərinə qəbul olmaq üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən avqustun 25-də elan olunmuş ixtisaslaşma seçiminə sənəd qəbulu davam edir.

Bakalavrlar müsabiqədə iştirak etmək üçün avqustun 31-i saat 23:59-dək DİM-in internet saytının müvafiq səhifəsinə daxil olaraq seçdikləri ixtisaslaşmaların kodlarını “Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi”ndə qeyd edib təsdiqləməlidirlər.

DİM-dən ildirilib ki, bakalavrlar boş yerlərin müsabiqəsi zamanı seçməyə hüququ olan proqramı və həmin proqrama aid boş qalmış ixtisaslaşmaları seçə bilərlər. Bu günə olan məlumata görə, 1221 bakalavr (Azərbaycan bölməsi - 1169; rus bölməsi – 52) ərizəsini təsdiqlədib.

Ardını oxu...

Naxçıvan Şəhər Gənclər Mərkəzində Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə gənclər arasında “Yaşa və öyrən – II” intellektual bilik yarışı keçirilib.
Bilik yarışı gənclərin hazırlıq səviyyəsinin artırılması, cəld və analitik düşünmə bacarığının inkişaf etdirilməsi, intellektual yarışlarda iştirak səriştələrini və gənclərin müasir dünyagörüşünü, habelə gənclər arasında yoldaşlıq münasibətləri və komanda ruhunu formalaşdırmaq məqsədi daşıyır. Yarışa nazirliyin Gənclər Birliyinin “Qrifindor”, Şərur Rayon Gənclər Birliyinin “Arpaçay” və “Oğlanqala”, Babək Rayon Gənclər Birliyinin “Ulduzlar”, Ordubad Rayon Gənclər Birliyinin “Dübəndi”, Culfa Rayon Gənclər Birliyinin “Darıdağ” və “Əlincə”, Kəngərli Rayon Gənclər Birliyinin “Herodot” və Şahbuz Rayon Gənclər Birliyinin “Xudafərin” komandaları olmaqla, cəmi 9 komanda qatılıb. “Triada”, “Esse” və “Elimination” turlarından ibarət olan yarışın sonunda “Oğlanqala” I, “Əlincə” II, “Dübəndi” isə III yerin qalibi olub. Qalib komandalar diplomlarla təltif ediliblər.

Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin
mətbuat xidməti

Dövlət İmtahan Mərkəzi avqustun 27-də Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə ikinci imtahan, Dövlət Sərhəd Xidməti Xüsusi Məktəbinin V sinfinə, Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Məktəbinin feldşer ixtisasına qəbul imtahanları və “SABAH” qruplarına tələbə seçimi müsabiqəsinin ikinci mərhələsi üzrə test imtahanı keçirib. Bakı, Naxçıvan, Gəncə, Şəki, Bərdə, Lənkəran və Xaçmazda keçirilən imtahanlarda, ümumilikdə, 4606 nəfər biliyini sınayıb. İmtahanların idarə olunmasına 22 imtahan binası, 336 imtahan zalı, 22 ümumi imtahan rəhbəri, 56 imtahan rəhbəri, 437 nəzarətçi-müəllim, 44 buraxılış rejimi əməkdaşı, 22 bina nümayəndəsi ayrılıb.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Test Mərkəzində muxtar respublikanın dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının qiymətləndirilməsinin aparılması üçün test imtahanları keçirilib.

Ardını oxu...

Tanınmış ictimai-siyasi xadim, filoloq, tarixçi, türkoloq, “Turan Araşdırma Mərkəzi” İctimai Birliyinin (İB) sədri, professor Əjdər Tağıoğlunun (İsmayılovun) “Naxçıvan toponiminin etnotarixi əfsanələr qədər qədimdir” kitabı üç dildə - Anadolu türkcəsi, rus və erməni dillərində çapdan çıxıb.

İB-dən  bildirilib ki, kitabı Anadolu türkcəsinə çevirən AMEA Naxçıvan Bölməsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Nərgiz İsmayılova, rus və erməni dillərinə tərcümə edənlər Rəhim Babayev və Sənubər Abdullayevadır.

Xatırladaq ki, Azərbaycan dilində 2019-cu ildə nəşr edilmiş kitabın redaktoru AMEA-nın müxbir üzvü mərhum Vəli Əliyev, rəyçisi Qafqazşünaslıq İnstitutunun Ermənişünaslıq şöbəsinin müdiri, tarix elmləri doktoru Qasım Hacıyevdir.

Ardını oxu...

Dünyanın bir sıra qabaqcıl universitetləri ilə əməkdaşlıq edən “Naxçıvan” Universiteti Türkiyənin Muğla Sıtkı Koçman Universiteti ilə əməkdaşlığı genişləndirir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidmətindən bildirilib ki, 17-22 avqust tarixlərində Test mərkəzində keçirilən imtahanlarda iştirak etmək üçün sənəd verən  101 nəfərdən 88-i test imtahanında iştirak edib və 84 müəllim keçid balını toplayıb.

İmtahanlar müəssisələrdə müəllimlərin bilik və bacarıqlarının qiymətləndirilməsi müəllimlərin bilik və bacarıq səviyyəsinin test üsulu ilə müəyyənləşdirilib üzə çıxarılması, qiymətləndirilmə aparılan müəllimlərin həftəlik dərs yükü normasının optimallaşdırılmasının, aylıq vəzifə maaşlarının artırılmasının və maddi rifahının yaxşılaşdırılmasının təmin edilməsi məqsədilə aparılıb. Müəssisələrin rəhbərləri tərəfindən müəllimlər arasında dərs yükünün bölüşdürülməsi və onların karyera inkişafı zamanı qiymətləndirilmənin nəticələri nəzərə alınacaq, qiymətləndirilməsi aparılan müəllimlərin aylıq əməkhaqqı həftəlik dərs yükünə müvafiq olaraq artırılacaq. 

Qeyd edək ki, indiyədək Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən müəllimlərin bilik və bacarıqlarının qiymətləndirilməsinin aparılması üçün 3 test imtahanı keçirilib, imtahanlarda 587 müəllim iştirak edib və 501 müəllim uğur qazanıb.

 

 

 

 

Dünyanın bir sıra qabaqcıl universitetləri ilə əməkdaşlıq edən “Naxçıvan” Universiteti Türkiyənin Muğla Sıtkı Koçman Universiteti ilə birgə əməkdaşlığı genişləndirir.

Universitetdən  bildirilib ki, bu məqsədlə Türkiyədə səfərdə olan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, “Naxçıvan” Universitetinin Tədris və tərbiyə işləri üzrə prorektoru, iqtisad üzrə fəlsəfə doktoru Hüseyn Bağırsoylu Muğla Sıtkı Koçman Universitetinin həmtəsisçisi, eyni zamanda, Tibb fakültəsinin dekanı, Muğla Sıtkı Koçman Xəstəxanasının baş həkimi, Türk Ortopedi və Travmatoloji Birliyinin sədri professor Nevres Hürriyet Aydoğan ilə görüş keçirib.

Görüşdə beynəlxalq konfransların təşkili, universitetə tələbə cəlbi, təhsilin modernləşməsi və bir çox sahədə danışıqlar aparılıb. Hüseyn Bağırsoylu “Naxçıvan” Universitetində tələbələr üçün yaradılan müasir tədris imkanları barəsində məlumat verib, Azərbaycanda, eləcə də onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında tibb sahəsinin inkişafına göstərilən dövlət qayğısından danışıb.

Görüş zamanı Hüseyn Bağırsoylu universitetin maddi-texniki bazası ilə yaxından tanış olub, müəllim və tələbə mübadiləsi üçün ilkin razılıqlar əldə edilib.

Qeyd edək ki, “Naxçıvan” Universiteti dünyanın 51 ali təhsil ocağı ilə əməkdaşlıq edir və bir sıra beynəlxalq layihələrin üzvüdür.

 

 

 

Dövlət İmtahan Mərkəzi (DİM) “Magistr” jurnalının 6-cı nömrəsini nəşr edib.

DİM-dən  bildirilib ki, jurnalın bu nömrəsində 2020/2021-ci tədris ili üçün ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarının boş qalan yerlərinə qəbul haqqında elan, müsabiqə şərtləri, “Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi”ndə ixtisaslaşmaların seçilməsi və təsdiqi üçün təlimat yer alıb. Həmçinin “Bakalavrin elektron ərizəsi"ndə ixtisaslaşma seçimi formasının nümunəsi, ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarının boş qalan yerləri olan ixtisaslaşmalarının siyahısı, magistratura səviyyəsinə dövlət sifarişi ilə qəbulun proqnozu və digər zəruri məlumatlar təqdim olunub.

Bu nömrə həm Azərbaycan, həm də rus bölməsi üzrə Azərbaycan dilində çap edilib.

Jurnalı Bakı şəhəri, Nəsimi rayonu, Ə.Salamzadə küçəsi, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanlarında yerləşən “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq olar. Jurnalın elektron versiyasını (PDF formatında) DİM saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə etmək mümkündür (xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal). 

 

 

 

 

Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi fəaliyyətini
çoxşaxəli istiqamətlər üzrə qurub

Yaradıcılıq mərkəzi dedikdə gözlərimiz önündə istedadlı uşaqların bir araya gəlib öz məharətini göstərmələri canlanır. Uşaqların maraq, meyil və bacarıqlarının, intellektual səviyyələrinin üzə çıxarılmasında, onların yaradıcılıq qabiliyyətlərinin inkişafında, fiziki cəhətdən sağlam böyümələrində, fərdi yaradıcılıq potensiallarının ortaya qoyulmasında məktəbdənkənar müəssisələrin fəaliyyəti əlverişli hesab edilir.

Ardını oxu...

55 illik ömür möhlətində onun müxtəlif vəzifələri və titulları olmuşdur: baş laborant, kabinə müdiri, müəllim, baş müəllim, dekan müavini, prorektor, direktor müavini, fəlsəfə doktoru, dosent, elmlər doktoru, professor, əməkdar elm xadimi, Lakin qısa və ümumiləşdirilmiş şəkildə onu professor Hüseyn Həşimli kimi qəbul etmək ürəyimcədir. Çünki bu ad ona çox yaraşır.

Hüseyn Həşimlini onun tələbəlik illərindən tanıyıram. Sadə, utancaq, səbirli, çalışqan, zəhmətkeş, böyük-kiçik yeri bilən bir gənc idi...

Sonralar müxtəlif tədbirlərdə və qeyri-rəsmi görüşlərdə onun istedadından xəbər verən halların və faktların da şahidi olmuşam ki, bu da mənə belə qənaətə gəlməyə əsas verib ki, ədəbiyyatşünaslıq elmimizə öz dəsti-xətti ilə seçilə biləcək və gələcəyi parlaq bir tədqiqatçı qədəm qoyur. Belə də oldu.

Ardını oxu...

Ədəbiyyatşünaslığın aktual problemlərinin tədqiqində mühüm xidmətləri olan Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Hüseyn Həşimli 40-dan çox kitab və monoqrafiyanın, 350-yə yaxın elmi, yüzlərlə publisistik məqalənin  müəllifi olmuşdur. Bu göstəricilər onun gərgin və səmərəli elmi fəaliyyətinin ən uğurlu nəticələridir. Alim hər bir əsərində tədqiq etdiyi mövzunun aktullığını və əhəmiyyətini tutarlı faktlarla gündəmə gətirir, yeni elmi baxışlar müstəvisində təhlil süzgəcindən keçirir və ümumiləşdirilmiş  nəticələr verirdi.

Hüseyn Həşimlinin 55 illik ömür yolunun 33 ili, yəni yarıdan çoxu ali əhsil aldığı Naxçıvan Dövlət Universiteti, bu doğma elm məbədgahı ilə ilə bağlı olub, universitetdə gənc kadrların hazırlanması işində böyük əmək sərf edib. Belə bir mənəviyyatın saldığı işıqla o, yeni tədqiqatçılara həyan olub, onların araşdırmalarına elmi rəhbərlik edib, düzgün yol göstərib. Оnun qabiliyyəti, istеdadı, zəhmətsеvərliyi, məhsuldarlığı dövlətimiz tərəfindən yüksək qiymətləndirilib: Hüseyn Həşimli elmi nəticələrinə və təhsil quruculuğu sahəsindəki xidmətlərinə görə 2007-ci ildə 42 yaşında “Azərbaycan Respublikasının Əməkdar elm xadimi” fəxri adı ilə təltif olunub. 2009-cu ildə Türkiyədə “Türkiyə-Azərbaycan kültür və ədəbiyyatına hizmət ödülü”nə layiq görülüb. Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin üzvü olmuşdur.

Ardını oxu...

Günlərdir, içimdə bir ağırlıq var. Çünki  dəyərli, əvəzolunmaz, dünyalar qədər hörmət bəslədiyimiz, elm yolunda idealımız olan Hüseyn müəllimin gözlənilməz, vaxtsız ölümü hamımızı, Naxçıvan ictimaiyyətini, Elmlər Akademiyasının əməkdaşlarını, Universitet kollektivini, tələbələri, bir sözlə onu tanıyanları, hətta tanımayanları da dərindən sarsıtdı. Hüseyn Həşimlini itirdiyimiz gündən bəri  sosial şəbəkələrdə, qəzetlərdə paylaşılan, yazılan fikirləri, xatirələri, oxuduqca hər gün bir daha Hüseyn Həşimli yoxluğunun acısını yaşayır, hələ də onun əbədi olaraq bizləri tərk etməsinə inana bilmirəm. Bu müddət ərzində sevimli müəllimim haqqında statuslar, fikirlər bölüşür, hətta birlikdə uzun illər çalışdığımız əməkdaşlarla saatlarla qəhər boğa-boğa onun haqqında artıq çox keçmişdə qalan xatirələri bölüşürük. Amma nə qədər yazsaq, nə qədər danışsaq da ürəyimizdəki ağrı, içimizdəki acı azalmaq bilmir. Hətta tam əksi....

Ardını oxu...

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən avqustun 21-də keçirilən 9 illik təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil imtahanı və qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyənlər üçün əlavə imtahanın (Azərbaycan və ya rus dili) nəticələri elan olunub.

Ardını oxu...


Dünən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi və AMEA Naxçıvan Bölməsinin elmi-tədqiqat institutlarının əməkdaşlarının iştirakı ilə “Qədim Duzdağ” mövzusunda onlayn tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan AMEA Naxçıvan Bölməsinin, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitunun şöbə müdiri, AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor Vəli Baxşəliyev qeyd edib ki, Naxçıvan Duzdağında aparılan tədqiqatlar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən abidələrimizin tədqiqinə göstərilən qayğı ilə bağlıdır. O bildirib ki, Qafqazda duzla bağlı araşdırmalar başlanğıc mərhələsindədir. Regionun bütün ərazisində duza rastlanması maraqlı faktlardan biridir.

Ardını oxu...

Dövlət İmtahan Mərkəzi avqustun 21-də I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə növbəti qəbul imtahanları, həmçinin II, III və V ixtisas qrupları üzrə ali təhsil müəssisələrinin və 9 illik təhsil bazasında kolleclərin müsabiqəsində buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil imtahanı, qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyənlər üçün əlavə imtahan (Azərbaycan və ya rus dili) da keçirib. Respublikanın 19 şəhər və rayonunda təşkil olunan imtahanlara, ümumilikdə, 75 imtahan binası, 1322 imtahan zalı ayrılıb.

Ardını oxu...

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən şəhər və rayonların imtahan qrafikinə uyğun olaraq I və IV ixtisas qrupları ali təhsil müəssisələrinə qəbul imtahanları, həmçinin II, III və V ixtisas qrupları üzrə ali təhsil müəssisələrinin və 9 illik təhsil bazasında kolleclərin müsabiqəsində buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil imtahanı, qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyənlər üçün əlavə imtahan (Azərbaycan və ya rus dili) keçirilib.

DİM-dən bildirilib ki, Mərkəz tərəfindən pandemiya şəraitinin tələblərinə əsasən iştirakçıların yalnız tibbi maska ilə imtahan binasına daxil olmasına icazə verilib. Buraxılış rejimi yeni qaydalara uyğun şəkildə tənzimlənib, imtahan heyəti müvafiq qoruyucu vasitələrlə (xüsusi geyim, əlcək, üz sipəri, tibbi maska) təmin olunub.

İmtahanlar 19 şəhər və rayonda təşkil olunub. İmtahanların təşkil edilməsi üçün ümumilikdə 75 imtahan binası, 1322 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 75 ümumi imtahan rəhbəri, 227 imtahan rəhbəri, 1719 nəzarətçi–müəllim, 150 buraxılış rejimi əməkdaşı, 70 bina nümayəndəsi ayrılıb.

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib. İmtahan keçirilən binaların qarşısında sırada gözləmək üçün nişanlayıcı xətlər çəkilib. İmtahan binasına buraxılış rejiminin növbə ilə – lazımi sosial məsafəni gözləməklə təşkil edilməsinə nail olunub.

İmtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub.

Ardını oxu...

XI sinif şagirdləri üçün iyulun 29-30-da keçirilmiş buraxılış (o cümlədən əvvəlki illərin məzunları üçün qəbul) imtahanlarının nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün elektron ərizə qəbuluna başlanılıb.

Dövlət İmtahan Mərkəzindən  bildirilib ki, Apelyasiya Komissiyasına müraciət etmək üçün elektron ərizə qəbulu avqustun 23-dək davam edəcək. Komissiyaya müraciət etməzdən əvvəl şagirdlər Mərkəzin saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış olmalıdırlar. Ötən imtahanların təcrübəsi göstərir ki, apelyasiya üçün ərizə yazanların təqribən 30 faizi ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. Dövlət İmtahan Mərkəzi abituriyentlərin nəzərinə çatdırır ki, bu tip müraciətlərə baxılmayacaq.

İyulun 29-30-da keçirilmiş imtahanlarda iştirak etmiş və Apelyasiya Komissiyasına müraciət etmək istəyənlər avqustun 21-23-də apelyasiya.dim.gov.az saytında elektron ərizə formasını doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apelyasiya üçün müraciət edə bilməyəcəklər.

Ardını oxu...

Dünyanın 51 ali təhsil müəssisəsi ilə əməkdaşlıq edən “Naxçıvan” Universiteti Türkiyənin İstanbul Universiteti ilə əməkdaşlığı yeni tədris ilində daha da genişləndirir.
Bu məqsədlə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, “Naxçıvan” Universitetinin Tədris və tərbiyə işləri üzrə prorektoru, iqtisad üzrə fəlsəfə doktoru Hüseyn Bağırsoylu İstanbul Universitetində olub. Prorektor ali təhsil ocağının bir sıra rəhbər şəxsləri ilə görüşüb.

Ardını oxu...

Ölkəmizdə təhsil strategiyasının əsasını qoymuş Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev deyirdi: “Gənc nəslin tərbiyəsinə və təhsilinə ciddi fikir versək, onda gələcəyimiz üçün böyük işlər görmüş olarıq”. Ulu öndərin müəyyənləşdirdiyi inkişaf və tərəqqi strategiyasına böyük ehtiramla yanaşılan muxtar respublikamızda bu məsələyə çox ciddi önəm verilir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən təhsilin davamlı inkişafını təmin edən sərəncamların imzalanması, güclü təhsil infrastrukturunun, maddi-texniki bazanın yaradılması, yüksəkixtisaslı kadr hazırlığını təmin edən Dövlət proqramlarının, layihələrin uğurlu tətbiqi təhsilin beynəlxalq standartlar səviyyəsinə uyğunlaşmasına təkan verib, müasir bilik və bacarıqlara yiyələnməni təmin edib. Təhsil sahəsində innovativ təlim metodlarının tətbiqi, səriştəli müəllimlərin peşəkarlığının yüksəldilməsi, şagirdlərin nailiyyətlərinin qiymətləndirilməsi, onların istedadlarının aşkar olunması və inkişafı istiqamətində mühüm addımlar atılıb.

Ardını oxu...

AMEA Naxçıvan Bölməsində elmi istehsalatın hazırlığının vəziyyəti ilə bağlı ümumi yığıncaq keçirilib.
Tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev bu elmi qurumun tərkibindəki elmi-tədqiqat müəssisələrində aparılan tədqiqatlardan, əldə edilən nəticələrdən danışıb. Bildirib ki, elmə, onun inkişafına dövlət dəstəyi, qayğısı sayəsində elmi tədqiqatların maddi-texniki bazasının möhkəmləndirilməsi səmərəli nəticələrin əldə olunmasına şərait yaradıb. Alim son illər bölmənin Təbii Ehtiyatlar və Bioresurslar institutlarının laboratoriyalarında tətbiqyönümlü tədqiqatlar aparıldığını deyib. O qeyd edib ki, Təbii Ehtiyatlar İnstitutunda “Darıdağ” arsenli suyundan quru qalığın alınması üçün istehsal şəraiti yaradılıb, eyni zamanda Biləv zəy süxurundan üç birləşmənin alınması istiqamətində geniş tədqiqatlar aparılıb. Müalicəvi “Şorsu” palçığı həm krem, həm də quru toz formasında qablaşdırılaraq əczaxanalara satışa göndərilib, o cümlədən Qabıllı və Duzdağdan gətirilən gil nümunələrinin tərkibi müəyyən edilib, gil yuyucu materialın həm toz, həm də pasta formasında istehsalına başlanılıb.

Ardını oxu...

AMEA Naxçıvan Bölməsində “İlandağ” geoparkının yaradılması ilə əlaqədar işçi qrupunun 8-ci iclası keçirilib.
Tədbirdə geoparkın yerləşəcəyi ərazinin kompleks qiymətləndirilməsi ilə bağlı görülən işlər, hazırlanmış materiallar və xəritələr müzakirə edilib.

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR