18 May 2024, Şənbə

Dövlət İmtahan Mərkəzi avqustun 27-də Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə ikinci imtahan, Dövlət Sərhəd Xidməti Xüsusi Məktəbinin V sinfinə, Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Məktəbinin feldşer ixtisasına qəbul imtahanları və “SABAH” qruplarına tələbə seçimi müsabiqəsinin ikinci mərhələsi üzrə test imtahanı keçirib. Bakı, Naxçıvan, Gəncə, Şəki, Bərdə, Lənkəran və Xaçmazda keçirilən imtahanlarda, ümumilikdə, 4606 nəfər biliyini sınayıb. İmtahanların idarə olunmasına 22 imtahan binası, 336 imtahan zalı, 22 ümumi imtahan rəhbəri, 56 imtahan rəhbəri, 437 nəzarətçi-müəllim, 44 buraxılış rejimi əməkdaşı, 22 bina nümayəndəsi ayrılıb.

Naxçıvan Muxtar Respublikasında imtahan Naxçıvan şəhəri 14 nömrəli tam orta məktəbdə, 3 zalda keçirilib. 18 nəfərin iştirak etdiyi imtahanın təşkili üçün 1 nəfər imtahan rəhbəri və 4 nəfər nəzarətçi cəlb edilib.
“SABAH” qruplarına test imtahanında iştirakçılara 25-i məntiqi təfəkkür, 25-i isə xarici dil olmaqla, 50 sual təqdim olunub. Sualların cavablandırılmasına 1 saat 30 dəqiqə vaxt verilib. Azərbaycan dili imtahanında isə 5 nəfər abituriyent iştirak edib və onlara 30 test tapşırığı təqdim edilib, imtahan müddəti 45 dəqiqə davam edib. Hər iki imtahanda doğru cavablar 1 balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir etmir.
İmtahanların nəticələri yaxın 3 gün ərzində elan olunacaq.

- Güntac ŞAHMƏMMƏDLİ

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR