22 Dekabr 2024, Bazar

Dünən Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında nazirliyin tabeliyində olan uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin kitabxanaçıları üçün “Daxil olan çap məhsullarının qeydiyyata alınması qaydaları” adlı seminar keçirilib. Tədbiri giriş sözü ilə nazirliyin əməkdaşı Şəfəq Abbasova açıb.

Seminarda kitabxananın elmi işlər üzrə direktor müavini Yeganə Rüstəmova, komplektləşdirmə şöbəsinin müdiri Rahilə Məmmədova və Kitabişləmə və katoloqlaşdırma şöbəsinin müdiri Südabə Heydərova çıxış edərək kitabxanaçıların kitabxana işi haqqında daha geniş biliklərə yiyələnmələrinin, müəssisəyə daxil olan çap məhsullarının düzgün işlənməsinin əhəmiyyətindən danışıblar.
Sonra seminar iştirakçılarına daxil olan çap məhsullarının qeydiyyata alınması qaydaları əyani olaraq izah edilib, onların sualları cavablandırılıb.

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR