22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın təsdiq olunması bu kateqoriyadan olan uşaqların layiqli vətəndaş kimi formalaşması, cəmiyyətə inteqrasiyası, təhsilə cəlbinin davamlılığının təmin edilməsi, təlim-tərbiyəsi, onların hüquqlarının müdafiə olunmasına göstərilən qayğının daha bir nümunəsidir.

Bu proqramın icrası ilə əlaqədar Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi tərəfindən də müvafiq tədbirlər həyata keçirilir. Mütəmadi olaraq sağlamlıq imkanları məhdud uşaqların asudə vaxtlarının səmərəli təşkili, onlarda dünyagörüşünün formalaşması, eləcə də bu kateqoriyadan olan uşaqların müxtəlif sahələrdə bilik və bacarıqlarının təkmilləşdirilməsi istiqamətində bir sıra işlər görülüb, onların muxtar respublikada fəaliyyət göstərən muzeylərə, tarixi abidələrə virtual gəzintiləri, həmçinin məktəbdənkənar tərbiyə müəssisələrinin dərnəklərinə onlayn ekskursiyaları təşkil olunub.
Belə tədbirlərdən biri də dünən sağlamlıq imkanları məhdud olan 18 yaşadək 10-dan çox uşağın Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin dulusçuluq və qum sənəti dərnəkləri üzrə təşkil edilən onlayn məşğələsidir. Naxçıvan Muxtar Respublikası Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin birgə təşkilatçılığı ilə keçirilən məşğələdə uşaqlara dərnəklərin fəaliyyəti barədə ətraflı məlumat verilib və ayrı-ayrılıqda hər iki dərnəyin rəhbəri tərəfindən uşaqlar üçün maraqlı əl işləri hazırlanıb.
Belə ki, mərkəzin Estetik tərbiyə, təsviri incəsənət və musiqi şöbəsinin qum sənəti dərnəyinin rəhbəri Həbib Allahverdiyev təsviri incəsənətin mənzərə janrı haqqında uşaqlara məlumat verdikdən sonra işıqlı masa üzərində qumla bu janra aid əsərlərin işlənmə texnikasını onlara göstərib və təsviri canlandırıb.
Həmçinin Milli dəyərlər, dekorativ-tətbiqi sənət və toxuculuq şöbəsinin dulusçuluq dərnəyinin rəhbəri Elnur Əliyev uşaqlara dulusçuluq sənəti haqqında məlumat verərək gillə işləməyin qaydalarını öyrədib və hazırladığı balaca küpəni onlara nümayiş etdirib.
Məşğələ uşaqlar tərəfindən böyük maraqla qarşılanıb və onlarda bu sənət növlərinə həvəs yaradıb.

Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin
mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR