22 Dekabr 2024, Bazar

Naxçıvan şəhərindəki 17 nömrəli tam orta məktəbdə Bilik Günü münasibətilə tədbir keçirilib. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov tədbirdə çıxış edərək müəllim və şagirdləri Bilik Günü münasibətilə təbrik edib. Qeyd olunub ki, bu gün muxtar respublikamızda digər sahələrlə yanaşı, təhsil sahəsi də Ali Məclisin Sədri cənab Vasif Talıbov tərəfindən diqqət və qayğı ilə əhatə olunub. Muxtar respublikamızda təhsil sisteminin inkişafı üçün bütün lazımi tədbirlər görülüb. Təhsil müəssisələri üçün yeni binalar tikilib və ən müasir avadanlıqlarla təchiz edilib, müəllimlərin iş şəraiti yaxşılaşdırılıb.

Bildirilib ki, muxtar respublikamızda təhsilə göstərilən dövlət qayğısının nəticəsidir ki, ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayan abituriyentlərin sayı hər il artır. Bu il Naxçıvan şəhər ümumtəhsil məktəblərinin məzunlarından 68-i 500-700 arasında bal toplayıb. Bu nailiyyətlərin qazanılmasında 17 nömrəli tam orta məktəbin də özünəməxsus payı var. Məktəbin builki məzunlarından 1-i “Qızıl” nişana, digəri fərqlənmə diplomuna layiq görülüb. 4 məzun isə 500-700 intervalında bal toplayaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən mükafatlandırılıb. 

Bu münasibətlə məktəbin müəllim və şagirdlərini təbrik edən icra başçısı kollektivə yeni-yeni nailiyyətlər arzulayıb. O da vurğulanıb ki, bu uğurlarla kifayətlənmək olmaz. Yaradılan təhsil imkanlarından bəhrələnməklə gənclərimiz biliklərə daha dərindən yiyələnməli, vətənpərvər olmalı, intellektual və yaradıcı potensiallarını müstəqil Azərbaycanın bu gününə və gələcəyinə həsr etməli, ölkəmizin inkişafına öz töhfələrini verməlidir. Müəllimlər şagirdlərin hərtərəfli hazırlanmasına, keçilən dərslərin keyfiyyətinin yüksəldilməsinə diqqəti artırmalı, milli dəyərlərimizə sahib çıxan, doğma Vətənimizi irəliyə aparmağı bacaran vətənpərvər və bilikli gənclər yetişdirməlidir.
Daha sonra Naxçıvan Şəhər Təhsil Şöbəsinin müdiri Elşən Qəbulov çıxış edərək ötən tədris ilində Naxçıvan şəhər ümumtəhsil məktəblərində görülən işlər və qazanılan uğurlar haqqında tədbir iştirakçılarına məlumat verib. Bildirilib ki, bu il Naxçıvan şəhər ümumtəhsil məktəblərini bitirən məzunlardan 68-i 500-700 intervalında bal toplayıb. Onlardan 4-ü “Qızıl” nişan, 4-ü “Gümüş” nişan, 11-i isə fərqlənmə attestatına layiq görülüb.
Qeyd olunub ki, yeni tədris ilində Naxçıvan şəhər ümumtəhsil məktəblərinin I siniflərində 1266, XI siniflərində isə 617 şagird təhsil alacaq. 2020-2021-ci tədris ilində11690 şagirdin təlim-tərbiyəsi ilə 1197 müəllim məşğul olacaq.
Təhsil Şöbəsinin müdiri onu da vurğulayıb ki, Naxçıvan şəhər ümumtəhsil məktəblərinin pedaqoji kollektivləri dövlətimizin milli təhsilimizə yüksək qayğısı müqabilində bundan sonra da gənc nəslin təlim-tərbiyəsi işini günün tələbləri səviyyəsində qurmağa çalışacaq, müstəqil Azərbaycan Respublikasının gələcəyi olan intellektli vətəndaşlar yetişdirəcəklər.
Sonda ilk zəng çalınıb.


Qafar QƏRİB

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR