Muxtar Respublika Stadionunda “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında keçirilən Naxçıvan şəhər tam orta məktəblərinin oğlan şagirdləri arasında velosiped idman yarışı üzrə şəhər birinciliyinin qalibləri müəyyənləşib.
Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyası, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi və Şəhər Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən birincilikdə 8 tam orta məktəbdən 20-yə yaxın idmançı iştirak edib.
Birinciliyin yekun nəticəsinə əsasən 9 nömrəli tam orta məktəbin şagirdləri Murad Abbaszadə və İlkin Qurbanov müvafiq olaraq I və II yerə, 2 nömrəli tam orta məktəbin şagirdi Nizami Məmmədli isə III yerə layiq görülüblər.
Sonda qalib və fərqlənən idmançılara təşkilatçıların diplom və fəxri fərmanları təqdim olunub.